Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


Rəşid bəy Əfəndiyev (1863-31.8.1942)



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə27/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   212

* * * 

  

Rəşid bəy Əfəndiyev (1863-31.8.1942) 



 

Şəkidə ruhani ailəsində anadan olub. Yeddi yaşından dini təhsil almağa başlayıb. 1876-cı 

ildə  şəhərdə açılmış rus məktəbinə gedib. İki ildən sonra təhsilini daha geniş miqyasda davam 

etdirmək üçün Tiflis şəhərinə gəlib. Burada ömrünün son aylarını yaşayan, milli dramaturgiyamızın 

banisi Mirzə Fətəli Axundzadə ilə görüşüb. Onun tövsiyəsi ilə 1879-cu ildə məşhur Qori Müəllimlər 

Seminariyasma daxil olub. Rəşid bəy oranı bitirdikdən sonra Qəbələdə müəllimlik edib, müxtəlif 

dərsliklər yazıb və çap etdirib. Daha sonralar İrəvanda, Qubada, Şəkidə, Naxçıvanda, Qoridə 

pedaqoji fəaliyyət göstərib. 

Rəşid bəy  İsmayıl oğlu  Əfəndiyev "Qan ocağı", "Qonşu qonşu olsa, kor qız  ərə gedər", 

"Saqqalın kəraməti", "Tiflis səfərləri", "Pul dəlisi", "Arvad məsələsi" məzhəkələrini, "Bir saç telinin 

qiyməti", "Qızıl gül" pyeslərini yazıb. Onun dram əsərləri Bakıda, Tiflisdə,  İrəvanda,  Şəkidə, 

Aşqabadda, Gəncədə, Naxçıvanda müxtəlif dram dərnəkləri, ayrı-ayrı teatr dəstələri həvəskarları, 

mədəni-maarif cəmiyyətlərinin teatr truppaları tərəfindən tamaşaya hazırlanıb. 

 

Sultanməcid Qənizadə (1866-1937) 

 

Görkəmli maarif xadimi və yazıçı, səhnə sənətinin fədaisi idi. Sultanməcid Hacı Murtuzəli 



oğlu Şamaxı şəhərində orta təbəqəni təmsil edən ailədə anadan olub. İlk təhsilinə əvvəlcə buradakı 

Seyid Əzim Şirvaninin "Məclis" məktəbində başlayıb və sonra yeni tipli şəhər məktəbində oxuyub. 

1883-cü ildə Tiflis Aleksandrinsk Müəllimlər İnstitutuna qəbul olunub. Burada dörd il təhsil alıb və 

mövcud imperiya qanunlarına  əsasən işləmək üçün Bakıya göndərilib. Bakıda həmtəhsil dostu 

Həbib bəy Mahmudbəyov ilə birlikdə məktəb açıblar. Sultanməcid Qənizadə tələbatı nəzərə alaraq, 

Şagirdlər üçün dərsliklər işləyib, müntəxəbat tərtib edib. 

Bakıdakı teatr həvəskarlarını bir yerə  cəm edərək onlarla müxtəlif bayramlarda tamaşalar 

hazırlayıb. Həvəskarların truppa halında fəaliyyəti üçün səmərəli işlər görüb, səhnə sənətinə çoxlu 

istedadlı  gənclər cəlb edib. Pyes qıtlığını, xüsusən kiçik məsxərələrin azlığını  nəzərə alaraq 

dramaturgiya ilə  məşğul olmağa başlayıb. 1891-ci ildə ilk dram əsərini yazıb və "Qönçə xanım" 

adlanan həmin faciə əsərini oynamağa senzura icazə verməyib. Təəssüf ki, bu pyesin əlyazması itib. 

Sultanməcid Qənizadə Lev Tolstoyun "Əvvəlinci  şərabçı" və Vladimir Dyaçenkonun 

"Qurbana qurban" pyeslərini Azərbaycan dilinə  tərcümə edib. Bu əsərləri həvəskarlar dönə-dönə 

tamaşaya hazırlayaraq oynayıblar. Pedaqoq-dramaturq "Xor-xor", "Axşam səbri xeyir olar", 

"Dursunəli və ballıbadı", "Yadımdadır" vodevillərini azərbaycancaya iqtibas və təbdil edib. Həmin 

vodevil-məsxərələr milli məişət və əxlaqımıza sənətkarlıqla uyğunlaşdırıldığına görə, orijinal dram 

əsərləri kimi dəyərli və  əhəmiyyətli olub. Həmin  əsərlər 1890-1920-ci illərdə müxtəlif  şəhərlərdə 

mövcud olan Azərbaycan teatr dəstə və truppalarının repertuarlarında çox mühüm yer tutub. Milli 

səhnəmizin fədailəri sayılan Cahangir Zeynalov, Mirzağa  Əliyev, Sidqi Ruhulla, Abbasmirzə 

Şərifzadə,  Əbülfət Vəli, Mustafa Mərdanov,  İbrahim  İsfahanlı, Hüseynqulu Sarabski kimi şöhrətli 

sənətkarlar adıçəkilən məsxərələrdə dönə-dönə çıxış ediblər. 

 

Səkinə Axundzadə (1865-1927)    

 

Azərbaycanın ilk qadın müəllimələrindəndir. Yazıçılıqla, o cümlədən dramaturgiya ilə  də 



məşğul olub. Səkinə xanım Qubada doğulub və ibtidai təhsilini də orada alıb. Sonra ailəsi ilə birgə 

Bakıya gəlib və buradakı mütərəqqi təhsil sistemi olan məktəblərdən birində oxumağa davam edib. 

Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görüb. Qız məktəblərinin açılmasma, 

təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərib. 




Səkinə Mirzə Heybət qızı Axundzadə teatr həvəskarları ilə yaradıcılıq  əlaqələri saxlayıb. 

"Elmin bəhrəsi" pyesini və "Gəlin və qaynana" komediyasını yazıb. Milli folklorumuzun hadisə-

süjeti  əsasında "Əbülfəz və  Rəna" hekayəsini qələmə alıb. Onun əsasında isə eyniadlı opera 

librettosu işləyib. 

Yazıçı-maarifpərvər Səkinə xanım görkəmli osmanlı ədibi Namiq Kamalın "Zavallı cocuq" 

pyesini "Bəxtsiz bala" adı ilə dilimizə  təbdil edib. Süjeti Azərbaycanın həyat  şəraitinə, mənəvi-

psixoloji xüsusiyyətlərinə uyğunlaşdırılmış bu əsər teatr truppalarının tez-tez müraciət etdikləri 

pyeslərdən olub. 

Səkinə xanım Axundzadə  məşhur fransız bəstəkarı Leo Delibin "Lakme" operası  əsasında 

dram  əsəri yazıb. Bu əsər "Nicat" truppasında, 1920-ci illərin  əvvəllərində Milli Dram Teatrında 

müxtəlif səhnə quruluşunda tamaşaya qoyulub. 

 

* * * 



 

İyirminci  əsrin ilk iki on ilində Bakıda "Müsəlman artistləri  şirkəti", "Nicat", "Həmiyyət", 

"Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələri, Tiflisdə "Müsəlman artistləri", "İttihad", 

"İbrət" cəmiyyətlərinin truppaları, Aşqabadda "5 nömrəli teatr dəstəsi", İrəvanda "Müsəlman dram 

cəmiyyəti", Təbrizdə "Azərbaycan artistləri dəstəsi", "Cəmiyyəti-islahi-tərəqqi-maarifi-Azərbaycan" 

adlanan səhnə həvəskarları truppaları fəaliyyət göstərmişlər. Onlar, əsasən, yerli müəlliflərin kiçik 

həcmli dram əsərlərini, həm də təbdil və iqtibas etdikləri pyesləri tamaşaya hazırlamışlar. 

Teatr dəstələrinin repertuarlarında daha tez-tez yer tutan və tamaşaçıların maraq göstərdikləri 

pyeslər çox olub. Bunlardan Mirzə  Məmməd Axundzadənin "Səfahətin sonu", "Analıq", "Ana 

kitabı", "Məhəbbətin nəticələri", Məmmədsadıq Axundovun "Ata-babanın günahı",  İsa bəy 

Aşurbəylinin "Cəhənnəm", "Azərbay və Can", "Novruz bayramı", Mirzəbala Məmmədzadənin 

"Bakı  uğrunda müharibə", "Qadın məişəti", Ceyhun bəy Hacıbəylinin "Qış gecələri", Rza Zaki 

Lətifbəyovun "Nigar və Neman", "Köhnə Türkiyə", "Məhkəmeyi-kübra", "Bədbəxt gəlin", 

"Əbdülhəmidin xəli", Abbas Səhhətin "Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi", Həmid bəy 

Məlikovun "Bədbəxt milyonçu", Məmmədəli Nasirin "Rüşvətxor qazı", "Zorən izdivac", 

"Millətpərəstlik", "Şərabxorluq",  İsmayıl Həqqinin "Damullalıq qolaymı?", Sabit Manafzadənin 

"Şərq", "Münafiqlər", "Talan-talan", "Divan", İsmayıl Rüstəmbəyovun "Dövləti-bisəmər", Rza 

Quluzadə  Şərqinin "Quqquluqu",   "Vəhşi", "Cinayət", "Mirzə Rza kirmani", "Pul, yoxsa Allah", 

"Dəlilər yurdu", Əli Razi Şəmçizadənin "Dirilər",  "İslam qiraətxanası", İsgəndər   bəy Məlikovun 

"Yaxşılığa yamanlıq", Mehdi bəy Hacınskinin "Ac bəy", "Yezid ibn Müaviyyə", Sultan Muradovun 

"Kəblə Qubad", Cəfər Bünyadzadənin "Ovçular məişəti", "Xan-xan", "Ürək tikmək, yaxud qurban 

bayramı", Yusif Talıbzadənin "Xalid ibn Valid", Kərim  bəy  Şərifovun   "Məmmədəli   şah,   yaxud  

Səttarxan", "Kəbin", Cəmo bəy Cəbrayılbəylinin  "Molla Cəbi", "Vəhşi", "Qramafon", "Şəriət 

qurbanları", "Kəl döyüşü", "Tiryakilər", Mustafa bəy  Əlibəyovun "Məhkəmə qarşısında tökülən 

qanlı göz yaşları", Yaqub Nəsirlinin "Ravina altında müharibə", Eynəli bəy Sultanovun "Tatarka", 

Haşım bəy Vəzirovun "Uprava xanımın qızı və Tramvay xanım", "Döymə qapımı, döyərlər qapını", 

Rza Vaizzadənin "Səyavuş", "Bədbəxt gəlin", "Cəhalət qurbanı", "Toy" dram əsərləri daha 

diqqətçəkəndir. 

Tiflisli aktyor Mirzəli Abbasovun "Fəxrəddin kişi", "Sultan Mahmud Qəznəvi", "Dövreyi-

səltənəti-Ənuşirəvani-adil", Bakıda Sidqi Ruhullanın (Axundzadə) "Xosrov bəy", Mirmahmud 

Kazımovskinin "Vuphavur", "Həmşəri pasportu", "Daşım-daşım", "Yaftuməli", "Əvəz-əvəz", 

Əhməd Qəmərlinin "Tahir və Zöhrə", "Cavanlar məişəti", "Rüstəm və Söhrab", "Məkri-zənən", 

"İntiqam", "Vaxtın var?", Hüseynqulu Sarabskinin (Rzayev) "Cəhalət", "Nə doğrasan aşına, o da 

çıxar qaşığına", Qulamrza Şərifzadənin "Ənuşirəvani-adil" pyesləri də teatr truppalarının maraq 

dairələrində olub. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə