Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə22/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   99

54
I FƏSİL
Mövsümlə  əlaqədar  günün 
uzun lu ğu  meşənin  quru luşuna  və 
növ zən gin liyinə də təsir göstərir. 
Enli yarpalı meşələrdə ağac və kol-
ların  çətiri  altında  efemer  bitkilər 
bitir. Bu bitki lər erkən yazda sürət-
lə inki şaf edərək ağaclar yar paq la 
örtü lənə qədər çiçək ləyirlər. Yayda 
ve ge tasiya  dövrü nü  başa  vurduq-
dan  sonra  efemer lərin  yer üstü 
his səsi  növ bəti  yaza  qədər  quru-
yur.  İynə yar paqlı  meşə  lərdə  isə 
bu bitki lərə təsadüf olun mur. Köl-
gəlik şərai tində kifayət qədər günəş şüası düşmədiyinə görə efemerlər inkişaf edə bilmir.
Meşənin rütubət və temperatur rejimi bitkilərin suyu buxarlandırmasından asılı olaraq 
dəyişir. Açıq təbiət ərazilərindən fərqli olaraq meşədə rütubət yüksək dərəcə də olub, ha-
vanın və torpağın rütubətliyinin, temperaturun mövsümdən asılı olaraq dəyişməsi nisbətən 
aşağı səviy yə dədir. Hətta şaxtalı günlərdə meşədə torpaqdan 1,5-2 m hündürlükdə havanın 
temperaturu açıq şəraitdə olduğundan 2-3
0
C yüksək olur. Yayda isə, əksinə olaraq, meşədə 
hava rütubətli və sərin olur. Belə şəraitdə erkən şaxtalara və yayın quraqlığına həssas olan 
bitki növləri daha yaxşı uyğunlaşıb inkişaf edir.
Meşənin torpaq qatı və meşə döşənəyi, bitkilərin kök vasitəsilə suyu torpaqdan sorması 
səthi və qrunt sularının axınına təsir edərək, azalmasına səbəb olur. Meşə şəraitində suyun 
çox  hissəsi  bitkilərin  yarpaqları  vasitəsilə  atmosferə  buxarlanır.  Nəticədə  rütubətli  iqlim 
şəraiti və su ehtiyatı ilə təmin olunmuş su hövzələri formalaşır.
Meşədə ağaclar hava axınına təsir göstərərək külək rejimini də dəyişə bilir. Qocaman 
ağaclardan ibarət qalın meşəlikdə güclü küləklər hiss olunmur. Buna görə də əkin sahələri-
nin və yol kənarında tarla qoruyucu meşə zolaqlarının salınması güclü küləklərin qarşısını 
almaq üçün çox effektiv vasitədır.
Beləliklə, meşədə özünəməxsus daimi mikroiqlim-meşə mühiti əmələ gəlir. Meşənin canlı 
sakinləri olan bitkilər bu şəraitin yaradıcısıdır. Bəzi meşə növləri bu şəraitə uyğunlaşdığına 
görə digər şəraitdə becərildikdə bitkilərin tələbatı nəzərə alınmalıdır. Meşədə əsasən yetkin 
ağacların altında inkişaf edən cavan ağaclar hündür ağacların qırılması nəticəsində günəş 
şüalarının  birbaşa  təsirinə  məruz  qalır.  Qanunsuz  meşə  qırmaları  zamanı  bir  sıra  meşə 
ərazilərində hündür ağacların kölgəsində bitən bitkilər birbaşa günəş şüalarına təsiri altında 
quruyub məhv olurlar.
Meşə mühit - xüsusi mikroiqlimə malik olub, meşədə yaşayan canlı orqanizmlərin 
həyat  fəaliyyəti  nəticəsində  formalaşır.  Meşə  bitkilərinin  bir  sıra  növləri  yalnız  meşə 
mühitinə uyğunlaşaraq, başqa şəraitdə yaşaya bilmir.


55
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Bitkilərin həyat formalarının və ölçülərinin müxtəlifliyi meşənin şaquli çoxmərtəbəliliyini 
(çoxyarusluluğu) əmələ gətirir. Yuxarı yarusda ən hündür ağaclar, orta yarusda nisbətən alçaq 
boylu və cavan ağaclar yerləşir. Orta yarusdakı cavan ağaclar boy atdıqca yuxarı yarusa keçə 
bilir. Alt yarusda yarımkol, kol və ot bitkiləri yerləşir. Nəhayət, torpağın üzərində mamır və 
şibyələrə təsadüf olunur. Meşənin hər bir yarusunda digər növlərin yaşaması üçün xüsusi 
işıq, temperatur rejimi, rütubətlilik tənzimlənir. Tropik meşələrdə çoxyarusluluq daha çox 
nəzərə çarpır. Bu şəraitdə bəzi növlər bütün ömrünü bir yarusda keçirir.
Meşə qırmaları zamanı mühitin dağılması baş verir. Ağacların seyrəlməsi nəticəsində 
günəş şüalarının təsiri artır, külək güclənir, temperatur rejimi dəyişir. Su rejiminin pozu-
lması nəticəsində meşənin qırıldığı ərazildə torpaq quruyur və ya əksinə, qrunt sularının 
artması nəticəsində bataqlıq əmələ gəlir. Ağacların qırıl dığı sahələrdə torpağın eroziyası 
da sürətlənir. Nəticə də, həmin ərazidə canlı orqanizmlərin növ tərkibi dəyi şir. Bu sahələrdə 
meşənin bərpa olunması baş verən dəyi şikliklərin miqyasından asılıdır. 
Ətraf mühitdə dəyişikliklər geri dönməyən səviyyəyə çatdıqda meşənin bərpası qey-
ri-mümkün olur. Buna görə də hətta sanitar meşə qırmaları həyata keçirilən zaman bir 
qədər uzaqgörənliklə baş verə biləcək prosesləri nəzərə almaq lazımdır.
Meşə ekosİsteMİnİn Məhsuldarlığı və 
bİokütləsİ
Canlı  orqanizmlərin  həyat  fəaliyyəti  nəticəsində  üzvü  maddələr  əmələ  gətirməsinə 
bioloji  məhsuldarlıq  deyilir.  Produsentlərin  əmələ  gətirdiyi  bioloji  məhsul  ilkin  məhsul, 
konsumentlərin və redusentlərin yaratdıqları isə ikincili məhsul adlanır. Bütün canlı orqa-
nizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gətirdiyi məhsul tam bioloji məhsul adlanır. 
Yaranan enerji və maddələrin əsas hissəsi orqanizmlərin tənəffüsünə sərf olunur. Bioloji 
məhsulun istehsal olunma sürəti məhsuldarlıq adlanır. Uyğun olaraq ilkin və ikincili məh-
suldarlıq ayırd edilir.
Meşə ekosistemində ilkin məhsulun əsas hissəsi ağacların həm yerüstü, həm də yeraltı 
orqanları vasitəsilə əmələ gəlir. Kollar, ot bitkiləri və digər yaşıl bitkilər agaclarla müqay-
isədə meşə ekosistemində nisbətən aşağı məhsuldarlığa malikdir. 
Əlverişli şəraitdə ekosistemin məhsuldarlığı maksi mal olaraq, kifayət qədər qida mad-
dələri, rütubət və enerji axını ilə səciyyələnir. Tropik meşələrdə ilkin məhsu ldarlıq yüksək 
səviyyədə olub şimala doğru azalır.
İlkin məhsulun əmələ gəlməsinə təsir edən əsas amillər günəş işığının və suyun bolluğu, 
temperatur və mineral duzlardır. Torpaqda məhsuldarlığa daha çox təsir göstərən amil azotlu 
birləşmələrdir. Bu maddələrin mənşəyi azot əmələ gətirən mikroorqanizmlərlə əlaqədardır. 
Müxtəlif təbii zonalarda və landşaftlarda göstərilən amillər müxtəlif olduğuna görə eko-
sistemlərin məhsul darlığı və biokütlə dəyişir.


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə