Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

icazəsi yoxdur. Onu təhsil  nazirliyi  təstiq edir və yerinə yetirilməsi məcburidir. Hər  təhsil  müəssəsinin  

məqsədinə    uyğun  olaraq  tədris  planı    tərtib  edilir.  Tədris  planı  təhsil  müdətinə  görə    qurulur  və  burada 

xüsusi kurslar,  dərsdən kənar təlim  məşğələləri də əhatə  olunur. 

Tədris proqramları hər  fənn üzrə  asılanacaq bilik, bacarıq və  vərdişlərin məzmununu, həcmi, təcrübə, 

müxtəlif  tip    məşqələləri  (müxtəlif    siniflər  və  kurslar  üzrə)  əhətə  edir.  Proqramlarda  konkret  olaraq  hər  

mövzuya verilən saat, həmin  mövzu üzrə  aparılan təcrübi işə verilən vaxt, müstəqil  işlərə verilən  saatların 

miqdarı göstərilir. Proqramda həmçinin  mövzular üzrə mənimsədiləcək elmi  məlumatlar, onların sistemi də 

verilir. Proqram tərtibində hər bir elmin sistematiklik və ardıcılığı  gözlənilir. Tədris  edilən mövzular elə   

ardıcılıqlı  düzülür ki həm həmin  elmi  sahəsi  haqqında sistemli anlayışlar  yaradılır, həm də  elmin  sistemi 

və  ardıcılığı  pozulmur. Hər bir  fənnin  tədrisində elmin  sistemi  qorunur,  hər yeni tədris  edilən mövzu   

özündən  əvvəl  öyrədilmiş  mövzunu    mökəmləndirir  və  onu    tamamlayır,  sonrakı    mövzulara  zəmin  

hazırlayır. 

Müasir  dövrdə proqramların  tərtibində   sistematikliklə bərabər konsentriklik də  nəzərə alınır. Yəni 

aşağı  siniflərdə  öyrədilən materiallar yuxarı  siniflərdə daha  dərindən və qeniş  öyrədilir. Orta məktəblərdə 

proqram üç konsentrə  bölünür – I - IV, V – IX, X – XI -  siniflər  üzrə. Proqramın bu  konsentrik prinsipləri 

ali məktəb, həmçinin digər  məktəblərin  proqramlarında da tətbiq edilir.  

  Proqramın  belə    konsentrik    düzülüşü  təhsil   alanların  anlaq  səviyyəsi,  psixi-fizioloji  və    intelektual  

inkişaf    səviyyəsi  ilə  əlaqədardır.  Məsələn    tədrisin  ilk    mərhələsində    uşaqların  psixi  imkanları  elmi 

anlayışları  olduğu kimi dərk  etmə  imkanlarına malik deyildir.  Ona görə də təbiət və cəmiyyət hadisələri 

haqqında  elementar  məlumatlar verilir. Orta məktəblərin  yuxarı siniflərini  əhatə edən son  mərhələdə isə  

yeniyetmə  və    gənclərin  həm  psixi  həm  də  intellektual  inkişaf  səviyyələri  elmi    qanunauyğunluqları  

mənimsəmə imkanında olduğu üçün onlara daha  mürəkkəb elmi həqiqətlər haqqında  məlumatlar verilir. 

Bunu  təhsilin müxtəlif mərhələləri, səviyyələrində də göstərmək olar. 

Proqram materiallarının məzmunu  ideyaca sağlam, dövrün  tələblərinə uyğun olmalıdır. Məzmun özü 

təhsil  ananları  cəmiyyətin  tələblərinə    uyğun  tərbiyə  etməli,    onlarda  zəruri  əxlaqi    keyfiyyətləri  

formalaşdırmalı,  elmi  dünyagörüşün    əsasını  qoymalıdır.  Proqram  tərtibində  elmin  sistemi,  ardıcıllığı  

nəzərə  alınmalıdır,  elmin    əsas  anlayışları  və  müddəaları  verilməlidir,  müəllimlərə  aydın    göstərişlər 

verilməlidir, mübahisəli məsələlər  proqrama  daxil  edilməməlidir, məzmun  metodoloji cəhətdən  sağlam  

və elmi olmalıdır. Dərsliklər müvafiq  fənlər üzrə  proqramlar əsasında  nəzəri və  təcrübi  bilikləri özündə 

birləşdirir.  Dərslikdə verilən biliklər aşılanacaq bacarıq və vərdişlər  öyrənənlərin yaş səviyyələrinə uyğun  

verilir.    

 Dərsliklər  üzərində  iş    öyrənənlərin  (şagird,  tələbə)  bilikləri  möhkəm    mənimsəməsinə,  psixoloji 

proseslərinin  inkişafı  və tərbiyəsinə, müstəqil işləmə bacarıqlarının formalaşmasına imkan yaradır. Dərslik 

sırf  proqram    əsasında  tərtib  edilir,  proqram  materiallarının  mənimsənilməsinə  xidmət  edir.  Dərslikdə 

verilən materialların məzmunu, elmi materialların  şərhi ideya – siyasi, əxlaqi cəhətdən  düzgün, cəmiyyətin 

tələblərinə  uyğun    qurulmalıdır.  Dərsliklərdən  başqa  proqram  materiallarının    ətraflı  və    dərindən 

mənimsənilməsinə    xidmət  edən    dərs    vəsaitləri  də  mövcuddur.  Bura  çalışmalar  toplusu,  lüğətlər,  müh-

təxabatlar,  plastinkalar,  xəritələr,  maqnitafon  yazıları,    diafilmlər,  təris  filmləri  və  s.  daxildir.    Dərsliyin  

tərtibinə   aşağıdakı   tələblər  verilir:  dərslik    mövcud  proqram  əsasında tərtib edilməlidir; elmi  materiallar 

sistemi, ardıcıl verilməlidir; materialların məzmunu ideyaca sağlam olmalıdır; mətnin izahına kömək edən 

əlavə  vəsaitlər (şəkil, sxem və s.) verilməlidir; səhiyyə tələblərinə cavab verməlidir;  

Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.

 



Təhsilin  mahiyyətini təhlil et. 

2.

 



Təhsilin tərkib hissələri. 

3.

 



Mədəniyyət və incəsənət  müəssisələrində peşə kursları. 

 

 

 

 

 

 

 

 

 

 

 


TƏLİM  PROSESİ 

 

Təlimə  ayrı-ayrı  pedaqogika  dərsliklərində  müxtəlif  tərif  verilmişdir.  Məsələn  bir  dərslikdə  təlim 

müəllimin  rəhbərliyi  və  müvafiq  vasitələrin  köməyi  ilə  şagirdin  həyatı,  dərk  etməsi  prosesi  kimi  təhlil 

olunmuşdur.  Digərində  təlim  müəllim  fəaliyyəti  ilə  şagird  fəaliyyətini  həm  də  ümumi  bir  məqsədə  – 

şagirdəlri  bilik,  bacarıq  və  vərdişlərlə  silahlandırmaq,  onları  inkişaf  etdirib  tərbiyələndirmək  məqsədinə 

doğru  yönəlmiş  olan  bu  fəaliyyətlərin  mürəkkəb  bir  vəhdəti  kimi  verilmişdir.  Bir  başqasında  təlim 

müəllimin rəhbərliyi ilə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesi kimi verilmişdir və s.  

Bütün bunların hamısında ümumi bir cəhət – şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi cəhəti 

mövcuddur.  Deməli,  təlim  şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərə  yiyələnməsi  prosesidir.  Mövcud 

dərsliklərin  əksəriyyəti  orta  ümumtəhsil  məktəbləri  üçün  tərtib  olunduğundan  verilən  misalların  hamısı 

şagirdlərin üzərində, orta məktəb materialları əsasında qurulmuşdu. Bu bütün öyrənmə imkanı, tələbi olan 

proseslərin hamısı üçün ümumi bazadır, əsasdır.  

Bildiyimiz  kimi digər tərəfdən təlim obyektiv aləmin dərk etdirilməsidir. Dərk etdirmə və dərk etmə 

sistemli  şəkildə  təlim  müəssisələrində  aparılmaqla  yanaşı  təlimdənkanar  müəssisələrdə  də  –  mədəniyyət 

müəssisləri,  ailə,  uşaq  evləri,  yenidən  tərbiyə  müəssisələri,  istehsalat  müəssisləri  və  s.  də  aparılır.  Bu 

baxımdan təlimə ümumiyyətlə insanların həyatı dərk etməsi, zəruri bilik, bacarıq və vərdişlərə yiyələnməsi 

prosesi  kimi  də  baxmaq  olar.  Bilik,  təbiət,  cəmiyyət,  insan  təfəkkürü  haqqında  qaydalar,  qanunlar, 

qanunauyğynlyqlar  haqqındakı  faktlar,  məlumatlar  sistemidir.  Bu  faktlar  və  qanunauyğunluqlar  ayrı-ayrı 

elmlərin  tərkibində  birləşdirilib  sistemə  salınmışdır.  Müxtəlif  elm  sahələrinin  son  nəaliyyətləri  isə  tədris 

fənləri vasitəsilə böyüyən nəslə mənimsədilir. Bu fənlər vasitəsilə böyüyən nəsl təbiət və cəmiyyətin inkişaf 

qanunlarını dərk edirlər. Dərk edilmiş elmi məlumatlara uyğun olaraq fəaliyyət üsullarına yiyələnirlər. Elmi 

məlumatlara  yiyələnmə  prosesi  öyrənənin  həmçinin  təfəkkürünü  inkişaf  etdirir,  intellektual  səviyyəsini 

yüksəldir, beləliklə də elmi dünyagörüşün əsası qoyulur. Bu isə öz növbəsində insanlara təbiət və cəmiyyət 

hadisələrinə obyektiv münasibət bəsləmə imkanı verir. 

Bəzən  biliklə  elm    məfhumu    qarışdırılır  və  ya    eyniləşdirilir.  Bilik    bir  frdə    məxsusdur.  Yəni  

bəşəriyyətin əldə etmiş olduğu son elmi  nəaliyyətlərin  müəyyən  hissəsinin tək  – tək  fərdlər tərəfindən 

mənimsənilməsidir.  İnsanların  biliklərə  yiyələnməsi  həm  ümumi,  həm  də  xüsusi  olmaqla  iki  istiqamətdə 

aparılır. Beləki ümumtəhsil  məktəblərində mövcud  həyatın tələb etdiyi elmi  məlumatlar  mənimsədilir. Bu  

təlimalar  insanların  həyatda yaşaması, fəaliyyət göstərməsi, həm  özünün  həm də cəmiyyətin tələblərini 

təmin edən  biliklərdir, elmi  məlumatlara yiyələnmədir. Xüsusi biliklər isə peşəyə yiyələnməni əhatə edir. 

Yəni xalq təsərrüfatı, sənayenin bu və ya digər sahəsinə aid orta və ali səviyyədə biliklərə yiyələnmədir. Bu 

isə  xüsusi  təhsil  və  ali  təhsil  müəssisələrindəki  təlim    işini  əhatə  edir.  Orta  ixtisas  təhsili  verən  peşə 

məktəblərində  (seminariya,  kollec  və  s.)    seçilmiş  peşəyə  aid  sənaye    və  istehsalın  tələb  etdiyi  səviyyədə 

elmi biliklərə yiyələndirilir. Ali təhsil  müəssisələrində isə seçilmiş peşə üzrə daha dərin, hərtərəfli biliklər 

formalaşdırılır.  Elm  isə  bütün  bəşəriyyətə  mənsubdur.  O,  təbiət,  cəmiyyət  və  insan təfəkkürünə  aid  bütün 

obyektiv  inkişaf  qanunauyğunluqlarını  əhatə  edir.  Daha  doğrusu  elm  bəşəriyyətin  yarandığı  gündən  kəşf 

etdiyi, insanların gündəlik həyatda işlətdiyi və işlətmədiyi bütün elmi məlumatları əhatə edir. 

Biliklərə  yiyələnmə  insanların  bütün  fəaliyyəti  prosesində  gedir.  Beləki,  qeyd  etdik  ki,  elmlərin  son 

nəaliyyətləri böyüyən nəslə mənimsədilir, tədris fənlərinə daxil edilir. Elmi yeniliklər isə istehsal prosesində 

yaranır, istehsala tətbiq edilir. Məsələn, hər hansı bir zavodda (maşınqayırma, metallurgiya və s.) meydana 

çıxmış  səmərələşdirici  elmi  yenilik  əmək  məhsuldarlığının  inkişafına  xidmət  edir,  ona  görə  də  o,  digər 

sahələrə  də  tətbiq  edilir.  Bunun  tətbiq  edilməsi  isə  elmi-nəzəri  cəhətdən  əsaslandırılır  və  tətbiq  üçün 

cəmiyyətə  verilir.  Bu  yenilik  digər  sahələrə  tətbiq  edilməzdən  əvvəl  həmin  istehsal  sahələrində  çalışan 

şəxslər tərəfindən öyrənilir, mənimsənilir, dərk edilir. Yaxud da ki, pedaqoji prosesə aid hər hansı bir yenilik 

əvvəlcə pedaqoji prosesdə təsdiq olunur, onun səmərəliliyi pedaqoji prosesdə təsdiq edildikdən sonra elmə 

daxil edilir. Bu təsdiqləmə prosesi özü və təsdiqlənmiş elmi yeniliyi yenidən geniş mənada tətbiqpedaqoji 

proses  işçilərini  öyrənməyə  məcbur  edir.  Bu  öyrənmə  ikitərəfli  olur.  Beləki,  müəllim  həm  digər  elm 

sahələrindən  yenilikləri,  həm  də  pedaqoji  fəaliyyətindəki  yenilikləri  öyrənməlidir.  Bunu  ictimai  həyatın 

bütün sahələrinə aid etmək olar. Bu öyrənmə isə təkmilləşdirmə və ixtisas artırma, yeni  ixtisasa yiyələnmə 

kurslarında,  mədəniyyət  müəssisələrində  istehsal  prosesinin  özündə  təşkil  edilmiş  seriya  mülahizələr, 

seminarlarda  həyata  keçirilir.  Deməli  bilik,  yaşından  asılı  olmayaraq  bütün  insanların  elmi  məlumatlara, 

qayda, qanun, qanunauyğunluqlara yiyələnməsi prosesidir. 

Bacarıq biliklərin tətbiq edilməsidir. Bacarıqlar sistemli təlim müəssisələrində formalaşdırılır. Beləki, 

hər bir şagirdə öyrəndiyi elmi faktı tətbiq etmə bacarığı  formalaşdırılır. Məsələn, bədii əsəri oxuyub, nəql 

və ya təhlil etmə şagirdə şifahi nitq bacarığı, inşa yazmaq isə yazılı nitq bacarığı tərbiyə edir. Bacarıqlar öz 

məzmununa  görə  təlim  və  əmək  olmaqla  iki  qrupa  ayrılır:  inşa  yazı,  məsələ  və  misal  həll  etmə,  çertyoj  




Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə