Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


VIII  Mövzu.  Marketinqin  kommunikasiya  sisteminin



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə7/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   235
A.S.A-UROV-marketinq..

VIII  Mövzu.  Marketinqin  kommunikasiya  sisteminin 
təkmilləşdirilməsi istiqamətləri.......................................... 
8.1.İnteqrasiyaolunmuş  marketinq  kommunikasiya  siste-
minin yaradılması strategiyası ……………................…….. 
8.2.Marketinqin kommunikasiya sisteminin dəyişməsi 
meylləri, işküzar kommunikasiyanın müasir sistemləri......... 
Ədəbiyyat ..............…………....…………………………...  
 
152 
 
152 
 
161 
 
168 
168 
171 
 
176 
178 
181 
 
188 
 
188 
 
194 
201 
 
 


 
 
 
 
 

GİRİŞ 
 
          Müasir dövrdə bazarda müvəffəqiyyətlə fəaliyyət  göstərmək, rəqa-
bət  mübarizəsində  qalib  gəlmək  üçün  istifadə  edilən  ən  vacib  konsep-
siyalardan  biri  marketinq  konsepsiyasıdır.  Bu  konsepsiyanın  əsas 
funksiyalarından biri reklam və satışın həvəsləndirilməsidir. Marketinqin 
bu  funksiyası  istehsal  edilən  məhsula  tələbat  yaratmağı,  satışı  həvəslən-
dirməyi,  həmçinin  istehlakçılara  zəruri  informasiya  ötürülməsini,  on-
lardan  əks  informasiya  əldə  edilməsini,  həmin  informasiyaların  təhlilini 
və istifadə olunmasını nəzərdə tutur. Ümumilikdə, əmtəənin irəlilədilməsi 
üzrə  stimullaşdırma  tədbirlərinin  hazırlanması  və  həyata  keçirilməsi, 
onlardan  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi  marketinqin  kommu-
nikasiya sisteminin yaradılmasını və tətbiq edilməsini əsaslandırır. 
Artıq  bu  gün  bazarlar  istehsalçı  bazarından  istehlakçı  bazarına 
çevrilmiş  və  burada  hansı  məhsulu  istehsal  etməyi,  hansı  miqdarda  və 
qiymətlə  satmağı  istehlakçılar  diktə edirlər.  Məhz  bu  baxımdan  kommu-
nikasiya  sistemi  satıcılarla  istehlakçılar  arasında  əlaqə  və  ünsiyyət  ya-
ratmağa,  satışın  həcmini  və  mənfəətin  məbləğini  artırmağa  xidmət 
göstərir. 
Marketinq  fəaliyyətində  qarşıya  qoyulan  məqsədlərə  nail  olmaqda 
və  məqsəd  bazarlarında  müəssisənin  mövqeyini  qoruyub  saxlamaqda 
kommunikasiya  sistemi  mühüm  rol  oynayır  və  bu  sistem  firmadaxili 
sistem  hesab  edilmir.  Belə  ki,  kommunikasiya  sistemi  üzrə  fəaliyyət 
firmadaxili  fəaliyyətlə  yanaşı,  həm  də  firmadankənar  müəssisə  və  təş-
kilatlarla,  istehlakçılarla  qarşılıqlı  əlaqəni  və  münasibətləri  əhatə  edir. 
Marketinqin  kommunikasiya  sistemi  tələbin  formalaşması  və  satışın 
həvəsləndirilməsinin müxtəlif üsullarını və metodlarını özündə birləşdirir 
ki,  onların  da  əsasını  kommunikasiya  kompleksinin  əsas  elementləri  he-
sab edilən reklam, satışın həvəsləndirilməsi, şəxsi satış, birbaşa marketinq 
və ictimaiyyətlə əlaqə təşkil edir:  
Reklam  hər  hansı  bir  şəxsin  sifarişi  ilə  firma,  məhsul,  xidmət  və 
ideyalar  haqqında,  şəxsin iştirakı  olmadan  zəruri  məlumatların  pullu  ya-
yım formasıdır. Reklam marketinqin kommunikasiya sisteminin əsas alət-
lərindən biri olmaqla məhsula tələbat yaradılmasında və satışın həcminin 
artırılmasında güclü təsirə malikdir və bu baxımdan ona ayrıca bir bölmə 
kimi yanaşılır.  


 
 
 
 
 

Satışın  həvəsləndirilməsi  əmtəənin  irəlilədilməsinə  yardım  etmək, 
məhsula  tələbat  yaratmaq  və  onun  satışını  həvəsləndirmək  məqsədilə 
zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Satışın həvəsləndiril-
məsində  müxtəlif  məqsədlər  güdülür  və  bu  məqsədlərdən  asılı  olaraq 
stimullaşdırmanın  hansı  məqsədli  auditoriyaya  yönəldilməsi,  hansı  sti-
mullaşdırma  metodlarından  və  üsullarından  istifadə  edilməsi  müəyyən-
ləşdirilir.  
Şəxsi  satış  kommunikasiya  sisteminin  əsas  elementlərindən  biri 
olmaqla  müştərilərə  istiqamətlənən  satış  konsepsiyasından,  o  cümlədən 
şəxsi satış metodlarından istifadə etməklə müəssisənin məhsulunun fərdi 
qaydada  satışının  həyata  keçirilməsini,  alıcılarla  uzunmüddətli  ticarət 
əlaqələrinin yaradılmasını nəzərdə tutur.  
Birbaşa  marketinq  müasir  dövrdə  kommunikasiya  sistemində  özü-
nəməxsus xüsusi yer tutur, birbaşa poçt göndərişlərindən istifadə edilmə-
sini, katoloq üzrə satışı, telemarketinqin həyata keçirilməsini, dərhal reak-
siya  yaradan  televiziya  marketinqini,  interaktiv  marketinqi  və  elektron 
ticarəti  özündə  birləşdirir,  separativ,  interaktiv  və  funksional  konsepsi-
yalardan istifadə edilməklə həyata keçirilir. 
İctimaiyyətlə  əlaqə  firma  və  onun  məhsulu  haqqında  xoş  təəssürat 
yaratmaq,  müsbət  rəy  formalaşdırmaq,  onları  şöhrətləndirmək  üçün 
həyata  keçirilən  tədbirləri,  bu  məqsədlə  təbliğatdan  geniş  istifadə  edil-
məsini  nəzərdə  tutur.  İctimaiyyətlə  əlaqə  üzrə  fəaliyyətin  qarşısında  bir 
sıra  vəzifələr  dayanır:-  firmaya  xoş  münasibətin  formalaşdırılması, 
təşkilatlarla,  istehlakçı  qruplarilə  əlaqələr  yaradılması,  arzuolunmaz 
şayələrin və məlumatların yayılmasının qarşısının alınması və s.  
«Marketinqin kommunikasiya sistemi» kursunun tədrisi prosesində 
marketinq  fəaliyyətində  kommunikasiya  sisteminin  yeri  və  rolu,  ma-
hiyyəti; reklam kommunikasiya sisteminin  əsas elementi kimi,  reklamın 
marketinq  təsnifatı  və  formaları,  yayım  vasitələri;  reklam  büdcəsinin 
işlənib  hazırlanması;  reklam  fəaliyyətinin  effektivliyinin  qiymətləndi-
rilməsi;  satışın  stimullaşdırılması,  onun  məqsədləri,  forma  və  metodları, 
stimullaşdırma  proqramının  işlənib  hazırlanması,  həyata  keçirilməsi, 
nəticənin  qiymətləndirilməsi;  əmtəənin  irəlilədilməsinin  ümumi  büd-
cəsinin  və  proqramın  işlənib  hazırlanması;  satışın  idarəedilməsi  və  şəxsi 
satış; ictimaiyyətlə əlaqə; Pablik Rileyşnz konsepsiyasının tətbiqi; inteq-
rasiyaolunmuş  marketinq  kommunikasiyası;  əmtəə  bazarında  yarmar-
kaların  və  sərgilərin  təşkili;  marketinqin  kommunikasiya  sisteminin  də-


 
 
 
 
 

yişməsi  meyilləri;  müasir  işgüzar  kommunikasiya  sistemləri  və  s. 
problemlər öyrənilir.  
Dərsliyin  məzmunu  və  quruluşu  marketinqin  kommunikasiya 
sistemi  ilə  bilavasitə  bağlı  olan  və  yuxarıda  qeyd  edilən  məsələlərin 
əlaqəsi və ardıcıllığı nəzərə alınmaqla tərtib edilmişdir.  
Kursun  səmərəli  tədrisini  və  oxucular  tərəfindən  daha  dolğun  mə-
nimsənilməsini  təmin  etmək  məqsədilə  marketinqin  kommunikasiya 
sisteminə aid olan məsələlər 8 mövzuda birləşdirilmişdir.  
«Marketinqin kommunikasiya sistemi» kursunun təklif olunan məz-
munda  və  quruluşda  tədris  olunması  «bakalavr»  səviyyəsində  hazırlanan 
marketoloq mütəxəssislərə fənn haqqında zəruri biliklərin əldə edilməsinə 
imkan verəcəkdir.  
Bu  mövzuda  ilk  dəfə  dərslik  yazıldığına  görə  onun  daima  tək-
milləşdirilməsi  məqsədəuyğundur.  Dərsliyi  hazırlayarkən  marketinqin 
kommunikasiya    sisteminə  aid  olan  bir  sıra  xarici  ölkələrin  marketşünas 
alimləri  və  mütəxəssisləri  tərəfindən  dərc  edilən  elmi  əsərlərdən,  dərs-
liklərdən və dərs vəsaitlərindən istifadə edilmişdir.  
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  hal-hazırda  «Marketinqin 
kommunikasiya  sistemi»  ümumi  «Marketinq»  konsepsiyasının  bir 
istiqaməti,  tərkib  hissəsi  kimi  öyrənilir,  tətbiq  edilir.  Buna  baxmayaraq, 
onun ayrı-ayrı elementləri, xüsusən də reklam fəaliyyəti artıq müstəqil bir 
sahibkarlıq  fəaliyyəti  kimi  formalaşmış  və  inkişaf  etməkdədir.  Son  on-
illiklərdə reklam fəaliyyətinin təşkili, reklam kommunikasiyasının həyata 
keçirilməsi, reklam marketinqi üzrə çoxlu sayda əsərlər yazılmışdır.  
Marketinqin    kommunikasiya  sisteminin  əsas  elementlərindən  biri 
olan  ictimaiyyətlə  əlaqə  (Pablik  Rileyşnz)  elmin  müstəqil  bir  istiqaməti  
kimi  formalaşmaqda  və  inkişaf  etməkdədir.  Bütün  bu  dəyişikliklər, 
ümumilikdə marketinqin kommunikasiya sisteminin daha da inkişaf etmə-
sinə, genişlənməsinə, əhəmiyyətinin və rolunun artmasına gətirib çıxarır, 
onda baş verən inkişaf meyillərini əks etdirir. Kommunikasiya sisteminin 
bütün elementləri üzrə baş verən dəyişikliklər, yeniliklər, təkmilləşmələr, 
kommunikasiya  fəaliyyəti  çərçivəsində  ümumilikdə  marketinq  konsep-
siyasının daha səmərəli tətbiq olunmasına xidmət edir.  
Dərslik  təqdim  olunan  quruluşda  respublikada  ilk  dəfədir  ki,  ha-
zırlanır, şübhəsiz ki, iş qüsursuz deyildir. Müəllif mövcud nöqsanları, rəy 
və  təkliflərini  bildirən  hər  bir  oxucuya  əvvəlcədən  öz  minnətdarlığını 
bildirir.     


 
 
 
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə