Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə181/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   212

İfa etdiyi obrazın psixoloji xarakterinin inkişaf xəttinə uyğun olaraq kövrək pıçıltıdan, həzin 

lirizmdən partlayan ehtirasa qədər səsinin bütün çalar-variasiyalarından istifadə etməkdə mahir 

ustad idi. 

Rəmziyyə Osman qızı Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda doğulub. Burada 

yeni tipli qız məktəbində  təhsil alıb. Yeddinci sinifi bitirəndən sonra, 1929-cu ildə Bakı Teatr 

Məktəbinin aktyorluq fakültəsinə daxil olub. Təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı 

Türk  İşçi Teatrının yardım heyətinə  qəbul olunub. Burada kütləvi səhnələrə  çıxıb və Fyodor 

Pavlovun "Çin tanrısı" (Viyen), Nikolay Paqodinin "Balta poeması" (Qrz), Vladimir kirşonun 

"Küləklər şəhəri" (Qadın), Əbdülhəq Hamidin "Hind qızı" (Stelina), Əbdülbağı Fövzinin "Gizli əl" 

(Əsli), Hacıbaba Nəzərlinin "Yollar" (Gülbahar) əsərlərinin tamaşalarında iştirak edərək epizod 

rollar oynayıb. 

1932-ci il dekabrın 28-də Türk İşçi Teatrı Bakıdakı yaradıcılıq ömürcəsinə xitam verdi. 

Gəncəyə köçürülən (4 və 5 yanvar 1933) sənət ocağı burada əvvəlcə Gəncə Türk İşçi Teatrı, iki il 

sonra Gəncə Dövlət Dram Teatrı kimi fəaliyyətini davam etdirdi. 

1932-ci ilin sonlarında gənc fırça ustası, sonralar Gəncə Dövlət Dram Teatrında tərtibatçı 

rəssam və baş  rəssam işləyən Bəhram  Əfəndiyev Aşqabad teatrında işləməyə  dəvət alıb. Onunla 

yenicə ailə həyatı quran Rəmziyyə xanım da Aşqabada gedib. Aktrisa orada üç ilə yaxın "Rəmziyə" 

və "Rəmziyyə Əfəndiyeva" kimi çıxış edib, müəyyən təcrübə toplayıb. Gənc olmasma baxmayaraq

Rəmziyyə Veysəlovaya Yaqut ("Yaşar", Cəfər Cabbarlı), Solmaz ("Od gəlini", Cəfər Cabbarlı), 

Dezdemona ("Otello", Vilyam Şekspir), Mehriban ("Dəmirçi Gavə",  Şəmsəddin Sami), Elampa 

("Hind qızı",  Əbdülhəq Hamid) kimi məsul rollar tapşırılıb. O, az müddətdə teatrın aparıcı 

aktrisaları cərgəsinə çıxıb. 

1934-1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev və Rəmziyyə xanım Gəncə şəhərinə 

gəliblər və ikisi də teatrın kollektivinə  qəbul olunublar. Gəncə teatrında Rəmziyyə xanının 

yaradıcıdıq səpkisində aktrisa yox idi. Onun həmyaşıdı Barat xanım  Şəkinskaya teatrdan inciyib 

Bakıya getmişdi. Buna görə də Rəmziyyə xanım tezliklə teatrın aparıcı aktrisasına çevrildi. Ona həm 

sevgili, həm qəhrəman, həm də dramatik səciyyəli aparıcı rollar tapşırılırdı  və aktrisa əsasən 

rejissorların ümidini doğruldurdu. Eyni zamanda axtarışlar aparır, istedadını cilalayıb 

formalaşdırmaq yolunda usanınadan çalışırdı. 

Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin  əsas inciləri bunlardır: 

Ceyran ("Özgə  uşağı", Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə ("Almaz",  

"Od gəlini",  "1905-ci ildə" və  "Nəsrəddin şah", Cəfər Cabbarlı),  Gülnar və Xuraman,  Məryəm 

("Vaqif"  və "Fərhad və  Şirin", Səməd Vurğun), Kamalə, Sənubər ("Toy" və "Xoşbəxtlər", Sabit 

Rəhman), Huri ("Məhəbbət", Mirzə İbrahimov), Balisa, Marsela ("Kələkbaz sevgili" və "Nə yardan 

doyur, nə  əldən qoyur", Lope de Veqa), Natella ("Vətən namusu", Georgi Mdivani), Emiliya 

("Otello", Vilyam Şekspir), Aqlaya İvanovna ("Xərçənglər", Sergey Mixalkov), Dilşad, Nəzakət, 

Nurcahan xanım ("Atayevlər ailəsi",  "Sən həmişə  mənimləsən" və "Mənim günahım",  İlyas 

Əfəndiyev),  Şamandux ("Qərq edilmiş daşlar",  İlo Mosaşvili), Tükəz ("Hacı Qara", Mirzə  Fətəli 

Axundzadə), Paolina, Anna Nikolayevna, karın arvadı ("Kəllə", "İvan  İvanoviç var idimi?.." və 

"Demoklisin qılıncı", Nazim Hikmət), Xumar və Nina, Südabə ("Şeyx Sənan"  və      "Səyavuş",  

Hüseyn Cavid), Ayişə ("Şikayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Rəxşəndə ("Kişilər", 

Altay Məmmədov), Xanım Piçem ("Üç qəpiklik opera", Bertolt Brext), Məhsəti xanım ("Nizami", 

Mehdi Hüseyn), Həkim ("Göz həkimi",  İslam Səfərli), kleya ("Tü1kü və üzüm", Gilerma 

Fiqeyredu), Anacan, Xeyransa ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə),  Tamara Timofeyevna 

("Sabahın xeyir!", Viktor Rozov), Miss Petris ("Sarı  Əlcək",  Əfqan), Dayə ("Aldanınış      adaxlı",   

Riçard   Şeridan),   Mariya   İqnatyevna ("Təbilçi qız", Anatoli Salınski), Cəvahir ("Cinli", 

Aleksandr Şirvanzadə),    Zann   ("Bura   gəlin",    Əziz    Nesin),    Gülər ("Almazın   qızları",   

Səttar   Axundov),   Olqa   Nikolayevna ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), 

Kesariya ("Araba hələ  aşmayıb",  İoseliani), Gülbacı ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Həcər 



xanım ("Yad qızı", Orxan Kamal), Dayə ("Medeya", Evripid), Sevinc ("Sənsiz", Şıxəli Qurbanov), 

Zülxəbirə ("Aygül diyarı", Mustay Kərim), Mehri xanım ("Bəxtsiz cavan", Əbdürrəhim bəy 

Haqverdiyev), Bufetçi   qadın   ("Qatarlar   səhər   gedir",   Raymond   kauqvern), Nərminənin anası 

("Mezozoy əhvalatı",  Maqsud İbrahimbəyov),  Zaxarovna ("Qoca",  Maksim Qorki),  Hersoqinya 

("111 Riçard", Vilyam Şenspir), Zərnigar ("Dəli Kür", İsmayıl  Şıxlı), Nazxanım ("Boş banlar", 

Əhməd İsayev). 

Gəncə Dövlət Dram Teatrının görkəmli aktyorlarından olmuş  Rəmziyyə Osman qızı 

Veysəlova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 20 may 1958-ci ildə 

xalq artisti fəxri adları ilə təltif edilib. 

Aktrisa 23 avqust 1993-cü ildə  Gəncə  şəhərində  vəfat edib və Bağbanlardakı  Fəxri 

xiyabanda dəfn olunub. 

 

 



GƏNCƏ DÖVLƏT DRAM TEATRINDA 

REJİSSOR SƏNƏTİ 

 

Gəncə teatrı 1933-cü ilin martında fəaliyyətə başlayanda ilk növbədə Bakı Türk İşçi 



Teatrının hazır tamaşaları  bərpa olunub repertuara daxil edildi. Eyni zamanda teatrla birlikdə 

Gəncəyə gəlmiş və burada payız mövsümünün sonuna qədər rejissorluq etmiş Abbasmirzə Şərifzadə 

Hüseyn Cavidin "Şeyx Sənan", Cəfər Cabbarlının "Yaşar" və Aleksandr Şirvanzadənin "Namus" 

dramlarına səhnə quruluşu verib. Repertuardakı bir sıra tamaşalara yeni aktyorları da Şərifzadə 

hazırlayıb. 

Gəncə dram kollektivinin yetirməsi olan İsmayıl  Əfəndiyev 1934-cü ildən teatrda aparıcı 

rejissor kimi önə  çıxıb.  Şərifzadə Bakıya qayıdandan sonra İsmayıl  Əfəndiyev kollekti-və baş 

rejissor təyin ediblər. Teatr onun rejissorluğunda "Fahişə" (Viktor Marqaret), "Üzləşdirmə" (Lev 

Şeynin və Tur qardaşları), "Namus" (Aleksandr Şirvanzadə), "Sevil", "Od gəlini", "Almaz" (Cəfər 

Cabbarlı), "Vaqif" (Səməd Vurğun) tamaşalarını oynayıb. 

Həbib  İsmayılov 1936-cı ildə teatra bədii rəhbər təyin olunub. Mirzə  Fətəli Axundzadənin 

"Lənkəran xanının vəziri",  Cəlil Məmmədquluzadənin   "Ölülər",  Cəfər Cabbarlının "1905-ci ildə", 

Mirzə İbrahimovun "Həyat" pyesləri onun quruluşlarında tamaşaçılara göstərilib. 

Ağəli Dadaşov 1938-1939-cu və 1945-1948-ci illərdə  Gəncə teatrında baş rejissor işləyib. 

Burada Georgi Mdivaninin "Vətən namusu" (1938), Sabit Rəhmanın "Toy" (1939) və "Aşnalar" 

(1946), Hacıağa Quliyevin "Qohumlar" (1939), Əyyub Abbasovun "Məlik Məmməd", Əbdürrəhim 

bəy Haqverdiyevin "Pəri cadu" (1946), Səməd Vurğunun "Fərhad və  Şirin" (1947), Konstantin 

Simonovun "Praqanın şabahd ağacları altında" (1947), İmran Qasımovun "Arzu və Sevinc", Kərim 

Sultanovla Məmməd Bürcəliyevin "Yadigar" (1948) pyeslərini tamaşaya hazırlayıb. 

Teatra dəvət edilmiş Yusif Yulduzun 1936-cı ildə hazırladığı "Od gəlini" (Cəfər Cabbarlı) 

qəhrəmanlıq dramının tamaşası, həmçinin onun quruluşlarında oynanılan Cəfər Cabbarlının 

"Almaz", "Solğun çiçəklər", Vadim Sobkonun "İkinci cəbhə", (1950), Hüseyn Muxtarovun "Ailə 

namusu" (1952) əsərləri kollektivin yaradıcılıq nailiyyəti kimi dəyərləndirilib. O, Gəncə teatrına ilk 

gəlişində az müddət baş rejissor olub. 

Əjdər Sultanov Gəncə teatrına BTİT-nin kollektivi ilə gəlib. Dörd ilə yaxın bu kollektivdə 

işləyib. Əvvəl-əvvəl teatrın hazır repertuarındakı tamaşalarda çıxış edib. Gəncədə hazırlanan səhnə 

əsərlərində oynayıb. Teatrın nəzdində "Uşaq və Gənclər Teatrı" bölməsi yaradılıb və Əjdər Sultanov 

burada rejissorluqla məşğul olmağa başlayıb. O, bu bölmədə Biçer Stounun "Tom dayının koması", 

Zəfər Nemətov və Əhməd Həsənovun "Qaralar ölkəsində", Cəfər Cəfərovla Şamil Məlikyeqanovun 

"Papiros çəkmə" uşaq əsərlərinə səhnə quruluşları verib. 

 

*  *  * 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə