Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə5/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   99

13
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
geniş istifadə edilir. Meşəqırmanın dövriyyəsi 5-15 il təşkil edir. Alınan xammalı emal et-
mək üçün kağız-sellüloza kombinatlarının tikilməsi həyata keçirildi. Bir müddətdən son-
ra Cənubi Amerika və Cənub-Şərqi Asiyanın plantasiyalarında tədarük olunan oduncaq 
məhsulları şimal yarımkürəsindəki təbii meşələrdən alınan məhsulları sıxışdırıb aradan 
çıxarmağa başladı.
Meşə plantasiyaları əslində təbii meşələrə düşən yükü azaltmaq məqsədilə yaradılsa 
da, çox zaman tropik meşələri qıraraq boş qalmış ərazilərdə salınırdı. Bu zaman bir sıra 
ekoloji və sosial problemlərin meydana çıxması ciddi narahatçılıq doğururdu. Məsələn 
evkalipt  ağaclarından  ibarət  plantasiyalar  torpağı  qurudaraq  ətraf  ərazilərdə  içməli  su 
çatışmazlığına  səbəb  olurdu.  Kimyəvi  maddələrin  istifadəsi  ətraf  mühiti  çirkləndirir, 
zəhərli  maddələrin  ekosistemlərin  qida  zəncirlərində  toplanması  insanların  sağlamlığı-
na mənfi təsir göstərirdi. Plantasiyalarda biomüxtəlifliyin azalması, gəlmə növlərin yer-
li növləri sıxışdırıb sıradan çıxarması, genetik cəhətdən modifikasiya olunmuş ağacların 
əkilməsi bir sıra neqativ nəticələrə gətirib çıxarırdı.
Meşələrİn İdarə edİlMəsİnİn ekolojİ və 
sosİal probleMlərİ
XX  əsrin  ortalarına  qədər  inkişaf  etmiş  ölkələrdə  meşələrin  idarə  edilməsi  dövlət 
tərəfindən həyata keçirilirdi. Bu ölkələrin vətəndaşları belə güman edir dilər ki, meşənin 
problemləri dövlət tərəfindən vaxtında həll oluna bilər və meşə sahibkarları isə istədikləri 
kimi fəaliyyət göstərə bilərlər. Biznes sektoru meşədən maksimal dərəcədə gəlir əldə et-
məyə çalışırdı. Buna baxmayaraq artıq bu dövrdə meşənin sənaye üçün xammal ehtiyatı 
olmasından daha çox, şəhər əhalisini içməli su ilə təmin edən istirahət yeri kimi əhəmiyyəti 
getdikcə artırdı.
BMT-nin ərzaq və kənd təsərrüfatı üzrə təşkilatının (FAO) məlumatına görə 1980-90-
cı illərdə hər il tropik meşələrin 14-15 milyon hektarı və ya ümumi sahəsinin 0,7-0,8%-i 
qırılırdı. İnkişaf etmiş demokratik ölkələrdə XX əsrin 80-cı illərində cəmiyyətin tələbi ilə 
meşə tədarükü zamanı yeni ekoloji cəhətdən təhlükəsiz texno logiyalar tətbiq edilirdi. Meşə 
təsərrüfatçılığında  yerli  əhalinin  tələbatı  nəzərə  alınmaqla  sosial  məsuliyyət  məsələləri 
meydana çıxdı. Artıq elmi dəlillərlə sübut olundu ki, tropik meşələrin kütləvi sürətdə qırıl-
ması  və  toxunulmamış  meşə  sahələrində  sənaye  məqsədləri  üçün  meşə  qırmaları  bütün 
dünyada bioloji müxtəlifliyin azalmasının əsas səbəbləridir.
Dünyanın inkişaf etmiş bir sıra ölkələrini, xüsusilə BMT-ni dünya meşələrinin hazır-
ki vəziyyəti, səhralaşma, torpaqların eroziyası, biomüxtəlifliyin qorunması, ətraf mühitin 
çirklənməsi məsələləri çox narahat edir. Bütün bunlara qarşı birgə mübarizə aparılmasında 
zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə yardım göstərilir. Hətta bir sıra ölkələrə 
bu  sahədə  beynəlxalq  şazişlər  üzrə  milli  proqramlar  hazırlamaq  üçün  müəyyən  həcmdə 
vəsait ayrılır (şəkil 1).


14
GİRİŞ
Şəkil 1
Dünyada ən böyük meşə sahəsi olan 10 ölkə (2010-cu ildə)
Rusiya Federasiyası
Braziliya
Kanada
Amerika Birl şmiş Ştatları
Çin
Konqo Demokratik Respublikası
809
Meş  sah si 
(mln. qа)
Meş  sah si 
(mln. qa)
520
310
304
207
154
Avstraliya
İndoneziya
Sudan
Hindistan
Dig r ölk l r
149
94
70
68
1 347
BMT-nin  məlumatına  görə,  son  10  ildə  yanacaq  üçün  sərf  edilən  oksigen  itkisinin 
miqdarı xeyli artmışdır. Bu müddət ərzində isə sənayedən digər zəhərli qazlar atmosferə 
buraxılmışdır.  Dünyada  meşə  və  yaşıllıqların  istehsal  etdiyi  oksigenin  təxminən  23%-
i  sənayeyə,  yaşayış  sahələrinin  qızdırılmasına  sərf  edilir.  Hesablanmışdır  ki,  bu  miqdar 
oksigenlə  il  ərzində  43  milyard  adam  təmin  edilə  bilər.  Bütün  bu  göstərilən  faktlar  və 
rəqəmlər onu sübut edir ki, artıq bu sahədə ciddi tədbirlərin görülməsi vaxtı çatmışdır. 
1998-ci  ilin  oktyabr  ayında  Türkiyənin  İstanbul  şəhərində  ekspertlər  səviyyəsində 
keçirilən beynəlxalq toplantıda Kosta-Rika və Kanada hökumətlərinin təşəb büsü ilə dünya 
meşə sərvətlərindən səmərəli istifadə edilməsinin, qorunmasının, mühafizəsinin və bərpa 
olun masının  vahid  hüquqi  qanunlar  əsasında  idarə  olunmasının  mümkünlüyü  barədə  72 
bənddən ibarət qanun toplusu müzakirəyə çıxarılmışdır. Bu təşəbbüs, ümumiyyətlə toplantı 
iştirakçıları  tərəfindən  prinsipcə  bəyənilmişdir.  Onların  bəzi  bəndləri  istisna  olunmaqla 
dövlətlərarası razılaşmadan sonra hüquqi cəhətcə qüv vəyə minməsi şübhəsizdir. Bundan 
sonra dünyanın bütün dövlətləri onların ərazilərində olan meşə və yaşıllıqlardan istədikləri 
kimi istifadə edə bilməyəcəklər. Bu məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hər bir 
dövlət əgər istəyirsə ki, onun məmləkətində su qıtlığının, quraqlığın, torpaq eroziyasının, 
səhralaşmanın  qarşısı  alınsın,  vaxt  itirmədən  mövcud  meşə  və  yaşıllıqları  ciddi  şəkildə 
qorumalı, böyük ərazilərdə yeni meşələr salmalı və seyrək meşələri bərpa etməlidir.
Meşələrin  davamlı  idarə  edilməsinin  əsas  məqsəd lərindən  biri  əhalinin  tələbatını 
ödəməklə,  ətraf  mühitin  keyfiyyətinin  artırılması  və  meşələrin  rekreasiya  qabiliy yətinin 
qorunub saxlanmasıdır. Davamlı idarə olun mada başlıca çətinliklər meşə ehtiyatlarından 
istifadə  zamanı  müxtəlif  maraqların  nəzərə  alınması  və  razı laşdırılmasıdır.  Müxtəlif 
qruplardan olan istehlakçı insan ların maraq dairəsi toqquşduqda bu çətinliklər böyüyə bilər. 
Bəzi xarici dövlətlərdə sənaye meşələrindən istifadə məsələləri müxtəlif yollarla həll olunur. 
Məsələn,  9  milyonluq  əhalisi  olan  Nyu-York  şəhərin də  bir  sutka  ərzində  4  milyon 
kub metr su sərf olunurdu. Şəhəri içməli su ilə təmin edən 3 nəhəng su anbarında suyun 
keyfiyyəti 1996-cı ildə kənd təsərrüfatının inkişafı, yeni yolların və yaşayış məntəqələrinin 
salınması  nəticəsində  birdən-birə  xeyli  pisləşdi.  Bu  ilk  növbədə  kanalizasiyadan  çirkab 
sularının  sızması,  tarlalardan  gübrə  və  pestisidlərin  yuyulub  yeraltı  sulara  qarışması  ilə 
Müəllif: E.P
.Kuzmiçev


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə