Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə3/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   99

Meşələrin  qanunsuz  qırılmasının  və 
qeyri-leqal odun caq tədarükünün qarşı sının 
alınmasının  qanun verici lik  üzrə,  normativ 
və təşkilati təminatı, nəzarət sistemi, əhali-
nin ekoloji maarifl əndirilməsinin meşələrin 
davam lı  idarə  edilməsində  əhəmiyyəti, 
meşə çilik  sahə sində  gənc  nəs lin  ekoloji 
təhs ili  və  tərbiyəsi  məsələlərinə  dərs likdə 
xüsusi  diqqət  yetirilir.  Meşələrin  davamlı 
idarə  edil məsinə  aid  beynəlxalq  sazişlər, 
əsas  kriteriyalar  və  milli  proqramlar,  bu 
sahədə  müasir  beynəlxalq  təcrübə,  əsas 
prin sip və qaydalar genış şərh olunur. 
Təqdim olunan dərslik meşəçilik üzrə ali 
təhsil və orta ixtisas təhsili müəssisələrinin 
tələbələri,  meşə  sektoru  mütəxəssislərinin 
ixtisaslaşdırma  və  ix tisas artırma  kursları 
üçün nəzərdə tutulur. Bununla yanaşı kitaba 
daxil  olan  bölmələr  digər  ixtisaslar  üzrə 
təhsil alan gənclərin meşələrin davamlı idarə 
edilməsi  sahəsində  biliklərinin  artırılması 
məqsədilə  istifadə  oluna  bilər.  Meşələrin 
davamlı  idarə  edilməsi  konsepsiyası  yeni 
bir  sahə  olduğuna  görə  dərsliyin  ayrı-ayrı 
mövzularının  müxtəlif  fənlərlə  inteqrativ 
olaraq  tədris  edilməsi  mümkündür.  Mü-
təxəssislərin  dərslik  barədə  bütün  rəy  və 
təklifləri xü susi əhəmiyyətə malik olduğuna 
görə  müəlliflər  tərəfindən  dərin  minnət-
darlıqla qəbul ediləcəkdir.
AMEA Coğrafiya İnstitutunun 
direktoru,
əməkdar elm xadimi,
akademik B.Ə.Budaqov
International treaties related to the sus-
tainable  forest  management,  basic  criteria 
and  national  programs,  respective  interna-
tional  practices,  main  principles  and  regu-
lations are being widely reviewed and com-
mented in the manual.
The  manual  is  envisaged  for  the  stu-
dents  of  high  and  mid-specialized  institu-
tions and for courses on specialization and 
professional improving for the forest sector 
specialists. In addition, for increasing of stu-
dents’ knowledge in the area of sustainable 
forest management some of book’s chapters 
can be used by students specialized in other 
disciplines.  Due  to  the  novelty  of  sustain-
able forest management concept it is possi-
ble to teach different topics of the manual 
integrative  within  the  various  disciplines. 
Authors  do  highly  appreciate  all  remarks 
and proposals put forward by experts.
Director of Geography Institute of 
Azerbaijan National Academy of 
Sciences, 
academician B.A.Budagov


9
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Meşələrİn davaMlı İdarə edİlMəsİnİn 
İnkİşaf tarİxİ
Meşə - bərpa olunan təbii sərvətdir. Meşənin bərpaolunma xüsusiyyəti bəzən belə təsəv-
vür yaradır ki, Yer üzərində meşələrin sahəsi genişdir və istənilən qədər istifadə edilə bilər. 
Lakin əsrlər boyu bəşəriyyətin inkişaf tarixi göstərir ki, əkinçilik və maldarlığın meydana 
çıx dığı dövrdən başlayaraq, kənd təsərrüfatı sahələrinin genişlənməsi nəticəsində meşələrin 
kütləvi qırılmasına səbəb olmuşdur. Planetin yaşıl örtüyünün ümumi sahəsi xeyli azalmış, 
iqlim  dəyişmələri,  torpaqların  eroziyası,  səhralaşma  və  digər  ekoloji  problemlər  yaran-
mışdır. Bir çox regionların meşə ehtiyatları, bioloji müxtəlifliyi tükənmiş, meşələrin bioloji 
funksiyaları və qoruyucu rolu zəifləmişdir. Bütün bu poblemlər göstərir ki, dünya ölkələri-
nin əhalisi, o cümlədən, ilk növbədə meşəçilik üzrə mütəxəssislər mümkün qədər bu pros-
eslərin qarşısını almaq üçün meşənin ümumi vəziyyətinə dəyən zərəri azaltmaq məqsədilə 
təbii ehtiyatların davamlı istifadəsini və bərpa olunmasını təmin etməlidir.
Sənaye  təyinatlı  meşələrə  malik  olan  bəzi  ölkələrdə  belə  güman  edilir  ki,  meşələrin 
ekoloji - sosial cəhətdən davamlı istifadəsi məsələlərini həll etmək üçün meşə təsərrüfat-
larının gəlirini və iqtisadi səmərəliliyini artır maq lazımdır. Dünya təcrübəsi göstərir ki, belə 
yanaşma qısamüddətli iqtisadi səmərə versə də, son nəticədə eko loji və sosial tarazlığı bər-
pa etmək üçün külli miqdarda vəsait tələb edir. Meşəçilik üzrə mütəxəsislərin bu məsələləri 
dərindən bilməsi vacibdir. Müasir dövrdə ətraf mühitin, biomüxtəlifliyin qorunması, so-
sial  tələbatın  təmin  olunması  məsələlərini  ikinci  dərəcəli  hesab  et məklə,  gələcəkdə  itir-
ilmiş tarazlığın bərpasına daha çox insan, zaman və maliyyə resurslarının sərf edilməsi ilə 
qarşılaşmaq ehtimalı labüddür. Eyni zamanda nəzərə almalıyıq ki, bütün bu problemlərin 
həlli gələcək nəsillərin öhdəsinə düşə bilər. “Meşələrin davamlı idarə edilməsi” anlayışı çox 
vaxt  “davamlı  meşə  təsərrüfatı” 
anlayışı  ilə  əvəz  edilir.  Lakin 
“davamlı  meşə  təsərrüfatı”-nis-
bətən  məhdud  çərçivəlıi  anlayış 
olub,  meşə  təsərrüfatının  təşkili 
təcrübəsinə  (meşə  quruluşunun 
təşkili,  meşə  qırmaları,  meşənin 
bərpası,  mühafizəsi,  biomüx-
təlifliyin  qorunması,  monitorinq 
və  s.)  aid  edilir.  Meşələrin  da-
vamlı  idarə  edilməsinə  isə  yux-
arıda göstərilənlərdən əlavə meşə 
siyasəti,  qanunvericilik,  serti-
fikatlaşdırma  və  digər  məsələlər 
daxildir.


10
GİRİŞ
Meşə ehtİyatlarının
tükənMəsİ probleMİ
Məlum olduğu kimi, bəşəriyyətin inkişaf tarixi ayrı-ayrı regionlarda və ölkələrdə təbii 
ehtiyatların tükən məsi səbəbindən bir sıra böhranların baş verməsi ilə müşayiət olunmuşdur. 
Meşələrin  qırılması  prosesinin  sürətlənməsi,  geniş  coğrafi  ərazilərdə  bitki  örtüyünün 
yenidən bərpası imkanlarının azalması bu problemə dünya ictimaiyyətinin diqqətini get-
dikcə artırmışdır. Həmin dövrlərdə meşədən istifadədə davamlılıq prinsipi formalaşmağa 
başlamışdır. 
XVII-XVIII əsrlərdə Avropa ölkələrində sənayenin oduncağa olan tələbatının artması 
nəticəsində meşə ehtiyatlarının tükənməsi getdikcə sürətləndi. Bu dövrdə aydın oldu ki, 
meşə bərpa olunan təbii sərvət hesab edilsə də, tükənmək təhlükəsi qarşısındadır. Ilk dəfə 
XVIII  əsrdə Almaniyada  meşəçilik  təsərrüfatlarının  davamlı  istifadəsi  barədə  çağırışlar 
səsləndi. Əhalinin sürətli artımı, kənd təsərrüfatı sahələrinin genişlənməsi, silah istehsalı 
və yanacaq məqsədilə istifadə olunması nəticəsində ölkə nin meşə ehtiyatlarının azalması 
ictimaiyyətin haqlı narahatçılığına səbəb oldu. Oduncağın torfla əvəz edil məsi və qırılmış 
sahələrdə  meşələrin  bərpa  edilməsi  təklifləri  davamlı  meşə  təsərrüfatlarının  yaradılması 
üçün ilk təşəbbüslər kimi qiymətləndirildi. 
Beləliklə, 300 il bundan əvvəl ilk dəfə Almaniyada tədarük olunan oduncağın yenidən 
bərpası üçün qırılmış ərazidə meşənin bərpa edilməsi barədə təşəbbüs qaldı rıldı. 1795-ci 
ildə almaniyalı Q.Qartiq tərəfindən belə bir ideya irəli sürüldü ki, ehtiyatlar tükənmədən 
maksimal həcmdə oduncaq tədarük edilməklə yanaşı hər bir meşə təsərrüfatında işlər elə 
təşkil  olunmalıdır  ki,  gələcək  nəsil lər  indikindən  az  olmamaq  şərtilə  mənfəət  əldə  edə 
bilsinlər. Bu ideyalar sonradan bir çox Avropa ölkələrində, həmçinin Rusiyada geniş tətbiq 
olunmağa başlandı. Meşəçilik üsulları təkmilləşdikcə, bərpa edilmə qaydaları da mürək-
kəbləşdi. Meşələrin tükənməməsi üçün istifadə normalarına riayət olunması, yəni tədarük 
edilən oduncaqla bərpa olunan ağaclar arasındakı nisbət əsas meyar olaraq qəbul edildi.
XIX əsrin sonunda kağız emal edən avadanlıqların geniş tətbiq olunması nəticəsində 
kağızın kütləvi istehsalı və istifadəsi mümkün oldu. Oduncağa tələbatın artması nəticəsində 
beynəlxalq ticarət inkişaf etdi. XX əsrin əvvəllərində oduncağın keyfiyyətinə tələbatın azal-
ması, meşə tədarükünün mexanikləşdirilməsi, yeni texniki vasitələrin istifadəsi meşə qır-
malarını xeyli artırdı. 
Lakin geniş təbiət ərazilərinin mənimsənilməsi sonradan insanları fəlakətli nəticələrlə 
üz-üzə  qoydu.  Meşə  ehtiyatlarının  heç  bir  məhdudiyyət  qoyulmadan  istifadəsi  toz  bu-
rulğanlarının yaranmasına, torpaq ero ziya sına, daşqınlara, torpaq sürüşmələrinə və digər 
təbii fəlakətlərə səbəb oldu. İri şəhərlərdə sənayenin sürətli inkişafı və əhali artımı şəhər 
sakinlərinin  təbiətdə  istirahətə  olan  tələbatını  artırdı.  İctimai  xadimlərin  və  alimlərin 
çağırışları  nəticəsindəı  ilk  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri:  milli  parklar  (unikal 
təbiət əra zilərinin qorunması və rekreasiya üçün), qoruqlar(elmi məqsədlər və unikal ehti-


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə