Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə4/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   99

11
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
yatların bərpa edilməsi üçün), yasaqlıqların (qeyri-oduncaq ehtiyatlarının qorunması üçün) 
yaradıldı. XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropada və Şimali Amerikada zəngin 
meşə örtüyü olan bütün ölkələrdə meşələrin qorunması barədə ilk qanunlar qəbul edildi və 
meşə xidməti yaradıldı. İlk meşə departamenti Rusiyada 1798-ci ildə təşkil olundu.
1925-1930-cu illərdə keçmiş SSRİ-də sənayeləşdirmə nəticəsində və ABŞ-da isə de-
pressiya zamanı meşə təsərrüfatlarının fasiləsiz və davamlı idarə edilməsi prinsiplərinin 
tətbiqi dayandırıldı. İki dünya müharibəsi və müharibələrdən sonra dağılmış təsərrüfatların 
bərpa olunması dövrü meşələrə öz neqativ təsirini göstərdi. Yalnız keçən əsrin 1950-1970-
ci illərində meşələrlə daha zəngin olan qərb ölkələrində (ABŞ, Finlandiya, İsveç və s.) meşə 
təsərrüfatlarında çoxməqsədli istifadə metodları tətbiq olunmağa başlandı. Bu zaman meşə 
sərvətlərinin tükənməsinin qarşısı alınmaqla yanaşı, meşənin qeyri-oduncaq ehtiyatlarından 
ovçuluq, bağçılıq, rekreasiya, mal-qaranın otarılması üçün istifadə olunurdu.
Bəzi inkişaf etmiş ölkələrdə sürətlə boy atan meşə əkini tətbiq olunmaqla meşələrin bir 
hissəsində inten siv meşə təsərrüfatçılığı həyata keçirilirdi. Meşə təsərrüfatlarının fasiləsiz 
və tükənmədən fəaliyyət gös tər məsi üçün aşağıdakı üsullar tətbiq olunurdu: meşə bitkiləri-
nin artırılması, xidməti meşə qırmalarının həyata keçirilməsi, gübrələrin və pestisidlərin 
tətbiq olunması, bataqlıq meşə ərazilərinin qurudulması, istifadəyə yarar sız kənd təsərrüfatı 
sahələrində  tarlaqoruyucu  meşə  zolaq larının  yaradılması.  Mülayim  və  boreal  meşə  böl-
gələrinin meşə təsərrüfatlarında intensiv olaraq təmiz məhsuldar iynəyarpaqlı ağac növləri 
artırılırdı. Meşə təsərrüfatının intensivləşdirilməsi prosesi vahid sahədəki meşə qırmaları 
nəticəsində alınan məhsulun miqdarını bir neçə dəfə artırdı. Öncədən müəyyən edilmiş key-
fiyyətlərə cavab verən ağac növlərinin artırılması imkanları odun cağın effektiv istifadəsi 
üçün şərait yaratdı. Bu imkanlar nəticəsində təbii meşələrin istismarı azaldıldı və süni üsul-
la yaradılmış məhsuldar meşələr daha geniş istifadə olunmağa başlandı.
Yeni  meşə  modelinin  Qərbi Avropada  və ABŞ-da  tətbiq  edilməsi  davamlı  istifadə  və 
tükənməzlik prinsipinə əsaslansa da bütövlükdə oduncaq çatışmazlığı probleminin tam həllinə 
kömək etmirdi. Tropik ölkə lərdən, Kanada və Rusiyadan ağac məhsullarının ixracı müntəzəm 
olaraq artırdı. Həmin dövrdə toxunulmamış iri meşə sahələrinə malik olan ölkələrdə (keçmiş 
Sovet İttifaqı, Kanada) həddindən artıq istismar olunan meşələr tükənməkdə davam edirdi.
Meşə  təsərrüfatlarının  çoxməqsədli  fəaliyyətinə  bax mayaraq  oduncaq  tədarükü  digər 
istifadə  üsullarına  nisbətən  üstünlük  təşkil  edirdi.  Məsələn,  XX  əsrin  ikinci  yarısında 
Amerika Birləşmiş Ştatlarının şərq hissəsində rekreasiyanın təsiri altında meşə təsərrüfatı 
sahələri digər məqsədlər üçün istifadə olunmağa başlandı və oduncaq tədarükünün həcmi 
aşağı düşdü. Əvəzində isə Amerikanın Sakit okean sahilində olan qədim meşələrini kütləvi 
sürətdə qırmağa başladılar.
Çoxməqsədli tükənməyən meşə təsərrüfatı konsep siyasında bu dövrdə biomüxtəlifliyin 
qorunması, meşə lərin qlobal əhəmiyyəti, yerli əhalinin həyatında rolu və digər məsələlər hələ-
lik öz əksini tapmamışdı. Bu məsələlər XX əsrin sonlarında gündəmə gəldi. Həmin dövrdən 
başlayaraq meşə təsərrüfatının intensiv fəaliy yətinin neqativ ekoloji nəticələri meydana çıxdı. 


12
GİRİŞ
Eynicinsli ağaclardan ibarət idarə edilən meşələrdə bioloji müxtəliflik təbii meşələrdə 
olduğundan xeyli azdır. Belə meşələrdə qocaman ağaclar və məhv olmuş (ölu) oduncaq 
olmadığına görə bir çox canlı orqanizmlərin təbii yaşayış mühiti itirilir. Bu səbəbdən müx-
təlif bitki və heyvan növlərinin tükənməsi baş verir. Əlverişsiz mühit amillərinin təsiri al-
tında iynəyarpaql ağacların məhv olması ehtimalı artır. Belə mühit amillərinə ətraf mühitin 
sənaye tullantıları ilə çirklənməsini, zərərverici həşəratların həddindən artıq çoxalmasını, 
xəstəliklərin yayılmasını misal göstərmək olar. Bundan əlavə geniş ərazilərdə ağacların in-
tensiv olaraq qırılması meşələrin estetik görünüşə xələl gətirməklə yanaşı, torpaq qatında 
və  su  hövzələrində  ekoloji  pozuntulara  səbəb  olaraq  cəmiyyət  tərəfindən  bir  mənalı qa-
rşılanmır.
Beləliklə, XX əsrin ortalarında inkişaf etmiş ölkələrdə intensiv meşə təsərrüfatçılığının 
tətbiq edilməsi təbii meşə lərə düşən yükü bir qədər azaltsa da, bir çox region larda oduncaq 
tədarükünün həcmi digər istifadə növ lərindən daha yüksək idi. 
xx əsrdə İnkİşaf etMəkdə olan tropİk 
ölkələrdə Meşələrİn
İstİfadəsİ və Meşə plantasİyaları
1950-1960-cı illərdə bütün dünyada koloniyalar sis teminin dağılması nəticəsində bir 
sıra yeni müstəqil ölkələr yarandı. Bu ölkələrin iqtisadiyyatı əsasən təbii sərvətlərin is-
tismarı üzərində qurulurdu. “Yaşıl in qilab” nəticəsində kənd təsərrüfatının sürətli inkişafı 
tropik meşələrin kütləvi surətdə qırılması ilə müşayət olunurdu.
Dünya  iqtisadiyyatının qloballaşması və  inkişaf  etmiş  ölkələrdə  oduncağa  tələbatın 
artması Afrikada, Cənubi Amerikada və Cənub-Şərqi Asiyada tropik meşələrin böyük əra-
zilərdə qırılmasının yeni mərhələsinə başlanğıc verdi. Meşə tədarükünün effektiv dövlət 
tənzimlənməsi sistemi təşkil olunmadığından və nəzarətsizlik nəticə sində meşələrin vəzi-
yyəti getdikcə gərginləşdi. Meşə lərin belə istifadəsi meşə təsərrüfatçılığından daha çox 
faydalı qazıntıların istehsalını xatırladırdı. Ona görə də bəzən belə istifadəni “oduncaq 
istehsalı” da (forestmininq) adlandırırdılar.
Tropik  ölkələrdə  sadə  texnologiyaların  tətbiqi  meşə lərin  deqradasiyasına,  sahəsinin 
azalmasına, torpağın eroziyasına səbəb oldu. Meşə tədarükünün yüksək tex nologiyaları, 
inkişaf etmiş ölkələrdə tətbiq olunan meşəçilik üsulları burada istifadə edilmirdi. Həm 
də meşələrin kütləvi qırılması meşə ehtiyatlarından ənənəvi istifadə edən yerli tayfaların 
böyük narazılığına səbəb olaraq onların qədim yaşayış məskənlərindən köçürülməsi ilə 
nəticələnirdi.
XX  əsrin  70-ci  illərində  tropik  ölkələrdə  meşə  plantasiyalarının  salınması  işlərinə 
başlandı. Meşə plantasiyası ekzotik cinsli tez böyüyən ağac növlərinin əkilməsi ilə həya-
ta keçirilən intensiv meşə təsərrüfatıdır. Meşə plantasiyalarında gübrə və pestisidlərdən 


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə