Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə33/212
tarix14.12.2017
ölçüsü4,12 Mb.
#15618
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   212

məclisi "Müsəlman dram artistləri cəmiyyəti"nin məramnaməsini təsdiqləyib. Bununla da onların 

truppa yaratmaq istəkləri gerçəkləşib. 

Müəyyən hazırlıq işləri görüləndən sonra, 1916-cı il may ayının 22-də "İsmailiyyə" binasının 

tamaşa salonunda təsis yığıncağı keçirilib. Beləliklə, "Müsəlman dram artistləri cəmiyyəti" (bəzən 

"Müsəlman dram cəmiyyəti" və ya "Cəmiyyət" kimi də yazılıb) rəsmi fəaliyyətə başlayıb. Sadıq bəy 

Hacınski yeni qurumun idarə heyətinə  sədr, Miryaqub Mehdiyev müavin, Hüseyn Ərəblinski

Hüseynqulu Sarabski, Bağır bəy Məlikov üzv seçiliblər. Ərəblinski baş rejissor, Sarabski isə rejissor 

ştatlarını tutublar. 

Bu hadisə mövsümün bağlanması dövrünə düşdüyünə görə, "Cəmiyyət"in ilk tamaşası "Əmir 

Əbül Üla" (Hüseyn Bədrəddin və  Məhəmməd Rüfət) noyabrın 4-də oynanılıb. Bundan əvvəl 

Ərəblinski və Sarabski yığma aktyorların iştirakı ilə sentyabrın 16-da Tağıyev teatrında Mirzə 

Abdulla Abdullazadənin "Xosrov Pərviz" pyesinin tamaşasını oynayıblar. "İttihad" məktəbinin 

nəfinə oynanılan tamaşaya quruluşu Hüseyn Ərəblinski verib və özü Xosrov Pərviz rolunu oynayıb. 

Digər obrazları Hüseynqulu Sarabski (Bəhram), Abbasmirzə Şərifzadə (Sərkərdə), Nataliya Lizma 

(Şirin), Bağır Cabbarzadə (Urmuz) ifa ediblər. 

"Əmir Əbül Üla" pyesinı Qulamrza Şərifzadə tərcümə etmişdi. Tamaşaya quruluşu Hüseyn 

Ərəblinski vermişdi və baş rolu Əbu Dəyyabı özü oynayırdı. 

Cəmiyyət Abbasmirzə  Şərifzadəni üçillik aktyorluq təhsili almaq üçün Xarkova (və ya 

Moskvaya) göndərmək barədə qərar çıxarmışdı. Lakin bu istək baş tutmadı. Yeni yaranmış truppa 

öz işini səmərəli qura bilmədi və bir neçə tamaşa oynayandan sonra bağlandı. 



"Tərəqqi"  

İran maarif cəmiyyətinin biri də "Tərəqqi" adlanıb.  Əsasən fəhlə klublarında tamaşalar 

oynayan bu cəmiyyət 1919-cu ildə fəaliyyət göstərib. 

"Ittıhad"  

İran cəmiyyəti idi və  əsasən, mədəni-maarif işlərı  ılə  məşğul olurdu. Cəmıyyətın 

nızamnaMəsmə görə kollektiv xeyriyyə  məqsədilə ayda bir dəfədən az olmayaraq teatr tamaşası 

oynamağı  qərarlaşdırmışdı. Bu cəmiyyətin Bakıda və Tiflisdə  məktəbləri və qiraətxanaları, hətta 

kiçik kitabxanaları da vardı. 

Tiflisdə  və Bakıda eyniadlı  cəmiyyətin və  məktəbin teatr truppası yaradılmışdı. Bakıdakı 

teatr bölməsi 1916-1919-cu illərdə mövcud olub. 

Bakıda "İttihad"ın müstəqil truppası və daimi aktyorları yox idi. Cəmiyyət, əsasən, "Nicat" 

və "Səfa" ilə  əməkdaşlıq edir, daha çox "Şərq müsamirəsi" keçirməyə üstünlük verirdi. Belə 

müsamirələrdə  yığılan vəsaiti maarifçilik işlərinə  xərcləyən cəmiyyət teatr tamaşaları hazırlamaq 

üçün şəhərin qabaqcıl sənət xadimlərini dəvət edirdi. Tamaşalar qısa müddətə hazırlanır və kirayə 

götürülmüş binalarda "İttihad"ın emblemi ilə tamaşaçılara göstərilirdi. 

"İttihad" öz tədbirlərinin bədii hissəsində daha çox məzhəkə, vodevil və musiqili məsxərə 

tamaşalarının göstərilməsinə üstünlük verirdi. Burada həm vaxt faktoru rol oynayırdı, həm də 

cəmiyyət belə kiçik həcmli tamaşaların göstərilMəsmə az vəsait xərcləyirdi. Ayda bir dəfə oynanılan 

tamaşalar içərisində Mirmahmud Kazımovskinin "Vurhavur" (Vur-ha-vur"), 

"Daşım-daşım",  Əhməd Qəmərlinin iqtibas etdiyi "Tamahkarlıq və yaxud məkrizənən" 

musiqili komediyaları, M.Əlibəyovun "Məhkəmələr qarşısında tökülən göz yaşları", Səkinə 

Axundzadənin "Elmin mənfəəti", Sultan Muradovun "Kəblə Xudu", Mehdi bəy Hacınskinin "Ac 

bəy", Mirzağa Vəlizadənin 

"Aclıq qurbanları", Sultanməcid Qənizadənn "Xor-xor", "Dursunəli və ballıbadı", təbdil 

olunmuş "Bizim kirayənişin özünü öldürdü", "Mən ölmüşəm" məzhəkələri üstünlük təşkil edirdi. 



"Müsəlman dram artistləri dərnəyi" 

 Bu dərnək 1917-ci ilin son aylarında və əsasən 1918-ci ilin birinci yarısında Bakı şəhərində 

mövcud idi. 



Dərnəyin  üzvləri,  əsasən,  Rza Ərəbskidən,  Həmid  Məlikovdan,   Əli  Əzimzadədən,   

Mirabdulla  Mirinskidən,  Əsgər  Hüseynzadədən, Abbas bəy Qubinskidən,  Süleyman 

Hüseynovdan,  Əbülfəz Məcidovdan, Heydər bəy Məlmovdan,  Əyyub Bağırlıdan, Balabəy 

Qubalıdan ibarət olub. "Müsəlman dram artistləri dərnəyi" həm kiçik dramları, həm melodramları, 

həm yüngül süjetli məsxərələri, həm də zəif və primitiv musiqili komediyaları tamaşaya hazırlayıb. 

Onların tamaşaları, əsasən, şəhər ətrafında, fəhlə klublarında göstərilib. Dərnəyin tamaşalarının əsas 

rejissoru Mirabdulla Mirinski olub. 

"Müsəlman  dram artistləri dərnəyi"nin tamaşalarında məşhur pəhləvan Salı Süleyman 

özünün orijinal proqramları ilə çıxış edib. Dərnəyin üzvləri 1919-cu ildə İrana və Dərbəndə qastrola 

gedib. 


"Müsəlman artıstlərı ittifaqı" 

 Bu dram dəstəsini Abbasmirzə  Şərifzadə yaradıb. Truppanın adı "Artistlər ittifaqı", "Bakı  

musəlman  aktyorları ittifaqı", "İttifaq" kimi də yazılıb. 

1917-ci ilin oktyabrında Abbasmirzə  Şərifzadənin başçılığı ilə tanınmış teatr fədailəri bir 

yerə  yığılaraq cəmiyyətin nizamnaməsini və  məramnaməsini müzakirə ediblər. Bu sənədlər 

mətbuatda çap olunub. 

Qabaqcıl teatr sənətkarları Hüseyn Ərəblinski və Hüseynqulu Sarabski buna ciddi etirazlarını 

bildiriblər, hətta mətbuatda narazılıq məqaləsi ilə  çıxış ediblər. Lakin Şərifzadə öz inadından 

dönməyib. O, tanınmış aktyorları, təcrübəli gəncləri və sənətə yenicə gələn bacarıqlı həvəskarları öz 

ətrafına toplayaraq məşqlərə başlayıb. Abbasmirzə  Şərifzadə yeni dəstənin baş rejissor vəzifəsini 

tutub. Əsas məşqlər "İsmailiyyə" binasında keçirilib və "İttifaq"ın idarə heyəti də burada yerləşib. 

İlk vaxtlar onlar Bakı Gənclər Təşkilatında cəmləşmiş ziyalıların qüvvələrindən də istifadə ediblər. 

Noyabrın 20-də bu teatr truppası özünün ilk tamaşası olan "Nadir şah" (Nəriman Nərmanov) 

faciəsini göstərib. Mətbuatın yazdığına görə, tamaşa uğurla keçib. Nadir şah rolunu Abbasmirzə 

Şərifzadə özü oynayıb.  İlk dəfə  məhz bu teatr dəstəsi Nargin adasındakı  hərbi  əsrlərə kömək 

məqsədilə Xeyriyyə  cəmiyyəti zalında ("İsmailiyyə"də) "Əsirlər gecəsi" adlı  bədii kompozisiya 

göstərib. 

"Müsəlman artistləri ittifaqı" hazırladığı tamaşaları,  əsasən, "İsmailiyyə", "Malı teatr", 

Tağıyev teatrı binalarında göstərib. Onun repertuarında Üzeyir bəy Hacıbəyovun "Leyli və 

Məcnun", "Əsli və  Kərəm", Hacıbaba  Şərifzadənin "Mehr və Mah" operaları, Namiq Kamalın 

"Osmanlı müharibəsi" ("Vətən"), Nəriman Nərimanovun "Şamdan bəy" ("Dilin bəlası"), 

Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" dramları daha tez-tez göstərilib. 

Truppanın 1917-ci ildə  ən maraqlı  və bitkin işi dekabrın 15-də göstərilən "Ədirnə  fəthi" 

(Cəfər Cabbarlı) tamaşası olub. Tamaşaya quruluşu rejissor Abbasmirzə Şərifzadə verib. Əsas rolları 

Abbasmirzə  Şərifzadə  (Ənvər paşa), Sidqi Ruhulla (Xalid), Xəlil Hüseynov (Rüfət), Mehdi bəy 

Hacınski (Kamal), Şura Olenskaya (Zöhrə), Rza Darablı (Mustafa paşa), Nataliya Lizma (İnci), 

Mirzə Muxtar Məmmədov (Molla Sübhan), Əbülhəsən Anaplı (Hacı  İbrahim), Hüseynağa 

Hacıbababəyov (Nazir), Əhməd Qəmərli (Şükri paşa) oynayıblar. 

"Müsəlman artistləri ittifaqı" 1918-ci ilin ilk üç ayında daha səmərəli çalışıb. Truppa qısa 

müddətdə Abbasmirzə  Şərifzadənin rejissorluğu ilə  aşağıdakı tamaşaları teatrsevərlərin 

müzakirəsinə verib. 

5 yanvar. "Nadir şah", Nəriman Nərimanov. Əsas rolları Sidqi Ruhulla (Nadir şah), Əhməd 

Qəmərli (Şah Təhmas), Rza Darablı (Gürcü bəy), Mirzə Muxtar Məmmədov (Cəfər xan), Yunis 

Nərimanov (Rza xan), Xəlil Hüseynov (Rzaqulu xan), Hacıağa Abbasov (Ədhəm xan) ifa ediblər. 

12 yanvar. Tağıyev teatrında. "Qəzavat", S.Lanskoy və "Əmir Əbül Üla", Hüseyn Bədrəddin 

və Məhəmməd Rüfət. 



14 yanvar. Müsəlman xeyriyyə cəmiyyəti zalında ("İsmailiyyə"). "Pəri cadu", Əbdürrəhim 

bəy Haqverdiyev. Baş rolları Sidqi Ruhulla və Abbasmirzə Şərifzadə (Qurban), Rza Darablı (İblis), 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə