Dərslik Azərbaycan Respublikası təhsil nazirinin


I MÖVZU  MARKETİNQİN KOMMUNİKASİYA SİSTEMİ, ONUN



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə8/235
tarix31.12.2021
ölçüsü2,11 Mb.
#82353
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   235
A.S.A-UROV-marketinq..

I MÖVZU 
MARKETİNQİN KOMMUNİKASİYA SİSTEMİ, ONUN 
MARKETİNQ FƏALİYYƏTİNDƏ YERİ VƏ ROLU 
 
Müasir dövrdə marketinq konsepsiyasından istifadə edilməsi  yalnız 
keyfiyyətli, istehlakçıların tələbinə uyğun gələn məhsul istehsal etməklə, 
ona  istehlakçılara  münasib  qiymət  müəyyənləşdirməklə  kifayətlənmir, 
həm  də  istehsal edilən məhsula  tələbat  yaratmağı,  məhsul  satışını  həvəs-
ləndirməyi, bu məqsədlə öz istehlakçılarına zəruri informasiya ötürməyi, 
informasiyanı diqqətlə seçməyi, istehlakçılarla əks - əlaqə yaratmağı tələb 
edir.  Bütün  bu  kimi  tədbirlərin  həyata  keçirilməsi,  onlardan  irəli  gələn 
vəzifələrin  yerinə  yetirilməsi  marketinqin  kommunikasiya  sisteminin 
yaradılmasını və həyata keçirilməsini zəruri edir.  
Kommunikasiya dedikdə, iki və ya daha çox subyekt arasında infor-
masiya  mübadiləsi  prosesi  başa  düşülür.  Kommunikasiyanın  rolu  ondan 
ibarətdir  ki,  o,  daxili  mühit  sisteminin  normal  fəaliyyətini  təmin  etməklə 
yanaşı, həm də xarici mühitlə qarşılıqlı əlaqə yaradılmasını təmin edir.  
Səmərəli  kommunikasiya  sisteminə  nail  olmaq  üçün  firma  ixtisas-
laşmış reklam şirkətlərinin, satışın həvəsləndirilməsi və birbaşa marketinq 
üzrə  mütəxəssislərin  xidmətlərindən  istifadə  edir.  Firma  bu  məqsədlə, 
həmçinin  ictimaiyyətlə  əlaqənin  gücləndirilməsi,  Pablik  Rileyşnz  pro-
qramlarından istifadə edilməsi üzrə tədbirləri də həyata keçirir. Firmaların 
əksəriyyətini istehlakçılarla əlaqə yaratmaqdan daha çox kommunikasiya 
tədbirlərinə nə qədər vəsait xərcləmək və informasiya ötürülməsinin hansı 
üsullarını  seçmək  məsələləri  maraqlandırır.  Bu  gün  firmaların  sərən-
camında  marketinq  kommunikasiyasının  kompleks  sistemi  mövcuddur. 
Həmin sistemin hansı səviyyədə yaradılmasından və istifadə edilməsindən 
həm  kommunikasiya  sisteminin  səmərəliliyi,  həm  də  ümumilikdə 
marketinq fəaliyyətinin nəticələri çox asılıdır.  
Marketinq fəaliyyətində qarşıya qoyulan məqsədlərə nail olmaqda və 
məqsəd  bazarlarında  rəqabət  mübarizəsində  qalib  gəlməkdə  marketinqin 
kommunikasiya  sistemi  olduqca  mühüm  rol  oynayır  və  bu  sistem 
firmadaxili    sistem  hesab  edilmir.  Belə  ki,  kommunikasiya  sistemi  üzrə 
fəaliyyət  firmadaxili  fəaliyyətlə  yanaşı,  həm  də  firmanın  məhsulunu  satan 
vasitəçiləri, topdan və pərakəndə ticarət müəssisələrini əhatə edir. Firmalar 


 
 
 
 
 

öz  vasitəçilərinə,  ticarət  heyətinə  istehlakçılarla    ünsiyyətdə  olmağı, 
məlumat yaymağı və onlardan zəruri  məlumatlar əldə etməyi öyrədirlər. 
 Hər  bir  firma  mürəkkəb  marketinq  əlaqələri  sistemini  yaradır  və  
idarə  edir,  vasitəçilərlə, istehlakçılarla  və  müxtəlif istehlakçı auditoriyaları 
ilə əlaqə  saxlayır.  Vasitəçilər özləri də istehlakçılarla  və müxtəlif ünsiyyət 
auditoriyaları  ilə qarşılıqlı əlaqədə olurlar. İstehlakçılar isə, öz növbəsində, 
bir - biri ilə və digər ünsiyyət auditoriyaları ilə şifahi əlaqələr yaradırlar.  
Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  satışa çıxarılan  məhsulların 
xarici  görünüşü,  hansı  formada  qablaşdırılması,  qiyməti,  satış  nümayən-
dələrinin  davranışları,  ofis  interyeri,  ticarət  markaları  və  bu  kimi  amillər 
də alıcıılara müəyyən məlumatlar çatdırır, onlar da firma və  məhsul haq-
qında formalaşmış bilikləri daha da genişləndirirlər. 
 Marketinqin kommunikasiya  sistemi firma ilə vasitəçilər, istehlak-
çılar və digər ünsiyyət auditoriyaları arasında əks əlaqə yaradılmasını da 
nəzərdə  tutur.  Hər  bir  istehlakçı  kateqoriyası  özünəməxsus  əlaqə  üsulla-
rının tətbiq edilməsini, müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. 
Bütün  bu  tədbirlər  kompleksinə  televiziya  reklamı  ilə  görünüş  və  səs, 
radioreklamla  səs,  yerüstü  reklamla  görünüş  effekti  verən  reklam  vasitə-
lərini,  habelə  firma  və  məhsul  haqqında zəruri  informasiyanın  ötürülmə-
sini  təmin  edən  ixtisaslaşdırılmış  sərgiləri,  yarmarkaları,  nümayişləri, 
kataloqları, mətbuat vasitəsiilə reklam məlumatlarının çatdırılmasını, pla-
katları,  müsabiqələri,  mükafatlar  verilməsini,  kuponlar  paylanılmasını, 
presskonfranslar keçirilməsini aid etmək olar. 
 Marketinqin  kommunikasiya  sistemində  əlaqə  anlayışı  bütün  bu 
tədbirlərin, vasitə və üsulların çərçivəsindən kənara çıxır. Mümkün qədər 
daha səmərəli əlaqələrə nail olmaq üçün firmanın yalnız kommunikasiya 
sistemini  deyil,  bütün  marketinq  kompleksini  dərindən  əlaqələndirmək 
lazım gəlinir.                                    
 Marketinqin kommunikasiya sistemi iki istiqamətdə tədbirlər kom-
pleksini özündə birləşdirir:     
 1. Səmərəli kommunikasiya əlaqələri sisteminin yaradılması.  
       2. Əmtəənin irəlilədilməsi üzrə stimullaşdırma kompleksinin yara-
dılması və həyata keçirilməsi. 
       Bu  iki  istiqamət  üzrə  tədbirlər  kompleksi  də,  öz  növbəsində, 
marketinq kommunikasiyası kompleksini formalaşdırır. Onun strukturunu 
şəkil 1.1 də nəzərdən keçirək: 
 


 
 
 
 
 
10 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.1. Marketinq kommunikasiyası  
               kompleksinin strukturu        
        
 
 
Şəkildən  göründüyü  kimi,  səmərəli  əlaqələr  sistemi  həm  daxili  və 
xarici  əlaqələr  sistemini,  həm  də  əks  əlaqələrin  yaradılmasını  özündə 
birləşdirir  və  məhz  bu  sistem  ümumilikdə  marketinqin  kommunikasiya 
sisteminin normal fəaliyyətini təmin edir. 
Əmtəənin  irəlilədilməsi  üzrə  stimullaşdırma  kompleksinə  əsas  ele-
mentlərlə  yanaşı  (reklam,  satışın  həvəsləndirilməsi,  şəxsi  satış,  birbaşa 
marketinq,  ictimaiyyətlə  əlaqə),  həm  də  digər  yardımçı  vasitələr  (yar-
markalar, sərgilər, sponsorluq, brendləşdirmə) aid edilirlər. Bu elementlər 
üzrə  hıyata  keçirilən  tədbirlər,  ümumilikdə  stimullaşdırma  üzrə  marke-
tinqin kommunikasiya sistemini formalaşdırır.  
Marketinq  üzrə  mütəxəssislər  əlaqələrin  necə  yaradılmasına  və 
fəaliyyət  göstərməsinə  diqqətlə  yanaşmalı,  onu  təşkil  etməli,  nəzarət 
altında  saxlamalıdırlar.  Səmərəli  əlaqələrin  yaradılması  isə  marketinqin 
kommunikasiya prosesi vasitəsilə təmin edilir. 
 
 
 
kommunikasiyası  kompleksi 
İrəlilədilmə üzrə 
stimullaşdırma kompleksi 
Reklam 
Satışın həvəsləndirilməsi 
Şəxsi satış 
Birbaşa marketinq 
İctimaiyyətlə əlaqə 
Yarmarkalar, sərgilər, 
sponsorluq,
 brendləşmə 
Kommunikasiya 
əlaqələri sistemi
 
 
 
 
 
 

Daxili əlaqələr sistemi 
Xarici əlaqələr sistemi 
 
Əks-əlaqələr sisteminin 
yaradılması 


 
 
 
 
 
11 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə