Dərslik Azərbaycan Respublikası təhsil nazirinin



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə9/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   235
A.S.A-UROV-marketinq..

1.1.
 
Marketinqin kommunikasiya prosesi   
 
Bir  çox  hallarda  marketinqin  kommunikasiya  prosesi  firmaların 
qarşısında  duran  ciddi  problemlərin  həll  edilməsi  məqsədilə  həyata  ke-
çirilir.  Firmalar  məhsullarına  tələbat  formalaşdırmaq,  satışı  həvəslən-
dirmək, firmanın imicini yüksəltmək və digər kommunikasiya tədbirlərini 
həyata  keçirmək  üçün  məqsədli  auditoriyaya  zəruri  informasiyanın  ötü-
rülməsini, onlardan əks informasiyanın əldə edilməsini təmin etməyə çalı-
şırlar və bu məqsədlə də məhz kommunikasiya prosesi baş verir. Hər bir 
firma müxəlif istiqamətlərdə kommunikasiya tədbirlərini həyata keçirir və 
nəticədə  kommunikasiya  prosesi  daimi  və  mürəkkəb  bir  prosesə çevrilir. 
Nəzərə  alsaq  ki.  minlərlə  və  daha  çox  firmalar,  müəssisə  və  təşkilatlar 
eyni  tipli  kommunikasiya  tədbirlərini  həyata  keçirir,  bu  halda  həm  vaxt 
məhdudiyyəti,  həm  də  dəyərinin  yüksək  olması  baxımından  kommuni-
kasiya prosesi daha da mürəkkəbləşir və çətinləşir.  
Bir  çox  mütəxəssislər  və  marketoloqlar  kommunikasiya  prosesinə 
alqı  -  satqı  proseslərinin  idarə  olunmasının  tərkib  hissəsi  kimi  baxırlar. 
Məqsədli  auditoriyaya  (kütləvi  istehlakçılar,  istehlakçılar  qrupu,  siniflər, 
fərdi  istehlakçılar,  mütəxəssislər  və  s.)  informasiyanın  ötürülməsi  və 
onlardan  əks  informasiyanın  əldə  edilməsini  təmin  edən  kommunikasiya 
prosesi  satışdan  əvvəlki,  satış  dövrü  və  satışdan  sonrakı  dövrü  əhatə  et-
məklə,  eyni  zamanda,  ümumi  satış  prosesinə  xidmət  göstərir.  İstehlak-
çılar,  istehlakçı  qrupları  müxtəlif  xüsusiyyətlərə  malik  olduqlarından, 
firmalar  hər  bir  bazar  seqmenti  üçün  fərdi  kommunikasiya  proqramı 
işləyib hazırlamağa daha çox üstünlük verirlər.  
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı firma-
ların öz məlumatlarını istehlakçılara çatdırmaq və onlardan əks informa-
siyanı əldə etmək imkanlarını xeyli genişləndirir, daha səmərəli kommu-
nikasiya  prosesini  həyata  keçirməyə  imkan  verir.  İqtisadi  ədəbiyyatlarda 
kommunikasiya  prosesinin  mahiyyətinin  açıqlanmasına  müxtəlif  yanaş-
malar mövcuddur. Əksər mütəxəssislər kommunikativ prosesə kompaniya ilə 
onun istehlakçıları arasında olan interaktiv dialoq kimi baxırlar (6 s. 405).  
Müəssisə  və  təşkilatlarda  kommunikasiya  prosesi  inkişaf  etmiş 
kanallar  şəbəkəsi  vasitəsilə  həyata  keçirilir.  Bu  cür  şəbəkə  kanalları 
informasiyanın  toplanmasını,  sistemləşdirilməsini  və  təhlilini  həyata  ke-
çirir,  ətraf  mühitlə  əlaqələr  qurulmasını,  ondan  əks  informasiyanın  əldə 


 
 
 
 
 
12 
olunmasını təmin  edir,  eyni  zamanda  müəssisənin  xarici  mühitə  inteqra-
siyasını təmin edən vasitə kimi çıxış edir.  
Firmaların kommunikasiya prosesləri müvəqqəti, vaxtaşırı və daimi 
xarakterə malik olur. Bu proseslər şəxslər arasındakı əlaqələri xarakterizə 
edir  və  fərqli  xüsusiyyətlərə  malik  olur.  Məsələn,  firmaların  təşkilat 
quruluşu  insanların  kommunikasiya  əlaqələrində  dayanıqlılıq  və  irəlini 
görmək xüsusiyyətini formalaşdırır. Təşkilati struktur, eyni zamanda rəh-
bərlərlə  tabe  işçilər  arasında  kommunikasiya  əlaqələrinin  eyni  statusa 
malik olan insanlar arasındakı əlaqələrdən fərqlənməsinə gətirib çıxarır. 
Marketinqin kommunikasiya prosesi özündə doqquz tərkib elementi 
birləşdirir. Bir sıra mütəxəssislər (F.Kotler, J.Lamben, Q. Baqiyev və b.)  
marketinqin  kommunikasiya  prosesini  sxem  şəklində  göstərmişlər. 
Ümumiləşdirilmiş formada bu prosesi şəkil 1.2 - də nəzərdən keçirək: 
 
 
           
              Şəkil 1.2. Marketinqin kommunikasiya prosesi. 
 
Prosesin  iki  elementi:  -  göndərici  və  qəbuledən  əlaqənin  əsas 
iştirakçılarıdırlar.  Digər  iki  element-  müraciət  və  kanallar  əsas  əlaqə 
alətləri hesab olunur. Dörd element -  kodlaşdırma, şifraçma, nəticə, əks - 
əlaqə  əsas    funksional    hissələrdir.  Hər  bir  elementi  ayrı-ayrılıqda 
nəzərdən keçirək: 
 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə