1900-cü ildə teatr prosesindəki durğunluqdan çıxmağa
cəhd göstərilsə də, nəzərə çarpacaq
dəyişiklik və müəyyən sənət nailiyyəti olmayıb. Hətta truppa dağılmaq həddinə çatıb. Nəriman
Nərimanovun truppanı bərpa etmək və rəhbərliyi öz üzərinə götürmək cəhdi baş tutınayıb. Mövcud
çətinliyi ilin sonlarında Şuşadan Bakıya gələn və 1901-ci ildə "Bakı müsəlman truppası" yaradıb
işgüzar fəaliyyətə başlayan Əbdürrəhim bəy Haqverdiyev aradan qaldırdı. O, cəsarətlə baş rejissor
funksiyasını üzərinə götürdü və milli teatr tariximizdə bu vəzifəni ləyaqətlə icra edən ilk ziyalı oldu.
Əbdürrəhim bəy Haqverdiyev ötən illərdə oynanılan pyeslərə yeni quruluşlar verməklə
yanaşı, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsini, Jan Batist Molyerin "Xəsis" əsərindən
iqtibas etdiyi "Ağa Kərim xan Ərdəbili" komediyasını, özünün "Pəri cadu", "Bəxtsiz cavan"
dramlarını repertuara daxil etdi. O cümlədən Qoqolun "Müfəttiş"i (Nəriman Nərimanovun
tərcüməsində) və tamaşaçıların xoşladıqları vodevilləri yenidən səhnəyə gətirdi. Cahangir
Zeynalovun quruluşunda və baş rolun ifasında "Hacı Qara" tamaşası böyük maraqla qarşılanıb.
Truppa 1902-ci ildə Qoqolun "Evlənmə" komediyasını Mehdi Cuvarlinskinin, "Müfəttiş"i isə
M.Rüstəmbəyovun tərcüməsində, "Ağa Kərim xan Ərdəbili", "Hacı Qəmbər", "Şamdan bəy"
əsərlərini yeni quruluşlarda oynayıb. 1903-cü ildə isə truppa daha çox "Müsəlman dram artistləri
dəstəsi" ilə təqdim edilib. Tağıyev teatrının icarədarları Palonski və kruçinin azərbaycanlı aktyorları
əlbəsə və rekvizit ilə pis təmin edirdi. Bir neçə il azərbaycanlı aktyorlar bütün tamaşaları bir otaq-
dekorasiyada oynayıb. Repertuarda köhnə əsərlərlə yanaşı, N.Loxmanovanın "Napoleonun vəfatı"
("Sant Helen cəzirəsində imperator Napoleonun vəfatı") dramının, Anton Çexovun "Ayı"
vodevilinin tamaşaları da vardı.
Əbdürrəhim bəy Haqverdiyev dramaturqlarla teatr dəstəsi arasında anlı əlaqələr yaratmağa
çalışırdı. Həvəskarların müəyyən bir qisınınin aktyorluq sənətini peşə seçmələrinə səbəb olmuşdu.
Bu cəhd 1904-cü ildə bir qədər də gücləndi. Dəstə tamaşalarını daha çox Artistlər klubunda göstərib.
Bakıda bəzi həvəskar dəstələr də hərəsi il ərzində bir neçə tamaşa ilə çıxış ediblər. Repertuarda
Nəcəf bəy Vəzirovun və Sultanməcid Qənizadənin məsxərələri üstünlük təşkil edib. Sanballı faciə
və komediyalar təkrar-təkrar göstərilib.
Adı müxtəlif cür yazılan teatr dəstəsi 1905-ci ildə müəyyən çətinliklərlə qarşılaşıb.
Rusiyadakı siyasi ixtişaşlar (9 yanvar gülləbaranı, tətillər və sairə) Bakının mədəni həyatına da təsir
edib. Tamaşaya qoyulmaq üçün əsərlərin icazəsi həftələrlə yubadılıb, tamaşalara nəzarət güclənib.
Hətta fevral ayında Bakıda komendant saatı elan edildiyi üçün axşam ta-maşalarının oynanılmasma
qadağa qoyulub. Əbdürrəhim bəy Haqverdiyev işini dəyişməklə əlaqədar olaraq dəstəyə
rəhbərlikdən uzaqlaşıb. İşin ağırlığını müxtəlif aktyorlar (əsasən, Cahangir Zeynalov, Hüseyn
Ərəblinski, Əbülfət Vəli, Hüseynqulu Sarabski) öz üzərlərinə götürüblər. Repertuarda təbdil
olunmuş vodevillər, kiçik məsxərələr çoxluq təşkil edirdi.
İl payıza dönəndə Rusiyadakı müəyyən reformaların sədası Bakıda da hiss olundu. Nəriman
Nərimanov, Dadaş Bünyadzadə, Məmməd Məmmədyarov, Məşədi Əzizbəyov, Həmid Sultanov
fəhlə rayonlarında dram dərnəkləri yaradıblar. "Təkamül" qəzeti nəzdində "Hümmət" təşkilatının
eyniadlı truppası fəaliyyətə başlayıb. Onlar Qara şəhərdə, Sabunçuda, Balaxanıda, Murtuz
Muxtarovun klubunda, Bayılda tamaşalar oynayıblar. Aleksandr Nevski adına Azərbaycan-rus qız
məktəbində müəllim və şagirdlər, Mərdəkandakı Tağıyev Bağçılıq məktəbində könüllü gənclər, Ağa
Musa Nağıyev klubunda ("Obşestvennoye sobraniye") ziyalı cavanlar, ikinci məktəbin şagirdləri
müxtəlif vaxtlarda tamaşalar hazırlayıblar.
Bu il aktyorlar arasında "birincilik" iddiasında olmaq, yersiz təkəbbür göstərmək, repertuarı
özünə "uyğun" qurmaq truppada müəyyən parçalanmaya gətirib çıxarıb. Əbdürrəhim bəy
Haqverdiyevin Peterburqa gedişindən sonra sənət axtarışları zəifləyib.
Aktyor və rejissor Əbülfət Vəli dəstə toplayaraq kiçik əsərlərdən ibarət repertuarla
Azərbaycanın rayonlarında fərdi qastrollarda olub. Dəstə öz tamaşalarına yerlərdəki həvəskar
aktyorları da cəlb edirdi.
1897-1905-ci illər arasında müxtəlif teatr truppalarının fəaliyyətində aşağıdakı hallar qabarıq
nəzərə çarpırdı.
Repertuarda təkrarçılıq və yeknəsəklik hökm sürürdü.
Eyni dram, faciə və ya vodevil il ərzində bir neçə quruluşda oynanılırdı.
əksər vaxtlarda hansısa tamaşada baş rolda çıxış edən aktyorun dəyişdirilməsi təzə quruluş
kimi təqdim olunurdu.
İfaçılar öz sözlərini əzbərləmirdilər. Mətn, dialoq və monoloq suflyor vasitəsilə çatdırılırdı
və aktyorlar da onu eşitdikləri kimi (yəni bəzən səhv mətnlə) təkrarlayırdılar. Ona görə də suflyor
teatrda vacib peşə sahibi sayıılırdı.
Tamaşada musiqidən və məxsusi tərtibatdan istifadə edilmirdi.
Artistlərin əksəriyyəti öz ailəsinin çörəkpulunu başqa peşələrdən çıxardırdılar.
Müxtəlif dəstələrdə fəaliyyət göstərən həvəskarlar tez-tez yerlərini dəyişirdilər. Bu hal 1906-
1919-cu illərdə daha xoşagəlməz hal almışdı.
Kiçik məsxərələr və vodevil-məzhəkələr ikisi, bəzən üçü və dördü bir yerdə, eyni gündə
göstərilirdi.
Bir ildə bir neçə dəfə oynanan tamaşaların əksəriyyət ifaçıları dəyişirdilər. Bəzən də ifaçılar
qalırdılar, lakin onların rolları dəyişidirilirdi.
Bu illərdə teatr tamaşalarında yazıçılardan Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov,
Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, müxtəlif sahələrdə işləyən ziyalılardan
Bədəl bəy Bədəlbəyov, Hacı bəy Axundov (Şirvanski), Rəhim bəy Məlikov, Midhət bəy Məlikov,
Əbdüləli bəy Vəlibəyov, Rəsul bəy Tahirbəyov, Məlik bəy Tahirbəyov, Səməd Mənsur Kazımzadə,
Həbib bəy Köçərli, Mehdi bəy Cuvarlinski, Sadıq bəy Salaşbəyov, Hüseyn Minasazov və başqaları
çıxış edirdilər.
Nisbətən təcrübəli Mirzə Muxtar Məmmədov, Cahangir Zeynalov, Məhəmməd Əlvəndi,
Əbülfət Vəli, gənclərdən Hüseynbala Xələfov (Hüseyn Ərəblinski), Murad Muradov, Hüseynqulu
Sarabski (Rzayev), Mirmahmud Kazımovski, Mirzağa Əliyev, Rüstəm Kazımov, Mehdi bəy
Hacınski, Ağalar Gəraybəyov aktyorluqla müntəzəm məşğul olurdular.
Dövri mətbuat, siyasi mövqelərindən asılı olmayaraq, teatr prosesini nəzərdə saxlamağa,
tamaşalar barədə məlumatlar verməyə, əsərlərin qısa şərhinə meyil göstərən yazılar çap etməyə
çalışırdılar.
DRAMATURGİYADA KÜTLƏVİLlK
VƏ BƏDİİ AXTARIŞLAR
(1890-1920)
Azərbaycanda XX əsrin sonlarında maarifçilik ideyalarının təbliği daha geniş miqyas aldı.
Maarifpərvərlər, ilk növbədə müəllimlik peşəsi ilə məşğul olanlar xalqı nadanlığın, xurafatın
cəngindən xilas etmək üçün ən çevik forma-vasitələrdən biri kimi teatra xüsusi diqqət yetirirdilər.
Bu istiqamətdə Tiflis Aleksandrinsk Müəllimlər İnstitunu bitirib Bakıya gəlmiş Həbib bəy
Mahmudbəyovla Sultanməcid Qənizadənin fəaliyyətləri daha qabarıq nəzərə çarpırdı.
Diqqətçəkən məsələlərdən biri bu idi ki, teatr tamaşaları hazırlayan müəllimlər və ya başqa
peşə sahibləri eyni zamanda özləri müxtəlif əcnəbi yazıçıların əsərləri əsasında iqtibaslar və ya
təbdillər işləyirdilər. Yaxud kiçik həcmli orijinal pyeslər yazırdılar. Yazılan dram əsərləri, əsasən,
vodevil (kiçik məsxərə), məzhəkə, fars, qaravəlli janrında olurdu. Onların başlıca qayəsi xalqı
maarifləndirmək, teatr tamaşalarına baxanları didaktik-tərbiyəvi əhəmiyyətli əsərlərlə təmin etmək
idi. Həmin istiqamətdə fəaliyyət göstərən müəlliflərdən bir neçəsi barədə qısa məlumat verəndən
sonra ümumi mənzərəni yığcam şəkildə təsvir etməyə çalışacam.