HƏSƏN AĞAYEV (10.5.1910 - 20.6.1986)
Rejissor Həsən Ağayev 10 may 1910-cu ildə Bakıda doğulub. Bakı Teatr Məktəbini bitirib
və 1928-ci ildə Bakı Türk İşçi Teatrında aktyor kimi səhnə fəaliyyətinə başlayıb. Teatr Gəncəyə
köçəndə o, İrəvana gedib və burada DADT-nin truppasına daxil olub. Aktyorluqdan daha çox
rejissor sənətinə maraq göstərən Həsən Ağayev Moskvada Lunaçarski adına Teatr Sənəti
İnstitutunda təhsil alıb. Moskva Bədaye Akademik Teatrının, Vaxtanqov və Meyerxold teatrlarının
estetik prinsiplərini, poetika səciyyələrini mənimsəməyə çalışıb.
1936-cı ildə Bakıya gəlib və OBT-də Üzeyir bəy Hacıbəyovun "Ər və arvad" operettasını
tamaşaya hazırlayıb. Elə həmin il Naxçıvana gedib və 1939-cu ilə kimi buradakı DDT-də ondan çox
əsərə səhnə quruluşu verib.
Bakı və Naxçıvan teatrlarında müəyyən rejissorluq təcrübəsi toplayan Həsən Ağayev 1939-
cu ildə Gəncə DDT-yə qu-ruluşçu rejissor qəbul edilib. Uzun illər bu kollektivdə səmərəli
yaradıcılıq axtarışları ilə çalışan sənətkar 1939 - 1942 və 1962 - 1965-ci illərdə kollektivə baş
rejissorluq edib.
Həsən Ağayevin Gəncə teatrında ilk işi Qurban Musayevin "Şərqin qalası" əsərin tamaşası
olub. O, bu teatrda Əbil Yusifovun "Babək", Cəfər Cabbarlının "Aydın", "Yaşar", "Solğun çisəklər",
Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir", Jan Batist Molyerin "Jorj Danden", "Sevil",
Vilyam Şekspirin "Otello", Səməd Vurğunun "Fərhad və Şirin", "Vaqif", Mirzə İbrahimovun
"Məhəbbət", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", Nəcəf bəy
Vəzirovun "Hacı Qəmbər" və "Hacı Fərəc", Mirzə Fətəli Axundzadənin Nikolay Qoqolun
"Müfəttiş", Ənvər Məmmədxanlının "Şərqin səhəri", Məmmədhüseyn Təhmasibin "Bahar", "Çi-
Çəkiİ dağ", Karl Myufkenin "İldırımlı yollarla" (Piter Abrahamsın romanı əsasında), İlyas
Əfəndiyevin "Bahar suları", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", Vasili Şkvar-kinin
"Özgə uşağı" və Novruz Gəncəlinin "Şəlalə", Məmmədhüseyn Təhmasibin "Bahar", Məcid
Şamxalovun "Qaynana", Robindranat Taqorun "Qanq qızı" ("Kəmalə"), Səttar Axundovun
"Məhəbbət nişanəsi" və "Almazın qızları", Bağır Bağırovun "Tamaşa qarının nəvələri" (Əbülhəsənin
romanı əsasında), Atif Zeynallının "Sirlər yuvası", Hüseyn Cavidin "Səyavuş", Hacıağa Quliyevin
"Sabir", Riçard Şeridanın "Aldanmış adaxlı", Əfqan Əsgərovun "Qız atası" və "Sarı Əlcək", Qurban
Musayevin "Köhnə həyətin adamları", Altay Məmmədovun "Kişilər", Kita Buaçidzenin "Həyətdə
qapan it var", Hüseyn Qaraoğlunun "Şəfiqə", "Abdulla Şərifovun Xallı dağın qartalı", Məhərrəm
Əlizadənin "Dağ çiçəyi", Boris Lavrenyovun "Hücum", Ədil İsgəndərovun "Qaya", Mustay Kərimin
"Aygül diyarı", Raymond kauqverin "Qatarlar səhər gedir", Maqsud İbrahimbəyovun "Mezazoy
əhvalatı", Lope de Veqanın "Rəqs müəllimi", Konstantin Simonovun "Bizim şəhərli oğlan", Nəbi
Xəzrinin "Sən yanmasan...", Süleyman Sani Axundovun "Eşq və intiqam", İsi Məlikzadənin "Yaxın
adam", Altay Məmmədovun "Kişilər", Firudin Ağayevin "Səməndər", Zeynal Xəlilin "Şairin
yuxusu", Yusif Əzimzadənin "Unutınaym", Süleyman Rüstəmin "Qaçaq Nəbi", Yusif Əzimzadənin
"Ürək döyünməsə", Əlibala Hacızadənin "İtkin gəlin" əsərlərinə maraqlı səhnə quruluşları verib.
Teatr sənətindəki xidmətlərinə görə Həsən Ağayev 20 may 1958-ci ildə Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. 20 iyun 1986-cı ildə gəncədə
vəfat edib.
MEHDİ MƏMMƏDOV (1918 - 1985)
Azərbaycanın görkəmli rejissorudur. Yaradıcılığı daha geniş şəkildə AMDT ilə bağlıdır.
Eyni zamanda Opera və Balet Teatrında, Rus Dram Teatrında da baş rejissor işləyib və müxtəlif
əsərləri tamaşaya hazırlayıb. Səhnə fəaliyyətinə aktyor kimi BTİ-də başlayan Mehdi Məmmədov İlk
rejissor quruluşunu da Gəncə şəhərində fəaliyyətini davam etdirən həmin kollektivdə verib.
Mehdi Məmmədov Moskvada ali rejissor təhsili alıb. Diplom işi olan Məmmədhüseyn
Təhmasibin "Bahar" pyesini Gəncə DDT-də tamaşaya hazırlayıb. İmtahan kimi qəbul olunan ilk
sərbəst quruluşundan əla qiymət alan rejissor təyinatla bu kollektivə rejissor göndərilib. İ1k
tamaşalarından yaradıcılığı yenilik ruhu və monumentalizm səciyyələri ilə ona kollektivdə rəğbət,
teatr ictimaiyyətində şöhrət qazandırıb. Buna görə də 1942-ci ildə onu teatra baş rejissor təyin
ediblər. 1945-ci ilin payız mövsümündə Bakıya gəlib və Akademik teatra quruluşçu rejissor
götürülüb.
Görkəmli rejissor Gəncə teatrında Mirzə İbrahimovun "Madrid" (1941), Zeynal Xəlilin
"İntiqam" (1942) və "Qatır Məmməd" (1945), Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" (1942), Cəfər
Cabbarlının "Od gəlini" (1942) və "Oqtay Eloğlu" (1944), Jan Batist Molyerin "Vasvası xəstə"
(1942), Sabit Rəhmanın "Toy" (1944), Səməd Vurğunun "Vaqif" (1942), Lope de Veqanın "Nə
yardan doyur, nə əldən qoyur" (1943), İlyas Əfəndiyev və Mehdi Hüseynin "İntizar" (1944), Mehdi
Hüseynin "Nizami" (1943), Nadejda Filippovanın "Partizan Kostya" (1944) dram və komediyalarına
maraqlı səhnə quruluşları verib.
Mehdi Məmmədov Gəncədə işlədiyi müddətdə teatrın yaradıcılığında monumental
romantizınlə realist teatr estetikalarını qovuşuqda realizə edib. Aktyorların fərdi yaradıcılıq
üslublarının formalaşmasında ciddi işlər görüb. Teatrın reper nail olub. Tamaşa və bədii tərtibat,
tamaşada musiqinin estetik tutumu istiqamətlərində müəyyən ənənələrin bünövrəsmi qoyub.
HÜSEYN SULTANOV (23.12.1923 - 30.3.1993)
Rejissor Hüseyn Musa oğlu Sultanov 23 dekabr 1923-cü ildə Bakıda doğulub. Moskva
Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini 1952-ci ildə bitirib. Gəncə teatrına göndərilən
Hüseyn Sultanov əvvəlcə burada quruluşçu rejissor, sonra baş rejissor işləyib (1952 - 1962).
Yaradıcılığı müasirlik axtarışları ilə səciyyəvidir. Realist teatr məktəbinin estetik prinsiplərinə
üstünlük verib. Quruluş verdiyi əsərlərin əksəriyyətini lirik-psixoloji üslubda hazırlayıb.
Gəncə DDT-də göstərdiyi xidmətlərə görə 20 may 1958-ci ildə Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. Yaradıcılığının sonraki dövrü GTT ilə bağlıdır.
Hüseyn Sultanov Gəncə teatrında Aşaq Tuqayevin "Adaxlılar" (diplom işidir. 1952), Səməd
Vurğunun "Vaqif", İlo Mosaşvilinin "Qərq edilmiş daşlar", Cəfər Cabbarlının "Solğun çiçəklər",
"Nəsrəddin şah" və "Almaz", Sergey Mixalkovun "Xərçənglər", Mirzə Fətəli Axundzadənin "Hacı
Qara", Sabit Rəhmanın "Toy", İslam Səfərlinin "Göz həkimi", Cabbar Məcnunbəyovun "İldırım",
Səməd Vurğunun "Vaqif", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Nazim Hikmətin "Kəllə",
Hüseyn Cavidin "Şeyx Sənan" və "Səyavuş", Bəxtiyar Vahabzadənin "Vicdan", Həsən Seyidbəyli
və İmran Qası-movun "Böyük ürək", Lütfəli Həsənovun "Günəş", Lope de Veqanın "Kələkbaz
sevgili", Tsao Yuyun "Tufan", Aleksandr Şirvanzadənin "Namus", Eqon Rannetin "Azmış oğul",
Əlyar Yusiflinin "Ürək sevərsə", Gilerma Fiqeyredunun "Tü1kü və üzüm" ("Ezop"), İsgəndər
Coşqunun "Komsomol poeması" pyeslərinə orijinal üslublarda səhnə quruluşları verib.
Ömrünün sonlarında teatrda işləməyən Hüseyn Sultanov 30 mart 1993-cü ildə Bakıda vəfat
edib.
* * *
Nəsir Sadıqzadə (18.10.1926 - 28.11.1996).
1965-1966-cı illərdə Gəncə teatrında baş rejissor işləyib və müxtəlif vaxtlarda qısa fasilələrlə
quruluşçu rejissor kimi çalışıb. Dəvətlə də tamaşalar hazırlayıb. Cəfər Cabbarlının "Aydın", Mirzə