Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə13/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   99

31
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
ekobioloji və botaniki xüsusiyyətləri, coğrafi yayılması, qiymətli ağac və kol bitkilərinin 
introduksiyası, oduncağın fiziki-kimyəvi xüsusiyyətləri, tarlaqoruyucu meşə zolaqlarının 
salınması və digər məsələlər öyrənilir.
Tarlaqoruyucu meşə zolaqlarının salınması, ölkədə meşə örtüyünün öyrənilməsi, meşə 
təsərrüfatlarında yerli qiymətli ağac cinslərinin əkilməsinə metodiki rəhbərlik göstərmək, 
dağlıq  və  çöl  rayonlarında  torpaqların  eroziyası  ilə  mübarizə  məqsədilə  1950-ci  ildə 
Azərbaycan  Elmi-Tədqiqat  Meşə  Təsərrüfatı  və  Aqromeliorasiya  İnstitutu  yaradıldı. 
Institututn 4 əsas dayaq məntəqəsi vardı. 60 ildən artıq bir müddətdə İnstitutda nəzəri və 
praktik əhəmiyyətli bir çox tədbirlər həyata keçirilmişdir.
Şəki-Zaqatala  zonasında  meşə  təsərrüfatlarında  meşə  bərpası  üçün  aparılan  xidməti 
qırmalar  nəticəsində  təbii  bərpaolunma  prosesləri  öyrənilmiş  və  müsbət  nəticələrin 
istehsalatda tətbiqi tövsiyə edilmişdir. AMEA Botanika İnstitutu ilə birlikdə Azərbaycanın 
meşə örtüyü rayonlaşdırılmışdır.
Çoxillik tədqiqatlar və müşahidələr nəticəsində respublikada meşə təsərrüfatı işlərinin 
əsas istiqamətləri barədə təkliflər verilmişdir. Tədqiqatların əsas hissəsi çöl və tarlaqoruyucu 
meşə  zolaqlarının  artırılması,  şoran  torpaqlarda  meşə  salınması,  qumlu  torpaqlarda,  dağ 
yamaclarında meşə bitkilərinin əkilməsinə həsr olunmuşdur. Xüsusi tədqiqatlar və istehsalat 
təcrübəsinin  ümumiləşdirilməsi  vasitəsilə  çöl  rayonlarında  meşə  artırılması  üsullarında 
əhəmiyyətli dəyişiklik edilmişdir. Çöl meşəartırma işlərində tətbiq olunmaq üçün ağac və 
kol assortimenti öyrənilmişdir. 
Meşə əkinlərinin istehsalatda və təcrübədə tədqiq olunması əsasında təyin edilmişdir ki, 
digər növlərə nisbətən uzunyarpaq palıd, saqqız ağacı, qarağac, yunan qozu, tut, eldar şamı, 
şərq çinarı, göyrüş, akasiya, söyüd və qovaq meşələrin artırılmasında daha əhəmiyyətlidir. 
Bu istiqamətdə təcrübəçilik işləri zamanı müxtəlif ağac cinslərinin qələmlə artırılmasının, 
əkin  müddətinin  kök  sisteminin  inkişafına  təsiri,  qələmlərin  ölçüsü  və  əkin  üsulları, 
qələmlərin əkin üsulu ilə meşə tingliyinin salınmasında suvarma müddətinin və normasının 
təsiri öyrənilmişdir. Bərdə, Qazax, Yevlax və Ağcabədi rayonlarının meşə təsərrüfatlarında 
texniki əhəmiyyətli plantasiyalar yaradılmışdır.
Meşə  bitkilərinin  qələmlə  çoxaldılmasının  toxumla  artırılmasından  20-30%  ucuz 
başa  gəlməsi  nəzərə  alınmaqla  Kür-Araz  ovalığında  ağac  və  kol  bitkilərinin  şoranlığa 
davamlılığının  artırılması  və  şoran  torpaqlarda  meşə  salınması  təcrübələri  aparılmışdır. 
Toxumların  N.A.Henkel  üsulu  ilə  hipertonik  məhlulda  saxlanması  bitkilərin  şoranlığa 
davamlılığını  artırmışdır.  Fizioloji-kimyəvi  təcrübələr  zamanı  şoranlığın  bəzi  ağac 
növlərində karbohidrat mübadiləsinə təsiri öyrənilmişdir. 1985-1992-ci illərdə Mil, Muğan, 
Qarabağ  və  s.  düzənliklərdə  təcrübə  sahələrində  meşə  bitkilərinin  şoranlığa  davamlı lığı 
təyin olunmuşdur. Torpaqların şoranlaşması səviyyəsindən və qrunt sularının dərinliyindən 
asılı olaraq bitkilərin kök sisteminin quruluş xüsusiyyətləri tədqiq olunmuşdur.
AzETMTAİ-nin  dendroparkında  və  Bərdə  meşə  təsər rüfatında  aparılan  tədqiqatlar 
və müşahidələr nəticəsində “Ağac və kol cinslərinin şoranlığa davamlılıq şkalası” tərtib 
edilmişdir. Qarabağ düzənliyində toxumacarların və tinglərin sürətli artırılması üsullarına 
aid təcrübələr aparılmışdır.


32
GİRİŞ
Meşələrin və məhsuldarlığın artırılması üsullarından biri dağ yamaclarında nadir ağac 
və kol bitkilərinin əkilməsidir. Bu tədqiqatlar nəticəsində Böyük Qafqazın yamaclarında 
meşə örtüyünün bərpası işləri həyata keçirilmişdir. Dağ terraslarında 2×1 m2 sahədə 3×4 m 
ərazidə və 1,5×1,5 m sahədə 3×3 ərazidə yerləşdirməklə əkilmişdir.
Lənkəran meşə fondunda Lənkəran, Masallı və Astara rayonlarının meşə təsərrüfatlarında 
toxumacarların  tinglikdə  və  mədəni  şəraitdə  ağcaqayın,  dəmir  ağacı,  pekan  bitkilərinin 
becərilmə aqrotexnikası öyrənilmiş, əkin tipləri sxemi tərtib olunmuşdur.
Qobustan və Ceyrançöl ərazisində meşəsiz quru dağlıq yerlərdə meşə salma işlərinin 
təşkili  ilə  əlaqədar  şərait  öyrənilmişdir.  Ceyrançöldə  meliorativ  texniki  layihələrin  və 
Qarabağ  düzənliyində  texniki  əhəmiyyətli  növlərin  plantasiyasının  salınması  layihəsi 
işlənib hazırlanmışdır.
Respublikada  təbiətdən  istifadə  sahəsində  idarəetmə  işləri  Azərbaycan  Respublikası 
Prezidentinin  23  may  2001-ci  il  tarixli,  485  saylı  fərmanı  ilə  yaradılmış  Azərbaycan 
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin 
əsas  vəzifələrindən  biri  meşələrin  istifadəsi,  bərpası,  yaradılması,  mühafizəsi  və  meşə 
təsərrüfatl  fəaliyyətinin  aparılması  sahəsində  dövlət  proqramlarının  müvafiq  qaydada 
hazırlanması, təbii ehtiyatların, o cumlədən meşələrin istifadə olunması prosesində ekoloji 
təhlükəsizliyin gözlənilməsinə dövlət nəzarətinin həyata keçirilməsidir. Respublikamızda 
meşələrin  idarə  olunmasına  nəzarət  ETSN  Meşələrin  İnkişafı  Departamenti  tərəfindən 
həyata keçirilir (şəkil 4)
Şəkil 4.
ETSN Meşələrin İnkişafı Departamenti
Direktor
Direktor müavini
Direktor müavini
laq l ndirm  M rk zi
Elmi-T dqiqat Meş çilik
İnstitutu
Regional Meş  Tingliyi
Mü ssis l ri
Regional Meş salma
Mü ssis l ri
Meş  Mühafizasi v  B rpası
Mü ssis l ri
Ziyanvericil rl  v
X st likl rl  Mübariz
M rk zi
Meş  qanunvericiliyinin
icrasına n z r t sektoru
Meş b rpa v  meş salma
sektoru
Meş  xidm ti, dövl t uçotu
v  kadasir sektoru
Meş l rin mühafiz sinin v
qorunmasının t şkili sektoru
Meş  tingliyi v  toxumçuluğu
sektoru


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə