("Bəxtsiz bala". Əta
bəy - Hüseyn Ərəblinski, Tahirə - Gülbahar xanım) pyesini tamaşaya
hazırlayıb.
İlin sonlarında "Səfa" mədəni-maarif cəmiyyətinin fəaliyyəti acınacaqlı vəziyyətə düşüb.
Rəhbərlik üstündə daxili çəkişmələr, xəzinədar Kürsüsündə oturanların maliyyə pozuntularını
nizamlaya bilməmələri və Bakıda daha güclü teatr dəstələrinin yaranması nəticəsində "Səfa"
truppası 1917-ci ilin lap ilk günlərindən fəaliyyətini rəsmi şəkildə dayandırmaq məcburiyyətində
qalıb. Əsilində isə truppa son tamaşasını 1916-cı ildə oynayıb.
"Səfa" teatr truppası milli teatrımızın inkişafında, aktyorların və rejissorların vacib peşəkarlıq
səriştələrinə yiyələnmələrində müəyyən səmərəli rol oynayıb.
"Səfa" musiqi əsərlərinin vala yazılmasında xidmətlər və maddi yardım göstərib.
"Səfa" truppası teatr aksessuranın genişlənməsi, dramaturqlarla və aktyorlarla müqavilə
bağlanınası istiqamətində müəyyən faydalı islahatlar aparıb.
"Səfa" truppası tabeliyində olduğu cəmiyyətin açdığı və yardım göstərdiyi məktəblərdə,
qiraətxanalarda teatr sənətinin geniş təbliğini qura bilib.
"MÜDİRİYYƏT"
TEATR TRUPPASI
Əsilində bu truppanın tam adı rəsmi sənədlərdə belə yazılıb: "Zülfüqar bəy və Üzeyir bəy
Hacıbəyov qardaşlarının müdiriyyəti". Bəzən isə afişalarda və qəzetlərdə dəstənin adı "Hacıbəyov
qardaşlarının müdiriyyəti" kimi verilib. Ən çox isə işlənən "Müdiriyyət" deyimi olub.
Bakının ən güclü aktyorlarının toplandıqları "Müdiriyyət" truppası 1916-cı ilin avqustunda,
əsasən, bəstəkar Üzeyir bəy Hacıbəyovun rəhbərliyi, təşəbbüsü və səyi ilə yaradılıb. Truppaya ilk
baş rejissor Abbasmirzə Şərifzadə dəvət edilib. Tezliklə dəstə öz nizamnaMəsmə əsasən,
operalardan, operettalardan, faciələrdən və Komediyalardan ibarət sanballı repertuar yaratmağa
başlayıb. Onlar kiçik vodevillər və məzhəkələr oynamaqdan bacardıqca imtina edirdilər. Üzeyir bəy
ilk tamaşanı göstərməyə tələsmirdi və truppa son dərəcə ciddi teatral rejimi ilə çalışırdı.
"Müdiriyyət" ilk pərdələrini sentyabrın 9-da opera teatrında Zülfüqar bəy Hacıbəyovun
"Aşıq Qərib" operasının tamaşası ilə açıb. Noyabr ayının 10-da isə Tağryev teatrında "Yezid ibn
Müaviyyə" (Curci Zeydanın romanı üzrə işləyəni Mehdi bəy Hacınski) dramı ilə yaradıcılığının yeni
janrda fəaliyyətinə başlayıb. "Müdiriyyət" ilin sonuna kimi dörd opera və üç operetta premyerası və
altı yeni dram tamaşası göstərib. Bununla da qısa müddətdə mövcud truppalar arasında aparıcılığı
ələ ala bilib. Müsəlman təqvimində səfər ayının başlanması ilə əlaqədar olaraq teatr bir müddət
opera və operetta oynamayıb. Bütün tamaşaların rejissorluğunu Abbasmirzə Şərifzadə və
dirijorluğunu isə Üzeyir bəy Hacıbəyov etmişdilər.
Musiqi əsərləri bu ardıcıllıqla oynanılıb və onların hamısı ilin sonunadək təkrar-təkrar
göstərilib.
18 sentyabr. "Əsli və Kərəm", Üzeyir bəy Hacıbəyov.
23 sentyabr. "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov.
26 sentyabr. "Şah Abbas və Xurşid banu", Üzeyir bəy Hacıbəyov.
30 sentyabr. "Arşm mal alan", Üzeyir bəy Hacıbəyov.
6 oktyabr. "Evliykən subay", Zülfüqar bəy Hacıbəyov.
7 oktyabr. "Aşıq Qərib", Zülfüqar bəy Hacıbəyov.
20 dekabr. "Leyli və Məcnun", Üzeyir bəy Hacıbəyov.
Üzeyir bəyin əsərlərinin tamaşalarında Kərəmin və Əslinin, Sərvərin və Gülnazın, Şah
Abbasın və Xurşid banunun, Əsgərin və Gülçöhrənin, Məcnunun və Leylinin partiyalarını
Hüseynqulu Sarabski ilə Əhməd Ağdamski oxuyublar. Onlar "Aşıq Qərib"də Qərib və Şahsənəm
rollarının da daha yaxşı ifaçıları sayılıblar. Mirzağa Əliyev Məşədi İbad, Kəblə Hacı, Ələkbər
Hüseynzadə Soltan bəy rollarında şöhrət qazanıblar.
"Müdiriyyət"in dram tamaşaları aktyor ansamblının ciddi və peşəkar işi, yeni rejissor təfsiri
ilə seçilirdilər. "Yezid ibn Müaviyyə"də əsas rolları Abbasmirzə Şərifzadə (Yezid), Şura Olenskaya
(Səlma), Xəlil Hüseynov (Şümür) oynayıblar.
11 noyabr. "Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev. Rollarda tanınmış
aktyorlardan Abbasmirzə Şərifzadə (Qacar), Xəlil Hüseynov (Əliqulu xan), Bağır Cabbarzadə
(İbrahim xan və İraklinin Katibi), Rza Darablı (Elçi) çıxış ediblər.
18 noyabr. "Tariq ibn Ziyad", Əbdülhəq Hamid. Osmanlıcadan çevirəni Dadaş Bünyadzadə.
Tariq rolunda səhnəyə Abbasmirzə Şərifzadə çıxıb.
25 noyabr. "Dəmirçi Gavə", Şəmsəddin Sami. Osmanlıcadan çevirəni Səməd Mənsur. Gavə
və Pərviz rollarında Abbasmirzə Şərifzadə və Rza Darablı.
2 dekabr. "Qara bəla" ("Əkbər şalı Hindu"), Namiq Kamal. Osmanlıcadan çevirəni Cəlil
Bağdadbəyov. Əsas rolları Abbasmirzə Şərifzadə (Xosrov Mirzə), Mirzə Muxtar Məmmədov
(Əkbər şah), Şura Olenskaya (Bəhrəvar banu), Yeva Olenskaya (Mehridil), Cəlil Bağdadbəyov
(Əmir Axşild) oynayıblar.
9 dekabr. "Dağılan tifaq" ("Qumarbazın axır günü" adı ilə), Əbdürrəhim bəy Haqverdiyev.
Əsas obrazları səhnədə Abbasmirzə Şərifzadə (Nəcəf bəy), Şura Olenskaya (Sona xanım), Xəlil
Hüseynov (Cavad), Yeva Olenskaya (Nazlı xanım), Cəlil Bağdadbəyov (Səlim bəy), Rza Darablı
(Həmzə bəy), Mehdi bəy Hacınski (Məşədi Cəfər), İbrahim Atakişiyev (Kərim) canlandırıblar.
15 dekabr. "Bahadır və Sona", Nəriman Nərimanov. Baş rollarda Hüseyn Ərəblinski
(Bahadır), Gülsabah xanım (Sona) və Əbülfət Vəli (Dayı) çıxış ediblər. Tamaşa Ərəblinskinin
benefisinə hazırlaıbb.
"Müdiriyyət" ötən ildə oynadığı əksər əsərləri 1917-ci üdə təzə quruluşlarda yenə öz
repertuarına daxil edib. Bu ildə opera və operettalara üstünlük verilib. Təzə quruluşlar arasında
Hüseyn Ərəblinskinin rejissorluq etdiyi "Məşədi İbad" (23 fevral. "İsmailiyyə" binasında),
Abbasmirzə Şərifzadənin səhnə təfsiri verdiyi Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" (9
mart. "Malı teatr"ın binasında. Orduxan bəy - Mirzağa Əliyev. Bu rolu sonra Rza Darablı da
oynayıb), "Leyli və Məcnun" (8 dekabr. Tağıyev teatrında), Hüseynqulu Sarabskinin quruluşunda
"Əsli və Kərəm" (11 may. Opera teatrında), "Arşın mal alan" (5 avqust. Opera teatrında)
tamaşaçıların daha çox xoşlarına gəlib. Tamaşalara dirijorluğu Üzeyir bəy və Zülfüqar bəy
Hacıbəyovlar və Müslüm bəy Maqomayev ediblər.
1917-ci ilin payızında Abbasmirzə Şərifzadə özü "Müsəlman dram artistləri ittifaqı" (qısa
şəkildə "Artistlər ittifaqı" yazılıb) müstəqil truppasını yaratdığı üçün "Müdiriyyət"dən ayrılıb. Ona
görə də truppaya baş rejissorluğu bir müddət Üzeyir bəy Hacıbəyov özü edib. Sonra, 1918-ci ilin
ikinci yarısında bu vəzifəyə Hüseyn Ərəblinski dəvət olunub. Üzeyir bəy özünün bir neçə operasına
və operettasma təzə quruluş verib. Hüseyn Ərəblinski baş rejissor təyin olunmamışdan əvvəl dəvətlə
sıravi rejissor kimi "Arşın mal alan" (15 yanvar. Tağıyev teatrında), "Məşədi İbad" (29 yanvar.
Tağıyev teatrında), "Aşıq Qərib" (28 fevral), "Şah Abbas və Xurşid banu" (11 mart), "Əsli və
Kərəm" (15 mart) musiqi əsərlərinə quruluşlar verib.
Fevral ayında erməni daşnakları Tağıyev teatrını yandırdılar. Mart ayının 24-də isə Bakıda
və Azərbaycanın digər bölgələrində iğtişaşlar törətməyə başladılar. Bu hadisələrlə bağlı teatr
xadimləri şəhəri tərk etməli oldular. Üzeyir bəy Hacıbəyov İrana getdi. O, vətənə oktyabr ayında
qayıtdı və qısa müddətdə, əsasən, Rusiyanın müxtəlif və İranın bəzi şəhərlərindən Bakıya gələn
aktyorları bir yerə cəm edərək "Müdiriyyət"in bərpas;na və fəaliyyətinə nail oldu.
May ayının 28-də Zaqafqaziya seymi dağılmış və Azərbaycan Cümhuriyyəti yaranmışdı.
Lakin Bakıdakı hadisələrlə bağlı milli hökumət müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət
göstərirdi. Hökumət payızda Bakıya köçürüldü. "Hökumət Teatrosu" ("Dövlət Teatrı") elan edilsə
də, hələ onun rəsmi açılışı olmamışdı. Buna görə də "Müdiriyyət" müstəqil fəaliyyətini davam