Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə28/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   51

«Polisin gənc dostları» (PGC) dəstələri yeniyetmələrin cinayət xarakterli əməllərinin qarşısını almaqda, 

onların qanun keşiyində durmalarında, qanunun pozulması hallarına qarşı çıxmaqda əhəmiyyətli yer tutan 

vasitədir.  Bu  dəstə  əsasən  yeniyetmə,  gənc  və  nisbətən  yaşlı  işçilərdən  ibarət  olur,  onların  işinə  polislər 

nəzarət edir. 

16 yaşlılar klubu – 16 yaşına, yəni vətəndaşlıq hüququna çatmış yeniyetmələri əhatə edir. Klub əsasən 

aşağıdakı bölmələr üzrə fəaliyyət göstərir: 

1.

 

Yeniyetmələri əməyə, ali məktəb həyatına hazırlayan bölmə. 



2.

 

Yeniyetmələri əsgəri xidmətə hazırlayan bölmə. 



3.

 

Yeniyetmələri ailə həyatına hazırlayan  bölmə. 



Bu klub mədəniyyət müəssisələrində, evlər idarəsində, polis şöbələrində təşkil edilir.  

Bu bölmələrdə fəaliyyət göstərən yeniyetmələr öz hüquq və vəzifələrini dərk edir, düzgün peşə seçir, 

ailə, vətən, valideyn qarşısında vəzifəsini başa düşür. 

Gənc  hüquqşünaslar  klubu  həm  orta  ümumtəhsil  məktəblərində,  həm  xalq  məhkəmələri  nəzdində, 

mədəniyyət müəssisələrində təşkil edilir. Klubda məşğələləri xalq hakimləri aparırlar. Gənc hüquqşünaslar 

klubu hüquqşünaslarla prokurorluq, xalq məhkəməsi, daxili işlər şöbəsinin əməkdaşları və alimlərlə görüşlər 

təşkil  edir,  «Gənc  hüquqşünas»,  «Qılınc  və  qalxan»,  «Qanun  keşiyində»,  «Qanun  naminə»,  «Nümunəvi 

davranış uğrunda» və s. adla divar qəzeti buraxır, bədii əsərlərin müzakirəsini keçirir, səhnəciklər hazırlayır, 

orta  məktəbin  bütün  siniflərində  bilavasitə  onların  hüquq  tərbiyəsinə,  məktəbdə,  küçədə,  ictimai  yerlərdə, 

ailədə nümunəvi davranışa xidmət edən söhbətlər aparırlar. 

Yeniyetmə və gənclərin hüquq tərbiyəsində həmçinin teatr, kino, kütləvi informasiya vasitələrinin də 

əhəmiyyətli rolu mövcuddur. 



Hüquq  tərbiyəsinə  pedaqoji  rəhbərlik.  İstər  məktəbdə,  istərsə  də  məktəbdənkanar  tərbiyə 

müəssisələrində  hüquq  tərbiyəsinə  rəhbərlik  kompleks  şəkildə  həyata  keçirilir.  Məktəb  direktoru  təlim-

tərbiyə  üzrə  direktor  müavini,  sinifdənxaric  və  məktəbdənkanar  tədbirlər  üzrə  təşkilatçı,  sinif  rəhbərləri, 

ayrı-ayrı  müəllimlər,  təşkilatçı  cəmiyyətdə  məsul  şəxslər,  mədəniyyət  müəssisələrində  dərnək  rəhbərləri, 

metodistlər, yeniyetmələrlə iş üzrə polis işçiləri, hüquq tərbiyəsi ilə məşğul olan bütün şəxslər həmin iş üzrə 

pedaqoji rəhbər hesab oluna bilərlər. Məsələn, məktəbdə şagird təşkilatı komitəsi inzibati orqan işçiləri ilə 

birlikdə hərəkətin gənc inspektoru dəstəsinin fəaliyyətinə rəhbərlik edir. 

Tərbiyə işləri üzrə təşkilatçı bütün sinifdənkanar və məktəbdənxaric işlərə rəhbərlik edir. 

Məktəbdəki  bütün  təlim-tərbiyə  işləri  kimi  hüquq  tərbiyəsinə  də  əsasən  məktəb  direktoru  rəhbərlik 

edir. Direktor pedaqoji kollektivin bilavasitə rəhbəri, təlim-tərbiyə işinin təşkilatçısıdır. 

Direktor  məktəbdə  təşkil  edilmiş  bütün  dəstə  və  klubların  işinə  rəhbərlik  edir,  onların  komandir  və 

başçılarının hesabatını dinləyir, keçirəcəkləri tədbirlərə razılıq verir. 

Məktəbdən  kənar  tərbiyə  müəssisələri,  mədəniyyət  müəssisələrində  aparılan  hüquq  tərbiyəsi  işi 

tərbiyəçi və ya dərnək rəhbərindən pedaqoji ustalıq tələb edir. Bu sahədə iş zamanı dərnək rəhbəri, təlimatçı, 

müxtəlif  hüquqi  tədbirlərin  təşkili  zamanı  iştirakçıların  marağı,  yaş  xüsusiyyətləri,  intellektual  və  sosial 

səviyyəsini, dünyagörüşü və s. nəzərə almalıdır. O, bu zaman tərbiyə olunanın bütün imkanlarından səmərəli 

şəkildə istifadə etməyi bacarmalıdır.  

 Müstəqil iş üçün sual və tapşırıqlar: 

1. Məktəb daxili hüquq tədbirləri. 

2. Mədəniyyət və incəsənət  müəssisələrində aparılan hüquqi işlər və    

     tədbirlər. 

3. Mədəniyyət və  incəsənət işçisinin hüquqi tərbiyəsində rolu. 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 


 

TƏRBİYƏ  PROSESİNİN  MAHİYYƏTİ 

 

Cəmiyyətin  qarşıya  qoyduğu  şəxsiyyət  modelinə  uyğun  olaraq  böyüməkdə  olan  nəslin 



formalaşdırılmasına mütəşəkkil, məqsədyönlü rəhbərlik tərbiyə prosesi adlanır. Bu tərbiyəyə verilən ümumi 

tərifdir. Konkret olaraq isə tərbiyə olunanda həyata düzgün münasibət formalaşdırmaq, çəmiyyətin müəyyən 

etdiyi əxlaq normaları və davranış qaydalarına yiyələndirmə işi tərbiyə adlanır. 

Bu prosesdə böyüyən nəsl cəmiyyət üçün faydalı, yüksək  mənəvi potensiala malik, əməyə  meylli və 

əmək qabiliyyətli ideyaca mətin, estetik görüşlərə malik və fiziki cəhətdən sağlam insanlar formalaşdırılır. 

Ümumiyyətlə,  tərbiyə  vasitəsilə  şəxsiyyət  sosiallaşır,  həyata,  cəmiyyətə  maksimum  ictimai-fayda 

verəcəyi sahəyə hazırlanır, sistemli tərbiyə vasitəsilə formalaşan insan həyatda müstəqil şəkildə özünü təmin 

edə bilir. Tərbiyə prosesi ictimai münasibətlər təcrübəsi əsasında böyüyən insanların fəaliyyətinin düzgün  

istiqamətləri  müəyyənləşdirilir.  Beləliklə  də  tərbiyə  olunanlarda  əməyə,  biliklərə,  təlimə,  ümumiyyətlə 

fəaliyyətə  çoxcəhətli  münasibət  yaranır.  Bu  isə  obyektiv  ictimai  münasibətlərin  şəxsi  münasibətlərə 

çevrilməsi, insanların ictimai münasibətlərin şüurlu dərk etməsi deməkdir. Obyektiv ictimai  münasibətlərin 

şüurlu  dərk  olunması  nəticəsində  obyektiv  tələb,  insanın  şəxsi  tələblərinə,  tərbiyə  motivlərinə,  tərbiyənin 

hərəkətverici qüvvələrinə çevrilir. Deməli, tərbiyə insanlarda konkret münasibətlər formalaşdırır. Münasibət 

kateqoriyası isə bir sıra ictimai elmlər tərəfindən tədqiq edilir. Məsələn, fəlsəfi kateqoriya kimi münasibət 

subyektin obyektlə əlaqəsinin dialektikasını ifadə edir. Etik kateqoriya kimi münasibətlər adamlar arasında 

əxlaqi etik əlaqələr halında - xeyir, şər, ədalətlilik mövqeli qiymətlər kimi göstərir. Psixoloji kateqoriya kimi 

münasibətlər şəxsiyyətin ən ümumi mövqeyitək izah olunur. 

Pedaqoqika  isə  münasibətlərin  bu  ümumi  mövqeyini  müxtəlif  fəaliyyət  formalarında  adamların 

qarşılıqlı əlaqələrində təzahürü kimi nəzərdən keçirir.  

Şəxsiyət formalaşmasında əhəmiyyətli yeri mənəvi münasibətlər tutur, bu münasibətlər insan həyat və 

fəaliyyətinin  müxtəlif  sahələrinə  nüfuz  edir,  onun  şəxsi  simasına,  adamlarla  əlaqəsinə,  onun  özünü 

qiymətləndirməsinə təsir göstərir. 

Həmçinin  tərbiyə  prosesi özünütərbiyənin  meydana  çıxmasına səbəb  olur,  özünütərbiyə  isə  ona  görə 

şəxsiyyətin formalaşmasına böyük təsir göstərir ki, tərbiyə olunan şəxsin özü tərbiyə funksiyasının daşıyıcısı 

olur. O tərbiyə prosesi səmərəli hesab edilir ki, nəticə etibarilə özünətərbiyəyə çevrilsin, tərbiyə məqsədləri 

insanların şəxsi məqsədləri kimi həyata keçirsin. 

Hər  bir  proses  özündə  müəyyən  nəticənin  əldə  edilməsi  üçün  qanunauyğun  və  məqsədyönlü 

fəaliyyətləri  birləşdirir. Tərbiyə  prosesinin  əsas  nəticəsi isə  hərtərfli  inkişaf  etmiş,  cəmiyyətin  tələbləri  ilə 

uyğunlaşan insanlar formalaşdırmaqdan ibarətdir. Bu isə ikitərəfli fəal prosesdir. Burada tərbiyəçinin fəallığı 

üstünlük  təşkil  edir.  Belə  ki,  tərbiyə  işinin  məzmunu  mahiyyəti,  üsulları,  vasitələri,  formalarını  və  s. 

tərbiyəçi  müəyyən  edir,  tərbiyə  olunanın  fəaliyyətini  düzgün  istiqamətə  yönəldir,  onların  diqqətini 

cəmiyyətdə  zəruri  olan tərbiyə  problemlərinə  cəlb  edir.  Şəxsiyyətirn formalaşdırılması  prosesi isə  bir  sıra 

xüsusiyyətlərə malikdir.  

Əvvəla şəxsiyyət bütövlükdə, bir tamlıq kimi  formalaşır. İnsanın müxtəlif xarakterli keyfiyyətlri bir-

birilə qarşılıqlı əlaqədədir, biri digərinin mövcudluğunu təmin edir, biri-digərinin meydana çıxmasına, yeni 

keyfiyyətlər formalaşdırılmasına səbəb olur. Bu qarşılıqlı vəhdətdə olan keyfiyyətlər isə fəaliyyət prosesində 

insanın xarakter əlamətləri kimi təzahür edir. Tərbiyə olunanın yaşından, inkişaf səviyyəsindən asılı olaraq 

onun  məzmunu  da  dəyişir,  yeni  keyfiyyətlər  alır.  Bu  isə  öz  əksini  müvafiq  tərbiyə,  təlim,  incəsənət  və 

mədəniyyət,  mədəni-fəaliyyət  müəssisələrinin  tərbiyə  proqramlarında  tapır.  Ona  görə  də  mədəni  fəaliyyət 

müəssisələrinin  tərbiyə  proqramları  təhsil  müəssisələrinin  tərbiyə  proqramlarından  fərqlənir.  Belə  ki,  bu 

müəssisələrdə insanlar maraqlarına görə birləşən və əsasən, sistemli təhsil almış şəxslərdir. Bu şəxsləri isə  

artıq dövrün aktual tərbiyə problemləri maraqlandırır birləşdirir. 

Tərbiyə işi və onun komponentləri arasında əlaqə o dərəcədə möhkəmdir ki, tərbiyə komponentlərinin 

birində  baş  verən  dəyişiklik  mütləq    başqalarına  da  təsir  edir.  Belə  ki,  bu  sistemdə  hər  bir  tərbiyə 

komponenti  şəxsiyyət  formalaşdaırılması  işinin  digərləri  ilə  əlaqədə  olan  zəruri  həlqəsini,  tərəfini, 

mərhələsini təşkil edir. Ona görə də baş verən hər dəyişiklik digərlərinə  də təsir edir.  

Tərbiyəyə hərtərəfli və kompleks yanaşma prinsipi tərbiyələndirmə fəaliyyətində də belə hərtərəfli təsir 

edən pedaqoji sistemin, pedaqoji yanaşmanın yaradılmasını tələb edir. Bu tərbiyə sistemi şəxsiyyətin əqli, 

fiziki, əxlaqi, estetik, ideya siyasi, hüququ və s. cəhətlərdən formalaşmasının kompleks şəkildə aparılmasını 

özündə  birləşdirməlidir.  Bu  sistem  həmçinin  insanları  əhatə  edən  mühitə,  ətrafdakılara  ictimai,  sosial 

münasibət formalaşdarılmalıdır. 

Tərbiyə  prosesi  göründüyü  kimi  təbiət  etibarilə  hərtərəflidir.  Bu  isə    tərbiyə  təsirlərinin  müxtəlif  və 

çoxcəhətliliyindən    irəli  gəlir.  Belə  ki,  tərbiyə  prosesində  tərbiyəçi  ilə  yanaşı    ətrafdakıların    mütamadi, 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə