Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə94/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   117

Əkinçilik  -  suvarma  tarlalarının  təşkili  və  istismar-  tələblərinə  əməl 
edilməsinə, təsərrüfat-məişət çirkab sularının daşınması və zərərsizləşdirilməsi üçün 
xüsusi yerlərin seçilməsinə diqqət verilir. 
TRTXOSEFALYOZ 
Trixocephalyozun (Trichocephalyosis) törədicisi - Trichocer- halus 
trichiurus - tükbaş qurddur ( «Trichocephalus» yunanca «thrix» - tük, «cephale» - 
baş deməkdir). 
Bu  parazilə  ancaq  insanda  təsadüf  edilir.  Erkəyinin  uzunluğu  30-45  m  m, 
dişisinin  30-50  mm-dır.  Parazitin  ön  hissəsi  tük  şəklində  olur,  arxa  hissəsi  isə 
yoğundur.  Erkəklərin  quyruq  hissəsi  spiral  şəklində  olub,  bir  ədəd  spikulası  vardır. 
Yumurtası limon şəklindədir, qütblərdə tıxac şəkilli törəmələr görünür, rəngləri qızılı 
ya sanmtıl- qonurdur. Parazitin bədəni ağ rəngdə olur. 
Bu parazitin yumurtası sadə üsulla xarici mühitdə inkişaf edir. İnsan müxtəlif 
yollarla  invazion  yumurtalarla  yoluxduqda,  bu  sürfələr  yumurtanın  qabığından 
çıxaraq  bağırsağın  selikli  qişasına  yapışır.  Bundan  10  gün  sonra  sürfələr  kor 
bağırsağa  daxil  olur  və  burada  inkişaf  edir.  Yoluxmadan  30  gün  sonra  nəcisdə 
parazitin yumurtasına təsadüf edilir. Parazit orqanizmdə 5 ildən artıq yaşaya bilir. 
Trixosefal insanın }'oğun bağırsağında və bəzi hallarda nazik bağn-sağın aşağı 
hissəsində parazitlik edir. Cinsi yetişkənliyə çatmış dişi fərd sutka ərzində 1000-dən 
3500-ə qədər yumurta qoyur. Yumurtaların invazion sürfə mərhələsinə qədər inkişafı 
12°C  -dən  36-  37°C  temperaturda  torpaqda  gedir.  Sürfələr  26-30°C  optimal 
temperaturda və kifayət qədər rütubət olduqda 17 gün ərzində yetişir. 
Bu  qurd  orqanizmə  müxtəlif  şəkildə  təsir  edir  ki,  bu  da  yoluxmanın 
intensivliyindən və orqanizmin müqavimətindən asılıdır.Trixosefalyoz zamanı mədə 
şirəsində  dəyişiklik  baş  verir,  bəzən  də  12  barmaq  bağırsaq  xorasında  olduğu  kimi 
ağrılar meydana çıxır. Bundan başqa xəstənin sinir sistemi də pozula bilir. İntensiv 
yoluxma  zamanı  mexaniki  təsirdən,  həmçinin  zəhərlənmə  nəticəsində  bağırsağın 
selikli  qişasında  qanaxmalar,  xırda  yaralar  və  nekroz  müşahidə  olunur.  Parazitin 
iştirakı  ilə  bağırsaqlarda  iltihab  baş  verir.  Bu  zaman  parazitin  asanlıqla  bağırsağın 
daha dərin qatlarına keçməsinə əlverişli şərait yaranır. 
Trixosefalyozun  epimiologiyası  askaridozun  epidemiologiya-  sına  bir  qədər 
oxşayır, lakin onun yayılma sərhədi cənuba meyillidir. 
276 
downloaded from KitabYurdu.org


Yayı  bir  qədər  qısa  və  soyuq  keçən  şimal  rayonlarında  və  isti,  quraqlıq  iqlimiğə 
malik olan zonalarda trixosefalyoz nadir hallarda təsadüf edilir. Əhalinin il ərzində 
cinsi yetkinliyə çatmış tükbaş qurdlarla invaziyalaşma dərəcəsi o qədər də dəyişmir. 
Bu  parazitin  insan  orqanizmində  uzun  müddətli  paıazitlik  etməsindən  asılıdır  və 
profilaktik  tədbirlərin  təşkilində  öz  əksini  tapır.  Profilaktik  tədbirlərdə  əsas  diqqəti 
invaziyalaşmış şəxsləri vaxtında aşkar edib, onları müalicəyə cəlb etməkdir. 
ANKİLOS TOMİDOZLAR 
Ankilostomidoz  (Ancylostomidosis)  iki  xəstəlikdən  -  ankilosto-  moz 
(törədicisi  -  Ancylostoma  duodenale)  və  nekatorozdan  (törədicisi  -  Necator 
americanus) ibarətdir. 
Hər iki helmint ankilostomid fəsiləsinə daxildir. Bu helmintləriıı biologiyası, 
törətdiyi  xəstəliyin  klinikası  və  müalicəsi  çox  oxşar  olduğu  üçün  xəstəliyin  adı 
ümumiləşdirilərək “ankilostomidoz” adı altında birləşir. 
Ancylostoma  yunanca  olub  Ancylos  -  əyilmiş,  stoma  -  ağız  sözlərinin 
birləşməsindən  əmələ  gəlmişdir.  Bu  helmintin  erkəyi  8-11,  dişi  isə  10-18  mm-dir. 
Diri  halda  rəngi  açıq  qırmızı,  öldükdən  sonra  ağ  rəngdə  olur.  Arxa  tərəfə  əyilmiş 
başı  xitiııdən  ibarət  kapsulla örtülüdür. Kapsulun ventral hissəsində iki cüt  qarmaq 
şəklində dişciyi, arxa hissədə isə bir cüt xırda iti dişciyi vardır. Yumurtası şəffafdır, 
içərisində 2-4 kürəvari bölmə yerləşir. Ölçüsü 56-61x34-40 mikronduı*. 
Necator  -  roman  dilində  “öldürən”  mənasındadır.  Nckatorun  erkəyi  5-10, 
dişisi  isə  7,7-13,5  mm-dir.  Baş  hissəsi  dorzal  əyilmişdir  və  kapsula  ilə  örtülüdür. 
Kapsulun ventral hissəsində iki ədəd kəsiçi lövhə yerləşir, dorzal hissədə isə iki cüt 
iri dişi vardır. Spikulalar ox şəklindədir, yumurtası ankilostomanınkı kimidir. Ancaq 
ondan bir qədər uzundur (64-76x38-40 mikı on). 
Ankilostomidoz  əsasən  tropik  və  subtropik  ölkələrdə  yayılmışdır. 
Azərbaycanda  bu  xəstəliyə  iki  zonada  -  Zaqatala  zonasında  (Zaqatala,  Balakən, 
Qax),  Lənkəran  zonasında  (Masallı,  Lənkəran,  Astara)  təsadüf  edilir.  İnvaziyanın 
əsas mənbəyi insandır. Ankilo- stomidozlann sürfələri adətən torpağın üst qatlarında 
yaşayırlar, lakin əlverişsiz şəraitdə bu sürfələr 1 m dərinliyə miqrasiya edib, yenidən 
torpağın üst səthinə çıxa bilirlər. Bitkilərin nəm gövdələri 
277 
downloaded from KitabYurdu.org


boyunca  sürfələr  30  sm  hündürlüyə  qalxa  bilirlər.  Onların  horizontal  istiqamətdə 
miqrasiyası  məhduddur.  Yumurtaların  və  sürfələrin  inkişafı  14-  37°C  temperaturda 
gedir.  Belə  şəraitdə  invazion  sürfələr  öz  yaşama  qabiliyyətini  bir  həftə  ərzində 
saxlaya bilirlər. Ankilostomidoz ocaqlarının formalaşmasında rütübətin də həlledici 
əhəmiyyəti  vardır.  Torpağın  və  nəcisin  qurudulması  sürfələri  bir  neçə  saat  ərzində 
ləğv  edir.  Onlar  üçün  boş,  məsaməli  və  reaksiyası  neytral  və  ya  zəif  qələvi  olan 
torpaqlar  daha  əlverişli  hesab  olunur.  Torpaqda  normal  şəraitdə  invazion  sürfə  öz 
həyat qabiliyyətini 7-8 həftə saxlaya bilir. 
Parazitin sürfəsi dəridən orqanizmə daxil olduqda həmin yerdə iltihabi proses 
əmələ gəlir. Bəzən xəstədə örə və subfebıil hərarət olur. Sürfə ilə birlikdə orqanizmə 
müxtəlif mikroblar da keçir. Parazit 12 barmaq bağırsaqda yaşadığı üçün bağırsağın 
selikli  qişasına  yapışaraq  onu  yaralayır,  nəticədə  yara  və  qanaxmaya  səbəb  olur. 
Bundan  əlavə  parazitin  ağzında  xüsusi  vəzilər  vardır  ki,  bunların  ifraz  etdiyi 
maddənin təsiri ilə sahibin orqanizmində qanın laxtalanma prosesi olduqca zəifləyir 
və daimi qanaxma nəticəsində insanda hipoxrom qanazlığı əmələ gəlir. 
Bu  parazit  orqanizmə  əksərən  dəridən  daxil  olduğu  üçün  həmin  yerdə 
qaşınma və iltihabi proses müşahidə olunur. Xəstədə subfebril hərarət və ağ ciyərdə 
patoloji  dəyişiklik  müşahidə  edilir.  Klinikanın  gedişi  invaziyanın  dərəcəsindən  və 
orqanizmin  immun  qabiliyyətindən  asılıdır.  Xəstəliyin  ağır  gedişində  qarın 
nahiyyəsiııdə  ağrılar,  mədədə  ağırlıq,  ürək  bulanması,  qusma  və  s.  kimi  hallar 
müşahidə olunur. 
Diaqnozu Fülleborn üsulu ilə nəcisdə yumurtaların tapılması ilə xəstəlik təyin 
edilir. 
Ankilostomidozla  yoluxma  çox  vaxt  becərmə  sahələrində  kənd  təsərrüfatı 
işləri aparılarkən baş verir. Nekatorozla insan ayaqyalın gəzərkən (dəri vasitəsi ilə), 
çirklənmiş  torpaqla  təmasda  olduğu  zaman  (yerdə  uzandıqda,  təsərrüfat  və  torpaq 
işləri gördükdə)  yoluxur. Ankilostomidozla yoluxma  ağızla, yəni invazion sürfələri 
çirklənmiş  qida,  göyərti,  tərəvəz,  giləmeyvələr,  su  qəbul  edilməsi  nəticəsində  və 
nadir  hallarda  perkutan  yolla  baş  verir.  Ankilostomidozlar  əleyhinə  profilaktik 
tədbirlərin  əsasını  vaxtında  xəstələrin  aşkar  edilməsi,  onların  dehclmintizasiyası  və 
xarici mühitdə nəcisin yayılmasına qarşı mübarizə təşkil edir. 
278 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə