Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə8/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   99

21
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir. Iqtisadi 
və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə 
fondu  birinci  qrup  meşələrə  aid  olub  aşağıdakı  qoruyucu  kateqoriyalara  bölünür  (Meşə 
Məcəlləsi, maddə 31):
• 
qoruq meşələri;
• 
kurort meşələri;
• 
xüsusi qiymətli meşə massivləri;
• 
şəhərlərin  və  digər  yaşayış  məntəqələrinin  ətrafın dakı  yaşıllıq  zonalarının 
meşələri;
• 
yabanı meyvə meşələri;
• 
dövlət qoruyucu meşə zolaqları;
• 
sair meşələr.
Zəruri  hallarda  göstərilən  kateqoriyalara  aid  edilmiş  meşələrdə  xüsusi  qoruyucu  meşə 
sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyekt lərinin sahillərində 
olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və 
xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-
parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.
Hələ  yaxın  keçmişə  qədər  respublikamızın  bitki  və  heyvanlar  aləmi  olduqca  zəngin 
olmuşdur. Bununla belə, bir sıra bitki və heyvan növlərinin kökü kəsilərək adları flora və 
faunamızdan silinmişdir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə 
örtülü olmuşdur. Bir çox qiymətli ağac növlərindən ibarət meşələrin sahəsi xeyli azalmışdır. 
XIX əsrin sonu və XX əsrin əvvəllərində qoz, palıd və digər qiymətli ağac növləri bəzi 
rayonlarda  başdan-başa  kəsilmiş,  əkinçilik  və  maldarlığın  inkişafı  ilə  əlaqədar  olaraq 
geniş  sahələr  məhv  edilmişdir.  Xalqımızın  maarifçi  ziyalısı  Həsənbəy  Zərdabi  yazırdı: 
“Bizim dağlarımız vaxtilə sıx meşələrlə örtülü olmuş, sonra bu meşələr qırılmış və bunun 
nəticəsində çaylarımızda olan suyun miqdarı azalmışdır”.
Hazırda bəzi ağac və kol növləri - dəmirağac, azat, qaraçöhrə, ipək akasiyası, ayıfındığı, 
Araz  palıdı,  yalanqoz,  Şərq  çinarı,  Xəzər  lələyi,  adi  nar,  meşə  üzümü,  Buasye  armudu, 
bigəvər, pırkal, şümşat, Eldar şamı, Qafqaz xurması, söyüdyarpaq armud, budaqlı danaya, 
cuzğun  və  s.  bitkilərin  adları  “Qırmızı  kitab”a  salınmış,  onların  qorunub  saxlanması  və 
artırılması üçün tədbirlər irəli sürülmüşdür. 
Azərbaycan  Respublikasında  mövcud  olan  meşələr  ərazicə  qeyri-bərabər  paylanmışdır. 
Belə ki, meşələrin 48,7%-i Böyük Qafqazda, 34,2%-i Kiçik Qafqazda, 14,6%-i Lənkəran-Talış 
regionunda, 2,5%-i Kür-Araz ovalığında və Naxçivan MR-da yerləşmişdir. Bu bölgələrin öz 
daxilində də meşələrin yayılma dərəcəsi müxtəlifdir. Respublikamızda geniş meşə örtüyü olan 
Balakən (ərazisinin 49,8%-i) və Lənkəran (ərazisinin 44%-i) rayonları ilə yanaşı, Biləsuvar, 
Zərdab, Sədərək və Şərur kimi meşəsiz (və ya meşə sahəsi az olan) rayonlar da vardır.
Respublikanın  ayrı-ayrı  dağ  sistemlərində  Böyük  Qafqaz,  Kiçik  Qafqaz,  Talış  bitki 
qurşaqlığı qanuna uyğun luğunda müəyyən oxşarlıq olsa da, onları bir-birindən fərqləndirən 
cəhətlər də var. Böyük Qafqazda və Kiçik Qafqazın şimal makroyamaclarında aşağı dağ 


22
GİRİŞ
meşə  qurşağında  vələslə  qarışıq  iberiya  palıdı  meşələri,  orta  dağ  qurşağında  şərq  fıstığı 
meşələri, yuxarı dağ meşə qurşağında isə şərq palıdı meşələri üstünlük təşkil edir. Lənkəran 
regionu rayonlarında isə aşağı meşə qurşağında şabalıdyarpaq palıd, Qafqaz vələsi və bir 
sıra  relikt  hirkan  növlərinin  iştirakı  ilə  mürəkkəb  tipli  dəmirağacı  meşələri  yayılmışdır. 
Lənkəran  regionunun  aşağı  meşə  qurşağında  meşələr  üçüncü  dövrün  relikt  və  endem 
növlərinin  zənginliyi  ilə  seçilir.  Relikt  hirkan  meşələrinin  elementlərinə  Azərbaycan 
Respublikasının dağ meşələrinin demək olar ki, hər yerində rast gəlinir (xüsusilə, Qəbələ 
və İsmayıllı rayonları ərazisində).
Vaxtilə  hirkan  tipli  meşələr  respublikamızın  bütün  dağlarında  geniş  yayılmış,  lakin 
sonralar  fiziki-coğrafi  şəraitin  dəyişməsi  ilə  əlaqədar  onlar  müasir  tipli  meşələrlə  əvəz 
olunmuşdur. Hazırda hirkan tipli meşələr əsasən Lənkəran regionu ərazisində qalmışdır, 
burada dağ meşələri dəniz səviyyəsindən 50-100 m-dən başlayır.
Böyük və Kiçik Qafqazda dəniz səviyyəsindən 600 m (900-1000 m) hündürlükdə palıd 
və  palıd-vələs  meşələrini  fıstıq  meşələri  əvəz  edir.  Fıtıq  meşələri  yüksək  doluluqlu  ən 
məhsuldar  (I-II  bonitetli)  meşələr  hesab  olunur.  Dəniz  səviyyəsindən  1700-2000  (2100) 
m-dən yuxarıda fıstıq meşələri seyrək şərq palıdı ağacları ilə qarışır. Şərq palıdı meşələri 
əsasən yamacların cənub baxarlığında yayılmışdır. Yuxarı dağ-meşə qurşağında bir qədər 
az meyilli rütubətli yamaclarda park tipli seyrək traktvetteq ağcaqayını meşələrinə təsadüf 
olunur. 
Böyük Qafqazın qərb və mərkəz rayonlarında meşənin yuxarı sərhəddi çox vaxt əyri 
gövdəli, alçaq boylu tozağacı və quşarmudu ilə qurtarır. Böyük Qafqazın şərq qurtaracağında 
(İsmayıllı,  Şamaxı,  Dəvəçi,  Xızı  rayonları)  və  Kiçik  Qafqazda  meşənin  yuxarı  sərhəddi 
sürünən ardıc növlərindən təşkil olunmuşdur.
Lənkəran regionunun orta və yuxarı dağ-meşə qurşağı meşələrinin yayılmasında Böyük 
və Kiçik Qafqaz dağları ilə ümumi oxşarlıq vardır. Lənkəran regionunda orta dağ qurşağının 
şimal  cəhətlərini  fıstıq,  cənub  cəhətlərini  isə  şabalıdyarpaq  palıd  və  azat  ağacı  tutur. 
Meşənin yuxarı sərhəddində şərq palıdı qurşağı hər yerdə məhv edilmiş, onun qalıqlarına 
yalnız Viləşçayın  yuxarı  axını  yamaclarında  (Yardımlı  rayonu)  təsadüf  edilir.  Meşələrin 
sahələrinin  böyüklüyünə  görə  Lənkəran  regionu  Böyük  və  Kiçik  Qafqazdan  sonra  3-cü 
yerdədir. Regionda meşələrin sahəsinin böyüklüyünə görə birinci yeri Astara rayonu tutr. 
Burada 38 min ha, Lerik rayonunda 33 min ha, Lənkəran rayonunda 29 min ha, Masallı, 
Cəlilabad  və Yardımlı  rayonlarının  hər  birində  16  min  ha-dan  artıq  meşə  sahəsi  vardır. 
150 min ha-a qədər sahə tutan meşələrdə bitən ağacların bir çoxu endemikdir. Onlardan 
dəmirağacı, şabalıdyarpaq palıd, ipək akasiyası, şümşad və s. göstərmək olar. 20 il əvvəl 
Lənkəran ovalığında yaşayış məntəqələri ətrafında və kənd yollarına yaxın olan meşələr 
xeyli qırılaraq məhv edilib. Hətta Hirkan Milli Parkı ərazisində bitən şabalıdyarpaq palıd 
və  dəmirağacı  seçilərək  qırılmış  və  onların  kötükləri  indiyə  kimi  qalmaqdadır. Tikintisi 
1976-cı ildə başa çatdırılmış Xanbulançay su anbarının tikintisi zamanı da xeyli meşə məhv 
edilmişdir.


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə