Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə16/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   99

37
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Sıra 
sayı
Müəssisənin adı
Meşə fondu torpaqlarının
ümumi sahəsi (ha)
Meşə bitkiləri ilə örtülü torpaqlar
cəmi
o cümlədən, meşə əkinləri
17
Zaqatala MMBM
54103
49056,7
1496,7
18
Zərdab RMSM
3446
-
-
19
İsmayıllı MMBM
62380
56421
116
20
Yalama MMBM
20775
18629
1995
21
Yardımlı MMBM
20536
16368
585
22
Yevlax MMBM
4458
2166,9
803,3
23
Lerik MMBM
40306,3
33679,3
1025
24
Lənkəran MMBM
7030
6022,4
283,6
25
Masallı MMBM
16663,5
14394
1223
26
Oğuz MMBM
28652
23917
223
27
Sabirabad MMBM
9224
4058
1391
28
Tovuz MMBM
30609
23764
1016
29
Xırdalan MMBM
1341
585
585
30
Şəmkir MMBM
6525
4306
801
31
Şamaxı MMBM
11883,5
8703
1061,6
32
Şəki MMBM
48114,3
39683,8
1404,5
33
Göygöl MMBM
11495,6
10196,1
379,8
34
Goranboy MMBM
12471,9
9351,4
227,9
35
Gədəbəy MMBM
26907
19798
667
36
Giləzi RMSM 
3738
-
-
Cəmi
585322,5
466061,6
30953,4
Meşələrin tərkibində üstünlük təşkil edən cinslər:
Lənkəran-Astara bölgəsi: Astara, Lerik, Yardımlı, Cəlilabad, Lənkəran, Masallı - palıd, 
dəmirağacı, vələs, fıstıq, azat.
Böyük Qafqaz bölgəsi: Balakən, İsmayıllı, Zaqatala, Şəki, Qax, Oğuz, İsmayıllı, Qəbələ, 
Şamaxı, Şabran, Qusar, Quba, Yalama – palıd, fıstıq, vələs, ağcaqayın, göyrüş, ardıc.
Kiçik Qafqaz bölgəsi: Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Qazax, Tovuz, 
Şəmkir – palıd, vələs, fıstıq, qarmaqvari şam.
Aran  bölgəsi:  Yevlax, Ağdaş,  Beyləqan,  Sabirabad, Ağcabədi,  Bərdə  -  qovaq,  iydə, 
yulğun, söyüd. 


38
GİRİŞ
Meşələrin su və torpaqqoruyucu funksiyalarını, iqli min formalaşmasına təsirini nəzərə 
almaqla, bu potensialın qorunması və səmərəli istifadəsi olduqca vacibdir. Eyni zamanda 
ölkənin torpaq-iqlim şəraiti yeni meşə zolaqlarının salınması üçün olduqca əlverişlidir. Belə 
meşə zolaqlarının salınması, qida və ağac emalı sənayelərinin yaradılmasına təkan verə bilər. 
Meşə  ehtiyatlarının  bərpa  edilməsi  və  geniş lən dirilməsi,  yeni  meşə  zolaqlarının 
salınması, o cümlə dən, təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə mövcud ekoloji 
problemləri qismən həll etmək mümkündür. Meşə ehtiyatları əhalinin alternativ yana caq 
mənbələri ilə təmin edilməsində başlıca rol oynayır. Buna görə də meşələrin qorunması 
üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:

meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırmalarının qarşısının alınması 
ilə əlaqədar tədbirlərin görülməsi;

meşələrin  müasir  vəziyyətinin  öyrənilməsi,  inventarizasiya  olunması  və  yeni 
meşəsalma layihələrinin hazırlanması;

meşələrin bərpası üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;

bərpa olunan meşə ehtiyatlarından (meyvə, dər man və digər bitkilərdən) səmərəli 
istifadənin təşkili;

rekreasiya  əhəmiyyətli  meşə  sahələrinin  müəy yən  edilməsi,  onlara  yol  verilən 
təzyiq həcminini müəyənləşdirilməsi, bunun əsasında turizm yönü m lü rekreasiya 
potensialının təyini və istifadəsinin təşkil edilməsi;

yeni əkinçilik metodikasının tələblərinə cavab verən təsərrüfat əhəmiyyətli meşə-
bağların layihələşdirilməsi və salınması;

meşə  ərazilərində  yerləşən  yaşayış  məntə qə lərində  yaşayan  əhalinin  məşğulluq 
probleminin  həlli  və  təbii  meşə  ehtiyatları  ilə  əlaqədar  olma yan  məşğulluq 
sahələrinin yaradılması;

inşaat  və  mebel  sənayesi  üçün  yararlı  oduncaq  istehsal  etmək  üçün  müvafiq 
keyfiyyətə malik olan və tez böyüyən ağacların becərilməsi və istismarı;

meşələrin müxtəlif xəstəliklərdən və zərər vericilərdən qorunması üçün müvafiq 
tədbirlərin mütəmadi olaraq vaxtında həyata keçirilməsi.
“2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və 
davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Təd bir lər Planında ekoloji 
maarifləndirmənin və məlumat lan dırma nın güc ləndirilməsi, mövcud qlobal və lokal ekoloji 
prob lem lərin sosial-iqtisadi aspektləri üzrə tədris/təlim vəsait lərinin və təbii ehtiyatlardan 
səmərəli  istifadə  üzrə  təbliğat  materiallarının  hazırlanması  və  müxtəlif  vasitə lərlə  əhali 
arasında yayılması, ixtisaslaşmış kurs ların aparılması vasitəsi ilə ekoloji təhsil sisteminin 
təkmilləşdirilməsi həlli vacib məsələlər kimi qarşıya qoyulmuşdur (maddə3.3.8). 
Meşələrin davamlı istifadəsi sahəsində əhalinin eko loji biliklərinin və mədəniyyətinin 
artırılmasına  xüsusi  diqqət  yetirilməklə  yanaşı,  bütün  təhsil  müəs sisə lərində  meşələrin 
və yaşıllıqların ətraf mühitin sağlam laşdırılmasındakı rolu haqqında təhsil alan gənclərin 
ekoloji biliklərinin formalaşdırılmasına nail olmaq vacib dir. Meşə resurslarının qorunması 
ciddi dövlət nəzarətində olmaqla bütün idarələrin, müəsisələrin və ayrı-ayrı vətəndaşların 
qarşısında ciddi bir vəzifə kimi qoyulmalıdır (R.Məmmədov, V.Məmmədli, 2003). 


39
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
akadeMİk həsən əlİyev və azərbaycan 
təbİətİ
Azərbaycanın  görkəmli  təbiətşünas  alimi  akademik  Həsən  Əlirza  oğlu  Əliyevin  tor-
paqşünaslıq və ekologiya elminin inkişafında böyük xidməti olmuşdur. O, ətraf mühitin bir 
çox sahələrinin öyrənilməsində və qorun masında səylə çalışaraq, ömrünün sonuna qədər 
elmi tədqiqatlar aparmış, yüzlərlə elmi əsərlərin müəllifivə xüsusi mühafizə olunan təbiət 
ərazilərinin yaradıcısı olmuşdur. Onlarla torpaqşünas, meşəçi, meliorator, bioloq, coğrafi-
yaşünas, aqronom və digər ixtisaslı mütə xəssislərin yetişdirilməsində böyük əməyi olan 
dahi alim öz şəxsi nümunəsi ilə hamıya örnək olmuşdur. Təbiəti öz həyatından artıq sevən 
mütəfəkkir ziyalının elmi əsərləri ilə tanış olan, özü ilə təmasda olan, bütün insanlar təbiətə 
daha yaxın olmuş və ətraf mühit sahəsində əzmlə çalışmışlar.
Həsən Əliyev AMEA Coğrafiya İnstitutuna rəhbər lik etdiyi illərdə torpaq-ekoloji təd-
qiqatlara və meşə çilik elminin inkişafına böyük diqqət yetirmişdir. O, Azərbaycanda 40 min 
hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını 
müəyyənləşdirmişdir.
O, Azərbaycan  Elmi  Tədqiqat  və  Meşə  Təsərrüfatı  və Aqromeşəmeliorasiya  İnstitu-
tunun 1950-ci ildə yaranmasında, Azərbaycan EA Torpaqşünaslıq və Aqro kimya İnstitu-
tunun yaradılması və onun təşkilin də, elmi kadrların hazırlanmasında elmi-tədqiqat mövzu-
larının və laboratoriyaların salınmasında böyük işlər görmüşdür. 
1949-52-ci illərdə Azərbaycan EA Botanika İnstitutuna rəhbərlik etdiyi zaman meşəçi-
lik laboratoriyasının yara  dılmasına, Mərkəzi Nəbatat Bağının, Dendroloji Bağln inkişaf et-
dirilməsinə nail olmuşdur.
O,  bütövlükdə  dağlıq  və  düzən  ərazilərin  ekocoğrafi  problemlərini  kifayət  qədər 
öyrənilməsinə nail olmuşdur. Onun, bu baxımdan “Böyük Qafqazın şimal-şərq hissə sinin 
meşə  və  meşəqır  torpaqları”  adlı  monoqrafiyası  bu  gün  də  torpaqşünasların  və  meşəçi 
mütəxəssislərin istifadə etdiyi mənbədir.
Həsən Əliyev 1949-52-ci illərdə Azərbaycan EA Nəbatat İnstitutunun direktoru olan 
zaman  onun  rəhbərliyi  altında  “Azərbaycan  florası”  kitabının  hazırlanması  onun  den-
drologiya elminə dərin biliklərlə bağlı olduğunu sübut edir. Xüsusilə ağac və kol cinslərinin 
dendroloji xüsusiyyətlərini açıqlamaqla tarixi bitki örtüyünü elmi əsaslarla qiymətləndirir. 
Azərbaycanın Kiçik Qafqaz, Talış dağlıq zonası və Mərkəzi Aran ərazilərində bitki örtüyü 
təhlil etməklə onların ekocoğrafi və dendroloji əhəmiyyətləri öz əksini tapmışdır.
1952-57-ci illərdə Həsən Əliyev Elmlər Akademiya sının akademik katibi vəzifəsində 
işləyən zaman meşə torpaqlarınn öyrənilməsini ən vacib tədqiqat işi hesab edərək zəngin 
bir meşə torpaqşünaslığı laboratoriyası yaratmışdır. Həmin laboratoriyada Böyük Qafqa-
zın torpaqları genetik-coğrafi cəhətləri öyrənilmişdir. 1959-cu ildə Mərdəkan qəsəbəsindən 
Bərdə şəhərinə köçürülən Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəme-
liorasiya İnstitutunun müasir tələblərə cavab verən laboratoriyalarının, həmin əraziyə mü-


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə