Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə180/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   212

oğul", Eqon Rannet), Alxan ("Bahar suları", İlyas Əfəndiyev), Qriqori Stepanoviç ("Sabahm xeyir", 

Viktor Rozov), Riçard Sterlinq ("Sarı ƏlCək", Əfqan), Cahangir bəy ("Nəriman ata", Atif Zeynallı). 

"Nəriman ata" pyesini tamaşaya Bakıdan dəvət olunmuş rejissor Tofiq Kazımov hazırlayıb. 

İlk tamaşa 4 fevral 1967-ci ildə göstərilib. Cahangir bəy rolu İsmayıl Talıblının son tə-zə  səhnə 

obrazı olub. Xəstəliklə əlaqədar may ayından daha səhnəyə çıxmayıb. 

Milli səhnə sənəti tariximizə teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin 

yaradıcı işi "Onu ba-ğışlamaq olarını?" filmində Mirzə Veysəl roludur. 

İsmayıl Talıblı teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar 

xalq teatrının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. Neçə-neçə istedadlı gənc onun qayğıneşliyi 

ilə həvəskarlıqdan peşəkar səhnəyə ayaq açmışdır. 

Məşhur aktyor sənətdəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (4 

dekabr 1938) və xalq artisti (23 fevral 1940) fəxri adları ilə təltif olunub. 

İsmayıl Talıblı 23 iyul 1967-ci ildə Gəncə şəhərində vəfat edib və oradakı qədim Səvzəkar 

(Sərdabəli) qəbiristanlığında torpağa tapşırılıb. 

 

 

ƏŞRƏF YUSİFZADƏ  



(5.12.1906- 7.3.1963) 

 

Romantik aktyor məktəbinin qabil sənətkarlarından olub. Realist səpkili tamaşalarda da 



romantik monumentalizmə meyil göstərib. 

Coşğun səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji aləmi, pafoslu danışıq 

ahəngi kiassik faciə obrazlarının və çağdaş romantik duyğulu xarakterlərin səhnə  təcəssümündə 

daha qabarıq nəzərə çarpıb. 

Qəhrəman surətlərdə qazandığı nailiyyətlərlə yanaşı, mürəkəb psixoloji personajları da 

məharətlə oynaya bilib. 

Daxili aktyorluq harınoniyasını plastik hərəkətlərdə ustalıqla təcəssüm etdirməyi bacarıb. 

Zəngin mimika ifa vasitələri mənimsəmişdi. Romantizmi və emosionallığı  həssaslıqla öz 

oyununda çuğlaşdırırdı. 

Yaradıcılığının  ən parlaq mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Əmrah 

oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On dörd yaşma 

kimi kənddə yaşayıb.  Şərurdakı birinci dərəcəli məktəbdə oxuyub (1921 - 1925). Ədəbiyyata, 

dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub. 

Beşillik təhsilini uğurla başa vuraraq müəllimlərinin tövsiyəsi ilə  İrəvana gəlib. Burada 

iyirminci illərdə bütün SSRİ-də  dəbdə olan "Rabfaka" (fəhlə fakültəsinə) daxil olub. Təhsilinə 

davamiyyətli şəkildə yiyələnən Əşrəf Yusifzadə eyni zamanda İrəvanda Azərbaycan teatrının canlı 

klassiklərindən olan Yunis Nurinin dram dərnəyinə gedib. Burada epizodik rollar oynayıb, kütləvi 

səhnələrdə iştirak edib. 

Fəhlə fakültəsini iki ilə başa vuran Əşrəf Yusifzadə Yunis Nurinin zəmanəti ilə İrəvandam 

Azərbaycan teatr dəstəsinin aktyor heyətinə  qəbul olunub. 1928-ci ildə bu kollektivin əsasında 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranıb və kollektiv Jan Batist Molyerin "Zorən təbib" 

komediyası ilə fəaliyyətə başlayıb. Aktyor bu tamaşada nökər rolunu ifa edib. Əşrəf Yusifzadə dram 

truppasında və Dövlət Teatrında hazırlanmış  Cəfər Cabbarlının "Aydın" (Dövlət bəy), Qabriel 

Sundukyanın "Pepo" (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb. 

1930-cu ildə  Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. 

Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza 

Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci 

ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə 

Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. 



1936-cı ildən müstəqil binada fəaliyyət göstərən Gəncə DDT-nin repertuarının əsas ağırlığını 

cəsarətlə  çəkən, demək olar, bütün qəhrəman və  əsas rolları oynayan barınaqla sayılacaq aparıcı 

aktyorlardan biri də Əşrəf Yusifzadə idi. O, Gəncə tamaşaçılarının rəğbət və məhəbbətini, ehtiram 

və hörmətini qazanmışdı, kollektivin populyar aktyoru kimi sevilirdi. 

Teatrda tamaşalar hazırlamış rejissorlardan Həbib İsmayılovun, Mehdi Məmmədovun, Həsən 

Ağayevin, Yusif Yulduzun, Hüseyn Sultanovun, Tofiq Kazımovun, Nəsir Sadıqzadənin, Yusif 

Bağırovun, Vaqif Şərifovun, Əşrəf Quliyevin bədii cəhətdən daha kamil quruluşlarında əsas rolları 

Əşrəf Yusifzadə ifa etmişdir. 

Məşhur aktyorun zəngin və əlvan yaradıcılıq xəzinəsinin aydın və parlaq mənzərəsi belədir: 

Mirzə  Rəhim ("Özgə  uşaqları", Vasili Şkvarkin), Balarza, Atakişi, Mirzə Rza, Aqşin, General-

qubernator, Dövlət bəy ("Almaz", "Sevil", "Nəsrəddin şah", "Od gəlini", "1905-ci ildə" və "Aydın", 

Cəfər Cabbarlı), Məktəb naçalniki ("Üzləşdirmə", Tur qardaşları  və Lev Şeynin), Frans Moor 

("Qaçaqlar", Fridrix Şiller), Vaqif və Qacar, Xosrov ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), 

Dəmirçi   Musa,   Mirzə   Qərənfil,   Gülümov,   Qasım   ("Toy", "Xoşbəxtlər",   "Aşnalar"  və   

"Nişanlı  qız",  Sabit Rəhman), Yaqo ("Otello", Vilyam Şekspir), Veysəl və Qaya ("Bahar", 

Məmmədhüseyn Təhmasib), Hacı Fərəc ("Hacı Fərəc", Nəcəf bəy   Vəzirov),   Nizami   ("Nizami",   

Mehdi   Hüseyn),   Tofiq ("İntizar",  İlyas  Əfəndiyev və Mehdi Hüseyn), Əhmədi Biqəm, Məşədi 

Hüseyn ("Məhəbbət" və "Həyat", Mirzə  İbrahimov), Hacı Qara ("Hacı Qara",  Mirzə  Fətəli 

Axundzadə),  Xosrov Atayev,  Nəcəf ("Atayevlər ailəsi"  və  "Bahar suları", İlyas Əfəndiyev), Con 

Rayt ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Şeyx  Nəsrulla  ("Ölülər",   Cəlil  Məmmədquluzadə),   

Vilyams ("Kəllə", Nazim Hikmət), Qurban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Los və 

Muradov ("Böyük ürək",  İmran Qasımov və  Həsən Seyidbəyli), Sultan Zöhrabov ("Vicdan", 

Bəxtiyar Vahabzadə), Şeyx Sənan və Özdəmir, Keykavus ("Şeyx Sənan"   və   "Səyavuş",   Hüseyn   

Cavid),   Ezop   ("Tü1kü   və üzüm", Gilerma Fiqeyredu), Səməd Vurğun ("Komsomol poeması", 

İsgəndər Coşqun). 

Əşrəf Yusifzadənin parlaq istedadının pərəstişKarları  Gəncədən başqa  Şəmkirdə, Qazaxda, 

Tovuzda, Yevlaxda, Şəkidə, Lənkəranda, İrəvanda, Ağdamda, Şuşada, Füzulidə, Laçında... da çox 

idi. Çünki teatr bu rayonlarda uğurla qastrol tamaşaları göstərib. 

Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə 17 iyun 

1943-cü ildə Azərbaycan espublikasının  əməkdar artisti və 30 aprel 1955-ci ildə xalq artisti fəxri 

adları ilə təltif olunub. 

Əşrəf  Əmrah oğlu Yusifzadə 1963-cü il mart ayının 7-də  Gəncə  şəhərində  vəfat edib və 

buradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub. 

 

 



RƏMZİYYƏ VEYSƏLOVA  

(11.2.1914- 23.8.1993) 

 

Öz yaradıcılığında romantizmlə realizmın poetika xüsusiyyətlərindən eyni səviyyədə, böyük 



ustalıqla barınıb. Romantik rollarda aktyorluq istedadının coşğun ehtirası, daxili temperamenti, 

realist rollarda səmimiyyəti, təbiiliyi və ifadə vasitələrinin  əlvanlığı ilə  səciyyəvi, orijinal, bədii-

estetik cəhətdən kamil görünürdü. 

klassik  əsərlərdə möhtəşəm romantik xarakterlər, dünya ədəbiyyatı nümunələrində poetik 

realist obrazlar yaradan aktrisa Rəmziyyə xanım ötən əsrin altmışıncı illərində Gəncə teatrında lirik-

psixoloji üslubun yaradıcılarından və aparıcı sənətkarlarından olub. 

Musiqili səsi, mürəkkəb məqamlarda da canlı  və plastik hərəkətli səhnə davranışı, güclü 

texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə