etdirirdi. Afişaların və tamaşa proqramlarının yuxarı hissəsində lira və onun ətrafında
müəyyən
qraflk işləmələrdən ibarət olan emblem verilirdi. Onun yanında və mətnin ən yuxarı hissəsində isə
yazılırdı: Hökumət Teatrosu. "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti".
Aşağıda tamaşanın adı, rolların və iştirakçıların siyahısı verilirdi.
"Müdiriyyət"in ilk tamaşası opera teatrında oldu və uzun fasilədən sonra truppa Nəriman
Nərimanovun "Nadir şah" faciəsini seçmişdi. Tamaşanı bir neçə günə Sidqi Ruhulla (Mollaoğlu)
hazırlamışdı. Bayram təntənəsi ilə keçən tamaşada Sidqi Ruhulla (Nadir şah), Bağır Cabbarzadə
(Hüseyn xan), İbrahim Atakişiyev (Gürcü bəy), Xəlil Hüseynov (Rzaqulu xan), Rza Darablı (Şah
Təhmasib), Əbülhəsən Anaplı (Cavad və Heydər xan), Hacıağa Abbasov (Mirzə Mehdi xan) çıxış
ediblər. Bundan sonra truppanın repertuarı müəyyən axara düşüb və 1918-ci ilin sonuna kimi Bakıda
ən fəal teatr dəstəsi məhz "Müdiriyyət" olub. Dəstənin oynadığı tamaşaların premyera günlərinin
mənzərəsi belədir.
26 oktyabr. Opera teatrı. "Dəmirçi Gavə", Şəmsəddin Sami. Rejissor Sidqi Ruhulla. Rolların
ifaçıları: Abbasmirzə Şərifzadə (Gavə), Nataliya Lizma (Mehri), Xəlil Hüseynov (Pərviz), Panfiliya
Tanailidi (Mehri), Hüseynqulu Sarabski (Fərhad), Mir Paşa Sadıqov (Baş möbid), Rza Darablı
(Qəhtan).
2 noyabr. Opera teatrı. "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev və "Axşam səbri xeyir
olar", Sultanməcid Qənizadə. Rejissor Abbasmirzə Şərifzadə. "Dağılan tifaq"da əsas rolları Sidqi
Ruhulla (Nəcəf bəy), Yeva Olenskaya (Sona xanım), Məxfurə Yermakova (Pəri xanım), Mirzə
Muxtar Məmmədov (Mirzə Qoşunəli), Mirmahmud Kazımovski (Həmzə), Abbasmirzə Şərifzadə
(Süleyman bəy), Əbülhəsən Anaplı Umamverdi və Əbdül), Rza Darablı (Ovçu), Bağır Cabbarzadə
(Məşədi Cəfər), vodevildə isə Yeva Olenskaya (Çimnaz xanım), Xəlil Hüseynov (Ağacavad),
Hacıağa Abbasov (Məşədi Şaban) oynayıblar.
6 dekabr. Opera teatrı. "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov. Rejissor Hüseyn Ərəblinski,
dirijor müəllif.
10 dekabr. Opera teatrı. "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov.
Rejissor Hüseyn
Ərəblinski. Hacıağa Abbasov bu tamaşada birinci dəfə Vəli rolunu oynayıb.
13 dekabr. Opera teatrı. "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyov. Rejissor Hüseyn
Ərəblinski.
16 dekabr. Opera teatrı. "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov. Rejissor Hüseyn
Ərəblinski.
20 dekabr. "Əlli yaşında cavan", Zülfüqar Hacıbəyov. Rejissor Hüseyn Ərəblinski.
Tamaşada dövrün ən məşhur komik aktyorları Mirzağa Əliyev, Hacıağa Abbasov, Rza Darablı və
Əbülhəsən Anaplı iştirak ediblər.
28 dekabr. Opera teatrı. "Şah Abbas və Xurşid banu", Üzeyir bəy Hacıbəyov. Rejissor
Hüseyn Ərəblinski. Əsas partiyaları Hüseynqulu Sarabski (Şah Abbas) və Məxfurə Yermakova
(Xurşid banu) oxuyublar.
"Müdiriyyət" 1919-cu ilin birinci yarısında da fəallığı özündə saxlayıb. Tağıyev teatrı
yandığına görə əksər tamaşalar opera teatrında, az qisıni isə "Mikado" teatrının və "Malı teatr"ın
binalarında göstərilib. Bakıdakı peşəkar teatr xadimləri, əsasən, Üzeyir bəy Hacıbəyovun ətrafında
birləşmişdilər. Dövlət teatrının rəsmi açılışı isə yalnız bu ilin oktyabrında mümkün olmuşdu.
"Müdiriyyət"in 1919-cu ildə ən uğurlu və yeni işi Müslüm bəy Maqomayevin "Şah İsmayıl"
(libretto müəllifi Mirzə Qədir İsmayılzadə) operasının tamaşası olub. Opera Hüseynqulu Sarabskinin
(Şah İsmayıl) benefisinə həsr edilib və mart ayının 7-də göstərilib. Tamaşa martın 5-də
oynanılmalıydı, lakin Hüseyn Ərəblinskinin qətlə yetirilməsi ilə əlaqədar iki gün sonra nümayiş
etdirilib.
"Müdiriyyət" təzə quruluşlarda "Aşıq Qərib" (3 yanvar. Rejissor Hüseyn Ərəblinski. 23 may.
Rejissor Abbasmirzə Şərifzadə), Mehdi bəy Hacınskinin "Sultan Əbdülhəmidin xəli və yaxud zülm
və istibdadın axırı" (6 yanvar. Rejissor Rza Darablı), Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (10
yanvar), "Ər və arvad" (3 fevral), "Şah Abbas və Xurşid banu" (7 fevral), "Əsli və Kərəm" (21
fevral), "Məşədi İbad" (23 mart. Rejissor Abbasmirzə Şərifzadə), "Leyli və Məcnun" (25 mart.
Rejissor Abbasmirzə Şərifzadə), S.Lanskoyun "Qəzavat" (12 yanvar. Rejissor Hüseyn Ərəblinski),
Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" (14 fevral. Rejissor Abbasmirzə
Şərifzadə), İsa bəy Aşurbəylinin "Cəhənnəm" (21 mart), "Azərbay və Can" (25 mart. Rejissor
Abbasmirzə Şərifzadə), Cəfər Cabbarlının "Ənvər bəyin Ədirnə fəthi" ("Ədirnə fəthi". 25 aprel.
Rejissor Abbasmirzə Şərifzadə) əsərlərinin tamaşalarını oynayıb.
1919-cu ilin payız mövsümü başlayanda artıq Bakının irili-xırdalı bütün truppaları Hökumət
Teatrı kollektivində birləşdirildi. Düzdür, teatrın rəsmi açılışı oktyabrın 24-də olub, lakin
sentyabrdan kollektiv öz tamaşalarını məhz həmin ad altında və yeni emblemlə göstərib.
Bununla da "Müdiriyyət" özünün fəaliyyətinə bir növ son qoyub. Onun tam və rəsmi
bağlanması 1920-ci ilin aprelində olub. Bu kollektivin əksər opera və operetta tamaşalarına
xorbaşılığı Hənifə Terequlov edib. Dirijorluğu isə Üzeyir bəylə yanaşı, Müslüm bəy Maqomayev və
bəzən Zülfüqar bəy Hacıbəyov ediblər.
"Müdiriyyət" daha kamil və daha məzmunlu repertuar uğrunda müəyyən nailiyyətlər
qazanıb.
"Müdiriyyət"in tamaşalarının rejissor işindəki peşəkarlıq səviyyəsi, aktyorların xarakter
yaratmaq vərdişlərinə yiyələnmələri artıb.
"Müdiriyyət" peşəkar teatr üçün vacib olan estetik prinsiplərə cəsarətlə yiyələnməyə şərait
yaradıb.
"Müdiriyyət" milli teatr sənətinin institusional (təsisatlı) mədəniyyətin faktına keçməsi
mərhələsini peşəkarlıqla təminatlandırıb.
TRUPPALARIN YARANMASININ
ƏSAS AMİLLƏRİ
(1916- 1919)
Bakının teatr prosesi canlandıqca bu sənət yeni mərhələlərə qədəm qoyurdu. Həmin prosesdə
uğurlar çox olsa da, anlaşılmazlıqlar, zərərli meyillər də ortalığa çıxırdı.
1915-ci ildə musiqili janrlara tamaşaçı marağı güclənib, repertuarın əsasını operalar və
operettalar təşkil edib. Bundan istifadə edən "Nicat" teatr truppası Üzeyir bəy Hacıbəyovla,
həmçinin Zülfüqar bəy Hacıbəyovla onların əsərlərini oynamaq prinsiplərində və qonorarın
ödənilməsində müqavilə şərtlərini kobud tərzdə pozub. Hətta məsələ dəfələrlə məhkəməyə düşüb.
Keçən illərdə Hüseynqulu Sarabski özü müstəqil opera artistləri truppası yaratmağa nail olmuşdu,
lakin sonralar həmin dəstə dağılmışdı.
"Tragik" kimi məşhur olan və daha səmərəli rejissorluq fəaliyyəti göstərən Hüseyn
Ərəblinski müqavilə ilə müxtəlif truppalarda tamaşalar hazırlayırdı. Lakin müqavilə şərtləri çox vaxt
onu razı salmırdı. Buna görə də özünün müstəqil teatr dəstəsini yaratmağa can atırdı.
Abbasmirzə Şərifzadə "Kiçik Ərəblinski" səddini cəsarətlə aşmışdı və o, bacarıqlı faciə
aktyoru, səriştəli rejissor kimi şöhrətlənmişdi. Təbii ki, o da müstəqil truppa yaratmaq istəyirdi.
Sidqi Ruhulla, Əhməd Qəmərli, Cəlil Bağdadbəyov və başqaları fərdi fəaliyyət göstərməyə
üstünlük verirdilər. Onlar vaxtaşırı kiçik qruplardan ibarət dəstələr düzəldir, Tiflisə, İrəvana,
Batuma, Orta Asiyanın və İranın müxtəlif şəhərlərinə qastrollara gedirdilər. Daha çox Sidqi Ruhulla
Bakıda və onun kəndlərində, müxtəlif rayonlarda (əsasən, Gəncədə, Naxçıvanda, Salyanda, Şuşada,
Şəkidə) tamaşalar oynayırdı.
"Müsəlman dram 1915-ci ilin sonlarında Hüseyn artistləri cəmiyyəti" Ərəblinski sənət
həmkarı Hüseynqulu Sarabski ilə birlikdə yeni teatr truppası yaratmaq barədə Bakı şəhər
bələdiyyəsinə (Qalabəyinə) rəsmi məktubla müraciət etmişdilər. 1916-cı ilin fevralında Bakı vilayət