Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

çəkmək,  diaqramlar  düzəltmək,  fizikaya,  kimyaya  aid  təcrübələr  aparmaq  təlim  bacarığına  aiddir.  Bitki 

becərmək,  ağaclar  üzərində  iş  aparmaq  (peyvənd,  çoxaltmaq  və  s.),  heyvanlara  qulluq  etmək,  dülgərlik, 

xarratlıq emalatxanalarında işləmək, biçmək, tikmək və s. əmək bacarıqlarına aiddir.  

Orta  ümumtəhsil  məktəblərində  yaradılan  bu  bacarıqlar  böyüyən  nəslin  ümumiyyətlə  həyata 

hazırlanması  məqsədinə  xidmət  edir.  Beləki,  bacarıqlar  öyrənilən  biliklərin  həyati  əhəmiyyətinin  dərk 

edilməsinə, biliklərin şüurlu və səmərəli mənimsənilməsinə imkan yaradır. 

Təlim bacarıqları həm də əmək bacarıqlarının şüurlu və səmərəliyini təmin edir. Həmçinin yaradılmış 

bacarıqlar gənclərə şüurlu peşə seçməkdə kömək edir. Beləki, bu proses yeniyetmə və gəncə özünün həm 

dərk  etmə  qabiliyyətini  həm  də  əmək  qabiliyyətinin  mənzərəsini  yaradır,  bu  isə  hər  kəsə  peşə  seçməyə 

şüurlu  yanaşma  imkanı  verir.  Seçilmiş  sahələr, ixtisaslar  üzrə  isə  artıq  xüsusi biliklər  verilir.  Bu  biliklərə 

uyğun ixtisas bacarıqları isə gənclərin həmin sahədə hələ orta məktəbdə malik olduğu bacarıqlar əsasında 

yaradılır. Məsələn, incəsənət sahəsində ixtisaslaşma zamanı hələ orta məktəbdən gənclərdə formalaşdırılmış 

ifadəli oxu, avazla şer demək, musiqi dinləmək, musiqi alətlərində ifa etmək, dram əsərlərini səhnələşdirmə, 

çəkmə, yonma, ağac və metal üzərində işləmə və s. bacarıqlarına istinad edilir. Artıq formalaşmış olan bu 

bacarıqlar  həm  sistemli  təlimin  müxtəlif  mərhələlərində,  həm  də  fəaliyyət  prosesində  yeni  bacarıqların 

yaranmasına səbəb olur.  Təlimin müvəffəqiyyətində bilik və bacarıqlar kimi vərdişlər də əhəmiyyətli yer 

tutur. 

Vərdişlər  bacarıqların  dəfələrlə  təkrarı  nəticəsində  avtomatlaşmış  formasıdır.  Bacarıqların  icrası 



zamanı  insan  düşünə-düşünə,  iradi  cəhətdən  gərginliklə  işləyir.  Vərdişlər  zamanı  isə  eyni  hərəkət,  iş 

dəfələrlə  təkrar  etdirildiyindən  beyin  qabığında  yaranmış  müvəqqəti  rabitələr  əsasında  avtomatlaşır.  Ona 

görə  də  həmin  fəaliyyət  düşüncə  və  diqqətin  gərgin  nəzarəti  olmadan  icra  edilir.  Məsələn,  vurma  cədvəli 

əzbərlənərkən eyni ədədin müxtəlif sayda toplusunu dərk etmə müəyyən dərəcədə çətinliklə aparılır. Lakin 

həmin cədvəl dəfələrlə əzbərləndikdən və məsələ, misal həllinə tətbiq edildikdən sonra vərdişə çevrilir, (tək) 

rəqəmlərin vurulması insanlar üçün avtomatlaşmış vərdiş olur. Belə misalı fəaliyyətin bütün sahələrinə aid 

etmək  olar.  Vərdişlər  mövcud  bacarıqlar  əsasında  yaradılır,  hər  bir  elmi  məlumat  əvvəlcə  bacarığa  sonra 

vərdişə  çevrilir.  Lakin  bütün  bacarıqlar  hamısı  vərdişə  çevrilmir.  Məsələn,  məsələ  həll  etmə,  inşa  yazma, 

biçmə və s.  kimi bacarıqlar nə qədər çox təkrar edilsə də vərdişə çevrilmir, çünki, hər məsələnin öz həlli 

yolları, məqsədi və s. vardır. Biçmə hər zaman ölçüdə aparılır. Şer demə onun məzmunundan asılı olaraq 

dəyişir. Şəkil çəkmə məqsəddən asılı olaraq müxtəlifləşir və s.  

Vərdişlər də təlim və əmək olmaqla iki yerə ayrılır: sürətli oxu və yazı, şiffahi hesablama və s. təlim, 

tikmək, toxumaq, ölçmək və s. əmək vərdişlərinə aiddir. Vərdişlərin istər təlim fəaliyyəti və istərsə də əmək 

fəaliyyətində  böyük  əhəmiyyəti  vardır.  Beləki,  vərdişlər: fəaliyyətin  düzgün  və  sürətli icrasını  təmin  edir; 

vaxta qənaət edir: fəaliyyət prosesində şüuru gərginlikdən azad edir; diqqətin eyni zamanda başqa sahələr 

üzərinə yönəldilməsinə imkan yaradır.  

Təlim və əmək vərdişləri həm təlim, həm də fəaliyyətin səmərəliliyini artırır, onların müvəffəqiyyətli 

davamı  və  inkişafına  kömək  edir.  Hər  bir  vərdiş  bacarıqlar  əsasında  əmələ  gəldiyi  kimi  həm  də  yeni 

bacarıqlar  yaranmasına  səbəb  olur.  Məsələn,  sürətli  oxu  vərdişi  olmadan  kitab  üzərində  müstəqil  çalışma 

bacarığı; ağacı mişarlama, rəndələmə, hamarlama və s. vərdişləri olmadan ağac üzərində nə dülgərlik nə də 

oyma bəzək işləri aparma bacarığı və s. yaratmaq olmaz.  

Göründüyü  kimi  bilik,  bacarıq  və  vərdişlər  bir-birilə  sıx  əlaqədədir,  biri  digərinin  mövcudluğu  və 

inkişafını təimn edir. İstər təlim fəaliyyəti istərsə də insanların digər istehsal fəaliyyətlərində elmi bilikləri 

mənimsəmə və bunlara müvafiq bacarıq və vərdişlərə yiyələnmə həyati əhəmiyyət kəsb edir. 

Təlim prosesinin elmi əsasları. 

Təlim elmi cəhətdən obyektiv aləmin insan şüurunda fəal, canlı əks etdirən idrak nəzəriyyəsinə istinad 

edir.  İnsandan  asılı  olmayaraq  onu  əhatə edən  hadisələr,  faktlar,  əşyalar obyektiv  aləmdir.  Həmin  fakt  və 

hadisələr onların arasındakı əlaqələr, münasibətlər, qanunlar idrak prosesi vasitəsilə şüurda əks olunur. İdrak 

obyektiv olanın insanın subyektiv şəkildə dərk etməsi, şüurunda əksini yaratmasıdır. Dərk etmə isə həqiqətə 

doğru  irəliləmə  prosesidir,  biliksizlikdən  bilikliliyə  doğru  irəlləmədir.  Bu  həm  də  təlim  prosesinin 

mahiyyətini təşkil edir. Təlim prosesində yeni-yeni, getdikcə mürəkkəbləşən biliklərə yiyələnilir, yeni elmi 

faktlar «kəşf» edilir. Öyrənmə prosesində təlim zamanı öyrənən az dərin dərk etmədən bilikləri daha dərin, 

dolğun, yüksək səviyyədə dərk etməyə doğru gedir. Bu dərk etmə prosesi özü də dərk edilən obyektiv aləm 

kimi  ziddiyətli  və  mürəkkəbdir.  İdrakın  dialektikliyi  və  mürəkkəbliyi  onun  daxili  ziddiyətində  özünü 

göstərir. Obyektiv aləm hadisələrinin, əşya və faktları öz daxili inkişafı vəziyyətində, inkişafda olduğu kimi 

canlı şəkildə dərk edilməsi, elə həmin hadisələrin, faktların, əşya və proseslərin əksiklərin vəhdəti kimi dərk 

edilməsidir.  Təbiətin  dərk  edilməsi  ziddiyyətli  inkişafda  baş  verir,  ziddiyyətli  proseslərin  qavranılması, 

ziddiyyətlərin  aradan  qaldırılması  kimi  həyata  keçirilir.  Maddi  aləmin,  ziddiyyətli  obyektiv  aləm 

qanunauyğunluqlarının  dərk  edilməsindən  ibarət  olan  təlim  prosesi  də  ziddiyyətdə,  inkişafda,  dəyişmədə 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə