Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə184/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   180   181   182   183   184   185   186   187   ...   212

1932-1933-cü il teatr mövsümündən başlayaraq teatrın üzvləri Zəfər Nemətov, Əliməmməd 

Atayev, Cəfər Cəfə-rov,  Şamil Məlikyeqanov, Məmmədağa Dadaşov kiçik həcmli tərbiyəvi-

didaktik, siyasi ruhu qabarıq verilən, ideyası çılpaq olan pyeslər yazıb teatra təqdim etdilər. 

1936-cı il iyun ayının 18-də Xalq Maarif komissarlığının  əmri ilə teatrın adı  dəyişdirildi. 

Müəyyən bitkin repertuar qura bilmiş kollektiv Gənc Tamaşaçılar Teatrı adlandı. Bu, adicə 

addəyişmə deyildi. Eyni zamanda teatrın növbəti yaradıcılıq qayəsinin estetik prinsiplərini, tamaşaçı 

auditoriyasının tərkibini müəyyənləşdirdi. Sözsüz ki, təzə adla fəaliyyətə başlayan kollektiv oyun-

üslubunda, ifadə vasitələrində, janr axtarışlarında, forma həllində də yeni yaradıcılıq pilləsinə qədəm 

qoydu. Həmin keçid dövrü və 1940-cı illər Gənc Tamaşaçılar Teatrı üçün aşağıdakı  sənət 

nailiyyətləri və yaradıcılıq uğurları ilə xarakterizə olunur. 

GTT öz ətrafında məktəblilərin, yeniyetmələrin zövq və psixologiyasının formalaşmasma 

xidmət göstərən dramaturqlar dəstəsi toplaya bildi. Bir-birinin ardmca Mirmehdi Seyidzadənin 

"Nərgiz", "Qızıl quş", "Ayaz", Abdulla Şaiqin "Xasay", "Eloğlu", "Vətən", "Ana", "Fitnə",  Əbil 

Yusifovun "Babək", "Ramiz", "Od içində",  Əyyub Abbasovun "Azad", "Cəbhəyə  əmr", "Məlik 

Məmməd", "Bahar nəğməsi", "Sevinc", Səttar Axundovun "Çətin dərə", "Tayqa", "Dönməz" 

pyesləri tamaşaya qoyuldu. 

Teatr janr əlvanlığına və mövzu-problematika genişliyinə nail olmaq məqsədilə milli kiassik 

dramaturqlarımızdan Cəfər Cabbarlının, Nəcəf bəy Vəzirovun, Mirzə  Fətəli Axundzadənin, dünya 

ədiblərindən Fridrix Şillerin, Jan Batist Molyerin, Nikolay Qoqolun seçmə əsərlərini repertuara daxil 

etdi. 


GTT özünün yaradıcılıq spesifikasına uyğun olan milli rejissorlarımızı yetişdirdi. Teatrda 

Soltan Dadaşov, Məhərrəm Haşımov, Zəfər Nemətov, Kərim Həsənov, Şüa Şeyxov, Həsən Əliyev 

kimi səriştəli rejissorlar fəaliyyət göstərirdilər. Onlar teatrın üslub və forma prinsiplərinin estetik 

səciyyələrini zənginləşdirməklə yanaşı, özlərinin fərdi rejissor üslublarını da formalaşdırırdılar. Bu 

baxımdan Məhərrəm Haşımovla Zəfər Nemətovun yaradıcılıqlarının estetik dəyərləri, psixoloji ifadə 

vasitələrinin əlvanlığı və zərifliyi daha diqqətəlayiqdir. 

Gənc Tamaşaçılar Teatrı müxtəlif yaradıcılıq mərhələlərindən və  sınaqlarından keçərək 

özünün estetik prinsiplərinə uyğun olan aktyor ansamblı formalaşdıra bilmişdi. Teatrda Süleyman 

Ələsgərov,  Əliağa Ağayev, Məmmədağa Dadaşov, Rüxsarə  Ağayeva, Susanna Məcidova, 

Hüseynağa Sadıqov, Ağadadaş Qurbanov, Yusif Dadaşov,  Əliməmməd Atayev kimi aktyorlar 

yetişmişlər. 

Teatrın repertuarında janr əlvanlığı gündən-günə artırdı  və bu istiqamətdə  cəsarətli səylər 

uğursuz cəhdlərdən çox idi. Nağıl, dram, məişət komediyası, satirik komediya, qəhrəmanlıq dastanı, 

məzhəkə, oyun-əyləncə, ictimai-sosial faciə və bu kimi janrlarda tamaşalar oynanılırdı. 

Teatr tərtibat-forma axtarışlarında öz estetik prinsip və xüsusiyyəti olan ifadə vasitələrini 

sınaqdan çıxara-çıxara və Gənc Tamaşaçılar Teatrına xas olan səhnəqrafiya ənənəsi ya-ratınışdı. Bu 

işdə  rəssamlardan  Ə. Həsənov, Fyodor Qusak, Həsən Mustafayev, Sadıq  Şərifzadə  səmərəli 

nailiyyətlər qaza-na bilmişdilər. 

1930-cu ilin sonrarından başlayaraq teatr tamaşaların estetik təsir gücünü artırmaq, ifadə 

vasitələrini zənginləşdirmək, emosional duyğulara təkan vermək üçün milli bəstəkarlarımızla 

yaradıcılıq  əlaqəsi qurdu. Tofiq Quliyev, Niyazi, Fikrət  Əmirov, Cahangir Cahangirov, Şəfiqə 

Axundova, Sol-tan Hacıbəyov, Əşrəf Abbasov mürəkkəb tamaşalara musiqi bəstələdilər. 

1950-ci ildən başlayaraq teatrın yaradıcılığında yeni estetik mərhələnin inkişafına təkan 

verildi. Teatr öz repertuarını dörd məqsəd-prinsipdə qururdu: 

məktəbəqədər uşaqlar üçün tamaşalar

azyaşlı məktəblilər üçün tamaşalar; 

yuxarı sinif şagirdləri üçün tamaşalar; 

yeniyetmə gənclər üçün tamaşalar. 




İlbəil teatrla yaradıcılıq ünsiyyəti yaradan dramaturqların sayı Yusif Əzimzadənin, Cabbar 

Məcnunbəyovun, Səttar Axundovun, Rauf İsmayılovun,  Əfqan  Əsgərovun,  İsgəndər Coşqunun, 

Xanımana  Əlibəylinin, Qeybulla Rəsulovun, Məmmədhüseyn Təhmasibin,  Əkrəm  Əylislinin,  Əli 

Əmirlinin, Elçinin müxtəlif janrlı, müxtəlif mövzulu pyeslərinin tamaşaları ilə artıb genişləndi. 

Dövrlə, şəraitlə, ideoloji problemlərlə, mənəvi-əxlaqi dəyişmələrlə bağlı olaraq teatrın estetik 

ifadə vasitələri də  dəyişirdi. Yeni mövzular təbii ki, yeni də janrlar, forma-üslublar tələb edirdi. 

Bütöv  şəkildə teatr həmin sınaq-proseslərdən uğurla keçməyə nail ola bilirdi. Artıq teatrda Altay 

Səidov, Fuad Xəlilov, Fuad Qafarov, Tahir Tahirov, Elçin Məmmədov kimi rəssamlar psixoloji-

romantik, realist-psixoloji, romantik-monumental tamaşa formalarında təcrübə toplaya bilmişdilər. 

Rejissorlardan Ulduz Əliyeva (Rəfili) yaradıcılığının monumental səciyyələri, Azər Paşa 

Nemət cəsarətli janr axtarışları, milli teatr poetikası ilə çağdaş Avropa teatrı prinsiplərini qovuşuq 

harınoniyada həll edə bilməsi, Ağakişi Kazımov psixoloji realizmə lirik və emosional duyğular 

aşılaması ilə seçilirdilər. Müharib Tağıyev, Həsən Əbluc, Möhsün Mürsəlov, Vaqif Əsədov, Rafiq 

Merdinli (Əliyev) teatrda müxtəlif üslublarda tamaşalar hazırlayıblar. 

Mərhum sənətkarlardan Yusif Vəliyev, Osman Hacıbəyov, Hüseynağa Sadıqov, Süleyman 

Ələsgərov, Məmmədağa Dadaşov, Süsən Məcidova uzun illər teatrın repertuar ağırlığını öz 

çiyinlərində daşımışlar. Hazırda teatrda kollektivin ifaçılıq  ənənələrini ləyaqətlə davam etdirən və 

fərdi oyun estetikası ilə seçilən Firəngiz  Şərifova, Solmaz Qurbanova, Sona Babayeva, Xuraman 

Hacıyeva, Tariyel Qasımov, Ağaxan Salmanov, Rafiq Hüseynov, Mübariz Əlixanoğlu, Rahib 

Əliyev, Lətifə  Əliyeva, Almaz Əhmədova (Mustafayeva), Yasin Qarayev, Ədalət Məmmədov, 

Nübar Novruzova kimi ayrı-ayrı yaş nəslinə mənsub aktyorlar vardır. 

Müxtəlif yaş dövrlərini əhatə edən tamaşaçıların estetik təfəkKürlərinin, zövqlərinin, gözəllik 

duyumlarının, sənət anlamlarının formalaşmasında Gənc Tamaşaçılar Teatrı mühüm rol oynayıb və 

bu istiqamətdə  səmərəli fəaliyyətini davam etdirməkdədir. Həmin sənət ocağı  təkcə zövqləri 

formalaşdırmır, daha geniş  mənada cəmiyyətin sabahmı  təmsil edəcək nəslin Vətən məhəbbəti 

hisslərinin gözəllik, ləyaqət, saflıq, mənəvi pakiıq estetik duyğularının tərbiyə olunmasında 

fundamental yaradıcılıq məktəbi rolunu oynayır. 

GTT-nin nəzdində rus bölməsi fəaliyyət göstərir. Bu bölmənin özünün müstəqil aktyor 

truppası və müstəqil repertuarı var. 

 

 



GƏNC TAMAŞAÇILAR TEATRINDA  

AKTYOR YARADICILIĞI 

 

Birinci dərs 

 

Teatr yuxarı sinif şagirdlərinin səyi və  fədakarlıqları sayəsində yaranıb. Buna görə  də 



kollektivə dövlət statusu veriləndə onun truppasının  əsasını on üç-on beş yaşlı  məktəblilər təşkil 

ediblər.  İki il dalbadal müsabiqə yolu ilə teatra elə  həmin yaşlarda yeniyetmələr götürülüblər. Bir 

neçə ildən sonra Bakı Teatr Məktəbi məzunlarından GTT kollektivinə  də  təyinatla gənc aktyorlar 

göndəriliblər. 

Teatrın aktyor oyun-üslubunun əsas bünövrəsini məhz kollektivi yaradanlar və  sənət 

ocağının təşəkkülünün ilk on üində bu sənət ocağında fədakarlıq göstərən istedadlar qoyublar.1950-

1960 cı illərdə aparıcı aktyorları  Ağadadaş Qurbanov, Əliağa Ağayev və başqaları ayrı-ayrı 

kollektivlərdə  işləməyə gediblər. Lakin artıq öz məktəbini və oyun estetikasını müəyyənləşdirmiş 

teatrın ənənəsinin möhkəmliyi yaranmış boşluğu həmişə istedadlar hesabına aradan qaldıra bilib. Bir 

cəhət də qeyd olunmalıdır ki, GTT-nin aktyorlarının oyun üslubu, ifadə vasitələrinin psixoloji 

əsasları digər sənət ocaqlarının sənətkarlıq xüsusiyyətlərindən fərqlənib. 

 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə