müddət sonra Naxçıvan DMDT-də işləyib. Bir il burada fəaliyyət göstərərək Bakıya qayıdıb və
"Azərbaycan-film" kinostudiyasında rejissor assistenti vəzifəsində çalışıb.
Tariyel Qasımov 1971-ci ildən yenə Gənc Tamaşaçılar Teatrının truppasındadır. Arada
Qazax DDT-də (1997 - 1998) və Dərbənd Dövlət Azərbaycan Teatrında (1999) direktor və bədii
rəhbər işləyib. "Azərbaycanfilm"də, Almaniyada və Tacikistanda müxtəlif bədii filmlərə çəkilib.
Tariyel Qasımovun GTT səhnəsində ifa etdiyi məşhur rolları: Cəfər Cabbarlı ("Aydınlığa
doğru", Seyfəddin Dağlı), Cəlal və Bəxtiyar, Söhrab, Məşədi Əzizbəyov ("Komsomol poeması",
"Söhrab və Rüstəm" və "Komissarlar", İsgəndər Coş-qun), İmran və Oruc ("Tamahkar" və "Qaraca
qız", Süleyman Sani Axundov), Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov), Zaur
("Yadmdamı?", Altay Məmmədov), Kazım ("Məhəbbət novellası", Şamil Xurşid və Əşrəf Hacıyev),
Səfər ("Kiçik təpə", Nəbi Xəzri), Qədim, Həsənzadə ("Büllur sarayda" və "Sən həmişə
mənimləsən", İlyas Əfəndiyev), Pərviz ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli və İmran
Qası-mov), Artur ("Ovod", Etil Voyniç), Ədalət ("Gəl qohum olaq", İsi Məlikzadə), Rəcəb
("Şirinbala bal yığır", Salam Qədirzadə), Polad ("Təzə şagird", Qılman İlkin), Antonio ("Sükut
divarı", Poalo Messina), Əşrəf bəy və Mahmud ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), kuzınınski
("Zəng səsləri", Ramiz Heydər), Senya koqan ("İnqilab naminə", Mixail Şatrov).
Tarıyel Qasımov işlədiyi teatrlarda bir neçə tamaşaya quruluş verib.
Bu baxımdan "Sən həmişə mənimləsən" (İlyas Əfəndiyev) tamaşası daha uyğundur.
Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq
artisti (22 may 1991) fəxri adları ilə təltif olunub.
XURAMAN HACIYEVA (7.3.1945 - 15.2.2005)
Musiqili, lətafətli və lirik səsi var. Yaradıcılıq yönümünə görə lirik-psixoloji üslublu aktyor
məktəbinə mənsubdur. Dramatik və faciə obrazlarının ifasında da lirizmdən, psixoloji vasitələrdən
həssaslıqla, yaradıcı məharətlə istifadə edir.
7 mart 1945-ci ildə Bakıda doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib.
Xuraman Hacıyeva 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə
daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə
təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki
Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib.
Aktrisa Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar
Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998 - 2001) və
maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb.
Xuraman Hacıyevanın GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan",
Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam
Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani
Axundov), Ceınına ("Ovod", Etil Voyniç), Humay, Ceyran ("Komsomol poeması" və "Çaloyna",
İsgəndər Coşqun), Firəngiz ("Məhəbbət novellası", Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər ("Hacı
Qəmbər", Nəcəf bəy Vəzirov), Mərcan, Şirin ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə
məni", Əkrəm Əylisli), Cəvahir xanım, Nəzakət ("Büllur sarayda" və "Sən həmişə mənimləsən",
İlyas Əfəndiyev), Səkinə ("Ərizə", Əli Əmirli), Zərnigar ("Sınaq pillələri", Ramiz Heydər), Nərgiz
("Bir sahilin adamları", Xalidə Hasilova), Pəri ("Yastı təpə", Nəbi Xəzri), Sona xanım ("Qonşu
qonşu olsa...", Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Xuraman Hacıyeva teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti
(9 fevral 1979) və xalq artisti (28 oktyabr 2000) fəxri adlarına layiq görülüb. 15 fevral 2005-ci ildə
Bakıda qəflətən vəfat edib.
YUSİF VƏLİYEV
(223.1917- 18.3.1980)
Qeyri-adi səhnə danışığına malik, dramatik-psixoloji rolların misilsiz ifaçısı, zəngin
yaradıcılığı ilə Gənc Tamaşaçılar Teatrında aktyor məktəbi yaratmış Yusif Abdulla oğlu Vəliyev 22
mart 1917-ci ildə Dərbənddə doğulub. Baki Teatr Texnikumunda təhsil alıb (1933 - 1936).
Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara
çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri
əzbərləyərək bir neçə rol oynayıb.
Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət
Dram Teatrına işləməyə göndərilib.
Teatr bağlananadək, yəni 1949-cu ilədək burada aktyorluq edən Yusif Vəliyev teatrın ən
öncül sənətkarlarından biri olub. Bunu ifa etdiyi rolların siyahısı da açıq-aydın göstərir. Nəcəf bəy
Vəzirovun "Hacı Qəmbər" (Əşrəf bəy), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Hacı Qara),
"Molla İbrahimxəlil kimyagər" (İbrahimxəlil), Sabit Rəhmanın "Toy" (Surxay), "Xoşbəxtlər"
(Sadıq) komediyalarının, Cəfər Cabbarlının "A1maz" (Şərif), "1905-ci ildə" (General-qubernator),
"Aydın" (Aydın), "Oqtay Eloğlu" (Oqtay), "Od gəlini" (Elxan), "Sevil" (Balaş), "Solğun çiçəklər"
(Bəhram) dramlarının, Georgi Mdivaninin "Vətən namusu" tərcüməsinin (Nadir), Səməd Vurğunun
"Vaqif" (Vaqif), Mirzə İbrahimovun "Həyat" (Süleyman), Vilyam Şekspirin "Otello" (Yaqo),
Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Nəcəf bəy Vəzirovun "Müsibəti-
Fəxrəddin" (Fəxrəddin) faciələrinin tamaşalarında xaraktercə fərqli rollar oynayıb.
Teatr dram tamaşaları ilə yanaşı, opera və operettalar da oynayırdı. Yusif Vəliyev Şəki
səhnəsində Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Səlam, "Arşın mal alan", "O
olmasın, bu olsun", "Ər və arvad" operettalarında Vəli, Həsən bəy və Həsənqulu bəy, Mərcan bəy,
Ağası Məşədibəyovun "Toy kimindir?" (librettosu Məhərrəm Əlizadənindir) musiqili
komediyasında Qoşun rollarında çıxış edib.
1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında
aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc
Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli,
sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, romantik, faciə və həm realist, həm satirik,
həm də qroteskii komediya rollarını məharətlə ifa edib.
Hacı Nuru və Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə),
Qarakişi və Vəzir ("Aqil və Sərvinaz", Əyyub Abbasov), Aslan və Polkovnik Polad ("iki həyat",
Rauf İsmayılov), Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov), General Leyk ("Əlvida,
Hindistan!", Qeybulla Rəsulov), Ataman, Xeyrulla Şalıbudaqov ("Anacan" və "Qonşular", Yusif
Əzimzadə), Xətib ("Rübailər aləmində", Məmmədhüseyn Təhmasib), Almurad baba ("Şəhərli
oğlan", Qeybulla Rəsulov), Oruc ("Sevinc", Əyyub Abbasov), Hümmətyar ("Gülşən", Əli Vəliyevin
romanı üzrə səhnələşdirəni Ağəli Dadaşov), Trofim Morozov ("Pavlik Morozov", Valeri Qubarev),
İmamyar ("Yaşar", Cəfər Cabbarlı), Mirzə Ələkbər Sabir ("Sirli şəhər", Mehdi Hüseynin
"Komissar" romanı əsasında səhnələşdirəni Ağəli Dadaşov), Doktor Vahid ("Son məktub", Rauf
İsmayılov), Anuçkin ("Evlənmə", Nikolay Qoqol), Hatəmxan ağa, Frans FOk ("Müsyö Jordan və
dərviş Məstəli şah" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Kral ("Qarlar Kraliçası",
Yevgeni Şvarts), Harun ər Rəşid ("Bir saatlıq xəlifə", Abdulla Şaiq), Ovod ("Ovod", Etil Voyniç),
Lorenso ("Romeo və Cülyetta", Vilyam Şekspir), Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim
bəy Haqverdiyev), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Səməd Vurğun ("Yolda",
Hüseyn Arif), Göygöz kosa ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Nəcəf ("Mənim nəğməkar
bibim", Əkrəm Əylisli), Prometey ("Zəncirlənmiş Prometey", Cahangir Məmmədov) rolları
aktyorun daha uğurlu yaradıcılıq işləridir.