Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə25/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   212

dramaturq bəzi mətləblərə aydınlıq vermək məqsədilə yazıb. Burada hadisələr Bahadırın öz tələbə 

dostu Soltanla birlikdə, məşhur Qafqaz yolu ilə Tiflisdən Peterburqa getmələri ilə bitir. 

"Bahadır və Sona" faciəsini dramaturq Şamaxıda səhnələşdirib və elə  həmin il də Tiflisdə 

yerləşən senzura komitəsinə yollayaraq əsərin səhnədə oynanılmasma icazə alıb. 

Bu  əsər azərbaycanlılar yaşayan məkanlarda müxtəlif ictimai mübahisələrə  səbəb olub. 

Dramaturq  Şərq poeziyasında, xalq dastanlarında müxtəlif  şəkillərdə toxunulan xristian qızına 

müsəlman gəncinin aşiq olması mövzusunu yeni sosial, fəlsəfi-psixoloji düşüncə kontekstində 

qələmə alıb. Rahatsızlıq doğuran məsələ, əsasən, o idi ki, müəllif iki gəncin faciəli eşq macərasından 

daha çox, feodal düşüncə tərzinin zülmətə sürükləyən məqamlarını dramatik sərtliklə verə bilmişdi. 

Bunun yüksək bədii həllinə nail olmaq məqsədilə  Nəriman Nərimanov pyes variantında romanın 

süjetini xeyli yığcamlaşdırmış, bir sıra epik hadisələrdən və yardımçı mövzulardan imtina etmişdi. 

Bu imtina süjet xəttinə dinamizın, xarakterlərin hərəkətlərinə dramatik fəallıq, konfliktə sosial-

ictimai kəsər gətirib.  İdeya-bədii məzmun faciə janrının estetik prinsipləri baxımından xeyli 

zənginləşib. Millət anlayışı, vətənpərvərlik duyğusu, maarifçiliyə münasibət, psixoloji ailə 

münasibətləri kimi həyati məsələlər dramda yeni səciyyələrlə bədii materialın əsasında durub. 

Dramaturq öz əsərində mürtəce qüvvələrin təmsilçilərinin bədii obrazlarını  təsvir etməyib. 

Lakin onların düşüncə  tərzləri, köhnəliklə yeniliyin ideya mübarizələri, bəşəri duyğuların təbliği 

dramatik hadisələrin psixoloji əsasını müəyyənləşdirib. Nəriman Nərimanov Bahadırı real həyati 

obraz kimi təsvir etməklə yanaşı, onun dünyagörüşlərinin ziddiyyətlərini, maarifpərvərlik yolundakı 

tərəddüdlərini də cəsarətlə verib. 

Pyesdə qadın və şəxsiyyət azadlığı, məhəbbət və vicdan pakiığı problemləri Sona və Soltan

Yusif obrazlarının timsalında yeni dramatik vasitələrlə  və orijinal ziyalı fikirlərilə  təsvir olunub. 

Onların da dramatik xarakterləri birrəngli deyil, mürəkkəb və əlvandır, təzadlı və ziddiyyətlidir. 

 

 




 İLK TEATR TRUPPALARI  

(1897-1905) 

 

Teatr həvəskarları "Birinci müsəlman truppası"nda birləşəndən sonra müəyyən iş prinsipi 



qurmağa, tamaşaları, heç olmasa, ayda iki dəfə, lakin müntəzəm oynamağa çalışırdılar. Həmin 

illərdə  və iyirmi il sonraki dövrlərdə yay və  qış aylarının müəyyən dövrü mövsümün qapanması 

kimi qəbul olunmuşdu. Fəaliyyəti "qış mövsümü" və "yay mövsümü" bölgülərinə ayrıldığına görə 

truppa müstəqil  şəkildə öz tamaşalarını 1897-ci ilin martından göstərməyə başladı.  İl  ərzində isə 

xeyli tamaşa oynanıldı. 

Bunların arasında Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", Sultanməcid 

Qənizadənin "Dursunəli və ballıbadı" (hər ikisi 1 martda oynanılıb), Mirzə  Fətəli Axundzadənin 

"Lənkəran xanının vəziri" (9 mart. Rejissor Sultanməcid Qənizadə), Nəriman Nərimanovun 

tərcüməsində və rejissorluğunda Nikolay Qoqolun "Müfəttiş" (15 oktyabr və 28 noyabr), Nəriman 

Nərimanovun "Nadanlıq" (5 dekabr) komediyalarının tamaşaları xüsusi yer tutub. 

Tamaşaların hamısı Tağıyev teatrının binasında göstərilib. Mühüm hadisə kimi "Müfəttiş" 

tamaşasının uğurunu xüsusi qeyd etmək lazımdır. Milli teatrımızın tərcümə əsərlərinə müraciətində 

bu tamaşanın premyerasının maraqla qarşılanması yüksəlişə doğru əsaslı dönüş yaratdı. Tamaşanın 

maraqlı aktyor ansamblı vardı.  Əsas rolları  Nəriman Nərimanov (Bələdiyyə  rəisi), Həbib bəy 

Köçərlinski (Osip), Bədəl bəy Bədəlbəyov (Dobçinski), Əbülfət bəy Vəli (Bobçinski) ifa ediblər. 

1897-ci ildə Bakıda birinci dəfə "Artistlər ittifaqı" yaradılıb. Üç yüz nəfər üzvü olan ittifaqa 

bir neçə nəfər azərbaycanlı səhnə həvəskarı da qəbul olunub. Hər fərd üçün üzvlük haqqı 6 manat 

təyin edilib. 

Sultanməcid Qənizadənin  şagirdləri Hüseyn Xələfov (Ərəblinski) və Mirmahmud 

Kazımovski bu il göstərilən "Lənkəran xanının vəziri" komediyasında mehtər Kərəm və  Kəndli 

rollarında ilk dəfə  səhnəyə  çıxıblar. Gələcəyin tanınmış aktyoru, dramaturqu və  tərcüməçisi olan 

Mehdi bəy Hacınski isə "Nadanlıq" tamaşasında səhnədə birinci addmını atıb. 

Truppa 1898-ci ildən afişalarda, qəzet xəbərlərində "Müsəlman dram artistləri dəstəsi" 

(bəzən "Müsəlman dram artistləri") kimi təqdim edilib. Tamaşalara rejissorluğu Sultanməcid 

Qənizadə, Həbib bəy Mahmudbəyov və az da olsa, Nəriman Nərimanov ediblər. Müəyyən 

coşğunluqla çalışan dəstə üzvlərinin yaxşı işləri ötəniiki  əsərlərin təkrar quruluşda oynamlması və 

Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1 mart), İsgəndər bəy Məlikovun "Yaxşılığa 

yamanlıq" (15 və 20 aprel) və Mirzə  Fətəlinin "Hacı Qara" (13 noyabr) faciə, dram və 

komediyalarının hazırlanıb göstərilməsi olub. 

Dəstənin teatr tamaşalarının göstərilməsi 1899-cu ildə adda-budda xarakter almağa başlayıb. 

Ötənilki səhnə  əsərlərinin sırasma Nəcəf bəy Vəzirovun "Qarınqulu" və Haşım bəy Vəzirovun 

"Evlənmək su içmək deyil" (ikisi də matın 9-da oynanılıb),  Əbdürrəhim bəy Haqverdiyevin 

"Yeyərsən qaz ətini, görərsən ləzzətini" məzhəkələrinin tamaşaları daxil edilib. Cahangir Zeynalov 

dərviş  Məstəli  şah ("Müsyö Jordan və  dərviş  Məstəli  şah". 3 mart) rolunda yüksək komediya 

aktyorluğu ilə tamaşaçıların daha dərin rəğbətini qazanıb. 

Hüseynqulu Rzayev truppada çalışan Nəcəfqulu Vəliyevin təşəbbüsü və  Nəriman 

Nərimanovun səyi ilə taleyini səhnə sənətinə bağlayıb. Sonralar "Sarabski" (bəzən "Sarablı" yazılıb) 

təxəllüsü ilə dram, faciə  və opera aktyoru kimi böyük şöhrət qazanıb, rejissorluq edərək çoxlu 

tamaşalara quruluşlar verib. 

Bu il Tağıyev teatrında müəyyən yenidənqurma işləri aparılıb, tamaşa salonu genişləndirilib, 

oturacaqların sayı bir xeyli artırılıb. Binanın kirayə götürülməsində  çətinliklər yarandığına görə 

məşqlər Cahangir Zeynalovun, İsgəndər bəy Məlikovun evlərində, "Kaspi" qəzetinin redäksiyasında 

keçirilib. Dəstədə "rejissor" anlayışı  hələ formalaşmamışdı. Həvəskarları bir yerə toplayıb rol 

bölgüsü aparana "rejissor" deyilirdi. Tamaşalar iki-üç günə, bəzən bir həftəyə hazırlanırdı. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə