Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə193/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   212

1953. "Gülşən",  Əli Vəliyevin eyniadlı romanı  əsasında səhnələşdirəni Ağəli Dadaşov. 

"Meşə gölünün sahilində", Sezar Solodar. Tərcümə edəni Ələsgər Şərifov. 

1954. "Yaşar", Cəfər Cabbarlı. 

1957. "Anacan", Yusif Əzimzadə. Rejissor Kərim Həsənovla birlikdə hazırlayıb. "Gülən 

gözlər", Məmmədhüseyn Təhmasib. Rejissor Ulduz Rəfili ilə birlikdə hazırlayıb. 

1958.  "Bir saat xəlifəlik", Abdulla Şaiq. 

1959. "Göyərçinlər", Tələt Əyyubov. 

1960. "İki həyat", Rauf İsmayılov. 

1961.  21 mart. "Komsomol poeması", İsgəndər Coşqun. 

1963, 2 mart. "Əlvida, Hindistan!", Qeybulla Rəsulov. 

1963,  11 mart. "Tü1kü məhkəməyə gedir", İsgəndər Coşqun. 

1964,  1 fevral. "Ürək yanarsa...", Teymur Məmmədov. 

1966,  3 noyabr. "Romeo və Cülyetta", Vilyam Şekspir. Tərcümə edəni Tələt Əyyubov. 

1967,  25 iyun. "Nəsillər", Qeybulla Rəsulov. 

1969, 19 oktyabr. "Oğlum Volodya", Yuri Yakovlev. 

1971, 28 dekabr. "Tülkü məhkəməyə gedir", İsgəndər Coşqun. 

Sənətkar "Tülkü məhkəməyə gedir" pyesini tamaşaya hazırladı, ancaq əsərin tamaşasının 

premyerasını görmək ona nəsib olmadı. 

Zəfər Nemətovun Gənc Tamaşaçılar Teatrının rus bölməsində quruluş verdiyi daha maraqlı 

tamaşalar: "Müfəttiş", (Nikolay Qoqol), "Sənin evin", (Valentina Lyubimova), "Qürur məktəbi", 

(Valentina Lyubimova), "Yaşıl sandıqça", (İvan Vasilenko), "Qarlar Kraliçası", (Yevgeni Şvarts), 

"Meşə  kənarında göl", (Sezar Solodar), "İyirmi ildən sonra", (Mixail Svetlov), "Polad Üzük", 

(Konstantin Paustovski), "Qırmızı  şeytan balaları", (V.Serebyakov), "Zorən təbib", (Jan Batist 

Molyer), "Kasıblıq eyib deyil", (Aleksandr Ostrovski), "Afrikadan gələn zərf", (Lyubomir Qarabin), 

"Bütün bunlar sadəcə işlər deyil", (Gennadi Şmelyov), "Dəhşətli bir gün", (Yuri Sotnik),  "Onlar və 

biz", (Nina Dolinina),  "Zoluşka", (Qabbe), "Alyonanın çiçəkləri", (M. Kornouxov və L.Brasueviç). 

Azərbaycan teatr tarixinin inkişafındakı xidmətlərinə  və rejissor yaradıcılığında  əldə etdiyi 

nailiyyətlərə görə  Zəfər Paşa oğlu Nemətov 1954-cü il fevral ayının 27-də Azərbaycan 

Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 

Görkəmli sənətkar 1971-ci il noyabr ayının 19-da Bakı-da vəfat edib. Məzarı ikinci Fəxri 

xiyabandadır. 

Zəfər Nemətov rejissorluq fəaliyyəti ilə yanaşı, 1951-ci ildən Asəf Zeynallı adına musiqi 

məktəbinin o vaxt mövcud olan opera sinifində rejissorluqdan dərs demişdir. Onun buraxılış kursu 

tələbələri ilə hazırladığı "Arşın mal alan" operettası Opera və Balet Teatrı binasında böyük uğurla 

oynanmışdır. 

Zəfər Nemətovun rəngarəng yaradıcılığının başlıca xüsusiyyətlərini rənglər palitrasma 

düzsək aşağıdakı səciyyələr daha parlaq və daha aydın görünər. 

Zəfər Nemətovun tamaşaları janr etibarilə son dərəcə əlvandır. 

Zəfər Nemətovun quruluş verdiyi tamaşalarda  əyləncə, tərbiyə, sevinc, bayram ovqatı, 

düşüncə dərinliyi, nağıl sehrli... peşəkarlıqla səhnə təcəssümü tapır, poetik ahəngdarlıqla vəhdətdə 

olurdu. 

Zəfər Nemətov komediyanı necə təravətlə, qəhrəmanlıq dramını necə poetik vüsətlə, çağdaş 

əsərləri necə psixoloji dərinliklə tamaşaya hazırlayırdısa, eyni təravətlə  və monumental 

cazibədarlıqla da klassiklərə səhnə təcəssümü verirdi. 

Zəfər Nemətov teatra yeni-yeni dramaturqların cəlb olunmasında səylə çalışır, cəsarətlə 

sınaqlar aparınaqdan çəkınınirdi. 

Zəfər Nemətov həm uşaqların maraq dairəsmi dərindən bilir, həm yeniyetmələrin zövq və 

psixoloji dəyişmələrini həssaslıqla duyur, həm də  gənclərin və orta nəsilin nəzəri-estetik 

görüşlərinin formalaşmasını, zövq və tələblərini psixoloq həssaslığı ilə duyurdu. 



Zəfər Nemətov mətin xarakterli olduğu qədər də  səmimi və mehriban idi. Bu səmimiyyət 

onun quruluş verdiyi bütün tamaşaların ruhuna hopmuşdu. 

Zəfər Nemətov tamaşalarının obrazlı  həllinə xüsusi fikir verirdi. Bu baxımdan onun 

rəssamlardan Sadıq  Şərifzadə, Altay Səidov, Fuad Xəlilov və Nikolay Ovçinnikovla işləri bədii 

bütövlüyü ilə seçilirdi. 

Zəfər Nemətov öz tamaşalarında musiqidən geniş istifadə edir və  bəstəkar işini səhnə 

əsərinin ayrılmaz, "obrazı" kimi həll edirdi. Xüsusilə Cahangir Cahangirovla, Tofiq Quliyevlə, Zakir 

Bağırovla müştərək işləri daha ritmık, coşqun və dərin mənalı idi... 

 

 

AZƏRBAYCAN  DÖVLƏT  



KUKLA TEATRI 

 

Azərbaycanda Kukla Teatrının dövlət səviyyəsində təşəkkülünün təşəbbüskarı və yaradıcısı 



Mollağa Bəbirli olub. O, 15 sentyabr 1905-ci ildə Bakıda doğulub. On yeddi yaşından AMDT-nin 

yardımçı heyətində  çıxış edib, 1927-1928-ci illərdə Moskvada qrim və Kukla teatrı ixtisası üzrə 

təhsil alıb. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrının truppasında aktyorluq edib. 

1930-cu ilin may ayında teatrın yığcam briqadası Ağdam rayonuna qastrola gedib. Mollağa 

Bəbirli burada aktyor dostları Musa Hacızadə, Fazil Dadaşov və Abbas Rzayevlə birgə ilk Kukla 

tamaşasını göstəriblər. Məktəbdə oynanılan tamaşa uğurlu keçib və bu nailiyyət Mollağanı öz arzusu 

uğrunda daha inamla çalışmağa sövq edib. 

Dramaturq Cəfər Cabbarlının yaxından köməyi və Xalq Maarif komissarlığının əmri ilə 16 

may 1931-ci ildə Bakıda Türk Kukla Teatrı yaradılıb. Teatr "Sirk" adlanan ilk tamaşasını 1932-ci 

ilin aprelində oynayıb. Sira-məsxərə elementli həmin oyun-tamaşa çox qısa olsa da, məzəli, 

əyləncəli və uşaqlar üçün maraqlı idi. 

Mollağa Bəbirli "Zərgərpalan küçəsi, 84" ünvanlı evində kiçik bir otağı emalatxana etmişdi 

və burada özü Kuklalar düzəldirdi. Kuklaları  həm müxtəlif ağaclardan yonurdu, həm də  gəlincik 

tipli  Əlcək (qolçaq) Kuklaları hazırlayırdı.  Əvvəllər Kukla teatrının daimi binası olmadığına görə 

tamaşalar Bəbirlinin evində, məktəblərdə, yay aylarında pioner düşərgələrində göstərilib. 

Tamaşalara quruluşçu rejissorluğu əsasən Bəbirli edib. 

Kollektivdə Mollağa Bəbirli,  Əli  Əsgərov, Zinyət Abbasova, Münəvvər Dadaşova,  Əliağa 

Qasımzadə, Püstə Rzayeva, Bəyim Əliyeva, Əli Məmmədov, Həcər Ələsgərova, Ağamehdi Əliyev, 

Tofiq Hüseynov, Əyyub Rzayev, aktyor-rejissor Süley-man Nəzəroğlu, rəssam Həsən Mustafayev 

çahşıblar.  İlk illər məxsusi Kukla teatrı üçün nağıl-pyeslər olmadığına görə truppa tərcümə  və 

təbdillər əsasında "Ayıq ol", "Əsil vəsait", "Kolxoz bazarı", "Zərbəçi briqada" kimi ideoloji təbliğat 

əsas götürülən tamaşalar hazırlayıb. Teatr Ali Baş Siyasi Maarif İdarəsmin nəzdində olub. 

1933-cü ildə kollektiv Gənc Tamaşaçılar Teatrının nəzdində Kukla şöbəsi kimi fəaliyyətini 

davam etdirib. Repertu-arda tərcümələr  əsasında məhz Bakı teatrı üçün işlənmiş "Pişik və it", 

"Balaca Muk", "Məşhur İvan", "Ələddinin sehrli lampası" tamaşaları əsas yer tuturdu. 

Kukla teatrı illər boyu formalaşdıqca bu janra maraq göstərən yazıçıların əsərləri repertuarda 

üstünlük təşkil edirdi. Bu sahədə ilk addımı  gənc  şair Mirmehdi Seyidzadə atıb. Onun "Nərgiz" 

pyesi uzun illər teatrın repertuarında müxtəlif quruluşlarda göstərilib. 1930-cu illərin ikinci yarısında 

Mollağa Bəbirli dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və Cəlil Məmmədquluzadənin 

"Ölülər" pyeslərinin Kukla teatrı variantlarını  işləyib və özü də tamaşaya hazırlayıb. Məhərrəm 

Əlizadənin "Qoçaq Nazlı",  Əli  Əsgərovun "Lina Oden", Nikolay Qoqolun "Evlənmə", M. 

Abbasovun  "Cəsur dovşan", "Qoçaq canavar", Baba Qubinskinin "Almaz", Cəfər Cəfərovun 

"İsgəndərin buynuzu", Mirmehdi Seyidzadənin "Fitnə", təbdil olunmuş "Tın-tın Mirzə", "Eldar 

kosa" pyeslərinin tamaşaları da repertuara daxil olub. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə