Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə32/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

keçirilir. Əxlaqi anlayış yaradılmadan onun tələb etdiyi adətlər çətin formalaşdırılar və yaxud da zəruri ilk 

əxlaqi adətlər formalaşdırılmadan digər əxlaqi keyfiyyətlər formalaşdırıla bilməz. 

Məsələn, müsahibini axıra qədər dinləmək adəti olmadan onun fikri haqqında düzgün nəticə çıxarmaq 

olmaz. İntizam formalaşdırmadan nə təlim nə də tərbiyə müvəffəqiyyət qazana bilməz. Tərbiyə elə bir uzun 

müddətli  prosesdir  ki,  burada  müxtəlif  insanlar  və  vasitələr  iştirak  edir.  Bu  tərbiyəvi  təsirlər  elə 

sistemləşdirilməlidir  ki,  ümumi  şəxsiyyət  formalaşdırılması  məqsədinə  xidmət  etsin.  Bu  sistemli  təlim-

tərbiyə müəssisələrində olduğu kimi mədəniyyət və digər müəssisələrdə də aparılan tərbiyə işlərində zəruri 

olan bir prinsipdir.  

Şüurluluq və fəallıq prinsipi. 

Şüurluluq  və  fəallıq  prinsipi  də  tərbiyənin  ümumi  prinsipidir.  Bu  prinsip  həm  təlim  həm  də  tərbiyə 

prosesində  rəhbər  tutulan  prinsipdir.  Tərbiyə  prosesində  şüurluluq  və  fəallıq  verilən  tərbiyə  tələblərinə 

şüurlu münasibətdə və ictimai fəaliyyətdə fəallıq göstərmədə özünü biruzə verir. 

Tərbiyəçi  ilə  tərbiyə  olunan  arasında  yaranan  ziddiyyətə  çox  zaman  səbəb  tərbiyə  olunanın  tərbiyə 

tələbinə  şüurlu  yanaşmaması,  onu   dərk  etməməsidir.  Ona  görə  də  hər  bir  əxlaqi  anlayışın  şüurlu sürətdə 

mənimsənilməsi,  ona  şüurlu  münasibət  bəsləyərək  öz  mənəviyyatı,  daxili  aləmi  vasitəsilə  transformasiya 

edilməsi tərbiyə işində mühüm və zəruri amildir, tərbiyə müvəffəqiyyətini təmin edən əsas şərtdir. Şüurlu 

surətdə dərk edilən əxlaqi anlayış icra edilməklə fəallıq kəsb edir. Ona görə də hər bir müəllim və tərbiyəçi 

əxlaqi anlayışlarının adətlərə, fəallıq mövqeyinə çevrilməsinə çalışmalıdır. 

Tərbiyə tələblərinin şüurlu dərk edilməsi ilə yanaşı həmin tələblərə müvafiq hərəkət etməyə hər kəsin 

özünü məcbur etməsi də tərbiyə işində zəruridir. Özünütərbiyə tələblərinə uyğun şəkildə fəaliyyətə məcbur 

etmə  insanlarda  fəallıq  formalaşdırır.  Tərbiyədə  şüurluq  və  fəallığı  istiqamətləndirməyə  mədəniyyət 

müəssisələrində də imkan vardır. Çünki mədəniyyət müəssisələrində marağa görə kamil, cəmiyyətə, həyata, 

əxlaqa konkret və şəxsi münasibətdə olan, şəxsi ideyaya malik insanlar birləşirlər. Ona görə də təşkil edilən 

tərbiyə  tədbirlərinə  daha  şüurlu  münasibət  olur,  tərbiyə  problemlərinin  həllində  onlar  daha  çox  fəallıq 

göstərirlər. 

Hətta sistemli tərbiyə müəssisələrində mənimsənilmiş əxlaqi anlayışa yenidən nəzər salır, onu öz şüur 

süzgəcindən yenidən keçirirlər. 

Nikbinlik prinsipi. 

Bu  humanist  prinsip olub  insana, onun  müsbət istiqamətdə  dəyişə  bilməsinə  inam  yaradır.  Nikbinlik 

prinsipinin  mahiyyətinə  görə  heç  bir  yaxşı  cəhəti  olmayan,  dəyişməz  düzəlməz  insan  yoxdur.  İnsanların 

müsbət keyfiyətlərinə istinad edərək tərbiyə vasitəsilə onun mənfi cəhətlərini aradan qaldırmaq mümkündür. 

Bütün  insanların  hamısında  həm  müsbət,  həm  də  mənfi  əlamətlər  mövcuddur.  Lakin  bir  qrup  insanlarda 

mənfi əlamətlər nisbətən üstünlük təşkil edir, tərbiyəçinin tərbiyəvi təsirlərini qəbul etmir və ya çətin qəbul 

edir.  Tərbiyə  olunanların  müsbət  və  mənfi  keyfiyyətlərini  üzə  çıxarmaq  tərbiyəçidən  böyük  ustalıq  tələb 

edir. Ancaq bu prosesdən sonra, yəni tərbiyə olunanın mənfi cəhəti və həm də onu yaradan səbəb məlum 

olunandan sonra tərbiyəçi işini səmərəli qura bilər. Tərbiyəçi tərbiyə etdiklərinin gələcəyinə, özünün tərbiyə 

işinin nəticəsinə inanmalıdır. 

Nöqsanların aradan qaldırılmasına inamla prinsipiallıq və səbrlə yanaşılmalı, tələsğənlik edilməməlidir. 

Bu  sistemli  təlim-təprbiyə  müəssisələrində,  yenidən  tərbiyə  müəssisələrində,  mədəniyyət  və  incəsənət 

müəssisələrində  aparılan  tərbiyə  işlərində  rəhbər  tutulan  prinsipdir.  Mənfi  keyfiyyətlər  tərbiyə  prosesində 

aradan  qaldırılmazsa  bir  tərəfdən  bu  insanın  xarakterində  möhkəmlənər,  digər  tərəfdən  də  başqa  zəruri 

əxlaqi keyfiyyətlərin formalaşdırılması işində əngələ çevrilə bilər.  

Hörmət və tələbkarlıq prinsipi. 

 Bu  prinsipə  görə  tərbiyəçi  tərbiyə  fəaliyyətində  tərbiyə  olunanın  şəxsiyyətinə  mümkün  qədər  çox 

hörmət  etməli  və  tərbiyə  tələblərinin  yerinə  yetirilməsindəç  eyni  dərəcədə  tələbkar  olmalıdır.  Ciddi 

tələbkarlıq və qarşılıqlı hörmətə əsaslanan tərbiyə fəaliyyəti səmərəli nəticə verir. Tərbiyəçi tərbiyə olunana 

qayğı, hörmət, valideyn məhəbbətilə yanaşmalıdır. Tərbiyə olunanlar bu qayğını, hörməti hiss etməlidir. Bu 

hörmət  arxasında  hər  kəs  ona  verilən  tərbiyə  tələblərini  yerinə  yetirməli  olduğunu,  onun  vacibliyini  dərk 

etməlidir. O, bilməlidir ki, verilən əxlaqi tələbin yerinə yetirilməməsi onu hörmətdən salar, nüfuzuna xələl 

gətirər. Həmçinin tərbiyəçi tərbiyə olunanlardan da öz şəxsiyyətinə hörmətlə yanaşmağı tələb etməlidir. Öz 

şəxsiyyətinə  hörmət  edə  bilməyən  şəxsin  başqasına  hörməti  qorxaqlıq  və  ya  ləyaqətsizlik  kimi  meydana 

çıxar.  Bu  isə  tərbiyə  işinin  müvəffəqiyyətsizliyinə  səbəb  olar.  Tərbiyə  tələblərinin  mahiyyəti  tərbiyə 

olunanlara  aydın  olmalıdır.  Tələblər  elə  tonda  verilməlidir  ki,  icraçıda  onun  yerinə  yetirilməsinə  heç  bir 

şübhə qalmasın. Tələblərin icrasında fasilələrə, ləngimələrə yol verilməməlidir.  

Mədəniyyət  müəssislərində bu tələb xüsusi ustalıq və həssaslıqla həyata keçirilməlidir. Çünki, bəzən 

tərbiyəçi ilə tərbiyə olunan həmyaş, həmkar olurlar. Tərbiyə tələblərinin verilməsi və onun icrası müəyyən 

mənada  tərbiyə  olunanın  şəxsiyyətinə  hörmətlə  birləşməlidir.  Bu  müəssisələrdə  tərbiyə  olunanın 



şəxsiyyətinə  ifrat  hörmət  bəzən  onda  mənəm-mənəmlik,  özündən  razılıq  və  başqalarına  qarşı  etinasızlıq 

yaradır.  Bu  situasiyanın  aradan  qaldırılması  tərbiyəçidən  ustalıq  tələb  edir.  Tərbiyəçi  incə  pedaqoji  takt 

seçərək,  onu  təhqir  etmədən  səhvini  başa  salmalıdır.  Ümumiyyətlə  tərbiyə  ilə  məşğul  olan  bütün 

müəssisələrdə verilən tələblər məkana, şəraitə tərbiyə auditoriyasına uyğun şəkildə verilməlidir.  

Kollektivdə və kollektiv vasitəsilə tərbiyə prinsipi.  

Hər  adam  cəmiyyətdə  müxtəlif  xarakterli  insanlar  əhatəsində  yaşayır,  fəaliyyət  göstərir.  Onun 

fəaliyyəti  müəyyən  kollektiv  daxilində  mövcud  olur.  Ona  görə  də  hələ  kiçik  yaşlarından  insanlarda 

kollektivçilik  ruhu,  kollektiv  üzvləri  ilə  normal  ünsiyyət  adətləri  formalaşdırmaq  cəmiyyətin  vacib 

tələblərindən biridir. Ümumiyyətlə yaşından asılı olmayaraq kollektivdə kanardan insan yoxdur, ona görə də 

kollektivin  özündən  tərbiyə  vasitəsi  kimi  istifadə  edilir.  Kollektiv  tərbiyə  zamanı  tərbiyə  olunana  parallel 

təsir  göstərilir.  Uşaq,  yeniyetmə,  gənclərə  tərbiyəçi  həm  bir  başa  həm  də  kollektiv  vasitəsilə  təsir  edir. 

Deməli şəxsə, insana həm tərbiyəçi, həm də eyni zamanda kollektiv təsir edir. Kollektivdə hər bir tərbiyə 

olunan  özünün  mövqeyini  müəyyən  edir,  özünü  təsdiq  edir.  Kollektiv  məqsədlərinin  həyata  keçirilməsi 

prosesində tərbiyə olunanların müsbət və mənfi keyfiyyətləri üzə çıxarılır, nöqsanların aradan qaldırılması 

yolları müəyyən edilir, kollektiv təsir vasitələrə onların ictimai fəallığı artırılır. Kollektiv tərəfindən tələblər 

elə verilməlidir ki, bu ictimai mənafe ilə şəxsi mənafeyi birləşdirsin. Yəni tərbiyə olunan kollektivin verdiyi 

tərbiyə tələblərini öz şəxsi tələbi kimi qəbul etsin. Bu zaman kollektivlə birgə fəaliyyət vəziyyəti yaranır. Bu 

vəziyyətdə kollektiv üzvləri eyni işi icra etmə tələblərinə tabe olurlar ki, bu da onlar arasında məsuliyyət, 

qarşılıqlı yardım, kömək, intizamlılıq kimi münasibətlər yaradır və möhkəmləndirir. Digər tərəfdən kollektiv 

tərəfindən təqdir olunan əxlaqi hərəkətlər digərlərinə də nümunə olur, digər kollektiv üzvləri də təriflənmək 

üçün kollektivin başqa ihlərini, tələblərini nümunəvi şəkildə yerinə yetirməyə çalışırlar. 

Ümumiyyətlə  kollektiv  şəxsiyyətlə  cəmiyyət  arasında  körpü  rolunu  oynayır.  Cəmiyyət  öz  tələblərini 

kollektivə, kollektiv isə öz üzvlərinə verir və bu tələblərin yerinə yetirilməsinə nəzarət edir. Əksinə ayrı-ayrı 

insanların  kollektiv  üzvlərinin  tələbləri  əvvəl  kollektivə  sonra  isə  kollektiv  vasitəsilə  cəmiyyətə  ötürülür. 

Hər  hansı  bir  əxlaqi  problem  əvvəl  kollektiv  daxilində  təcrübəbədən  çıxır,  sonra  isə  cəmiyyətin  digər 

kollektivlərinə verilir. Bu həmçinin insanların sosial tələblərinə də aiddir. Belə ki, insanların tək-tək sosial 

problemləri,  tələbləri  ayrı-ayrı  kollektivlər  vasitəsilə  cəmiyyətə  ötürülür.  Müxtəlif  kollektivlər  tərəfindən 

irəli  sürülmüş  bu  problemlər,  tələblər  işə  təhlil-tərkib  edilir,  ümumiləşdirilir  və  cəmiyyətin  probleminə 

çevrilir.  Kollektiv  daxilində  hərbir  tərbiyə  olunan  kollektiv  tələblərini  icra  edə-edə  mütəşəkkiliyə, 

intizamlılığa, icraçılığa, yaradıcılığa, fəallığa  və s. bu kimi müsbət əxlaqi keyfiyyətlərə yiyələnirlər. Məhz 

kolektiv vasitəsilə insanlar ictimai təcrübəyə qoşulur, öz fəaliyətini cəmiyyətin fəaliyyəti ilə əlaqələndirir, 

özünü cəmiyyət üçün yararlı şəxs hesab edir. Tələblərdə vahidlik prinsipi. 

Tərbiyə  prosesində  zəruri  əxlaqi  keyfiyyətlərin  və  adətlərin  formalaşmasında  bu  prinsip  əhəmiyyətli 

yer tutur. Bu prinsip tərbiyənin ilk mərhələlərində daha böyük əhəmiyyət kəsb edir. Beləki, uşaqlara həm 

müəllim,  həm  valideyn,  həm  dostları,  ümumiyyətlə  onun  tərbiyəsi  ilə  məşğul  olan  bütün  insanlaa  eyni 

tərbiyəvi tələblər verməlidir. Verilən tərbiyə tələblərindəki ziddiyyət uşaqlarda zəruri əxlaqi keyfiyyətlər və 

adətlər formalaşdırılmasında ziddiyyət və çaşğınlıq yaradır, bu isə tərbiyə işinə mənfi təsir göstərir.  

Tərbiyə olunanlara vahid tələb verilməklə yanaşı onun icrasına da eyni səviyyədə tələbkarlıqla nəzarət 

edilməlidir. Tələblərdə vahidlik, xüsusən təlim və tərbiyə müəssisələrində, gözlənilməlidir. 

Belə ki, məktəb direktorundan başlamış xadiməyə qədər hamı şagirdlərə eyni tələblə yanaşmalıdır. Bu 

həmçinin ali təhsil müəssisələrinə də aiddir. 

Müstəqil iş üçün sual və  tapşırıqlar: 

1.

 

Prinsiplərin  mahiyyəti. 



2.

 

Mədəniyyət və incəsənət  müəssisələrində rəhbər tutulan prinsiplər. 



3.

 

Prinsiplərə verilən tələblər. 



 

 

 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə