Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə191/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   212

Aleksandr Puşkinin "Kiçik faciələr" (1974) əsərlərinə verdiyi səhnə  təfsirləri daha orijinal və 

maraqlı olub. 

Ulduz xanım Rəfili Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə, rejissor sənətində 

qazandığı nailiyyətlərə görə 29 iyun 1964-cü ildə Azərbaycan Respublikasının  əməkdar incəsənət 

xadimi fəxri adı ilə təltif olunub. 

Rejissurasına incə lirizm və emosional cazibədarlıq xasdır.  Ən yaxşı tamaşaları lirik-

psixoloji üslubda hazırlanıb. Bu baxımdan  Əkrəm  Əylislinin "Mənim nəğməkar bibim" (1975), 

Anarın "Keçən ilin son gecəsi" (1968) pyeslərinin tamaşaları yüksək bədii səviyyələri, estetik ifadə 

vasitələrinin zənginliyi ilə daha parlaq sənət qələbələri sayılır. 

Uşaq tamaşaları içərisində isə Xanımana Əlibəylinin "Aycan" nağıl-pyesinə verdiyi quruluş 

poetik hüsnü və ifadəli səmimiyyəti ilə seçilir. 

Ulduz xanım quruluş verdiyi tamaşaların əksəriyyətini realist, bir qisınıni isə romantik-realist 

üslublarda hazırlayıb. 

Canlı və dinamik kompozisiya qururdu və bütün formalarda aktyor oyunu öndə olurdu. 

Bitkin, tamaşanın ali məqsədini, fikir yükünü tamlıqla Çəkə bilən aktyor ansambh 

yaratmaqda yüksək səriştəli idi. 

 

 

AĞAKİŞİ KAZIMOV (28 İYUN 1935



 

Teatrda yaradıcılığa aktyor kimi başlayıb. Sonradan ali ixtisas təhsili keçərək rejissorluq 

etmiş, baş rejissor kimi Sumqayıt Dövlət Dram Teatrının və Gənc Tamaşaçılar Teatrının müəyyən 

inkişaf dövrlərində səmərəli xidmətləri olmuşdur. 

Ağakişi  Şəmməd oğlu Kazımov 28 iyun 1935-ci ildə  Ağcabədi rayonunun Ağcabədi 

kəndində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində  təhsil alıb. Milli 

Dram Teatrında aktyor işləyib (1952 - 1954). O, 1960 -1964-cü illərdə Sankt-Peterburq Dövlət 

Teatr, Musiqi və kinematoqrafiya İnstitutunun əyani rejissorluq fakültəsində oxuyub. Azərbaycana 

ali ixtisaslı rejissor diplomu ilə qayıdan Ağakişi Kazımov Sumqayıt Dövlət Dram Teatrında, 

Musiqili Komediya Teatrında, AMDT-də, Opera və Balet Teatrında işləyib. 

Ağakişi   Kazımov   Gənc   Tamaşaçılar   Teatrında   uzun müddət   baş   rejissor   işləyən   

sənətkarlardandır   (30   dekabr 1975 - 14 fevral 1983 və 20 aprel 1990 - 14 mart 2002). Ən çox və 

ən müxtəlif janrlı tamaşaya da quruluşu məhz bu teatrda verib. 

Onun GTT-də əsas quruluşları: "Söhrab və Rüstəm", İsgəndər Coşqun (1973), "Komsomol 

poeması",  İsgəndər Coşqun (Səməd Vurğunun eyniadlı poeması  əsasında. 1976), "Zoluşka", 

Yevgeni  Şvarts (rus bölməsində. 1976), "Məhəbbət novellası",  Şamil Xurşud və  Əşrəf Hacıyev 

(1977), "Məlik Məmməd",  Əyyub Abbasov (1978), "Hacı  Qəmbər", Nəcəf bəy Vəzirov (1978), 

"Qar qız", Teymur Elçin (1983), "Yazığam, sevmə məni", Əkrəm Əylisli (1990), "Kiçik təpə", Nəbi 

Xəzri (1991), "Sevirdim, çox sevirdim", Hidayət (1994), "Ağ div, qara div", Əli Səmədli (1995), 

"Şir qızı Luska", Vladimir Qusev (rus bölməsində. 1997), "Təlxəyin nağılı", Firuz Məmmədov 

(1999), "Büllur sarayda", İlyas Əfəndiyev (2000). 

1977-ci ildən bugünkü Mədəniyyət və  İncəsənət Universitetində aktyor və rejissor 

sənətindən dərs deyən Ağakişi Kazımov 18 iyun 2001-ci ildən bu ali məktəbin professorudur. 

Qazandığı sənət uğurlarına görə 20 mart 1987-ci ildə Azərbaycan Respublikasının əməkdar 

incəsənət xadimi, 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

 

 



AZƏR PAŞA NEMƏT (13 AVQUST 1947) 

 



Azər Paşa Nemət (Nemətov) 13 avqust 1947-ci ildə Bakıda doğulub. Güclü musiqi duyumu 

olan Azər Paşa Bülbül adına orta musiqi məktəbində  təhsil alıb (1953 - 1964). Bir il Azərbaycan 

Dövlət konservatoriyasında Qara Qarayevin sinifində oxuyub. ADİİ-nin rejissorluq fakültəsini 

bitirib (1965 -1970). Diplom işi "Qardaşım klarnet çalır" (Anatoli Aleksin. Şeirlər Robert 

Rojdestvenskinin, musiqisi Oleq Feltsmanındır) Gənc Tamaşaçılar Teatrının rus bölməsində 

göstərilib. 

1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. Arada Sankt-

Peterburqun eyni tipli teatrında çalışıb (1974 - 1977). Gənc yaşlarından  şöhrət qazanaraq 1977-ci 

ildə Bakıya qayıdıb, GTT-də rejissor və baş rejissor (1983 - 1990) işləyib. 1990-cı il aprel ayının 20-

dən Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 

Rejissor Bakıdakı GTT-nin rus bölməsində Yevgeni Şvartsın "İki ağcaqayın" (1973), Kim 

Meşkovun "Pin və Qvin" (1974), Yevgeni Miteonun və Yuri Mixaylovun "Bum-baraş" (1977), 

Vladimir Tendryakovun "Buraxılışm son gecəsi" (1978), Şandor  Şamadi Tootun "Necəsən, cavan 

oğlan?", Anarın "Keçən ilin son gecəsi" (1979), Aleksey Tolstoyun "Buratinonun səfehlər ölkəsində 

macəraları" (1980), Aleksandr Ostrovskinin "Öz adamlarımızdır, dil taparıq" (1982), Redyard 

kiplinqin "Öz kefinə gəzən pişik", Rüstəm İbrahimbəyovun "Təmas" (1983), Beqalinin "Onun on üç 

yaşı olacaqdı", Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1984), Valentin 

Zoşşenkonun "Şapkinin sərsəm günü", Çerviskinin "Tap tapış..." ("Xaçlar və sıfırlar". 1985), Karlo 

Qotsinin "Yeikənlər üzərində nəğməli kü1ək" (1987) pyeslərini tamaşaya hazırlayıb. 

Rejissor Azərbaycan bölməsində  Cəlil Məmmədquluza-dənin "Danabaş  kəndinin məktəbi" 

(1983), Mirzə  Fətəli Axundzadənin "Müsyö Jordan və  dərviş  Məstəli  şah", Çingiz Aytınatov və 

Kotley Məhəmmədovanın "Fudzi dağında qonaqlıq" (1984), İsgəndər Coşqunun "Komissarlar", 

Rəhman  Əlizadənin "Sabah çoxdan başlanıb" (1987), Kamal Aslanovun "Yuxulama" (1989) 

dramlarının tamaşalarına əlvan janrlı quruluşlar verib. 

 

*   *   * 



 

GTT-nin yarandığı gündən indiyədək Azərbaycan və rus bölmələrində müxtəlif baş 

rejissorlar və quruluşçu rejissorlar işləmişlər.  İlk illərdə Qriqori kornelli gənc kollektivdə kiçik-

həcmli pyeslərə səhnə quruluşu verib. Soltan Dadaşov opera teatrı ilə yanaşı, burada da quruluşlar 

verib.  Ələsgər  Şərifov, Nəsir Sadıqzadə, Fikrət Sultanov, Cənnət Səlimova, Vaqif Ibrahimoğlu, 

Mərahim Fərzəlibəyov, Bəhram Osmanov dəvətlə GTT-də tamaşalar hazırlayıblar. 

Repertuarda Müharib Tağıyevin, Həsən  Əblucun, Möhsün Mürsəlovun, Vaqif Əsədovun

Rafiq  Əliyevin hazırladıqları uzunömürlü tamaşalar olub. Rus bölməsinin  ən məhsuldar rejissoru 

Aleksandr Varşavski sayılıb. Həmin truppa ilə  Kərim Həsənov, Ulduz Rəfili, Zəfər Nemətov da 

xeyli tamaşalar hazırlayıblar. Bununla belə, GTT-nin rejissor yaradıcılığından danışanda bəzi 

rejissorların sənət yolunda yer tutan müəyyən tamaşaları göstərmək olar. 

Aleksandr Tuqanov (1871-1960). Əsas quruluşları Azərbaycan bölməsində: "Zorən təbib" 

Jan Batist Molyer. 1938), "Müfəttiş" (Nikoİay Qoqol. 1939). Rus bölməsində: "Meşşanlar" (Maksim 

Qorki), "Məzəli hadisə" (Karlo Haldoni), "Nadan övlad" (Denis Fonvizin), "Şən yuxular" (Viktor 

Rozov). 


Kərim Həsənov (1914 - 1978). GTT-də 1939-cu ildən işləyib. Azərbaycan Respublikasının 

əməkdar artisti olub (1954). 

Rejissorun hazırladığı  əsas tamaşalar: "Babək" (Əbil Yusifov. 1939), "Azad" (Əyyub 

Abbasov. 1940), "Hacı  Qəmbər", Nəcəf bəy Vəzirov. 1942), "Dədə Qorqud və Qaraca çoban" 

(Əbdüləzəl Dəmirçizadə. 1946), "Xırs quldurbasan" (Mirzə Fətəli Axundzadə. 1947), "İki veronalı" 

(Vilyam  Şekspir. 1955), "Ərköyün oğlan" (Yevgeni Rıss. 1955), "O, mənim oğlumdur" (Əfqan 

Əsgərov. 1956), "Son məktub" (Rauf İsmayılov. 1957), "İmtahan" (Həsən Seyidbəyli. 1959), "Məlik 

Məmməd" (Əyyub Abbasov. 1960), "Qonşular" (Yusif Əzimzadə. 1961), "Bəxtsiz cavan" 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə