Düzdür, bu qadınlar
dar bir məkanm, yəni Hatəmxan ağanın həndəvərinin təmsilçiləridir.
Lakin dramaturq məhz bu "dar" çərçivədə elə ustalıqla bədii personajlar verib ki, elə bunlar da o
dövrün ictimai mənzərəsində qadın və cəmiyyət probleminin hərtərəfli üzə çıxması üçün kifayət
edib. Şəhrəbanu xanım Hatəmxan ağanın arvadıdır, qırx beş yaşı var. On aitı yaşlı Şərəfnisə xanım
və doqquz yaşlı Gülçöhrə onların qızlarıdır. Xanpəri isə Şərəfnisə xanımın dayəsidir və qırx yaşı
var. Bu dayəlik Avropadaki kimi elm-savad öyrədən, əxlaqi keyfiyyətlər aşılayan dayələrdən deyil.
Əsilində bu dayə kütlük və nadanlıqda, miskin zavallılıqda Şəhrəbanudan heç nə ilə fərqlənmir.
Məhz belə bir ictimai panoramda Mirzə Fətəlinin cəmiyyət və qadın problemi daha əzəmətli
görünür, satira sırf sosial məna daşıyır.
Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası müəyyən mənada tarixi
xarakter daşıyır. Lakin dramaturqun bu komediyası Azərbaycanın tipik surətlərini indi də siyasi-
ictimai kontekstdə, kinayəli sarkazmla, kəskin satira ilə cilalanan və eyni zamanda vəziyyət
komediyası janrının estetik prinsiplərinə əsaslanan forma-üslubda yazılıb. Dramaturq tarixi
hadisələrin müasir dövrün insani psixologiyası, çağdaşlarının primitiv dünyagörüşləri, zamanm
məişət abı-havası ilə həssaslıqla əlaqələndirə bilib. Eyni zamanda komik hadisələrə kəskin ictimai
motivlər aşılaya bilib.
Ən əsası isə odur ki, Mirzə Fətəlinin bədii personajları bu komediyadaki xarakterlərlə daha
da dolğunlaşdı. Oxucular dramaturqun obrazlar palitrasında yeni rənglər kimi görünən kütbaş
Lənkəran xanı, riyakar vəzir Mirzə Həbib, cəngavər təsiri bağışlayan Teymur ağa, diribaş və
gözüaçıq Şölə xanım, əbləh mehtər Kərim, tədbirli görünməyi ilə kürəkəninin başına oyun açan Pəri
xanım, bəd əməllərinə görə səksəkədə olan tacir Hacı Salah, dinməz olduğu qədər də vahiməli təsir
bağışlayan xacə Məsud surətləri ilə rastlaşdılar. Başlıcası isə odur ki, Axundzadə "LənKəran xanmm
vəziri" komediyasıda da tənqid hədəfinə aldığı personajları əsil məsxərə estetikası, məzhəkə oyun-
tamaşa poetika prinsipləri ilə canlandırıb.
İlk üç pyesindən bir il sonra yazdığı dördüncü dram əsərində Mirzə Fətəlinin zahirən
əyləncəli gorünən, lətifəvari təsir oyadan hadisələrin dərin qatlarında yenə də cəmiyyətin kəskin
problemləri təsvir olunub. Əlbəttə ki, yeni mövzu-problematikada, yeni hadisələr burulğanında və
əlbəttə ki, yeni bədii personajlar vasitəsilə. "Xırs quldurbasan" komediyası həyati olduğu qədər də
canlı, gülməli, həyat nəfəslidir, cazibəli və əyləndiricidir. Həyatın real hadisələrini reallıqla təsvir
etmək məharəti bu komediyada da Axundzadənin sənətkarlıq üslubunun estetik xüsusiyyəti kimi
səciyyələnir.
Məişət komediyası janrı "Xırs quldurbasan" səhnə əsərində əvvəlki pyeslərdən tamam fərqli
rakursdan və tamam fərqli bədii-estetik məziyyətlərlə təcəssüm tapıb. Cəmiyyətdəki ictimai
bərabərsizlik, sosial bərabərsizliyin eybəcər fitnə-fəsadları həm satirik, həm də yumorlu ifadə
vasitələri ilə qələmə alınıb. Bir zümrənin özbaşınalığı ilə itaətə məhkum olan başqa zümrənin
mütiliyi qarşılaşdırılıb və bu toqquşmada, bu müstəvidə mövcud cəmiyyətin rəzillikləri gülüş
hədəfinə çevrilib.
"Xırs quldurbasan" komediyasında təsvir olunan Pərzad dramaturqun əvvəlki qadın tiplərinin
yeni və bir qədər təzə səciyyələr daşıyan personajıdır. Bu komediyada Zalxa və Sona yeni bədii
tutumlu obrazlar olduğu kimi, Tarverdi və Divanbəyi, yasavul Kərim, dilmanc Kamalov, Vəli
Xatunoğlu, Oruc Nəsiboğlu, Koxa, Matvey surətləri tamam təzə personajlardır.
Dramaturq bundan əvvəlki pyesində fransız Müsyö Jordanla iranlı Məstəli şahı üz-üzə
gətirməsə də, bir müstəvidəki hadisələr zəminində bağlayıb. Bu bağlamaqla da çox gülməli vəziyyət
komediyası yaradıb. "Xırs quldurbasan"da isə daha çevik formadan istifadə etməklə vəziyyət
komediyasını daha sərt məişət olayları ilə daha canlı, daha gülməli və daha gözlənilməz finallı
təqdimdə işləyib. Pərzadın sevgisini "qazanmaq" üçün karvan soymağa çıxan qorxaq Tarverdi
təsadüfən yol keçən, milliyyətcə alman olan, hafizi-canəvarən Frans Foxtla rastlaşır. Elə əsil mərəkə
də bundan sonra başlayır. Yenə də biz Avropa və Şərq şüur-əxlaq və məişət davranışı əksliklərinin
gülüş doğuran, sarkazınla yoğrulmuş bədii təsviri ilə rastlaşırıq.
Öyüd-nəsihət verən, insanları pis və bəd, yaramaz və rəzil əməllərdən çəkinməyə çağıran
Divanbəyi obrazı Mirzə Fətəlinin "Hacı Qara" komediyasında Naçalnik surəti kimi verilib. Lakin bu
komediyasından əvvəl dramaturq bir qədər də siyasi-ictimai səciyyə daşıyan "Lənkəran xanının
vəziri" əsərini tamamlayıb.
"Mürafiə vəkilləri" (bəzən "Təbriz vəkilləri" yazılıb) Mirzə Fətəlinin sonuncu dram əsəridir.
Dramaturqun bu pyesi 1855-ci ildə yazılıb və komediyadan daha çox dram janrının estetik
tələblərinə daha yaxındır. Mirzə Fətəli burada yaşı on səkkiz olsa da, dərrakəsİ, dünyaya açıq gözlə
baxması, qətiyyəti, iradəsi ilə seçilən Səkinə obrazı yaradıb. Məhz bu insani keyfiyyətlərinə görə o,
nadürüst, haramzada Təbriz vəkilləri ilə mübarizədə, insanlıq haqqı, varislik haqqı, sevib-sevilmək
haqqı uğrundakı çətin mübarizədə qalib gəlir.
Mirzə Fətəli Axundzadə əvvəlki beş komediyasında rast gəlmədiyimiz, lakin cəmiyyət üçün
xarakterik olan vəkillər Ağa Salman və Ağa Mərdan, bazar darğası Hacı Rəcəbəli, ləçər, bihəya və
riyakar Zibeydə, pullu tacir olan, amma haqq mübarizəsində uduzan Ağa Həsən kimi bədii obrazlar
yaradıb.
Mirzə Fətəli Axundzadənin komediyaları ("Təmsilat"ı) milli ədəbiyyatımızda yeni janrın
bünövrəsmi qoyub.
Mirzə Fətəli Axundzadənin pyesləri Azərbaycanda qüdrətli dramaturqların yetişib-
formalaşmaları üçün təməl olub.
Mirzə Fətəli Axundzadənin dram əsərləri dövrün ictimai-sosial mənzərəsini bədii reallıqla,
xarakterik həyat hadisələri ilə təcəssüm etdirib.
Mirzə Fətəli Axundzadənin komediyaları öz dövrünün ən tipik insan xarakterlərini,
cəmiyyətin təzadlı zümrələrinin koloritli təsvirini təbii boyalarla gələcək nəsillərə çatdırıb.
Nəhayət, Mirzə Fətəli Axundzadənin komediyaları milli peşəkar teatrımızın təşəkkülü və
inkişafı, geniş yayılması və ayrı-ayrı sənət ocaqlarının formalaşması üçün münbit zəmin olub və
ölməz ənənə kimi ləyaqətlə davam etməkdədir.