Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə102/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   117

xəstəliyin  kəskin  mərhələlərində  nəcislə  yalnız  toxuma,  daha  doğrusu  böyük 
vcgetativ formalar, sağalma dövründə isə boşluq formaları və sistalar xaric edilir. 
Konservasiya  metodu  işlənib  hazırlanmışdır,  lakin  ibtidailər  konservantda 
rəngələnir və hərəkətlərini itirirlər, nəticədə onların laboratoı* müayinəsi çətinləşir. 
Amöbləıin seıoloji diaqnostika metodları da işlənib hazırlanıb (HAR, IFR). 
Profilaktikası  -  Bakterial  və  amöb  dizenteriyası  olan  xəstələr 
hospitallaşdırıhr. Xəstələri evə o vaxt buraxırlar ki, həftə ərzində aparılmış müayinə 
zamanı 3 mənfi nəticə alınsın. 
Sağalmış  şəxslərdə  də  ishal  müşahidə  olunarsa,  həmçinin  sağlam  şəxslər 
arasında  törədicigəzdirənləri  aşkar  etmək  vacibdirsə,  2  həftə  ərzində  azı  6  analiz 
vermək lazım gəlir. 
Evə  yazılandan  sonra  sağalmış  şəxslər  poliklinikanın  infeksion  xəstəliklər 
kabinetində  bir  ildən  az  olmayaraq  dispanser  qeydiyyatında  saxlanırlar  və  onların 
nəcisini dövrü olaraq müayinə edirlər. 
İnsanın yoğun bağırsağında dizenteriya amöbündən başqa bir neçə növ qeyri-
patogen  amöblər  yaşayırlar;  bağırsaq  amöbü  (Entamoeba  coli),  Hartman  amöbü 
(Entamoeba  hartmanni),  cırtdan  amöb  (Endolimax  nana),  Byüçli  yodamöbası 
(Jodamoeba bütschlii), dientamöba (Dicntomoeba fıagilis), ağız amöbü (Entamoeba 
gingivalis). 
Sərbəst  yaşayan  patoloji  amöblər  qrupu  da  (ncqleriyalar,  akantamöbalar  və 
hartmanellalar)  mövcuddur  və  onlar  çirkli  sularda,  nəm  torpaqda,  durğun  sularda, 
lildə,  peyində  yaşayırlar.  İnsan  dibində  lil  olan  hovuzlarda,  göllərdə  çimdikdə 
yoluxur. Amöblər burun udlağa çimərkən və ya çirkli əllərlə aparılır. 
Amöblər,  xüsusilə  neqleriyalar  burun-udlaqdan  baş-beyinə  keçir  və  insanın 
ağır xəstəliyini - birincili amöb meninqoensefalitini törədirlər. 
Epidemiologiyası.  İnvaziya mənbəyi və rezervuar  insan  - amöbiazın kəskin 
və  xroniki  forması  ilə  xəstə,  rekonvalessent  və  sistagəzdirən  şəxsdir.  İnvaziyalı 
şəxslərin  sistaları  ifraz  etməsi  bir  çox  illər  ərzində  davam  edə  bilər.  Bir  sutka 
müddətində sistagəzdirən nəcislə 300 mln. və daha çox sista xaric etməyə qabildir. 
Yoluxma  mexanizmi  -  fekal-oıaldır,  yoluxma  yolu  -  adətən  su  yoludur,  lakin  qida, 
həmçinin  sistalarla  çirklənmiş  əllər  vasitəsilə  baş  verən  məişət  yoluxma  yolu  da 
mümkündür. İnsanların təbii həssaslığı yüksəkdir
300 
downloaded from KitabYurdu.org


kontagiozluq  əmsalı  20%  təşkil  edir.  Keçirilmiş  xəstəlikdən  sonra  nisbi  və 
qısamüddətli immunitet yaranır. 
Amöbiaz  dünyanın  bir  çox  ölkələrində  geniş  yayılmışdır.  Xəstəlik  daha  çox 
tropik və subtropik iqlim rayonlarında rast gəlir. Amöbiazla ən çox orta yaşlı şəxslər 
xəstələnirlər,  5  yaşa  qədər  uşaqlar  arasında  xəstəlik  az-az  təsadüf  olunur.  Xəstəlik 
həm şəhər, həm də kənd əhalisi arasında yayılmışdır, digər fəsillərə nisbətən ilin yay 
dövründə  daha  çox  qeydə  alınır.  Amöbiazda  risk  qrupunu  homoseksualistlər, 
psixiatriya klinikalarının pasiyentləri, QİÇS-lə xəstələr təşkil edir. 
Klinik  gedişin  xüsusiyyətləri.  Amöbiazm  3  klinik  forması  ayırd  edilir:  1) 
bağırsaq amöbiazı, 2) bağırsaqdankənar amöbiaz, 3) dəri amöbiazı. 
BAĞIRSAQ AMÖBİAZI VƏ YA AMÖB 
DİZENTERİYASI 
Bu  klinik  forma  tez-tez  qeydə  alınır.  Inkubasiya  dövrü  1-2  həftədən  3  ay  və 
daha  çox  davam  edir.  Xəstəliyin  simptomatikası  uzun  müddət  ərzində  az  nəzərə 
çarpır  -  insanların  əhvalı  ümumilikdə  dəyişmir.  Amöbiazm  bağırsaq  formasının  ən 
başlıca  əlaməti  nəcisin  pozulmasıdır.  Xəstəliyin  ilkin  fazasında  nəcis  boldur, 
xarakterik formaya malikdir, onun içərisində selik qarışığı nəzərə çarpır, pis qoxuya 
malikdir,  sutkada  tezliyi  4-6  dəfəyə  çatır.  Xəstəliyin  gedişində  defekasiya  aktlarının 
tezliyi sutkada 10-20 dəfəyə qədər artır, nəcis bərk formasını itirir, şüşəyəbənzər selik 
şəklini alır. Patoloji  proses inkişaf etdikcə qanın  qarışması baş verir, nəticədə nəcis 
«moruq»  və  ya  «qırmızı  qarağat  jelesi»  şəklinə  düşür  ki,  bu  da  amöbiaz  üçün  son 
dərəcə spesifik sayılır (belə hallarda xoralı proses əsasən yoğun bağırsağın proksimal 
şöbələrində, yəni kor və qalxan bağırsaqda lokalizasiya edir). 
Bağırsaq amöbiazında qarın bir qədər dartılır. Qarnın palpasiyası ağrısızdır, bu 
da  patoloji  prosesin  ən  çox  lokalizasiya  etdiyi  nahiyədə  daha  qabarıq  üzə  çıxır. 
Amöbiaz  zamanı  yoğun  bağırsağın  sağ  hissəsi  (kor  və  qalxan  bağırsaq)  lap  güclü 
zədələnir və ileosekal nahiyəni əllədikdə güclü ağrılar müşahidə olunur. 
Kəskin  bağırsaq  amöbiazı  ilə  xəstələrin  rektomanoskopiya  müayinəsinin  və 
kolonoskopiyanın aparıldığı zaman (patoloji prosesə yoğun bağırsağın distal şöbələri 
cəlb olunduqda) diametri 2-20 mm 
301 
downloaded from KitabYurdu.org


olan  xoralar,  ən  çox  büküşlərin  zirvəsində,  aşkar  edilir.  Bağırsağın 
rentgenoskopiyası və rcntgcnoqrafiyası yoğun bağırsağın şöbələrinin qeyri-bərabər 
dolmasını, spazmın olmasını və bağırsağın sürətlə boşalmasını aşkar etməyə imkan 
verir. 
Bağırsaq amöbiazmın kəskin klinik əlamətləri pasiyentdə, bir qayda olaraq, 
4-5 həftədə saxlanılır. Sonra remissiya fazası baş verir ki, onun davametmə müddəti 
bir neçə həftədən bir neçə aya qədərdir. Remissiya siraptomatikanın residı'vləri ilə 
əvəz olunur. Xəstəlik xronik gedişli xarakter alır və spesifik terapiya aparılmadıqda 
bir çox illər və onillər davam edir. 
BAĞIRSAQDANKƏNAR AMÖBİAZ 
Parazitozun bu forması arasında ən çox aşağıdakı təzahürlər qeydə alınır: 1) 
Qaraciyər amöbiazı. O, bağırsaq amöbiazmın həm kəskin təzahürləri zamanı, həm 
də bir neçə ay (illər) sonra baş verə bilər. Qaraciyər amöbiazmın iki klinik forması 
təsvir edilmişdir: a) amöb hepatiti və b) qaraciyər absesi. 
Kəskin hepatit adətən bağırsaq amöbiazmın əlamətləri fonunda inkişaf edir. 
Sağ  qabırğa  altında  ağrılarla  birgə  hepatomeqaliya  qeydə  almır.  Palpasiya  bu 
orqanın  bərkiməsi  haqqında  dəyərli  məlumatlar  verir,  bu  zaman  qaraciyər 
əlləndikdə  bir  qədər  ağrılı  olur.  İktcrus  nadir  hallarda  inkişaf  edir.  Hərarət 
subfebrildir, bəzən yüksəlmələrlə gedir, lakin dəyişməyə də bilər. Qanda mülayim 
leykositoz qeyd olunur. 
Qaraciyərin  amöb  absesi:  o,  çox  vaxt  qaraciyərin  sağ  payının  yuxarı 
hissəsində  lokalizasiya  edir.  Qaraciyər  absesinin  daimi  əlamətləri  hepatomeqaliya 
və  ağrılardır  ki,  o  da  sağ  çiyinə  yayılır:  xəstə  hərəkət  edərkən  və  dərindən  nəfəs 
alarkən ağrılar güclənir. Qızdırma 39°C və yuxarı olur, temperatur əyrisi remissiya, 
hektik və ya daimi xarakterdədir. Hərarətin qalxması titrətmələrlə müşayiət olunur, 
hərarət  aşağı  düşdükdə  tər  ifrazı  müşahidə  edilir.  Intok-  sikasiya  olduqca  kəskin 
nəzərə çarpır. Dərinin turqoru azalmışdır, torpaq rəngi alır. 
2) Ağciyər amöbiazı parazitlərin ağciyərlərə hematogen yolla düşməsi və ya 
qaraciyər  absesinin  plevra  boşluğuna  açılması  zamanı  inkişaf  edir.  Bu  formanın 
simptomatikası  -  spesifik  plevrapnev-  moniya  və  ya  ağciyər  absesidir.  Xəstələr 
çoxlu  miqdarda  qanlı  bəlğəm  ifraz  edirlər,  bunu  adətən  obrazlı  şəkildə  «şokolad» 
bəlğəmi adlan- 
302 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə