Televiziya teatrında tamaşaya hazırlanmış Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Hacı
Qara), Qılman İlkinin "Baba və nəvə" (Baba) tamaşalarında, "Əfzələddin Xaqani" (Xaqani) bədii
kompozisiyasında lent yazıları var. Ondan çox radio tamaşasında iştirak edib.
Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail Şatrovun
"İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu ifa edib. Onun ifası sənətkarlıq baxımından rus
həmkarlarının oyunlarından daha canlı və real alınmışdı.
Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizod rollar oynasa da, çox maraqlı, yadda
qalan xaranterlər yaradıb. O, "Zirvə" (Bələdçi), "Sən nə üçün yaşayırsan?" (Balıqçı), "Nəsimi"
(Teymurləng), "Qatır Məmməd" (Halvaçı), "Tütək səsi" (Qurban), "Arxadan vurulan zərbə" (Qurd
Cəbrayıl), "Uşaqlığın son gecəsi" (İş icraçısı), "Bir cənub şəhərində" (Səfərəli) və sairə
kinolentlərində çəkilib. "Nə yaxşı ki, Səməd Vurğun var..." sənədli filmində Qacar rolunda
"Vaqif"dən bir parça ifa edib.
Uzunillik səhnə yaradıcılığında əldə etdiyi sənət nailiy-yətlərinə, gənclərə örnək olan zəngin
irs yaratdığına görə Yusif Abdulla oğlu Vəliyev 24 may 1960-cı ildə Azərbaycan Respublikasının
əməkdar artisti və 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub.
Aktyorluq imkanları baxımından Milli Dram Teatrının yaradıcılıq üslubuna daha uyğun idi.
Təəssüf ki, dəfələrlə cəhdlər göstərilsə də, aktyorun Akademik teatra gəlişi baş tutınadı.
Yusif Vəliyev adi nağıl janrını əsərdəki personajı da dərin dramatizmlə cilalaya, mürəkkəb
üslub elementlərindən məharətlə istifadə etməyə cəhd göstərən və istəyinə cəsarətlə nail olan
sənətkar idi.
Mürəkkəb rolların ifasında janr sintezindən həssaslıqla istifadə edir, məqamından,
vəziyyətdən asılı olaraq ya psixoloji, ya dramatik və yaxud faciə elementlərinə üstünlük verirdi.
Bəstəboylu aktyor səhnədə əzəmətli, pəhləvan cüssəli görünürdü. Təkbaşına səhnədə
monoloq söyləyəndə də səhnə dolu və möhtəşəm təsir bağışlayırdı.
Pauzalardan və səs tembrinin variasiyalarından istifadədə qeyri-adi, gözlənilməz nailiyyətlər
qazanırdı.
1980-ci il martın 18-də vəfat edən Yusif Vəliyev Bakıdakı yeni "Qurd qapısı"
qəbiristanlığında dəfn olunub.
FİRƏNGİZ ŞƏRİFOVA
(6 fevral 1924)
Atası görkəmli Azərbaycan aktyoru, teatr və kino rejissoru, xalq artisti Abbasmirzə
Şərifzadədir. 1937-ci ildə şəxsiyyətə pərəstiş dövründə haqsız yerə tutulub və "xalq düşməni" kimi
16 noyabr 1938-ci ildə güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.
Anası Mərziyə xanım Davudovadır (1901-1961). Bugünkü Akademik Milli Dram Teatrının
kollektivinə 1919-cu ildən daxil olub. Sovet Dövlətinin teatr sahəsində ən böyük fəxri titulu olan
SSRİ xalq artisti (1948) adına layiq görülüb.
Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Bakıda doğulub. səkkiz yaşında
Azərbaycan məktəbinin birinci sinifinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci
sinifində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.
1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə
Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub.
Beş il konservatoriya təhsili alıb və soprana səsinin pe-şəkarlıq yönündə formalaşmasma nail olub.
Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz
yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib.
Qanla və südlə aktyorluq peşəsi, təşnəli sənət ehtirası, alovlu istedad bütün varlığına hopmuş
Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının truppasına qəbul olunub. 1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi
özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq
Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən
köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. Tezliklə teatrın
repertuar ağırlığını çəkən əsas aktyorlardan biri olub.
Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi
munsibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-
də Akademik Milli Dram Teatrına işə götürülüb. O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə
qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib.
Qüdrətli aktrisa yaşının və sənətinin erkən yeteinlik çağında, 1965-ci ildə yenidən Gənc
Tamaşaçılar Teatrına qayıdıb və indiyədək oranın aparıcı sənətkarıdır.
Firəngiz xanım Abbasmirzə qızı Şərifzadə milli səhnə mədəniyyətimizin inkişafında
göstərdiyi böyük xidmətlərə, qazandığı sənət qələbələrinə görə 24 may 1960-cı ildə Azərbaycan
Respublikasının əməkdar artisti və 25 dekabr 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Aktisanın zəngin və əlvan, müxtəlif janrlı və ən fərqli üslublu obrazlar qalereyası vardır. Bu
səhnə surətlərinin adisi də var, maraq doğuranı da və ən əsası, aktrisanın həyatında sənət hadisəsinə
çevriləni də.
O, Musiqili Komediya Teatrında Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Durna
("Durna", dramaturq Süleyman Rüstəm və bəstəkar Səid Rüstəmov), Ulduz ("U1duz", dramaturq
Sabit Rəhman və bəstəkar Süleyman Ələsgərov), Keto ("Keto və Kote", Vladimir Dolidze),
Bayadera ("Bayadera", İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata ("Qış
nağılı", Vilyam Şekspir), Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəfiqə Rəhimli ("Alov", Mehdi
Hüseyn), Ket ("Gözəllik və sevgi adası" ("Afrodita adası", Aleksis Parnis), Erfila ("Dəlilər", Lope
de Veqa), Gülgün ("Od gəlini", Cəfər Cabbarlı) kimi maraqlı rollar oynayıb.
1949 - 1961 və 1965-ci ildən bugünədək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik,
komik, fəci və psixoloji səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutur. Həmin
səhnə surətlərinin daha xarakterikləri Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Kraliça
("Qarlar Kraliçası", Hans Xristian Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", Biçer
Stou), Aqadaya Tixonovna ("Evlənmə", Nikolay Qoqol), Sərvinaz ("Aqil və Sərvinaz", Əyyub
Abbasov), Mətanət ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Julyar ("iki veronalı", Vilyam
Şekspir), Gülbahar ("Anacan", Yusif Əzimzadə), Yasəmən ("Qaraca qız", Abdulla Şaiq), Şərəfnisə
("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Zerbinetta ("Skapenin kələkləri",
Jan Batist Molyer), Yaqut ("Yaşar", Cəfər Cabbarlı), Ceınına ("Ovod", Etil Voyniç), Fitnə, Ana
Vətən, ("Fitnə" və "E1 oğlu", Abdulla Şaiq), Məhsəti Gəncəvi ("Rübailər aləmində",
Məmmədhüseyn Təhmasib), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Beatriça Rasponi ("İki
ağanın bir nökəri", Karlo Haldoni), Həmidə ("Keçən ilin son gecəsi", Anar), Qızyetər ("Komsomol
poeması", İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında), Mədinə, Ağabəyim
("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Əkrəm Əylisli), Təhminə ("Söhrab və
Rüstəm", İsgəndər Coşqun. Firdovsinin "Şahnamə" poeması əsasında), Ayşa Ana ("Fudzi dağında
qonaqlıq", Çingiz Aytınatov və kaltey Məhəmmədcanov), Məşədixanım ("Ağ dəvə", Elçin)
rollarıdır.
Firəngiz Şərifova gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal
olunan "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə" (Nənə), "Qərib cinlər
ölkəsində (TükəZ), "Qətl günü" (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib. "Qum üzərindəki
bağ evi" filmindəki Ana rolu əsas surətdir və psixoloji dərinliyinə, emosional sənətkarlıq
xüsusiyyətlərinə görə aktrisanın parlaq ekran obrazıdır.
Firəngiz Şərifovanın yaradıcılığının ifadə çalarları çoxdur və hərəsmin də öz təravəti, öz hlığı
əməl bakirəliyi ilə qoruyan qəhrəman obrazlarını xüsusi məharətlə oynayır. Həmin səpkili rolların