Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə183/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   179   180   181   182   183   184   185   186   ...   212

İbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin 

"Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul 

edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya 

İoselianinin "Araba hələ aşmayıb" dram əsərlərinə (1976) müxtəlif janrlarda səhnə quruluşları verib. 



Yusif Bağırov (20.1.1924 - 19.9.1995).  Gəncə teatrına gəlişinin  əvvəllərində (müəyyən 

fasilə ilə) quruluşçu rejissor kimi çalışıb. 1966 - 1995-ci illərdə isə teatrın baş rejissoru olub. Yunan 

kiassik dramaturgiyasını teatrın səhnəsinə ilk dəfə o gətirib. 

Karl Myufkenin "İldırımlı yollarla" (Piter Abrahamsın romanı  əsasında,  İlyas  Əfəndiyevin 

"Atayevlər ailəsi", "Mənim günahım" və "Unuda bilmirəm", Məmmədhüseyn Təhmasibin "Çiçəkii 

dağ", Məmmədəli Nəsirovun "Tariyel" ("Pələng dərisi geymiş pəhləvan"), Sabit Rəhmanın "Nişanlı 

qız" və "Küləklər",  Şıxəli Qurbanovun "Sənsiz", Evripidin "Medeya", Əbdürrəhim bəy 

Haqverdiyevin "Bəxtsiz cavan", Qurban Musayevin "Odlu illər", Vilyam Şekspirin "Otello", 

Aleksandr Ostrovskinin "Quduz pullar", Cəfər Cabbarlının "Oqtay Eloğlu",  İmran Qasımov və 

Həsən Seyidbəylinin "Uzaq sahillərdə", Altay Məmmədovun "Ulduzlar görüşəndə", Mixail 

Lermontovun "İki qardaş", Sofokiun "Antiqona", Mustay Kərimin "Odu atma, Prometey!", Orxan 

Kamalın "72-ci kamera", Nazım Hikmətin "İvan  İvanoviç var idimi?..", Səttar Zərdablının "Əli 

Məmməd Dilbəri" pyeslərinin tamaşaları Yusif Bağırovun teatrda əsas rejisor işləridir. 

Vaqif  Şərifov (12 avqust 1943). 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun 

rejissorluq fakültəsini bitirib. Müxtəlif vaxtlarda və müəyyən fasilələrlə Gəncə teatrında rejissor və 

az müddət baş rejissor işləyib. Ağdam və Sumqayıt teatrlarına da rəhbərlik edib. 

Gəncə DDT-də  əsas tamaşaları: "Anaların divanı" (İslam  İbrahimov), "Məhəbbət körpüsü" 

(Novruz Gəncəli), "Xan qızı" (Fəridə Əlyarbəyli), "Bir tavan altında" (Tofiq Firudinbəyli), "Böyük 

ürək" (Həsən Seyidbəyli və İmran Qasımov), "Qəribə dilənçi" (Yan Saloviç), "Mükafat" (Aleksandr 

Gelman), "İlk busə" (Abdüqəhhar İbrahimov), "Unutınaq istəyirəm" (Nüşabə Məmmədova), "Dəli 

Domrul" (Altay Məmmədov), "Yeddi oğlan və bir qız" (Rövşən Ağayev), "Yad qızı" (Orxan 

Kamal), "İctimai rəy" (Aurel Baranqa), "Maral" (Hüseyn Cavid), "Demoklisin qılıncı" (Nazim 

Hikmət), "Dəli Kür" (İsmayıl  Şıxlı), "Qapı" (Elşad Məmmədov), "Yandırılmış adam" (Əlibala 

Hacızadə). 

Hilal Həsənov (10 sentyabr 1943). 1960-cı illərin sonlarından teatrda aktyorluq etməklə 

yanaşı, quruluşçu rejissor kimi də fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində Türkiyəyə işləməyə 

gedib. Gəncə teatrında Vasili Şukşinin "Diribaş adamlar", İsgəndər Coşqunun "Komsomol 

poeması", Vilyam Şekspirin "111 Riçard", Rəhman  Əlizadənin "Doğmalar", Maksim Qorkinin 

"Qoca", Osvald Zaqradnikin "Zəngli saat", Sabit Rəhmanın "Xoşbəxtlər" əsərləri Hilal Həsənovun 

quruluşlarında oynanılıb. 

 

 



*  *  * 

Teatrın qabaqcıl aktyorları  Ələkbər Seyfi, Əhməd Salahlı,  Əşrəf Yusifzadə, Məmməd 

Bürcəliyev, Həsən Sadıqzadə (Həsənqara), Telman Əliyev müəyyən dramlara quruluş veriblər. 

Bakıdan müxtəlif vaxtlarda dəvət olunmuş Rza Təhmasib,  Ələsgər  Şərifov, Tofiq Kazımov, 

Gülcahan Güləhmədova, Əşrəf Quliyev, Oruc Qurbanov Gəncə teatrında rejissorluq etmişlər. 

Gəncə DDT-nin bədii rəhbəri 1 iyun 1999-cu ildən Rafiq Atakişiyevdir. 

 

 

GƏNC TAMAŞAÇILAR TEATRI 



 

Milli teatrımız institusional mədəniyyətin faktı olmamışdan əvvəl onun yaradıcılıq qayəsində 

uşaqlar, məktəblilər və yeniyetmə  gənclər üçün tamaşalar hazırlamaq məqsədi olmayıb. 

Ümumiyyətlə, səhnə  mədəniyyəti və yeniyetmə  nəslin tərbiyəsi teatrın maraq dairəsmdə olmayıb, 




çünki onu əsasən geniş kütlənin maariflənməsi məsələsi düşündürürdü.  Bakıda,  Tiflisdə,  İrəvanda,  

Naxçıvanda, Aşqabadda, Dərbənddə, Şuşada, Gəncədə... müxtəlif teatr truppaları qadınlar, həmçinin 

məktəb  şagirdləri üçün tamaşalar göstəriblər. Lakin göstərilən  əsərlər ya məşhur faciə  və 

komediyalar, yaxud da böyüklər üçün təbdil edilmiş vodevillər olub. 

1920-ci ilə qədər Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin uşaqlara həsr etdikləri şeirlər çap 

olunmuşdu, Süleyman Sani Axundov müxtəlif nağıl-hekayələr yazmışdı. Müxtəlif jurnallar məhz 

məktəb həyatını  işıqlandırırdı. Müəyyən dərsliklər də yazılırdı, məxsusi uşaqlar üçün folklor 

nümunələri tədris və təbliğ olunurdu. Bütün bunlara baxmayaraq, sırf uşaq və yeniyetmələrin estetik 

maraq dairəsmi ehtiva edən, onların dünyagörüşlərinin formalaşmasma təkan verən pyeslər hələ 

yaranınamışdı və bu işə göstərilən maraqlar da hələlik səmərəli nəticə verməmişdi. 

Uşaqlar üçün ilk dram əsərini Abdulla Şaiq yazdı. "Gözəl bahar" adlı poetik janrlı bu dramı 

Akademik Milli Dram Teatrında tamaşaya Abbasmirzə Şərifzadə hazırladı. İlk tamaşa 7 aprel 1922-

ci ildə göstərildi. "Gözəl bahar" Dövlət təsisatında olan teatrımızın ilk uşaq tamaşası sayılır. 

Akademik teatr ilk uğurlu sınaqdan sonra Mustafa Mərdanovla Aslan Tahirovun tərcüməsində Jül 

Vernin "Kapitan Qrantın uşaqları" (1 mart 1926-cı il), "80 gün dünya səyahəti" (17 fevral 1927-ci il) 

və Qafarovun çevirməsində Biçer Stounun "Tom dayının koması" (3 noyabr 1927-ci il) dramları 

əsasında uşaqlar üçün tamaşalar hazırlayıb öz repertuarına daxil etdi. Tamaşaların üçünün də 

quruluşunu teatrın baş rejissoru Aleksandr Tuqanov vermişdi. 

Bu adamlar gələcəkdə uşaqlar üçün xüsusi səhnə sənəti ocağının yaranınasma təkan verdilər. 

Həmin istiqamətdə yaradıcılıq prosesinin genişlənməsi üçün 1923-cü ildən başlayaraq Bakı  dəniz 

limanında, keçmiş Tağıyev toxuculuq kombinatında, bügünkü Səttərxan adına zavodda və bir sıra 

digər müəssisələrdə, uşaq evlərində pioner təşkilatları fəaliyyətə başladılar. Onların nəzdində dram 

dərnəkləri yaradıldı. Yaradıcılıq ehtirası, sənətə məhəbbət və rəğbət bəsləmələri, müxtəlif əsərlərdən 

hazırladıqları səhnələrin sayı baxımından Dənizçilər klubunun 40 saylı pioner dəstəsinin özfəaliyyət 

dərnəyi daha fəal görünürdü. Müəyyən fəaliyyət dövründən sonra dərnəyə  məktəbli Ağadadaş 

Qurbanov rejissor təyin olundu. Sonralar xalq artisti kimi şöhrətlənən sənətkarın təşəbbüsü ilə 

dərnək ilk dəfə tam əsəri tamaşaya hazırlamağı  qərara aldı. 15 mart 1927-ci ildə  dərnəyin üzvləri 

pioner-dəstə rəhbəri Lətif Kərimlinin "Fırtına" pyesini tamaşaya hazırladılar. 

"Fırtına" tamaşasında sonradan ömürlərini teatr və kino sənətinə bağlayaraq  şöhrətli 

yaradıcılıq yolu keçən Muxtar Dadaşov, Məmmədağa Dadaşov, Kərim Həsənov, Cəvahir 

İsgəndərova, Yusif Dadaşov və başqaları  iştirak etdilər. Tamaşa on gün sonra Bakı  İşçi Teatrının 

binasında fəhlələrə göstərildi. Bu, respublikanın həyatında böyük mədəni hadisə kimi 

dəyərləndirildi. 1928-ci il oktyabr ayının 5-də Xalq Maarif komissarlığının qərarı ilə Bakı  Uşaq 

(Cocuq da yazılıb) Teatrının rus bölməsi yaradıldı. 

1929-cu ilin əvvəllərində teatrın Azərbaycan bölməsini yaratmaq üçün müsabiqə elan edildi. 

Noyabr ayında müsabiqə yekunlaşdırıldı və truppaya iyirmi üç nəfər teatr həvəskarı qəbul olundu. 

"Fırtına"nı oynayan aktyorların  əksəriyyəti, o cümlədən sonralar şöhrətli rejissor olan Məhərrəm 

Haşımov truppaya götürüldülər. 

Teatr özünün ilk pərdələrini 30 yanvar 1930-cu ildə Mustafa Mərdanovla Rza Təhmasib 

tərəfindən tərcümə olunmuş "Qırmızı qalstuk əleyhinə" tamaşası ilə açdı. Tamaşanın rejissoru 

Qriqori kornelli idi. Məşq prosesində pyes təbdil olundu və hadisələr Azərbaycana köçürüldü. 

Məhərrəm Haşımov (Karl), Məmmədağa Dadaşov (Dadaş), Zinyət Abbaszadə (Faşist qız), Yusif 

Dadaşov (Musa), Mina Abdullazadə (Türk qızı) əsas rolları oynayıblar. 

Milli dramaturgiyamız uşaq pyesləri yazınaqda hələ müəyyən təcrübə toplamamışdı və nəsr 

əsərlərini, xalq nağılları-nı səhnələşdirməyə də meyil göstərilmirdi. Boşluğu doldurmaq üçün teatrın 

rəhbərliyi repertuarı  tərcümə pyeslərinin  əsasında qururdu. Məktəbliləri düzlüyə, mehribanlığa, 

səmimiliyə,  çalışqanlığa,  böyüklərə ehtirama,  Vətənə məhəbbətə səsləyən və eyni zanıanda siyasi 

ideya yükü qabarıq olan "Vur köhnəliyi", "Altay Robinzonları", "Uzaq yaylaqda", "Pambıq verək", 

"Təkbaşına gəzən pişlk", "Əfilər", "Beş illiyi iki il yarıma" pyesləri tamaşaçılara göstərilirdi. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə