Dərslik Azərbaycan Respublikası təhsil nazirinin



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə10/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   235
A.S.A-UROV-marketinq..

Göndərici 
-  müraciəti  yaradan  və  göndərən  tərəfdir  .  Bu  həm 
fiziki, həm də hüquqi şəxs ola bilər
Kodlaşdırma 
Şifraçma 
Müraciət 
Kanallar 
Гябуледян 
Göndərici 
Maneələr 
Əks -əlaqə 
Nəticə (effekkt) 


 
 
 
 
 
13 
Kodlaşdırma
  -  fikrin,  ideyanın  rəmzi  şəkildə  ifadə  olunması 
prosesidir;  
         Müraciət
 - göndəricinin ötürdüyü məlumatlar dəstidir;  
         Kanallar
  –  informasiya  yayım  vasitələri,  müraciəti  göndəricidən 
qəbuledən və əks tərəfə ötürən vasitədir;    
Şifraçma
  -  göndəricinin  ötürdüyü  məlumatlara  qəbul  edən  tərəfin 
mənavermə prosesidir; 
Qəbuledən
 - göndərici tərəfin göndərdiyi müraciəti alan şəxsdir; 
          Nəticə
  (effekt)  -  müraciətlə  qəbuledən  tərəfdə  təmas  nəticəsində 
yaranan rəy, fikir formalaşmasıdır; 
Əks-əlaqə
 -  göndəricinin qəbul edən tərəfdən əldə etdiyi məlumat-
ları təmin etmə vasitəsidir;  
Maneələr
 - əlaqə prosesində ətraf mühit amillərinin planlaşdırılma-
mış müdaxiləsinin mənfi təsiridir. 
   
Göndəricilər hansı auditoriyaya müraciət edəcəklərini müəyyənləş-
dirməli və hansı nəticə əldə etmək istədiklərini bilməlidirlər. Onlar müra-
ciəti  qəbul  edənlərin  istifadə  etdiyi  şifraçma  prosesinin  xüsusiyyətlərini 
nəzərə  almaqla  yanaşı,  öz  müraciətlərini məharətlə  kodlaşdırmağı  bacar-
malıdırlar. Müraciətlər informasiya yayım vasitələrindən istifadə etməklə 
məqsədli  auditoriyaya  çatdırılır.  Müraciətlərə  məqsədli  auditoriyanın  ca-
vab reaksiyasını bilmək üçün əks-əlaqə kanalları yaradılır. 
Kommunikasiya  prosesinin  tərkib  elementləri  göndərici  ilə  qəbul-
edən  arasında  yaranan  əlaqələrin  ardıcıl mərhələlərini  özündə  birləşdirir. 
Marketinq sahəsinin əlaqələndiricisi kommunikasiya prosesində aşağıdakı 
məsələləri müvafiq ardıcıllıqla həyata keçirməlidir:  
        1. Məqsədli auditoriyanın müəyyənləşdirilməsi.  
        2. Məqsədin müəyyənləşdirilməsi. 
        3. Arzuolunan cavab reaksiyasının müəyyənləşdirilməsi.   
        4. Müraciətin seçilməsi. 
        5. İnformasiya yayımı vasitəçilərinin seçilməsi. 
        6. Müraciət mənbəyini səciyyələndirən əlamətlərin seçilməsi. 
       7.Əks-rabitə kanalları üzrə daxil olan informasiyanın  toplanması.

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə