Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə104/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   117

Elə ilk sutqalarda udulmuş qamçısız formalar (leyşmanial forma) qamçılı formaya 
(leptomonad  forma)  çevrilir,  çoxalır  və  6-8  gündən  sonra  mığmığanın  udlağında 
toplanırlar. 
Yoluxmuş  mığmığanın  insan  və  ya  heyvanı  dişləməsi  zamanı  hərəkətli 
forma  udlaqdan  yaraya  keçir  və  leyşmaııiyamn  növündən  asılı  olaraq  dəri  və  ya 
daxili  orqanların  hüceyrələrinə  daxil  olurlar.  Burada  onlar  qamçısız  formaya 
çevrilirlər. 
Leyşmaniozlar  zamanı  infeksiya  mənbələri  müxtəlif  olur:  hind  visseral 
(kala-azar) leyşmanioz zamanı  - xəstə adamlar, Aralıq dənizi visseıal leyşmaniozu 
zamanı  -  çaqqal,  tülkü,  itlər  və s. Dəri leyşmaniozu zamanı  infeksiya mənbəyi  ya 
xəstə  adamlar  (antroponoz  forma),  ya  da  vəhşi  gəmiricilər  -  böyük  və  qırmızı 
quyruq qum siçanlarıdır. 
Kliniki  mənzərə.  Visseral  leyşmaniozla  çox  zaman  uşaqlar  xəstələnirlər. 
Davametmə  müddəti  bir  neçə  həftədən  bir  neçə  aya  qədər  olan  inkubasiya 
dövründən  sonra  xəstənin  bədən  temperaturu  artır,  adinamiya,  rəngin  avazıması, 
süstlük müşahidə olunur, iştaha azalır.  Anemiya inkişaf  edir.  Xəstəlik  bir  neçə ay 
davam edir və spesifik müalicə almadıqda adətən ölümlə nəticələnir. 
Dəri  leyşmaniozunda  inkubasiya  dövründən  sonra  mığmığaların  dişlədiyi 
yerdə qırmızı rəngli, orta bərklikdə, adətən az ağrılı kiçik düyüncüklər əmələ gəlir. 
Düyüncüklər  tədricən  böyüyür  və  antroponoz  forma  zamanı  3-6  həftədən,  zoonoz 
forma zamanı isə 1-3 həftədən sonra xoralaşırlar. Xəstəlik bir neçə ay, antroponoz 
forma zamanı - bir ildən artıq davam edir və sağalma ilə qurtarır. Xora yerlərində 
çapıqlar əmələ gəlir. Xəstəlikdən sonra immunitet formalaşır. 
Visseral  lcyşmaııiozun  son  diaqnozunu  sümük  iliyi  yaxmasının 
mikroskopiyası zamanı leyşmaniyaların tapılmasına əsasən qoyurlar. Sümük iliyini 
almaq  üçün  döş  sümüyünün,  qalça  sümüyünün  darağının  və  ya  bud  sümüyünün 
yuxan  hissəsinin  punksiyasını  həkim  özü  yerinə  yetirir.  Preparatda  leyşmaniyalar 
qrup  şəklində  və  ya  tək-  tək,  hüceyrənin  daxilində  və  ya  xaricində  yerləşə  bilər. 
Dəri leyşmaniozu zamanı materialı düyüncükləri və ya infiltratı skalpellə boz-qanlı 
maye görünənə qədər qaşımaqla alırlar. 
Leyşmaniyalar  xoralanmanın  erkən  mərhələlərində  asanlıqla  aşkar  edilir. 
Xoraların  irinli  ifrazatında  yalnız  deformasiya  olunmuş  və  parçalanmış 
leyşmaniyalar  aşkar  edilir  ki,  bu  da  diaqnozu  qoymağa  çətinləşdirir.  Xoraların 
sağalma mərhələsində leyşmani- 
306 
downloaded from KitabYurdu.org


yalar az hallarda aşkar edilir. Bəzən bakterioloji metoddan da istifadə olunur. 
Profilaktikası  -  Visscral  leyşmanioz  zamanı  xəstələri  erkən  aşkar  etmək 
üçün  həyətbohəyət  müayinələr  aparmaq,  sahibsiz  itlərin  qırılması  və  qiymətli 
cinslərdən  olan  itlərin  baytar  həkim  tərəfindən  müayinəsi  lazımdır.  Zoonoz  dəri 
lcyşmaniozu  zamanı  vəhşi  gəmiricilərin  qırılması,  profilaktik  peyvəndlər 
məsləhətdir.  Bütün  növ  leyşmaniozlarla  xəstələnmənin  qarşısını  almaq  məqsədilə 
mığmığaları  qırır,  onların  yumurta  qoyduqları  yerləri  ləğv  edir,  yaşadıqları  yerləri 
kimyəvi  maddələrlə  işləyir,  həmçinin  mığmığaların  insanları  dişləməsindən 
qorumaq üçün tədbrlər planı hazırlayırlar (repellentlər). 
DƏRİ LEYŞMANİÖZU 
Şəhər tipli dəri (antroponoz) lcyşmaniozu 
Kəskin  invazion  xəstəlik  olub,  törədicinin  daxil  olduğu  yerdə  dərinin  xoralı 
zədələnmələri  və  sonradan  tipik  çapıqlaşma  ilə  səciyyələnir.  Dəri  leyşmaniozunun 
bu formasına (gec xoralaşan) bəzən Borovski xəstəliyi, aşxabad, il yarası da deyilir. 
Törədici, Şəhər tipli dəri leyşmaniozunun törədicisi qamçılılar sinfindən olan 
Leishmaniya tropika minor (leyşmaniyanın kiçik forması) sayılır. 
Leyşmaniyalar  2  inkişaf  mərhələsi  keçirlər:  qamçısız,  hüceyıə-  daxili 
(leyşmanial)  mərhələ  onurğalı  sahibin  orqanizmində  -  bu  tipdə  insanda;  qamçılı, 
leptomonad, hərəkətli forma - keçiricinin (hününün) orqanizmində yerləşir. 
Kulturalaıda  süni  mühitlərdə  leyşmaniyalar  leptomonad  formalar  şəklində 
inkişaf  edirlər.  Parazitin  leyşmanial  mərhələsi  oval  və  ya  armudşəkilli  formaya 
malikdir, ölçüsü 3-5xl-3 mkm. Leptomonad mərhələ hərəkətlidir, qamçısı vardır, 10-
12x5-6  mkm  ölçüdə  uzunsov  formadadır,  qamçının  uzunluğu  16-26  mkm,  orta 
hesabla  20  mkm-ə  çatır.  Leyşmaniyalar  müxtəlif  qidalı  mühitlərdə  (duru,  yanduru, 
bərk) yaxşı böyüyürlər. Onlar üçün klassik mühit NNN-aqar mühiti (dovşanın steril 
defibrinləşdirilmiş qanında) sayılır. 
307 
downloaded from KitabYurdu.org


İnvaziya mənbəyi. İnvaziya mənbəyi xəstə insandır. 
İnvaziya  mənbəyinin  yoluxduruculuq  dövrü.  İnvaziya  mənbəyi  xoralar 
olduqda  xəstəliyin  bütün  inkişaf  dövründə  (təqribən  1  il  ərzində)  yoluxdurucudur. 
Xoralar çapıqlaşdıqdan sonra onlar təhlükəsiz olurlar. 
Yoluxma  mexanizmi  və  yolları.  Törədicinin  yoluxma  mexanizmi  - 
transmissivdir.  Yoluxma  Phlebotomus  cinsi  hünülərinin  hcmatofaq  dişi  fərdlərinin 
dişləməsi  zamanı,  əsasən  də  bədənin  açıq  hissələrini,  xüsusən  də  üzü  dişlədikdə, 
həyata keçir. 
Şəhər  dəri  leyşmaniozunun  törədicisi  Ph.sergenti,  Ph.cauca-  sicus, 
Ph.papatasii  hünüləri  ilə  yayılır  ki,  bunlar  da  şəhər  və  kəndlərdə  sinantrop  həyat 
tərzi keçirlər. 
Həssaslıq və immunitet. Şəhər tipli dəri lcyşmaniozuna həssaslıq ümumidir, 
keçirilmiş  xəstəlik  nəticəsində  rcinvaziyalara  qarşı  immunitet  formalaşır.  Humoral 
immunititet  az  miqdarda  əmələ  gələn  qeyri-spesifik  əkscismlərlə  şərtlənir.  Bunun 
əksinə olaraq, T-hüceyrə immuniteti inkişaf edir ki, o, daha davamlı və gərgin olur. 
Epidemik  prosesin  təzahürü.  O  ölkələrdə  yayılmışdır  ki,  orada  minimum 
1,5-2 ay ərzində sutqalıq temperatur +20°C-dən aşağı deyildir (Afrika, Asiya, Latın 
Amerikası  ölkələri,  İtaliya,  Portuqaliya,  Almaniya,  Albaniya,  Fransa  və  s.).  MDB 
ölkələrində leyşmanioz praktik olaraq ləğv edilmişdir. 
Təkrari yoluxmalara qarşı əmələ gələn rezistentlik davamlıdır və xəstəlikdən 
6  ay  sonra  inkişaf  edir.  Şəhər  tipli  leyşmanioz  ilə  keçiricinin  arealında  yerləşmiş 
böyük kənd və şəhərlərin sakinləri yoluxur. Xəstəlik bütün il ərzində rast gəlir, ən 
çox  şəhərin  sıx  məskunlaşmış  yerində  yaşayan  uşaqlar  və  böyüklər  xəstələnirlər. 
Xəstəliyin  invaziya  mənbələrinin  yaşadığı  ayrı-ayrı  kvartallara  uyğunlaşması 
müəyyən edilir. 
İnkubasiya dövrü. 2 aydan 1,5 ilə qədərdir, orta hesabla 3-7 aydır. 
Əsas  klinik  əlamətləri.  Dişləmə  yerində  açıq  sahələrdə,  əsasən  do  üzdə 
xırda,  tək-tək,  nadir  halda  çoxsaylı  parlaq  səthə  malik  dairəvi  qabarcıqlar  əmələ 
gəlir. Tədricən onlar bozumtul, sonra isə qırmızı- qonur və ya göyərmiş rəng alırlar. 
Bir neçə aydan sonra qabarcıqlar sorula bilər, lakin daha çox onlar xoıalaşırlar. Xora 
dairəvidir,  qabıqla  örtülmüşdür,  xəmirə  bənzəyir,  şəbəkəli  kənarları  vardır;  sero- 
hemorragik  xora  möhtəviyyatında  xəstəliyin  törədiciləri  aşkar  edilir.  Xoralaşma 
qranulomaların əmələ gəlməsindən etibarən 6 ay, bəzən 
308 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə