Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə24/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   99

58
I FƏSİL
Yaşı ötmüş ağaclar - boy inkişafını dayandırmış, qocalmağa, xəsətlənməyə və çürüməyə 
başlamış ağaclara yaşı ötmüş ağaclar deyilir. Bu mərhələyə yeddinci yaş sinfində və daha 
çox olan ağaclar daxil olur. Bu zaman boyatma tamamilə azalır və toxum vermə zəifləyir.
Qocalıq mərhələsi - vaxt keçdikcə meşədə ağaclar tələf olub aradan çıxmağa başlayır. 
Bu vaxt meşədəki ağaclar boyatmasını, inkişafını və toxumverməsini dayan dırırlar. Ziyan-
verici həşəratlar və göbələklər inkişaf edərək ağacın gövdəsini, çətirini və kökünü dağıdır-
lar. Belə meşədə ağaclar tək-tək və ya qruplarla çürüyərək dağılır, yıxılır, məhv olurlar. 
Onların yerində açıq sahələr (talalar) əmələ gəlir və təbii bərpa prosesi başlayır.
Ağacların yaş mərhələlərinə ayrılması şərti xarakter daşıyaraq meşə təsərrüfatı iqtisadi-
yyatından və meşənin vəziyyətindən asılıdır. Bu mərhələlər təbiətdə daha mürək kəbdir və 
onlar xarici mühitin təsirindən dəyişə bilir.
Ağac populyasiyalarının yaşa görə quruluşunu nəzərdən keçirərkən ümumi görünüşə 
və şəraitə diqqət yetirmək lazımdır. Heyvanlardan fərqli olaraq ağacın yaşı heç də həmişə 
yetkinlik dövrünü göstərmir. Meşədə hündür ağacların kölgəsində günəş işığı çatışmadığına 
görə bəzi ağaclar on illərlə görünüşünü dəyişməyib olduğu kimi qalır və boy atmır. Əlverişli 
şərait yarandıqda isə bu ağaclar sürətlə inkişaf edib növbəti yetkinlik mərhələsinə keçirlər.
Hər bir bitki növünün müxtəlif yaş mərhələsində olan fərdlərinin nisbəti özünəməxsus 
qaydada dəyişir. Bu daha çox növün nəsilvermə qabiliyyətindən, cavan ağacların sayın-
dan, hər bir yaş mərhələsində olan bitkilərinyaşama və məhv olma müddətindən asılıdır. 
Müəyyən bir növün populyasiyasının yaşa görə quru luşu nda adi halda olduğundan fərq-
li dəyişikliklər müşahidə olunursa, bu populyasiyanın kənardan güclü müdaxiləyə məruz 
qaldığını göstərir. Məsələn, meşədə mal-qaranın otarılması zamanı ağac və kolların cavan 
pöhrələri məhv edilir. Həmin meşədə ağacların müxtəlif yaş mərhələsində olan fərdlərini 
nəzərdən keçirdikdə cavan ağacların sıradan çıxdığını aşkar edə bilərik.
Populyasiyada uzun müddət ərzində hər hansı yaş mərhələsindən olan fərdlərin çatışma-
ması və ya müxtəlif yaş mərhələləri arasında bir qayda olaraq yaranmış say nisbətinin pozu-
lması populyasıyanın davamsızlığını artırır və tez bir zamanda arzuolunmaz dəyişikliklərin 
baş verə biləcəyinin göstərir. Məsələn, əgər hər hansı bir növdən olan ağacın populyasi-
yasında yeni inkişaf edən pöhrələr və yetkin ağaclar arasında cavan ağaclara təsadüf ol-
unmursa, bu vəziyyət ağac pöhrələrinin inkişafı üçün şəraitin əlverişli olmadığını göstərir. 
Mühit şəraiti dəyişməsə gec-tez, yetkin fərdlər ömrünü başa vurduqdan sonra populyasiya 
tamamilə məhv ola bilər. 
Hər  bir  növün  populyasiyasının  yaş  quru-
luşunu  təhlil  edərkən  zaman  və  məkanın 
miqyasını  nəzərə  almaq  lazımdır.  Məsələn, 
pozulmamış  düzənlik  meşələrində  cökə  ağa-
clarının  müxtəlif  yaş  mərhələsində  olan 
fərdlərinə  təsadüf  olunur.  Özünübərpa  prosesi 
belə şəraitdə sürətlə getdiyinə görə bitkilər op-


59
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
timal işıqlanma və rütubətliliklə təmin olunur.
Qarmaqvari şam meşəsində isə şamın cavan pöhrə ləri fıstıq və palıd ağaclarının köl-
gəsində inkişaf edə bilmədiyinə görə alçaqboylu olub zaman keçdikcə quruyur. Nəticədə 
qarmaqvari şam meşələri enliyarpaqlı növlər tərəfindən sıxışdırılır. Buna görə də işıqsevən 
şam ağaclarıdaha çox qayalıqlarda, günəş işığının bol düşdüyü yerlərdə inkişaf edir. Külək 
və heyvanlar vasitəsilə uzaq məsafəyə aparılan şam toxumları daha əlverişli şəraitdə cücərir. 
Bu müqayisə göstərir ki, müəyyən ərazidə iynəyarpaqlı şamlıq meşəsində qarmaqvari şam 
ağaclarının sayı azalsa da, daha geniş coğrafi miqyasda şamın nəsli kəsilməyərək açıq əra-
zilərdə bitməkdə davam edir.
Eldar  şamının  bitdiyi  ərazidə  toxumdan  inkişaf  edən  bitkilərə  kiçik  qruplar  şəklində 
qarışıq meşələrdə təsa düf edilir. Ona görə də bu bitkinin populyasiyasının vəziyyətini qi-
ymətləndirərkən daha geniş əraziləri nəzərdən keçirmək lazımdır. Buradan belə nəticə çıxır 
ki, əgər şam meşəsi antropogen təsir altında kəskin şəkildə dəyişdirilmiş ərazilərlə əhatə ol-
unmuşdursa, şamın po pulya siyası tükənə bilər. Bu qayda digər bitkilərə də, məsələn, palıd 
ağacına da şamil edilir.
Beləliklə, müxtəlif növlərin həyat fəaliyyəti nəticə sində meşə ekosistemlərində coğrafi 
məkandan asılı olaraq müxtəlif tərkibli bitki qruplaşması formalaşır. Bu isə ilk növbədə 
müxtəlif yaş mərhələsində olan bitkilərin qruplaşmasından asılıdır. Bu qruplaşmaların ink-
işaf dina mikası (boyatma, inkişaf və qocalıq) bütövlükdə meşə ekosisteminin dinamikasını 
müəyyən edir.
Müxtəlif  canlı  orqanizmlərin  (əsasən  ağacların)  hə yat  fəaliyyəti  nəticəsində  meşə 
ekosistemində  yaşayış  məkanında  müxtəlif  tərkibli  bitkilər  formalaşır  və  müx təlif  yaş 
mərhələsində olan eyni növlü fərdlərin qrup laşması əmələ gəlir. Bu qruplaşmanın zaman 
dinamıkası (boyatma, inkişaf və qocalıq) bütövlükdə meşə eko sisteminin dinamikasını 
müəyyən edir.
Meşə ekosİsteMlərİndə edİfİkator və 
təyİnedİcİ növlər
Ekosistemin formalaşmasına, inkişaf dinamikasına və fəaliyyətinə müxtəlif növlər fərq-
li olaraq təsir göstərir. Sistemə daha çox edifikator və təyinedici növlər təsir edir.
Edifikator  –  ekosisteminin  əsasını  təşkil  edərək,  quruluşunu  müəyyən  edir  və  daxili 
mühitin forma laş masında mühüm rol oynayır. Edifikator bitkilər – quru ekosistemlərində 
dominant  bitki  növləri,  su  ekosistemlərində  isə  mərcan  rifləridir.  Edifikatorlar  enerjinin 
və maddələrin böyük hissəsini mənimsəyərək trofik əlaqələr səviyyəsində dıgər növlərin 
yaşaması üçün əlverişli həyat şəraiti yaradırlar. Edifikator növün məhv olması ekosistemin 
sıradan çıxması deməkdir. Məsələn, şam ağacı tükənərsə, şam meşəsi məhv olar.


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə