Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə29/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   212

(tərcüməçi Abdulla Şaiq Talıbzadə), Yusif Talıbzadənin "Ərmənusə" ("Fəthi-Misir"),  Əhməd 

Qəmərlinin təbdilində "Cavanların məişəti", Hüseynqulu Sarabskinin "Cəhalət" pyeslərinin 

quruluşları da oynanılıb. 

Qurban bayramı münasibətilə yanvarın 30-da Azərbaycan teatr həyatında ilk dəfə olaraq 

aktyor və rejissor Kərbəlayı Cahangir Zeynalova yaradıcılığının 25 illiyi münasibətilə yubiley 

təntənəsi keçirilib. Tağıyev teatrı binasında keçirilən bayram mərasiminin rəsmi hissəsindən sonra 

"Lənkəran xanının vəziri" komediyası göstərilib. Tamaşada  əsas rolları Cahangir Zeynalov (vəzir 

Mirzə Həbib) və rejissor Hüseyn Ərəblinski (Teymur ağa) oynayıblar. 



1911. Ötən illərdə teatr tamaşaları iri binalardan, əsasən, Tağıyev teatrında, Nikitin 

qardaşlarının sirkində, Ağa Musa Nağıyev teatrında, Dənizçilər klubunda, "Obşest-vennoye 

sobiraniye"də göstərilib. Bu il fevralın 28-də Modem Musorqskinin "Boris Qodunov" operası ilə 

Mayılov teatrının (hazırki Opera və Balet Teatrı) açılışı olub. "Nicat" kirayə ilə  həmin binada da 

tamaşalar göstərməyə başlayıb. 

Truppa bu ildən etibarən Əbdülhəq Hamidin "Tariq ibn Ziyad, yaxud Əndəlis" (tərcüməçilər 

Dadaş Bünyadzadə  və Pirqulu Mürsəlzadə), Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", Vahid 

Lütfinin "Naci bəy" ("Naci bəy fədakari-hürriyyət". Tərcüməçi Dadaş Bünyadzadə) pyeslərini də 

oynamağa başlayıb. 

Tədricən truppanın repertuarında musiqi janrlı tamaşaların göstərilməsi üstünlüyü ələ alıb. 

Mətbuatda buna narazılıq bildirilib və ayrı-ayrı qəzetlər müəyyən qərəzli mövqelərdən Üzeyir bəy 

və Zülfüqar bəy Hacıbəyov qardaşlarına qarşı qərəzli hücumlar ediblər. 

Bakı  şəhər polisi Azərbaycanda teatr sənətinin tərəqqisindən təşvişə düşüb. "Nicat"ın 

göstərdiyi tamaşaların hamısında polisin nümayəndəsi birinci sırada  əyləşib və  səhnədən deyilən 

senzuradankənar "siyasi" sözləri öz idarəsinə çatdırıb.  

1912-1917.  Bu illərdə "Nicat"dan əlavə, bu dəstənin yaradıcı heyəti  əsasında "Səfa" teatr 

truppası da yaradılıb. Tamaşalar paralel verilib. Tədricən gündüz tamaşalarının sayı da artırılıb. 

Truppaların qastrolları geniş vüsət alıb və çox möhtəşəm coğrafi ərazini əhatə edib. 

Azərbaycan teatr tarixində ilk dəfə olaraq 1912-ci ilin noyabrında "Nicat"ın aktyoru Mirzağa 

Əliyev tamaşa zamanı  səhnədən dövlət  əleyhinə söz işlətdiyinə görə Hacıtərxan  şəhərinə sürgün 

edilib. 


Fəaliyyət göstərdiyi illər  ərzində "Nicat" teatr truppasında gələcəyin qüdrətli sənətkarları 

Hüseynqulu Sarabski (aktyor, rejissor və opera solisti), Sidqi Ruhulla, Abbasmirzə  Şərifzadə, 

Panfiliya Tanailidi (müəyyən fasilələrlə), Yeva (Yevgeniya) Olenskaya, Əhməd Qəmərli (dramaturq 

və akt-yor), Hüseynağa Hacıbababəyov (opera solisti), Əbülhəsən Anaplı, Rza Darablı, Nataliya 

Lizma, Hacıağa Abbasov, Cəlil Bağdadbəyov, Hacıbaba Şərifov, Mir Paşa Sadıqov, Məmmədhənifə 

Tanrıqulov (Hənifə Terequlov. Aktyor və xorbaşı),  Ələkbər Süheyli, Müslüm bəy Maqomayev 

(dirijor), Ələkbər Hüseynzadə, Xəlil Hüseynov, İbrahim Atakişiyev (Azəri), Məmmədtağı Bağırov, 

Məhəmmədhəsən Atamalıbəyov, Səməd Mənsur (Kazımzadə. Dramaturq, aktyor və rejissor), Şeyda 

Xəlilbəyov, Yunis Nərimanov və onlarca başqaları yetişib formalaşıblar. 

Fəaliyyətinin son altı ilində "Nicat" truppası əlliyə yaxın tamaşa hazırlayıb. Bunların böyük 

bir qismini truppa hər il təzə quruluşlarda göstərib. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid 

banu", "Əsli və Kərəm" operalarını, "Arşın mal alan" operettasını, Mehdi bəy Hacınskinin "Zülm və 

istibdadın axırı" ("Sultan Əbdülhəmidin xəli"), "Yezid ibn Müaviyyə", Nəcəf bəy Vəzirovun 

"Keçmişdə qaçaqlar", Cəlil Məmmədquluzadənin "Ölülər" (rejissor Hüseynqulu Sarabski. İsgəndər - 

Mirzağa Əliyev, Şeyx Nəsrulla - Əliqulu Qəmküsar), Əbdürrəsul Şərifzadənin "Ənuşirəvani-adil", 

Vano Mçedaşvilinin "Qaçaq Kərəm", Mirzə  Məmməd Axundzadənin "Səd ibn Vəqqas", Hacı 

İbrahim Qasımovun "Qatili-Kərimə" ("Qızının qatili"), Yusif Talıbzadənin "Əmir Xalid ibn Valid" 

("Şamın fəthi və  ərəblərin Roma ilə müharibəsi"), Baxmetovun "Napoleon müharibəsi və yaxud 

Moskva yanğını" (tərcüməçi Hacı İbrahim Qasımov), Səməd Mənsurun "Köhnə və təzə il", Abdulla 

Şaiq Talıbzadənin "Bir saatlıq xəlifə", Səkinə Axundzadənin təbdil etdiyi "Zülmün səmərəsi" 




("Lakme". Rejissor Abbasmirzə  Şərifzadə. Nilufər-Lakme - Gülsabah xanım, Said bəy - Hüseyn 

Ərəblinski, Səid bəy - Abbasmirzə  Şərifzadə)  əsərlərini ilk dəfə  məhz "Nicat" teatr truppası 

tamaşaya hazırlayıb. 

1916-cı ildə Tağıyev teatrında "Nicat" mədəni-maarif cəmiyyətinin, o cümlədən onun 

nəzdindəki teatr truppasının onilliyi yubiley kimi qeyd olunub. 

"Nicat" teatr truppası ilk dəfə aktyorlara müxtəlif bölgülər üzrə maaş kəsib. 

"Nicat" teatr truppası ilk dəfə özünün aksessuarım (rekvizit, butafor, dekorasiya, geyim və 

sairə) yaradıb. 

"Nicat" teatr truppası sabit repertuar qurmaq istiqamətində ənənə yaradıb. 

"Nicat" müqavilə ilə truppaya aktyorlar götürüb. 

"Nicat" truppası dünya dramaturgiyasının incilərini tamaşaya hazırlamaq məqsədilə 

tərcümələr sifariş verib. 

"Nicat" teatr truppası fəaliyyətinin sonuna qədər öz repertuarında məzhəkə, dram, komediya 

və faciələrlə yanaşı, operalara və operettalara da xüsusi yer ayırıb. 

"Nicat" teatr truppası maarifpərvər Bakı milyonçularının, əsasən, Murtuz Muxtarovun, Ağa 

Musa Nağıyevin köməkiikləri ilə müxtəlif illərdə çoxlu müsamirələr keçirib. Yığılan vəsait "Nəşri-

maarif"ə, ayrı-ayrı məktəblərə, şagirdlərin dərs vəsaitlərinə, bəzi aktyorların müalicə xərclərinə sərf 

olunub. 


 

 

 



"SƏFA" TEATR TRUPPASI 

 

Maarifçilik ölkədə geniş intişar tapdıqca, ziyalılar xalqın mədəniyyətini inkişaf etdirməyə 



daha səylə Çalışdıqca və xüsusən "Nicat" mədəni-maarif cəmiyyətinin mutərəqqi fəaliyyətinin təsiri 

gücləndikcə iyirminci əsrin onuncu illərindən müxtəlif adda təşkilatlar yaranmağa başlayıb. 

Bunlardan  ən səmərəli və  məqsədyönlü çalışanı    "Səfa" mədəni-maarif cəmiyyəti olub. 

Nizamnaməsi və yaradıcılıq məramnaməsi "Nicat"la üst-üstə düşən "Səfa" cəmiyyəti 1910-1917-ci 

illərdə fəaliyyət göstərib. 

1912-ci ilin yazında "Səfa"nm nəzdində eyniadlı teatr truppası yaradılıb. Bu truppa "Nicat"ın 

aktyor kollektivinin teatr sənəti təcrübəsi və potensial yaradıcılıq qüvvəsi ilə  təşkil edilib. Milli 

səhnə sənətimizin yeni tərəqqismə xidmət edən xeyirxah işin təşəbbüskarları və görülən əməllərin, 

atılan ilk addımların başında duranları, əsasən, Cahangir Zeynalov (aktyor və baş rejissor) və Səməd 

Mənsur olublar. İlk vaxtlar Hüseyn Ərəblinski, Abbasmirzə  Şərifzadə, Rüstəm Kazımov, 

Mirmahmud Kazımovski, Hacıağa Abbasov, Cəlil Bağdadbəyov, Əliş Haqverdiyev, Məmmədbağır 

Əlinski, Əli İslam, Əhməd Qəmərli, Mehdi bəy Hacınski, Xəlil Hüseynov (aktyor və rejissor kimi), 

Məhəmmədhəsən Mərəndi və başqaları "Nicat"la bərabər "Səfa" truppasında da aktyor kimi 

çalışıblar. Bu ənənə sonralar da davam etdirilib. Yəni eyni aktyor müqavilə ilə  hər iki truppada 

işləyib. Hətta bəzən eyni aktyor səhər "Nicat", axşam isə "Səfa" truppasının tamaşalarımda oynayıb. 

Bununla belə, növbəti ildə "Səfa" truppasına Hilal Bağırov,  Əliabbas Rzayev, Ağadadaş 

Həsənov, Dadaş Bünyadzadə, Cəfər Bünyadzadə,  Əziz, Mirzə Muxtar Məmmədov,  Əli Səbri 

Qasımov, Mircəlal Abdinov, Ələkbər Əliyev, Bağır Xəlilbəyov, Əhməd Səfərov (Anatollu), Şeyda 

Xəlilbəyov, Aslan Tahirov, Xasməhəmmədov, Musaxanov və bir neçə il işlədikdən sonra səhnə 

sənətindən uzaqlaşan gənclər qəbul olunublar. 

"Səfa" truppasının ilk tamaşası Nəcəf bəy Vəzirovun fransız dramaturqu Jan Batist Molyerin 

"Xəsis" komediyasından iqtibas etdiyi "Ağa Kərim xan Ərdəbili"  məzhəkəsi olub. Əsəri tamaşaya 

Cahangir Zeynalov hazırlayıb.  Əsas rolları Cahangir Zeynalov (Ağa Kərim xan Ərdəbili) və 

Abbasmirzə  Şərifzadə (Ağa Kərim xanın oğlu) oynayıblar. Bu tamaşa 1912-ci il avqustun 31-də 

Tağıyev teatrının binasında göstərilib. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə