Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə29/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

çoxcəhətli  təsirləri  mövçud olur. Bu  təsirlər  insanın ömrünün axırına qədər davam edir. İnsana hamı, hər 

şey  valideyn,  tərbiyəçi,  təbiət  -  çanlı  və  çansız  təbiət  -  istehsalat,  istehsal  münasibətləri,  onu  əhatə  edən 

mikro mühit və s. təsir edir. Bu müxtəlif forma və məzmunlu tərbiyə təsirləri insan anadan olandan ömrünün 

sonuna qədər zddiyyətli və uzun müddətdə  davam edir. Tərbiyənin təsiri insanlarda müxtəlif şəkildə  olur 

və təzahür edir. Buna səbəb tərbiyə  təsirlərinin müxtəlifliyi ilə bərabər həm də tərbiyə olunanların özləri 

müxtəlifliyidir. Tərbiyəçilər müxtəlif fərdi-psixoloji xüsusiyyətlərə, inkişafa malik insanlara tərbiyəvi təsir  

göstərirlər.  Bu    tərbiyəvi  təsirləri,  tələbləri  hər  kəs  öz  fərdi  münasibətləri,  inkişaf  səviyyələri  baxımından 

qəbul edir. Ona görə də  eyni  tərbiyəvi təsir eyni yaşlı insanlarda müxtəlif şəkildə təzahür edir. 

Təlim  və  tərbiyə  şəxsiyyət  formalaşdırılması  prosesinin    dialektik    vəhdət  təşkil  edən  iki  qütbüdür. 

Həm tərbiyə həm də təlim şəxsiyyətin həyata  hazırlanmasına  xidmət edir. Lakin, bunlar xüsusi predmetə və 

anlayışlara  malik  ayrı-ayrı  pedaqoji    proseslərdir.  Məsələn,  təlim  böyüyən  nəsldə  bilik,  bacarıq,  vərdiş 

formalaşdırmaqla  obyektiv  aləm  hadisələrini  dərk  etdirir.  Tərbiyə  prosesində  isə    əqidə,  rəftar,  adətlər 

yaratmaqla  cəmiyyətin  müəyyən    etdiyi  əxlaq  normaları,  davranış  qaydaları  mənimsədilir  ki,  bunun 

nəticəsində də insanlar da  onu əhatə edən hər  şeyə münasibət formalaşır. Təlimin  bilik, bacarıq, vərdiş 

kimi  anlayışları mövcuddur. Tərbtyənin əqidə, rəftar, adət kimi anlayışları vardır. Bu anlayışlar mexanizm 

etibarilə  uyğun  və  oxşardırlar.  Bilik-təbiət  və  cəmiyyətin  obyektiv  inkişaf    qanunları  haqqında  insanların 

şüurunda möhkəmləndirilmiş elmi məlumatlardır. 

Əqidə-əxlaq qaydaları, normaları sistemi və buna  riayət etmənin  zəruriliyi haqqında insanların həm 

şüurunda həm də fəaliyyətində möhkəmləndirilmiş  məlumatlar sistemidir. Bacarıqlar biliklərin tətbiq edilə 

bilmnməsidir. Rəftar mənimsənilmiş əxlaq normalarını icra etməkdir. Vərdiş avtomatlaşmış bacarıqdır. Adət 

avtomatlaşdırılmış rəftardır. 

Bunlar arasında  fərq ondan ibarətdir ki, bilik , bacarıq və vərdişlər  maddi aləmin dərk  edilməsi ilə , 

rəftar, adət və əqidə anlayışları isə həyata münasibətlər  formalaşdırmaqla bağlıdır.  

Bəzən, vərdiş və adət  anlayışını qarışdırırlar. Bunların fərqli cəhəti ondan ibarətdir ki, adətlər həmişə 

adamı adət olunmuş fəaliyyətə təhrik edir, həmin iş  görülməyəndə adam özünü narahat hiss edir. Vərdişlər 

icra edilmədikdə isə heç bir  narahatlıq  yaranmır.               

Öyrənmə  qanınlarını  təlim  nəzəriyyəsi,  tərbiyə  qanunlarını  tərbiyəşünaslıq  uzə  çıxarır.  Tərbiyə  ilə 

təlimin tədqiqat  metodları  da müxtəlifdir. 



 

2. Tərbiyə prosesinin  dialektikası və  spesifikliyi                                                           

 

Pedaqoji proses o, cümlədən tərbiyə prosesi dialektik bir prosesdir. A.S.Makarenkoya görə pedaqokika 

ən  dialektik  elmdir.  Onun  fikrincə  pedaqoji  prosesdə  dialektikanın  bütün  qanunları  fəaliyyət  göstərir.  Bu 

özünü tərbiyə prosesində də göstərir. Belə ki, tərbiyə prosesində tərbiyəyə bütün təsirlər, amillər qarşılıqlı 

əlaqə və ziddiyyətdə təsir edir. 

Konkret olaraq demək olar ki, tərbiyə prosesi tərbiyə olunanların xalqın maddi və mənəvi sərvətlərinin  

mənimsəməsinə  nə  qədər  çox  gömək  göstərərsə,  o  qədər  də  tərbiyə  məqsədinə uyğun  gəlir,  müasir  sosial 

tələblərə  cavab verir. 

Böyüməkdə  olan    insan  şəxsiyyətinin  formalaşdırılması  tərbiyə  prosesinin  məqsədidir  və  burada 

insanın özünün psixi xüsusiyyətləri, şəxsiyyətin xassələri, onun səy, tələb və imkanları, ən incə asılılığı və 

şərtlənməsi özünü göstərir. Tərbiyə olunanın bu fərdi xüsusiyyətləri müəyyən mənada, tərbiyə məqsədinin 

həyata kecirilmə müvəffəqiyyətini müəyyən edir. Bunu nəzərə almayan pedaqoq-tərbiyəci müvəffəqiyyətə 

nail ola bilməz. 

Digər  tərəfdən  tərbiyə  prosesində  həm  də  pedaqoji  təsirlərin  qarşılıqlı  surətdə  əlaqələndirilməsi 

zəruridir.  Çünki  onlar  da  böyüməkdə  olan  insanın  şəxsiyyət  kimi  formalaşmasına  öz  təsirini  göstərib. 

Tərbiyə  olunanı  əhatə    edən  mühit  (şəhər,  kənd),  onun  mikromühiti  (ailə,  dostları),  kommunikasiyanın 

kütləvi vasitələri, insanın mümkün olan həm müsbət həm də mənfi təcrübəsi, bütün bu coxçəhətli əlaqələr, 

tərbiyə  prosesini,  onun  sosial,  psixoloji  və  pedaqoji  amilləri  ilə  birlikdə    qarşılıqlı  surətdə  qovuşdurur, 

birləşdirir. 

Tərbiyə  prosesinin  ozü  mahiyyətcə  dialektik  ziddiyyətli  inkişafda,  dəyişmədə  olan  mütəhərrik  bir 

prosesdir.  O,  sosial  tələblər  əsasında  inkişaf  edir;  tərbiyə  olunanların  yaş  xüsusiyyətlərinə  uyğun  olaraq 

dəyişir; onların müxtəlif həyat situasiyalarda müxtəlifləşir. Bu şərtlərdən asılı olaraq  tərbiyənin  təsir gücü 

də müxtəlif  olur. 

Tərbiyə    prosesi  heç  də  həmişə  rəvan  cərəyan  etmir,  onun  özünə    məxsus    sıçrayışları,  ucalma  və 

enmələri olur. Tərbiyə proseinin ziddiyyətlərində, onun inkişafının hərəkətverici qüvəsi olan daxili və xarici 

ziddiyyətləri  bir-birindən  ayırmaq  lazımdır.  Xarici  ziddiyyətlər  müvəqqətidir,  o  tərbiyə  proseini  həm 

ləngidə,  həm  də  sürətləndirə  bilər.  Daxili  ziddiyyət  isə    daimidir.  Belə  ki,    tərbiyə  olunanın  həll  edəcəyi 



artan  sosial  əhəmiyyətli  vəzifələrələ,    bu  vəzifələri  həll    etməkdə  onun    əməl  və  hərəkətlərini 

məhdudlaşdıran  imkanlar  arasındakı  ziddiyyət  tərbiyə    prosesinin  daxili  ziddiyyətidir,  onun  hərəkətverici 

qüvəsidir.  Müəyyən    mərhələdə  bu  ziddəyətlər  aradan  qaldırılsa  da  bütün  tərbiyə    prosesi  müddətində  

tamamilə  yox  olmur.Lakin  şəxsiyyət  qarşısında  həll edilməli  yeni    mürəkkəb  vəzifələr    qoyulmazsa  onun 

inkişafı  dayanar. 

Tərbiyə  prosesinin  digər  daxili  ziddiyyəti  insanların  daxili    meyyləri  ilə  xarici    təsirlər  arasındakı 

ziddiyətlərdir. S.L.Rubenşteyn bu məsələyə xüsusi diqqət verərək yazırdı ki, «uşağın hərəkətinin bu daxili 

məzmununa diqqət  yetirilməzsə, pedaqoqun fəaliyyəti ümidsiz formalizmə  düçar olar. 

Xarici  ziddiyyətlər  tərbiyə  prosesi  üçün  böyük  çətinliklər  törədir.  Belə  ki,    tərbiyə  prosesində 

müvəffəqiyyətsizlik çox vaxt  tərbiyə  tələbləri ilə xarici  tələblərin (ailə, valideyn, ətraf mühit və s. ) düz  

gəlməməsi nəticəsində baş verir. 

Mütəşəkkil  tərbiyə  təsiri  ilə    uşaq    və  yeniyetmənin    həyat    şəraitinin    kortəbii    təsirləri    arasındakı  

ziddiyyət  də  tərbiyə  proseini  mürəkkəbləşdirir.  Bu  ziddiyyətlər  tərbiyə  proseinin    şəxsiyyətə    kortəbii 

amillərə nisbətən daha güclü təsiri  vasitəsilə aradan qaldırıla bilər. Tərbiyə müəssisələri daxilində ayrı-ayrı 

tərbiyəçi və tərbiyə ilə məşğul olan digər şəxslərin verdiyi  tələblərin  müxləlifliyi də tərbiyə proseinə  mənfi 

təsir göstərir. 

Çox  vaxt  ziddiyətlər  uşaq    tərəfindən  mənfi  təcrübənin  qazanılması  gedişində  yaranır  və  bunun  də 

nəticəsində o, tərbiyə proseinin iştirakçıları ilə  daim  münaqişəyə girir. 

Xarici ziddiyyətin bu və ya digər növləri ciddi  diqqət tələb edir. 

 

3.Tərbiyənin  qanunauyğunluqları. 

 

Cəmiyyətdə  mövcud  olan  tərbiyə  prosesinin    öz    qanunauyğunluqları  var.  Bu  məsələyə  görə  müasir 

pedaqoqlar  arasında  ciddi    mübahisə    mövcuddur.  Bir  qrup  pedaqoqlar  tərbiyənin    obyektiv  qannularını 

inkar  edir,  tərbiyəyə  insanın  daxili    qüvvələrinin  fərdi    inkişafı  nəticəsində,  xüsusi  tərbiyə  təsiri  olmayan  

imkanların özünün ifadəsi prosesi kimi baxırlar. Onlara görə  tərbiyə  ancaq  bu inkişafa  şərait  yaratmağa 

xidmət edir. 

Bir  qrup  pedaqoqlar  isə    tərbiyəni  insanın  sosial  həyat  varlığının  qanunauyğunluqları  və  ictimai 

şəxsiyyət  kimi,  onun    psixoloji  xüsusiyyətləri  ilə    şərtlənən  bir  proses  kimi  nəzərdən  keçirir.  Professor 

B.Əhmədov tərbiyə qanunlarını aşağıdakı  şəkildə  qruplaşdırmış və  təhlil etmişdir: 

1. Həyatın bütün sahələrində, o cümlədən tərbiyə prosesində fəaliyyət göstərən qanunlar; 

2. Pedaqoji prosesin bütün sahələri, o cümlədən, tərbiyədə fəaliyyət göstərən qanunlar; 

3.Psixoloji və fizioloji qanunlar

4.Tərbiyənin  spesifik qanunları. 

Birinci  qrup  qanunlara    dialektik    materializmin  qanunları  aiddir.  Belə  ki,  bu  qanunlar  bütün  həyat 

hadisələrinə  tətbiq  edildiyi  kimi  pedaqoji  prosein  bütün    sahələrinə  də,  o  cümlədən,  təröiyə  proseisnə  də 

tətbiq edilir. 

Dialektikanın  əksliklərin  vəhdəti  və  mübarizəsi  qanunu  tərbiyə    prosesinin,  tərbiyəçi  və  tərbiyə 

olunanın inkişafını, bu inkişafın mənbə və səbəbini açıb göstərməyə tətbiq  edilir. Kəmiyyət  dəyişmələrinin 

keyfiyyət  dəyişmələrinə    keçməsi  qanunu    inkişafın    xarakterini    və  formasını,    inkarı  inkar  qanunu  isə  

inkişafın  istiqamətini, tendensiyasını əks  etdirir. 

Pedaqoji  prosesin    qanunları,  yəni  pedaqoji  prosesin  ümumi    məqsədinin  ictimai  münasibətlər 

tərəfindən  müəyyən  edilməsi  qanunu    tərbiyənin  də  konkret  məqsədini  müəyyən  edir.  Tərbiyə  olunan 

şəxsiyyətin  modulunu  layihələndirməyə  və  bu  prosesdə    tərbiyənin  rolunu  müəyyən  etməyə  imkan  verir. 

Müəyyən edilmiş məqsədə uyğun məzmun seçilməsinə və məzmununun  konkretləşdirilməsinə kömək edir. 

Üçüncü qrup  qanunlar təlim  prosesində olduğu kimi tərbiyə  prosesində də  psixo-fizeoloji və bioloji 

qannulara istinad etməyi nəzərdə tutur. Belə ki, insan  inkişaf  etdikcə psixoloji-fizioloji cəhətdən dəyişir, 

onunla    əlaqədar    olaraq,  onun  marağı,  meyli  və  fəaliyyəti  də  dəyişir.  Bu  prosçes  tərbiyə  işində  nəzərə 

alınmalıdır.  Fiziologiyanın  ali  əsəb  sistemi  haqqındakı    qanunları,  müddəaları  tərbiyə    işində    nəzərə  

alınmalıdır. 

Yuxarıda  deyilən qanunların heç biri  tərbiyə üçün  spesifik  deyildir. 

Tərbiyəşünaslıqda  tərbiyənin  spesifik  qanundarı  üzərndə,  demək  olar  ki,  hələ  mübahisə  gedir. 

«Fəaliyyətdə tərbiyə qanunu» pedaqoq-alimlərin  əksəriyyəti tərəfindən qəbul edilmiş qanundur. Bu qanuna 

görə «Tərbiyəçi tərbiyə olunana aşalamaq  istədiyi keyfiyyətlərin tələb  etdiyi şəraitə (fəaliyyətə) onu  nə 

qədər çox cəlb edərsə, həmin keyfiyyətlərin formalaşması bir o qədər  müvəffəqiyyətli  olar». 




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə