Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə26/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   212

1900-cü ildə teatr prosesindəki durğunluqdan çıxmağa cəhd göstərilsə  də, nəzərə çarpacaq 

dəyişiklik və müəyyən sənət nailiyyəti olmayıb. Hətta truppa dağılmaq həddinə çatıb. Nəriman 

Nərimanovun truppanı bərpa etmək və rəhbərliyi öz üzərinə götürmək cəhdi baş tutınayıb. Mövcud 

çətinliyi ilin sonlarında  Şuşadan Bakıya gələn və 1901-ci ildə "Bakı müsəlman truppası" yaradıb 

işgüzar fəaliyyətə başlayan Əbdürrəhim bəy Haqverdiyev aradan qaldırdı. O, cəsarətlə baş rejissor 

funksiyasını üzərinə götürdü və milli teatr tariximizdə bu vəzifəni ləyaqətlə icra edən ilk ziyalı oldu. 

Əbdürrəhim bəy Haqverdiyev ötən illərdə oynanılan pyeslərə yeni quruluşlar verməklə 

yanaşı, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsini, Jan Batist Molyerin "Xəsis" əsərindən 

iqtibas etdiyi "Ağa Kərim xan Ərdəbili" komediyasını, özünün "Pəri cadu", "Bəxtsiz cavan" 

dramlarını repertuara daxil etdi. O cümlədən Qoqolun "Müfəttiş"i (Nəriman Nərimanovun 

tərcüməsində) və tamaşaçıların xoşladıqları vodevilləri yenidən səhnəyə  gətirdi. Cahangir 

Zeynalovun quruluşunda və baş rolun ifasında "Hacı Qara" tamaşası böyük maraqla qarşılanıb. 

Truppa 1902-ci ildə Qoqolun "Evlənmə" komediyasını Mehdi Cuvarlinskinin, "Müfəttiş"i isə 

M.Rüstəmbəyovun tərcüməsində, "Ağa Kərim xan Ərdəbili", "Hacı  Qəmbər", "Şamdan bəy" 

əsərlərini yeni quruluşlarda oynayıb. 1903-cü ildə isə truppa daha çox "Müsəlman dram artistləri 

dəstəsi" ilə təqdim edilib. Tağıyev teatrının icarədarları Palonski və kruçinin azərbaycanlı aktyorları 

əlbəsə və rekvizit ilə pis təmin edirdi. Bir neçə il azərbaycanlı aktyorlar bütün tamaşaları bir otaq-

dekorasiyada oynayıb. Repertuarda köhnə  əsərlərlə yanaşı, N.Loxmanovanın "Napoleonun vəfatı" 

("Sant Helen cəzirəsində imperator Napoleonun vəfatı") dramının, Anton Çexovun "Ayı" 

vodevilinin tamaşaları da vardı. 

Əbdürrəhim bəy Haqverdiyev dramaturqlarla teatr dəstəsi arasında anlı  əlaqələr yaratmağa 

çalışırdı. Həvəskarların müəyyən bir qisınınin aktyorluq sənətini peşə seçmələrinə səbəb olmuşdu. 

Bu cəhd 1904-cü ildə bir qədər də gücləndi. Dəstə tamaşalarını daha çox Artistlər klubunda göstərib. 

Bakıda bəzi həvəskar dəstələr də  hərəsi il ərzində bir neçə tamaşa ilə  çıxış ediblər. Repertuarda 

Nəcəf bəy Vəzirovun və Sultanməcid Qənizadənin məsxərələri üstünlük təşkil edib. Sanballı faciə 

və komediyalar təkrar-təkrar göstərilib. 

Adı müxtəlif cür yazılan teatr dəstəsi 1905-ci ildə müəyyən çətinliklərlə qarşılaşıb. 

Rusiyadakı siyasi ixtişaşlar (9 yanvar gülləbaranı, tətillər və sairə) Bakının mədəni həyatına da təsir 

edib. Tamaşaya qoyulmaq üçün əsərlərin icazəsi həftələrlə yubadılıb, tamaşalara nəzarət güclənib. 

Hətta fevral ayında Bakıda komendant saatı elan edildiyi üçün axşam ta-maşalarının oynanılmasma 

qadağa qoyulub. Əbdürrəhim bəy Haqverdiyev işini dəyişməklə  əlaqədar olaraq dəstəyə 

rəhbərlikdən uzaqlaşıb.  İşin ağırlığını müxtəlif aktyorlar (əsasən, Cahangir Zeynalov, Hüseyn 

Ərəblinski,  Əbülfət Vəli, Hüseynqulu Sarabski) öz üzərlərinə götürüblər. Repertuarda təbdil 

olunmuş vodevillər, kiçik məsxərələr çoxluq təşkil edirdi. 

İl payıza dönəndə Rusiyadakı müəyyən reformaların sədası Bakıda da hiss olundu. Nəriman 

Nərimanov, Dadaş Bünyadzadə, Məmməd Məmmədyarov, Məşədi  Əzizbəyov, Həmid Sultanov 

fəhlə rayonlarında dram dərnəkləri yaradıblar. "Təkamül" qəzeti nəzdində "Hümmət" təşkilatının 

eyniadlı truppası  fəaliyyətə başlayıb. Onlar Qara şəhərdə, Sabunçuda, Balaxanıda, Murtuz 

Muxtarovun klubunda, Bayılda tamaşalar oynayıblar. Aleksandr Nevski adına Azərbaycan-rus qız 

məktəbində müəllim və şagirdlər, Mərdəkandakı Tağıyev Bağçılıq məktəbində könüllü gənclər, Ağa 

Musa Nağıyev klubunda ("Obşestvennoye sobraniye") ziyalı cavanlar, ikinci məktəbin  şagirdləri 

müxtəlif vaxtlarda tamaşalar hazırlayıblar. 

Bu il aktyorlar arasında "birincilik" iddiasında olmaq, yersiz təkəbbür göstərmək, repertuarı 

özünə "uyğun" qurmaq truppada müəyyən parçalanmaya gətirib çıxarıb.  Əbdürrəhim bəy 

Haqverdiyevin Peterburqa gedişindən sonra sənət axtarışları zəifləyib. 

Aktyor və rejissor Əbülfət Vəli dəstə toplayaraq kiçik əsərlərdən ibarət repertuarla 

Azərbaycanın rayonlarında fərdi qastrollarda olub. Dəstə öz tamaşalarına yerlərdəki həvəskar 

aktyorları da cəlb edirdi. 




1897-1905-ci illər arasında müxtəlif teatr truppalarının fəaliyyətində aşağıdakı hallar qabarıq 

nəzərə çarpırdı. 

Repertuarda təkrarçılıq və yeknəsəklik hökm sürürdü. 

Eyni dram, faciə və ya vodevil il ərzində bir neçə quruluşda oynanılırdı. 

əksər vaxtlarda hansısa tamaşada baş rolda çıxış edən aktyorun dəyişdirilməsi təzə quruluş 

kimi təqdim olunurdu. 

İfaçılar öz sözlərini  əzbərləmirdilər. Mətn, dialoq və monoloq suflyor vasitəsilə çatdırılırdı 

və aktyorlar da onu eşitdikləri kimi (yəni bəzən səhv mətnlə) təkrarlayırdılar. Ona görə də suflyor 

teatrda vacib peşə sahibi sayıılırdı. 

Tamaşada musiqidən və məxsusi tərtibatdan istifadə edilmirdi. 

Artistlərin əksəriyyəti öz ailəsinin çörəkpulunu başqa peşələrdən çıxardırdılar. 

Müxtəlif dəstələrdə fəaliyyət göstərən həvəskarlar tez-tez yerlərini dəyişirdilər. Bu hal 1906-

1919-cu illərdə daha xoşagəlməz hal almışdı. 

Kiçik məsxərələr və vodevil-məzhəkələr ikisi, bəzən üçü və dördü bir yerdə, eyni gündə 

göstərilirdi. 

Bir ildə bir neçə dəfə oynanan tamaşaların əksəriyyət ifaçıları dəyişirdilər. Bəzən də ifaçılar 

qalırdılar, lakin onların rolları dəyişidirilirdi. 

Bu illərdə teatr tamaşalarında yazıçılardan Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, 

Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, müxtəlif sahələrdə  işləyən ziyalılardan 

Bədəl bəy Bədəlbəyov, Hacı bəy Axundov (Şirvanski), Rəhim bəy Məlikov, Midhət bəy Məlikov, 

Əbdüləli bəy Vəlibəyov, Rəsul bəy Tahirbəyov, Məlik bəy Tahirbəyov, Səməd Mənsur Kazımzadə, 

Həbib bəy Köçərli, Mehdi bəy Cuvarlinski, Sadıq bəy Salaşbəyov, Hüseyn Minasazov və başqaları 

çıxış edirdilər. 

Nisbətən təcrübəli Mirzə Muxtar Məmmədov, Cahangir Zeynalov, Məhəmməd  Əlvəndi, 

Əbülfət Vəli, gənclərdən Hüseynbala Xələfov (Hüseyn Ərəblinski), Murad Muradov, Hüseynqulu 

Sarabski (Rzayev), Mirmahmud Kazımovski, Mirzağa  Əliyev, Rüstəm Kazımov, Mehdi bəy 

Hacınski, Ağalar Gəraybəyov aktyorluqla müntəzəm məşğul olurdular. 

Dövri mətbuat, siyasi mövqelərindən asılı olmayaraq, teatr prosesini nəzərdə saxlamağa, 

tamaşalar barədə  məlumatlar verməyə,  əsərlərin qısa  şərhinə meyil göstərən yazılar çap etməyə 

çalışırdılar. 

 

 

DRAMATURGİYADA KÜTLƏVİLlK 

VƏ BƏDİİ AXTARIŞLAR 

(1890-1920) 

 

Azərbaycanda XX əsrin sonlarında maarifçilik ideyalarının təbliği daha geniş miqyas aldı. 



Maarifpərvərlər, ilk növbədə müəllimlik peşəsi ilə  məşğul olanlar xalqı nadanlığın, xurafatın 

cəngindən xilas etmək üçün ən çevik forma-vasitələrdən biri kimi teatra xüsusi diqqət yetirirdilər. 

Bu istiqamətdə Tiflis Aleksandrinsk Müəllimlər  İnstitunu bitirib Bakıya gəlmiş  Həbib bəy 

Mahmudbəyovla Sultanməcid Qənizadənin fəaliyyətləri daha qabarıq nəzərə çarpırdı. 

Diqqətçəkən məsələlərdən biri bu idi ki, teatr tamaşaları hazırlayan müəllimlər və ya başqa 

peşə sahibləri eyni zamanda özləri müxtəlif  əcnəbi yazıçıların  əsərləri  əsasında iqtibaslar və ya 

təbdillər işləyirdilər. Yaxud kiçik həcmli orijinal pyeslər yazırdılar. Yazılan dram əsərləri,  əsasən, 

vodevil (kiçik məsxərə), məzhəkə, fars, qaravəlli janrında olurdu. Onların başlıca qayəsi xalqı 

maarifləndirmək, teatr tamaşalarına baxanları didaktik-tərbiyəvi  əhəmiyyətli  əsərlərlə  təmin etmək 

idi. Həmin istiqamətdə  fəaliyyət göstərən müəlliflərdən bir neçəsi barədə  qısa məlumat verəndən 

sonra ümumi mənzərəni yığcam şəkildə təsvir etməyə çalışacam. 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə