Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə9/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   99

23
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Kiçik  Qafqazın  cənub  yamacında  (Həkərəçay  hövzəsi)  dağətəyi  zonada Araz  palıdı, 
ardıc və saqqız, arid tipli meşələr, aşağı dağ meşə qurşağında arid meşələr və iberiya palıdı 
meşələri yayılmışdır. Bu regionda fıstığa təsadüf olunmur.
Dağlarımızın  dərə  hissələrində  qarışıq  cökə,  ipəkyarpaq  qızılağac,  Qafqaz  xurması, 
məxməri ağcaqayın, qoz meşələrinə də rast gəlinir. Yuxarıda göstərilən meşə qurşaqlarının 
yayılması  qanunauyğunluqları  demək  olar  ki,  respublikamızın  bütün  dağlarında  insan 
fəaliyyətinin mənfi təsiri nəticəsində pozulmağa məruz qalmışdır.
Bitki  qurşaqları  qanunauyğunluğunun  pozulması  ən  çox  yuxarı  dağ  qurşağında 
müşahidə olunur. Burada çox yerdə tozağacı, şərq palıdı və ardıc qurşaqları məhv edilmiş, 
onların yerini törəmə subalp çəmənləri, qayalıqlar əvəz etmişdir. Aşağı və orta dağ meşə 
qurşaqlarında meşələr antropogen landşaftlarla (kənd təsərrüfatı bitkiləri sahələri, bağlar, 
yaşayış  məntəqələri  və  s.)  əvəz  olunmuşdur.  Tədqiqatlar  göstərir  ki,  respublikamızda 
meşənin  iqlim  sərhəddində  demək  olar  ki,  meşə  bitkisinə  təsadüf  edilmir.  Meşənin 
müasir  yuxarı  sərhəddi  respublikamızın  dağlıq  rayonlarında  orta  hesabla  1600-2000  m 
hündürlükdən keçir.
Böyük  Qafqazın  cənub  yamacının  (Şəki-Zaqatala  zonasının)  yuxarı  dağ  qurşağında 
yamaclar  çox  dik  və  kəskin  parçalandığından,  burada  yaşayış  məntəqələri  əsasən  aşağı, 
bəzən  isə  orta  dağ-meşə  qurşağında  yerləşir.  Meşənin  yuxarı  iqlim  sərhəddinin  aşağı 
düşməsinə əsas səbəb uzunmüddətli köçəri mal-qaranın yaylaq zonasında, yəni meşənin 
yuxarı  sərhəddində  sistemsiz  otarılması  olmuşdur.  Burada  iqlim  sərhəddi  geri  çəkilən 
ərazidə  meşə  əsasən  çəmən  və  boz-qır  çəmən  bitkiləri  ilə  əvəz  olunmuşdur.  Burada 
Muxaxçay hövzəsində meşənin yuxarı sərhəddi 1800-2000 m-ə, Qoşaçay hövzəsində 1550-
1650 m-ə, Zəkitçay hövzəsində 2000-2100 m-ə endirilmişdir.
Böyük Qafqazın cənub yamacının şərq hissəsində bütün dağ-meşə qurşaqlarında meşə 
örtüyü daha intensiv antropogen dəyişikliyə məruz qalmışdır. Belə ki, Pirsaatçay hövzəsində 
yuxarı dağ meşə qurşağı tamamilə sıradan çıxarılmışdır, orta dağ meşə qurşağı isə yalnız 
sağ  sahil  yamacında  qalmışdır.  Qozluçay  hövzəsində  meşə  ilə  örtülmə  dərəcəsi  5%-dən 
aşağıdır,  burada  dəniz  səthindən  1400-1800  m  yüksəklikdə  güclü  pozulmuş  kiçik  meşə 
sahələrinə rast gəlinir. Qozliçaydan şərqdəki ərazilərdə Çilikçay və Çebotarçay hövzəsində 
meşə yalnız törəmə tipli kolluqlardan ibarətdir.
Kiçik Qafqaz dağlarının (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın) subalp zonasında və orta 
dağ-meşə qurşağında isə ərazinin relyefinin nisbətən sakit olması, dağarası çökəkliklərin 
mövcudluğu qədim zamanlardan bəri insanları özünə cəlb etmişdir. Buna görə də yaşayış 
məntəqələri əsasən məhz burada cəmlənmişdir. Bununla əlaqədar Böyük Qafqazdan fərqli 
olaraq meşənin iqlim sərhəddinin aşağı enməsində maldarlıqla yanaşı, həm də əkinçiliyin 
inkişafı  böyük  rol  oynamışdır.  Məhz  buna  görə  də  Kiçik  Qafqaz  dağlarında  meşənin 
yuxarı sərhəddi çox böyük antropogen dəyişikliyə uğramışdır. Uzunmüddətli əkinçilik və 
maldarlığın birgə təsiri nəticəsində meşə demək olar ki, heç bir yerdə öz təbii sərhəddində 
qalmamışdır.  Bir  çox  yerlərdə  subalp  tipli  meşələr  tamamilə  sıradan  çıxmış,  onu  dağ 


24
GİRİŞ
çəmənləri,  kolluqlar  və  ya  qayalıqlar, 
daşlıqlar əvəz etmişdir. Bununla əlaqədar 
bu  zonada  meşəlik  faizi  kəskin  aşağı 
düşmüşdür.
Gədəbəy,  Daşkəsən  və  Kəlbəcər 
rayonlarında  dağ  yamaclarının  şimal 
cəhətlərində  meşənin  müasir  sərhəddi 
əsasən fıstıq və palıdla, Laçın və Qubadlı 
rayonlarında isə yalnız palıdla qurtarır. 
Meşənin  iqlim  sərhəddində  uyğun 
seyrək,  alçaq  boylu  subalp  meşələrinə 
olduqca  kiçik  “ləkələr”  şəklində  rast 
gəlmək  olar.  Məsələn,  Gəncə  çayı 
və  Tərtərçayın  hövzələrində  dəniz 
səthindən  2200-2350  m  yüksəklikdə 
kiçik  sahələrdə  tozağacı  meşəsi  vardır, 
ona vələs, bəzən palıd da qarışır. Tozağac 
şaxtaya  daha  çox  davamlı  olduğu  üçün 
bu  şəraitdə  palıda  və  vələsə  nisbətən 
daha yaxşı inkişaf edir. Burada tozağacı 
meşəliyinin  yuxarı  qurtaracağında  eni 
cəmi  10-15  m  olan  dar  zolaqla  boyları 
0,5-1,0 m olan palıd və vələs ağacları müşahidə edilir. Lakin burada da intensiv mal-qara 
otarılması nəticəsində bitki örtüyü pozulmuş və ilkin halını bir qədər itirmişdir.
Gəncə çayının sol sahilində dəniz səthindən 2400-2500 m yüksəklikdə sıx ardıc kollarına 
da təsadüf olunur. Zəyəm çayının mənbəyində sürünən formalı ardıc kolları qalıqları dağın 
lap zirvəsinə qədər, 2600-2700 m yüksəkliyə qədər qalxır. Hazırda Kiçik Qafqazda dəniz 
səthindən 1900-2300 m yüksəklikdə ardıc kolları daha geniş yayılmışdır. Onlar fıstıq, palıd 
və tozağacı meşələrinin yerində bitir. Buna səbəb əsas ağac növlərindən ibarət meşələrin 
qırılması nəticəsində eroziya prosesinin intensiv inkişafı, yamacların quraqlaşması və mün-
bitliyin azalmasıdır. Belə sahələrdə ardıc daha yaxşı uyğunlaşa bilir. Vaxtilə ardıc kolları 
dağlarda dəniz səthindən 2400-2500 m-dən yuxarıda təbii zolaq yaradaraq, ondan aşağıda 
yerləşən meşə qurşaqlarını iqlimin mənfi təsirindən mühafizə edirdi. Lakin, sonralar otlaq 
sahələrinin genişləndirilməsi məqsədilə bu zolaq aırılaraq və ya başdan-başa yandırılaraq 
məhv edilmişdir.
Kontinental iqlimə malik olan Naxçıvan Muxtar Respublikasında dəniz səthindən 3000 
m yüksəklikdə ardıc kollarına rast gəlinir.
Lənkəran-Astara zonasında meşənin yuxarı sərhəddi əsasən dəniz səthindən 1500-1800 
m  yüksəklikdən  keçir.  Bəzi  yerlərdə Alar,  Lerik  və  Soru  yaşayış  məntəqələri  ətrafında 


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə