Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə18/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   99

42
GİRİŞ
Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası onun qa-
rşıya  qoyduğu  əsas  vəzifələrdən  biri  idi.  1970-ci  illərdə  Qarabağ  düzənliyində  Ağdam 
və  Bərdə  rayonlarının  ərazisində  Soltanbud  meşəsində  dünyada  nəsli  kəsilməkdə  olan 
püstənin əcdadı saqqız ağacının təbii bərpa prosesini müşahidə edirdi. Uzun illər həmin 
meşə sahəsində hətta qaratikan kollarından hasar çəkdirir, təbii şəraitin tam formalaşaraq 
bərpasını ölçmələr aparmaqla müəyyənləşdirirdi. O, saqqız ağacının Respublikanın müxtə-
lif zonalarında, xüsusilə arid və düzən zonalarında qorunması və artırılması üçün son dərəcə 
maraqlı elmi işlər həyata keçirirdi.
Azərbaycan təbiətində gedən maraqlı prosesləri və apardığı tədqiqat işlərinin nəticələri-
ni Bilik Cəmiyyətinin və Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin yığın c aqlarında mütə-
madi məruzə edərək, dərin biliyini təbiəti mühafizə mütəxəssislərinə həvəslə çatdırar və 
lazımi istiqamətlər verərdi. Akademikin bölgələrin yaxşı laşdırılması ilə bağlı işləri saysız- 
hesabsız idi.
Bakı  və  Sumqayıt  şəhərlərinin  ətrafında  yaşıllıqların  yaradılmasının  xalq  təsərrüfatı 
üçün  böyük  əhəmiyyət  kəsb  etməsini  nəzərə  alaraq,  həmin  şəhərlərin  ətrafında  yaşıllıq 
qurşağı  salınması  üçün  tədbirlər  hazırlayıb  həyata  keçirmişdir.  Ona  bu  işlərdə  yaxından 
köməklik göstərənlər arasında mərhum professor İbrahim Səfərovun və meşə təsərrüfatı 
mühəndisi Hüseyn Bədəlovun zəhməti daha diqqətəlayiq olmuşdur. Eyni zamanda Abşeron-
da eroziyaya məruz qalmış torpaqlarda ağacların əkilməsi onun başlıca vəzifələrindən biri 
olmuşdur.
O dövrdə akademikin təşəbbüsü ilə Bakı şəhərinin Şıxov çimərliyi zonasında, Patam-
dar qəsəbəsi, digər şəhərətrafı sahələrlə yanaşı, Ceyranbatan gölünün, Bakı və Sumqayıt 
şəhərlərinini ətrafında 1000 ha-dan artıq meşə fondu torpalarında qarışıq cinslərdən ibarət 
mədəni meşələrin salınması nəzərdə tutulmuşdu.
1970-ci  illərdən  başlayaraq  bu  günə  qədər  bu  ərazilərdə  müxtəlif  ağac  və  kol 
cinslərindən ibarət meşə salınması həyata keçirilir. Hazırda həmin meşəliklərin müxtəlif 
ağac və kol cinslərinin yetişdirilməsi üçün meşə tinglikləri fəaliyyət göstərir. Burada xeyli 
işlər görülmüş və davam etməkdədir. Xüsusilə 30 il bundan əvvəl əkilmiş iynəyarpaqlı və 
enliyarpaqlı meşə cinsləri artıq burada torpaq və iqlim şəraitini qəbul edərək məhsul ver-
məyə başlamışdır. Bunlardan ən çox elmi maraq doğuranı saqqız ağacının və Eldar şamının 
həmin yerdə gedən təbii bərpa prosesidir.
Akademik  Həsən  Əliyev  “Yaşıl  sərvətin  keşiyində”  kitabında  davamlı  inkişaf  və  tə-
bii sərvətlərin davamlı istifadəsi prinsiplərini məharətlə qələmə almışdı: “İnsanlar təbiətdə 
gördükləri nemətləri yalnız özləri üçün mənimsəyərsə, gələcək nəsil o nemətlərdən məhrum 
ola bilər. Bunun üçün nəvə və nəticələrimiz bizə sağ ol deməzlər. Əksinə insanlar onu əhatə 
edən ana təbiətə daha məsuliyyətlə, övladlıq qayğıları ilə yanaşarlarsa, o, daha da zəngin-
ləşər və onun meyvəsindən daha çox bar dərmək olar”. 


a
z
ə
rbaycan
 r
es
publİkas
ının
 Meş
ə
 x
ə
rİt
ə
s
İ


44
I FƏSİL
Meşələrİn davaMlı 
İdarə edİlMəsİnİn 
bİoekolojİ əsasları.
Meşə - ekolojİ
sİsteMdİr
Biosferin  mühüm  tərkib  hissəsi  olan  meşə-
konkret  yaşayış  ərazisində  müxtəlif  növlərin 
populyasiyalarının bir-biri ilə və mühitin cansız 
obyektləri  ilə  qarşılıqlı  əlaqəsinin  vəhdətindən  ibarət  kompleksdir.  Meşə  öz  inkişafında 
bioloji  cəhətdən  bir-biri  ilə  əlaqəli  olub,  öz  aralarında  və  ətraf  mühitə  təsir  göstərən 
bitkilər,  heyvanlar  və  mikroorqanizmlərin  birliyindən  ibarət  coğrafi  landşaft  elementi, 
biogeosenozdur. Meşə sahələrinin biri digərindən forması, tərkibi, sıxlığı, doluluğu, yaşı, 
mənşəyi, boniteti, əmtəəliyi və (meşənin) tipinə görə ayrılır. Bütün tiplərdən olan meşələrin 
hər biri tam ekoloji sistem təşkil edir. Ekoloji sistem dedikdə ayrılıqda bir ağacın, bataqlığın, 
meşənin və bütövlükdə planetin ekosistemı nəzərdə tutulur. Meşəçilikdə meşə ekosistemi 
anlayışına müəyyən ərazidə eyni mühit şəraitində formalaşmış bitki örtüyü və heyvanlar 
aləmi daxildir. Meşə ekosistemi müəyyən bitki qruplaşması tipinə uyğun olaraq adlandırıla 
bilər: şamlıq, vələs meşəsi, palıd meşəsi və s.
İstənilən ekoloji sistem müəyyən iqlim şəraitində fəaliyyət göstərir. Bu əsas abiotik amil 
ekoloji sistemin tipini müəyyən edir. Havanın orta temperaturu və yağıntının miqdarından 
asılı olaraq təbii zonalar (biomlar) planetdə müəyyən qanunauyğunluq üzrə paylanmışdır 
(şəkil 5).
Hər  bir  ekosistemin  əsas  tərkib  hissələri  olan  abiotik  (cansız)  və  biotik  (canlı) 
komponentləri  daim  qarşılıqlı  əlaqədədir.  Yerüstü  ekosistemlərə  daxil  olan  əsas  kom-
ponentlərdən  biri  də  torpaqdır.  Torpaq  üzvü  və  qeyri-üzvü  maddələrdən,  müxtəlif  canlı 
orqanizmlər  və  onların  həyat  məhsullarından  ibarət  mürəkkəb  sistemdır.  Meşədə  canlı 
orqanizmlərin  torpaqla  qarşılıqlı  əlaqəsi  nəticəsində  üzvü  və  mineral  maddələrlə  zən gin 
meşə torpaqları formalaşır.
Azərbaycan Respublikasının Meşə Məcəlləsinə görə “meşə - bioloji cəhətdən qarşılıqlı 
əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, 
heyvanların, mikroorqanizmlərin və ətraf mü hi tin digər tərkib hissələrinin vəh dətidir. Meşə 
fondu sahələrinə isə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-
meşə torpaq sahələri aid edilir” (maddə 1).
Meşə  quruluşuna  görə  sadə  və  mürəkkəb  olmaqla  iki  bö yük  qrupa  bölünür.  Sadə 
meşə də ağacların çətiri yer səthindən bərabər hündürlükdə olur. Ağac lar meşədə müxtəlif 
hündürlükdə  olan  yaruslarda  yerləşirsə  mürək kəb  meşə  əmələ  gəlir.  Eyni  tərkibli  fıstıq 
ağaclığı sadə meşə yə mi sal ola bilər. Belə meşədə digər ağac növləri az olur. İşıq sevən 


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə