Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə107/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   117

formadadır,  ətraf  mühitə  ifrazatla  xaric  edilirlər.  İfrazatda  16-20°C-  do  onlar  öz 
invazion  xüsusiyyətlərini  -  4  gün  ərzində,  2-4°C  -  21  gün,  suda  18-22°C-də  16-18 
gün  ərzində  sağ  qalırlar.  Quruma  öldürücü  təsir  göstərir  (bir  neçə  dəqiqə 
müddətində).  Lyambliya  sistaları  amöblər  kimi  xlor  preparatlarına  qarşı  çox 
davamlıdırlar.  Lyambliyaların  vegetativ  formalarının  ətraf  mühitə  davamlılığı 
aşağıır (2 saata qədər). 
İnvaziya  mənbəyi.  İnsan  -  xəstə  və  ya  paıazilgəzdirəndir.  Siçan  və 
siçovullarda olan ləmbliyalar insan üçün patogen deyildir. 
invaziya  mənbəyinin  yoluxdurtıculuq  dövrü.  Lyambliozla  xəstə  və  ya 
parazitgəzdirən uzun müddət  ərzində (aylar) nəcislə ləmbliya sistalarını xaric edir. 
Lyambliyanın vegetativ formalarının insan orqanizmində parazitlik etməsi məhdud 
müddətdə (30-40 gün) davam edir. 
Yoluxma  mexanizmi  və  yoluxma  yolları.  Lyambliyalarla  yoluxma  əsasən 
sistaların  udulması  ilə  baş  verir.  Başlıca  yoluxma  amilləri  çirkli  əllər,  çirklənmiş 
məhsullar və şəxsi gigiyena qaydalarına əməl etmədikdə müxtəlif qulluq əşyaları ola 
bilər. Bu amillər uşaq kollektivlərində daha böyük əhəmiyyət daşıyırlar. Su amili də 
yoluxmada əhəmiyyətli rol oynayır. 
Həssaslıq  və  immunitet.  Lyamblioza  qarşı  həssaslıq  müəyyən  yaşlar  üçün 
xarakterikdir  -  uşaqlarda  o,  böyüklərə  nisbətən  yüksəkdir.  Bəziləri  bunu 
anadangəlmə  və  ya  qazanılmış  immundefisitlə  əlaqələndirirlər.  Bununla  yanaşı 
spesifik  immunitet  do  qeyd  edilir.  Belə  ki,  uşaq  yaşlarında  keçirilən  xəstəlikdən 
sonra təkrar yoluxma baş vermir. Lakin simptomsuz parazitgəzdirraə mümkündür. 
Epidemik prosesin təzahürü. Lyamblioz əsasən sanitar-gigiyenik səviyyəsi 
aşağı  olan  yerlərdə  geniş  yayılmışdır.  Bəzi  dövlətlərdə  (ABŞ)  əhalinin  yoluxması 
15-20%-ə  çatır.  Bir  çox  uşaq  kollektivlərində  (qey-  ıi-qənaotbəxş  sanitar  şəraitdə 
olan) uşaqların yoluxması əhəmiyyətli dərəcədə yüksək ola bilər. Böyüklər arasında 
isə  sistagəzdirmə  halı  uşaqlara  nisbətən  3-4  dəfə  azdır.  Məktəbəqədər  və  məktəb 
yaşlı uşaqların yoluxması tədricən zəifləyir və 16 yaşda tam itir. 
İnkubasiya dövrü. 1-3 həftədir. 
Klinik  əlamətlər.  Lyambliozun  bağırsaq  forması  üçün  daha  çox  səhərlər 
müşahidə  olunan  ishal  xarakterikdir.  Nəcis  ödlə  qarışmış  olur.  İshal  nəcisin 
normallaşması dövrləri ilə növbələşir. 
Bir çox hallarda öd yollan və onikibarmaq bağırsaqda lyambliyaların ikincili 
məskunlaşması baş verir ki, bu da selikli 
315 
downloaded from KitabYurdu.org


qişanın  iltihablaşraası  və  qaraciyərin  absesinə  səbəb  ola  bilər.  İşlahsızlıq,  ümumi 
əzginlik, yüksək həssaslıq qeyd edilir. Bağırsaq formalarından (enlcrit, enterokolil) 
başqa qaraciyər (duodenit) və qarışıq forma da əmələ gəlir. 
Müalicə. Furozolidon, tıixopol, aminoxinol. Ölüm halları qeyd edilmir. 
Laborator diaqnostikası. Duodcnal möhtəviyyatın və nativ yaxmada nəcisin 
protozooloji  müayinəsi  (Lyuqolla  boyanmış)  zamanı  həm  vegetativ  formalar,  həm 
də sistalar aşkar edilə bilər. Habelə, dəri-allcrgik sınaq qoyula bilər. 
Profilaktik və əksepidemik tədbirlər. Amöbiazda olduğu kimidir. 
TRİPANOSOMOZLAR 
Tripanosomozların  törədicisi  müxtəlif  tripanosomalardır.  Tripa-  nosomalar 
arasında insan üçün patogen olan növlərin sayı üçdür:  Trypanosoma gambiense və 
Trypanosoma  rhodeskn.se  Afrika  tripano-  somozunu  (yuxu  xəstəliyi)  törədir; 
Trypanosoma cruzi - Amerika tripanosomozunun (Şaqas xəstəliyi) törədicisidir. 
Yuxu  xəstəliyində  tripanosomanın  həyat  tsiklinin  birinci  hissəsi  Sc-Se 
milçəyinin həzm kanalında, ikinci hissəsi - sahibin orqanizmində gedir. 
Onuığalı sahiblərdə (insan və ya vəhşi heyvanlar) tripanosomalar qanda olurlar 
və keçiricinin dişləməsi zamanı onun mədəsinə düşürlər. Afrika tripanosomozunun 
törədicisinin  keçiricisi  Glossina  cinsindən  olan  qansoran  milçəklər  və  ya  Se-Se 
milçəyi, Amerika triponosomozunun keçiricisi isə taxtabitidir. 
Profilaktikada  şəxsi  və  ictimai  tədbirlər  həyata  keçirilir.  Şəxsi  profilaktika  - 
dərman  preparatlarının  qəbulu;  ictimai  -  keçiricilərin  məhv  edilməsi,  onların 
yumurta qoyduqları yerlərin ləğv edilməsidir. 
316 
downloaded from KitabYurdu.org


SPORLULAR SİNFİ 
TOKSOPLAZMOZ 
• • 
İnvazion  xəstəlik  olub,  polimorf  klinik  şəklə  malikdir,  böyüklərdə  əksər 
hallarda simptomsuz gedir. 
Etiologiyası.  Törədicisi  -  ibtidai  Toxoplasma  gondii  sporlular  sinfinə  aiddir, 
hüceyı ədaxili parazitdir. 
Ölçüləri  -  eni  2-4  mkm,  uzunluğu  7  mkm,  narıngi  dənəsi  (aypara) 
formasındadır.  Həssas  orqanizmdə  toksoplazmalar  müxtəlif  forma  alır  və 
toxumaların hüceyrələrinə daxil olur, orada boylama bölünmə ilə 2 hissəyə bölünür 
və  beləliklə  çoxalırlar.  Təkrar  bölünmələr  nəticəsində  hüceyrədə  qız  parazitlərin  - 
psevdosistaların toplanması baş verir. Çoxlu sayda bölünmədən sonra psevdosistalar 
sahibin  dağılmış  hüceyrəsindən  xaricə  çıxırlar.  Azad  olmuş  parazitlər  yeni 
hüceyrələrə daxil olur və tsikl yenidən təkrarlanır. 
Bununla  bərabər  çoxalma  tumurcuqlanma  ilə  də  gedir.  Pişiklər  ailəsinin 
nümayəndələrində  toksoplazmalar  cinsi  çoxalma  tsikli  keçirir  və  oosistalar  əmələ 
gəlir.  İnvaziyalaşmış  pişik  nəcis  ilə  birlikdə  külli  miqdarda  oosistalar  xaric  edir. 
Bəzən oosistalann sayı milyarda çatır. Həmin oosistalar torpağın əlverişli temperatur 
və  nəmliyi  şəraitində  2-5  gün  müddətində  sporosistalara  çevrilir.  Bir  oosistadan 
hərəsində  4  sporozoit  olan  2  sporosista  əmələ  gəlir.  Onlar  həyat  qabiliyyətlərini 
bəzən 2 ilə qədər saxlaya bilirlər. 
Sporozoitlər  torpaqdan  müxtəlif  heyvanlar  və  quşların  bağırsağına  düşür, 
onların  ekosistalaşması  başlayır  və  intensiv  şəkildə  selikli  epitel  hüceyrələrə 
yayılırlar.  Sonradan  taxizoitləro  çevrilir,  limfa  və  qan  damarlarına  keçərək,  bütün 
orqanizmə  yayılır  və  intensiv  çoxalmağa  başlayırlar.  Sonra  taxizoitlərin  çoxalma 
prosesi yavaşıyır, toxuma sistası əmələ gəlir. Bu sistaya əks cisimcik daxil ola bilmir. 
Yetkin toxuma sistasında minlərlə yavaş inkişaf edən bradizoitlər olur, bunlar uzun 
illər və bəzən də sahibin bütün ömrü boyu sağ qala bilir. 
Toksoplazmozun  xronik  və  latent  formaları  zamanı  sahibin  toxumalarında 
(baş beyin, ürək və skelet əzələsi, göz toxuması, bəzən ağciyərlər, uşaqlıq divarları) 
həqiqi sistalar əmələ gəlir. Onlar dairəvi və ya bir qədər oval olurlar. Ölçüləri içəridə 
yerləşən parazitlərin sayından (bir neçə fəıddon 3-5 mln. qədər) asılı olaraq 5 mkm-
dən 100-150 mkm-ə qədər çatır. Oosistalarda olan parazitlər əkscisimlərin 
317 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə