Əməkdar artistdir. Gəncə teatrında 1965-cı ıldən ışləyır. Realıst aktyor məktəbinin
istedadlı nümayəndəsidir, yumorunun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilir. Son illər
rejissorluq da edir.
Əsas rolları: Şərif, Pirqulu ("Almaz" və "Aydın", Cəfər Cabbarlı), Göyüş, Xəfiyyəbaşı
("Kişilər" və "Ulduzlar görüşəndə", Altay Məmmədov), Aslan, Mirzə Qərənfil, Casus
("Nişanlı qız", "Xoşbəxtlər" və "Küləklər", Sabit Rəhman), Fmdıqburun ("Diribaş adamlar", Vasili
Şukşin), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Heydər ("Qız atası", Əfqan Əsgərov),
Çingiz ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Rodriqo və kassio, Cani ("Otello" və
"111 Riçard", Vilyam Şekspir), Qara kişi ("Gəl qohum olaq", İsi Məlikzadə), Təlxək ("Tariyel",
Məmmədəli Nəsirov), Uolter ("Üç qəpiklik opera", Bertolt Brext), ikinci sərxoş ("Mənim günahım",
İlyas Əfəndiyev), Polad ("Qoruqlar", Əliağa Kürçaylı), Rauf ("Mezozoy əhvalatı", Maqsud
İbrahimbəyov), Paollo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Dito ("Araba hələ
aşmayıb", Otiya İoseliani), Şəkəralı ("Günəşlə oyananlar", Qeybulla Rəsulov), Tolya Jarikov
("Mükafat", Aleksandr Gelman), Şərif ("Almaz", Cəfər Cabbarlı), Mirpaşa ("Komsomol poeması",
İsgəndər Coşqun), Seyran ("Səadət sorağında", Teymur Məmmədov), Lətif ("Yaxın adam", İsi
Məlikzadə), Xəlil ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Əli Məmməd Dilbəri ("Əli Məmməd
Dilbəri", Səttar Zərdablı), İvan İvanoviç ("İvan İvanoviç var idimi?", Nazim Hikmət), Vartan
("Üçatılan", İlyas Əfəndiyev), Toyuq oğrusu ("72-ci palata", Orxan Kamal), İonitse ("İctimai rəy",
Aurel Baranqa), Eldar ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Əzrayıl ("Dəli Domrul", Altay
Məmmədov), Germes ("Odu atma, Prometey!", Mustay Kərim), Kürd Musa ("Vaqif", Səməd
Vurğun), Heydərqulu ("Həyat", Mirzə İbrahimov), Pavel Yesenski ("Zəngli saat", Osvald
Zaqradnik).
Alim Məmmədov
(25.9.1950)
Xalq artistidir. Teatra 1960-cı illərin ortalarında gəlib və tezliklə qəhrəman rolların ifaçısı
kimi tanınıb. 1990-cı illərin əvvəllərində səhnə sənətindən uzaqlaşıb.
Əsas rolları: Tariyel ("Tariyel", Məmmədəli Nəsirov), Tahirov ("Mezozoy əhvalatı", Maqsud
İbrahimbəyov), Şah Abbas ("Ulduzlar görüşəndə", Altay Məmmədov), Mehdi-Mixaylo ("Uzaq
sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Hemon ("Antiqona", Sofoki), Pivonka ("Qəribə
dilənçi", Yan Saloviç), Fuad, Oqtay ("Almaz" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Bəxtiyar
("Komsomol poeması", İsgəndər Coşqun), Əfqan ("Səadət sorağında", Teymur Məmmədov),
Bəhmən ("Yaxın adam", İsi Məlikzadə), Qasım ("İlk busə", Abduqəhhar İbrahimov), Yuri ("İki
qardaş", Mixail Lermontov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Qaçaq Nəbi
("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Elməddin ("İtkin gəlin",
Əlibala Hacızadə), Aptekçinin oğlu ("Demokiisin qılıncı", Nazim Hikmət), Nadir bəy ("Maral",
Hüseyn Cavid), Tureulets ("İctimai rəy", Aurel Baranqa), Nihat ("Yad qızı", Orxan Kamal), Ələkbər
("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Prometey ("Odu atına, Prometey!", Mustay Kərim),
Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), Abbas ("Həyat", Mirzə İbrahimov), İvan Mastakov
("Qoca", Maksim Qorki).
İSMAYIL TALIBLI
(21.3.1898- 23.7.1967)
Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor
məktəbindən şirələnib. Oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirəndə
görürük ki, onun ifasında realist obrazlar daha çoxdur.
Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə
vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb.
İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində
doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər
Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən
Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi
yolunu müəyyənləşdirib.
1919-cu ildə onu yenicə yaranmış Hökumət Teatrosuna (hazırki Akademik Milli Dram
Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif
xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara
səhnə ömrü verib.
Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə,
dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin
axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan
sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu
sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona bir-
birinin ardınca sanballı rollar tapşırılıb.
Aktyor yeni sənət ocağında Luis Sinkierin "Yüz faiz" (Mak Qurmik), Aleksey Tolstoyun
romanı əsasında "Roma-novların son günləri" (Dmitri Pavloviç və General Alekseyev), Vasili
Şkvarkinin "Casus" (Stradvorski), Vladimir Marqaretin "Fahişə" (Dormua), Cəlil
Məmmədquluzadənin "Anamın kita-bı" (Mirzə Məhəmmədəli), Mirzə Fətəli Axundzadənin "Müsyö
Jordan və Dərviş Məstəli şah" (Hatəmxan ağa), Viktor Hüqonun "Notrdam kilsəsi" (Qvazimoda),
Jan Batist Molyerdən təbdil olan "Cancur Səməd" (Nüsxəbənd Abbasəli), Cəfər Cabbarlının "Sevil"
(Atakişi) pyeslərinin tamaşalarında maraqlı rollarda çıxış edib.
Bakıda yaşayan və dövlət idarələrinin mühüm ideoloji sahələrində yüksək vəzifələr tutan
əcnəbi millətlərin nüma-yəndələrinin fitnəkarlığı ilə 1932-ci il dekabrın 28-də Bakı Türk İşçi
Teatrının Gəncə şəhərinə köçürülMəsmə qərar veril-di. Halbuki həmin dövrdə Gəncədə yerli
gənclərdən, maarif-pərvər ziyalılardan ibarət güclü teatr truppası vardı və onların qüvvəsi ilə şəhərdə
Dövlət teatrı yaratmaq mümkün idi. 4 və 5 yanvar 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gən-
cəyə köçdü. Bir müddət sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə
Şərifzadə, qabaqcıl aktyorları Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları
Bakıya qayıtdılar, lakin İsmayıl Talıblı doğma kollektivdən ayrılmadı. O, ömrünün sonunadək Cəfər
Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. Hətta 1942 - 1943-cü illərdə teatrda
direktor da olub.
İsmayıl Talıblı Gəncə teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq
nümunələrini yaradıb. Onların daha sanballıları və yaradıcılıq baxımından daha zənginləri bunlardır:
Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jorj Danden ("Jorj Danden", Jan
Batist Molyer), Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə), Yaqo ("Otello", Vilyam Şekspir),
Səttarxan ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi), Əbdüləli bəy, Aqşin, Hacı Əhməd, Rəhim
xan, İmamyar, Balaxan ("Sevil", "Od gəlini", "A1maz", "Nəsrəddin şah", "Yaşar" və "Aydın", Cəfər
Cabbarlı), Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol), Azər baba, İbrahim xan ("Fərhad və Şirin"
və "Vaqif", Səməd Vurğun), Süleyman ("Həyat", Mirzə İbrahimov), Kərəmov, Usta Segah,
Səməndərli ("Toy", "Xoşbəxtlər" və "Aşnalar", Sabit Rəhman), Qivami ("Nizami", Mehdi Hüseyn),
Naçalnik, Hatəm-xan ağa, Mirzə Həbib ("Hacı Qara", "Müsyö Jordan və Dərviş Məstəli şah" və
"Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Aslan kişi ("Böyük ürək", İmran Qasımov və
Həsən Seyidbəyli), Jan Qrubek ("Praqanın şabalıd ağacları altında", Konstantin Simonov), Hacı
Fərəc ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Xəlifə ("Babək", Əbil Yusifov), Rüstəm ("Səyavuş",
Hüseyn Cavid), Qoca ("Şlkayət qəbul olunmur", Toktobolat Əbdülmöminov), Cəmilzadə ("Kişilər",
Altay Məmmədov), Göyüş dayı ("Qatır Məmməd", Zeynal Xəlil), Yoxanes Rayesmık ("Azmış