Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə10/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   99

25
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
meşənin yuxarı sərhəddi 1100-1300 m-ə enir. Yamacın şimal cəhətlərində meşənin yuxarı 
sərhəddi şabalıdyarpaq palıd və fıstıqla qurtarır.
 Talış dağlarının Xəzər dənizinə baxan şərq yamacları ilə yanaşı Lerik və Yardımlı ray-
onlarındakı enliyarpaqlı meşələrdə də şabalıdyarpaq palıd, şərq çinarı, şümşad və s. ağaclar 
çox olur. Dağlarda meşə ilə örtülü olmayan sahələrin aşağı hissəsində dağüstü kserofit bitki 
örtüyündən ibarət quru çöl, subalp və alp çəməlikləri yerləşir.
 Lənkəran ekocoğrafi regionu olduqca əlverişli təbii mühit göstəriciləri ilə səciyyəvid-
ir. Onun oksigenə görə reproduktiv imkanı yalnız Böyük Qafqazdan geri qalır. Ərazidəki 
meşələrin 40%-i respublika meşə fonduna aiddir. Bu meşə fondunun 14,5%-nə bərabərdir. 
Bunlarla yanaşı kənd təsərrüfatı, sənaye, turizm və rekreasiya sahələrinin inkişafı ilə əlaqə-
dar  olaraq  ekocoğrafi  problemlərin  artması  müşahidə  edilir.  Bitki  örtüyünün,  xüsusilə 
meşələrin məhv edilməsi, torpaqların çirk lənməsi, Xəzər dənizinin səviyyəsinin 2 m-dən 
artıq qalxması nəticəsində sahilyanı torpaqların yuylub aparılması, heyvanlar aləminin, o 
cümlədən quşların məhv edilməsi xüsusilə qeyd edilməlidir.
 Hər halda ən çox təşviş doğuran nadir meşələrin müasir vəziyyətidir. Talış dağlarındakı 
Hirkan növlü meşələr hələ 70 milyon il bundan əvvəl mövcud olmuşdur. Burada Qafqaz 
meşələrinin  ən  qədim  və  qiymətli  növləri  olan  dəmirağacı,  şabalıdyarpaq  palıd,  dzelk-
va, şümşad, Qafqaz xurması, Hirkan ənciri, hirkan qovağı və s. növlərdən ibarət qarışıq 
meşələr geniş sahə tutur. Lənkəran ovalığında çıxan çay vadiləri boyunca nadir növlərdən 
ibarət olan ürəkyarpaq qızılağac, lapin, ağcaqayın və s. indiyə kimi saxlanmışdır. Dağətəyi 
qurşaqda quru güney yamaclar ipək akasiyası və bu tipdən olan digər növlərlə örtülmüşdür. 
Bəzi yerlərdə  həmişəyaşıl iynəyarpaqlı Hirkan,  danaya, şümşad,  pirkal və  s.  ağaclardan 
ibarət kiçik  meşəliklər vardır.  Orta  dağlıq  hissədə  şabalıdyarpaq palıd,  Hirkan  palıdı və 
vələs üstünlük təşkil etdiyi halda, 1300-2000 m yüksəklikdə meşələrdə əsasən şərq palıdı, 
Qafqaz quşarmudu, yemişan, dzelkva, itburnu və s. ağacları və kolları daha çoxdur.
Professor İ.S.Səfərovun məlumatına görə respub likamızda sel qorxusu olan 34 çayın 
hövzəsinin yalnız 30%-ə qədəri meşə ilə örtülüdür. Meşəlik dərəcəsinin dağ yamaclarında 
belə azlığı nəticəsində sel hadisələri respublikamızda geniş sahələri əhatə edir. Akademik 
A.J.Voyeykov (1963) meşə bitkisinin dağ yamaclarının bərkidici rolunu göstərərək qeyd 
edir ki, meşələr yerin relyefini yarandığı dövrdəki kimi saxlaya bilər. O daha sonra yazır ki, 
meşə bitkisi elə dik yamaclarda kök sala bilir ki, orada ot bitkisi başdan-başa örtük əmələ 
gətirə bilməz.
Hazırda  yüksək  dağ  meşələrinin  vəziyyəti  və  meşə nin  yuxarı  sərhəddinin  get-gedə 
geriyə çəkilməsi böyük təşviş doğurur. Bu hal aşağıda yerləşən meşə və kənd təsərrüfatı 
sahələrini də təhlükə altına alır. Belə ki, meşənin yuxarı sərhəddində əmələ gələn səthi su 
axınları, uçurumlar ondan aşağıda yerləşən meşələri də bərbad hala salır, bununla da dağlar-
da su rejimi pozulur və dağıdıcı sellərin cilovlanmasına şərait yaranır. Odur ki, meşənin 
yuxarı sərhəddini bərpa etmək təbiəti mühafizə işində mühüm tədbir kimi qarşıda durur. 


26
GİRİŞ
arİd və düzən tİplİ Meşələrİn ekolojİ 
vəzİyyətİ
Dağ meşələri ilə yanaşı, respublikamızın ekoloji mühitində arid və düzən tipli meşələrin 
də əhəmiyyəti olduqca böyükdür.
Arid  tipli  meşələr  respublikamızın  dağətəyi  zona larında  vegetasiya  dövrünün  çox 
hissəsi rütubəti çatış mayan quraq iqlim şəraitində inkişaf etmişdir. Bu tip meşələr böyük 
su tənzimləyici və torpaqqoruyucu əhəmiy yətə malikdirlər. Arid tipli meşələrin yayıldığı 
ərazi vəhşi heyvan və quşlar üçün əlverişli sığınacaq mənbəyi və yem bazası hesab olunur. 
Onlardan ən geniş yayılanı ardıc ağacları yüksək fitonsid xassələrinə malik olduğu üçün 
havanı  saflaşdıraraq  ərazinin  iqlimini  sağlamlaşdırır. Arid  meşələri  dağətəyi  yamacların 
landşaftını estetik cəhətdən bəzəyir.
Azərbaycanda  arid  tipli  meşələrin  qalıqlarına  Bozqır  yaylasında,  Həkəri  və  Araz 
çaylarının aşağı axını yamaclarında, Naxçıvan MR-da Evlər oyuğu dağında, qismən Böyük 
Qafqazın şimal-şərq yamacında (Gilgilçay, Ataçay, Qaxçay hövzələrində) və Qobustanda 
rast gəlinir.
Qeyd edilənlərə əsasən demək olar ki, arid tipli meşələr sahəcə az olsa da, yayıldığı 
ərazi  çox  genişdir.  Bu  onu  göstərir  ki,  belə  meşələr  vaxtilə  olduqca  böyük  massivlərdə 
yayılıbmış. Məlum olduğu kimi respublikamızın arid meşələri yayılan dağətəyi zonalarda 
qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla intensiv məşğul olmuşdur. Bununla 
əlaqədar  ilkin  arid  tipli  meşə  örtüyü  burada  kökündən  antropogen  dəyişikliyə  uğramış, 
mövcud bitki formasiyaları əsasən törəmə, bozqır-kserofit tiplidir. Müasir bitki tiplərinin 
hansı antropogen dəyişikliklərə uğraması haqda fikirlər yürütmək üçün xüsusi tədqiqatların 
aparılması tələb olunur.
Arid  tipli  meşəliklər  əsas  etibarilə  ardıc  seyrək liklərindən  ibarətdir.  Onların  digər 
komponentləri  sayılan  saqqızağac,  gürcü  ağcaqayını,  badam,  iydəyarpaq  armud  və 
dağdağan çox nadir hallarda ağaclıqlar yaradır.
Ardıc  meşələrinin  antropogen  deqradasiyası  və  ya  dəyişilməsi  yerin  relyefindən, 
torpaqəmələgətirən  suxurlardan  və  insanın  təsərrüfat  fəaliyyətinin  intensiv liyindən  asılı 
olaraq  müxtəlif  istiqamətlərdə  gedir.  Ardıc  meşələrinin  tərkibinə  əksər  hallarda  saqqız 
ağacı daxil olur. Tədqiqatlar göstərir ki, saqqız ağacı ilə ardıcın qarışıq bitdiyi meşəlikdə 
ağaclar kəsilərkən, sırf saqqız ağacı meşəliyi yaranır, çünki ardıc ağacı kəsildikdə pöhrə 
vermir, saqqız ağacı isə kəsilən zaman kökündən bol pöhrə vermək qabiliyyətinə malikdir. 
Eynilə ardıc meşələrinin kserofil və yarımsəhra bitkiliyi ilə əvəz olunması da antropogen 
səbəblərdən baş verir.
Arid meşələri ilə müqayisədə Azərbaycanın düzən meşələrinin taleyi daha acınacaqlı 
olmuşdur. XIX-XX əsrlər ərzində bu meşələr intensiv şəkildə qırılmışdır. Bu proses bu və 
ya digər səbəbdən hazırda da davam etməkdədir. Azərbaycanın düzən meşələrinin aşağıdakı 
təsnifatı mövcuddur (Q.S.Məmmədov, M.Y.Xəlilov, 2002):


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə