Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə17/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   99

40
GİRİŞ
nasib dendrologiya bağının yaradılması üçün 150 hektarlıq ərazinin müəyyənləşdirilməsinə 
nail olunmuşdur və lazımi elmi məsləhətlər verilmişdir.
Həsən Əliyev hələ 1980-cı illərdən başlayaraq Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti 
və  Bilik  Cəmiyyəti  ilə  birlikdə  keçirdiyi  elmi  seminarlarda  təbiətsevərlərin,  ekoloqların 
qarşısında həmişə olduğu kimi elmi-praktiki əhəmiyyət kəsb edən mühazirələrlə çıxış edir-
di. Çıxışlarında Azərbaycan flora və faunasının ciddi mühafizəsinin təşkil etməklə yanaşı 
bir sıra yaxşılaşdırma işlərinin başlanmasının lazım olduğunu qeyd edirdi. O, qoruqların, 
yasaqlıqların və digər xüsusi mühafizə olunan ərazilərin elmi və bioekoloji əhəmiyyətindən 
danışaraq ətraf mühitin mühafizəsinin qarşısında duran vəzifələri şərh edir, eləcə də Azər-
baycan meşələrinin qorunub mühafizə edilməsində görülən işləri müzakirə edərək bir sıra 
işlərə öz münasibətini bildirirdi. O, deyirdi ki, dünya meşələrinin çox kiçik tərkib hissə-
si  olan Azərbaycan  meşələri  cins  tərkibi  ilə  yüksək  malikdir  və  ümumi  ərazinin  12%-ə 
qədərini təşkil edən meşə fondunda 70-dən artıq dünyada nəsli kəsilməkdə olan ağac və 
kol cinsləri mövcuddur. Bu məqsədlə onun təşəbbüsü ilə 1982-ci ildə Azərbaycan hökuməti 
belə ərazilərin təbiət abidələri kimi qiymətləndirərək pasportlaşdırılmasını həyata keçirdi.
Həsən  Əliyev  ictimaiyyət  qarşısındakı  mühazirələrində  meşələr  və  onlardan  isti-
fadə mədəniyyətindən də geniş söhbət açırdı. O, meşələrin necə gəldi qırılmasını, həmin 
sahəyə yersiz texnika ilə hücum çəkməyin yol verilməz olduğunu videokameralarla lentə 
alır, çəkdiyi epizodlar ətrafında müzakirələr aparırdı. Təbiətə dəyən ziyanları lentə aldıq-
ca meşələrdə qanunsuz mal-qara otaranları və özbaşına qırıntıya yol verənləri gördükcə 
vəziyyətin getdikcə gərginləşdiyini hiss edən görkəmli akademik “Həyəcan təbili” kitabını 
qələmə aldı.
Həsən  Əliyev  Tuqay  meşələrinin  seyrəlməsinə  və  onun  yarımsəhralara  çevrilməsinə 
daim  diqqət  yetirirdi.  Bu  bəlanın  qarşısını  almaq  məqsədilə  elmi  təhlillər  aparırdı.  Bu 
məqsədlə yüksək ixtisaslı mütəxəssislərlə ərazilərə baxış aparmaqla fikirlərini öyrənirdi. 
Xüsusilə Tuqay meşələrinin genofonduna daxil olmayan, torpaq və iqlim şəraitinə uyğun-
laşmayan ağac və kol cinslərindən ibarət bərpaya etiraz edirdi. O, Tuqay meşələrinin yer-
ində alma, armud, nar bağlarının salınmasına etirazını bildirərək həmin ərazilərdə uzun-
saplaq palıdın, qovağın, saqqızın, qarağacın və b. ağac və kol cinslərinin torpaq və iqlim 
şəraitinə uyğun olanlarını məsləhət bilirdi. Əkinlərə baxış zamanı bildirirdi ki, Kür boyu 
Eldar şamı əkilməsi təqdirəlayiqdir. Lakin onun yanğın təhlükəsi daha böyük olduğu üçün, 
müxtəlif  cinslərlə  qarışıq  əkilməsi  məsləhətdir.  Saqqız  toxumunun  həmin  ərazidən  daha 
sağlam  ağaclardan  yığılaraq  Bərdə  dendralogiya  bağında  səpilməsini  tövsiyə  etmişdir. 
Püstənin əcdadı olmaqla eyni fəsilədən olan saqqız ağacına püstə ağacının calanması tək-
lifini vermişdir. Tinglikdə aparılan calaq işlərindən məlum olmuşdur ki, (1984-85-ci illər) 
qismən (10-15%) nəticə alınsa da (T şəkilli calaq aparılmaqla) saqqız ağacı həqiqətən də 
püstənin ən qədim əcdadıdır.
Qeyd etmək lazımdır ki, akademik təbiəti mühafizə və təbiəti bərpa sahəsindəki təd-
qiqatları və tövsiyələri bu gün də fəaliyyətimiz üçün önəmlidir. O, 1970-ci illərdən başla-


41
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
yaraq Bakı və Sumqayıt şəhərlərinin ətrafında yaşıllaşdırma işlərinə bilavasitə köməklik 
gostərməklə  mütəmadi  müşahidə  edərək  Ceyranbatan  su  anbarının  da  ətrafında  mədəni 
meşə əkinlərinin həyata keçirilməsini vacib bilirdi. Həmin ərazidə Respublikamıza digər 
ölkələrdən gətirilən torpaq və iqlim şəraitinə uyğun ağac və kol cinslərindən biomüxtəlifli-
yini nəzərə almaqla mədəni meşə salınmasını təklif edirdi. Suyun çirklənmədən, torpağın 
eroziyadan qorunması başlıca məqsəd olmaqla, təklif edirdi ki, həmin ərazidə torpaqların 
qismən codluğu nəzərə alınmaqla cinslərin seçilməsinə diqqət verilsin. O, həmin ərazidə 
fitonsidlər buraxan dekorativ və estetik gözəlliyə malik sərvin müxtəlif növlərindən, El-
dar şamından, şabalıdyarpaq palıddan, göyrüşdən, ağcaqayından, şeytan ağacından və b. 
cinslərlə bərabər müəyyən ərazilərdə qismən saqqız ağacının da toxumlarının səpilməsini 
təklif etmişdi.
Respublikamızın  yalnız  11,8%  ərazisi  meşə  gondu  hesab  olunsa  da,  seyrəkliklər 
meşələrin  məhsuldarlığını  aşağı  salır.  Dağ  meşələrinin  müxtəlif  ekocoğrafi  problem ləri, 
düzən  meşələrinin  isə  təbii  şəraitin  dəyişməsi  ilə  əlaqədar  azalması  təbiətdə  “həyəcan 
təbili”nin çalınması kimi zamanın hökmünü elan etdi.
“Həyəcan təbili” görkəmli təbiətşünas akademik Həsən Əliyevin qələmə aldığı ən qiy-
mətli əsərlərindəndir. Azərbaycanın zəngin bitki örtüyünü və iqlimi kənd təsərrüfatı müx-
təlif sahələri üçün əlverişli sayan təbiətşünas alim, 20-ci əsri yuxudan oyadan “Həyəcan 
təbili” kitabında təbiətimizin keçmişini xatırlamaqla bu günün qlobal problemlərinin həlli 
yollarını həyəcanla qələmə almışdır. O, təbiətin dərdinə əlac etməyin qanunla, elmi və təsər-
rüfatın müvafiq üsulları ilə həllini aydınlaşdırmış, əsrlər boyu insanların sulara, torpaqlara, 
meşələrə laqeydliyinin törətdiyi və törədəcəyi bəlaları aydınlıqla açıqlamışdır. Məhz ona 
görə də təbiətin qanunla qorunmasını və elmi mühafizəsini təşkil etmək üçün, o, bəşəriyyəti 
köməyə çağırırdı: 
Baltanı dağda cökəyə vurdu!
Aranda qocaman palıd qurudu!
Odur ki, təbiətşünas alim, akademik Həsən Əlirza oğlu Əliyevin XX əsrin insanlarını 
yuxudan oyadan “Həyəcan təbili” kitabi ən qlobal problemlərin vaxtında araşdırılmasından 
bəhs edir. 
O, Azərbaycan təbiətinin bütün regionlarda mühafizə olunması və qorunması barədə 
torulmadan elmi tədqiqat işləri aparırdı. Elmi əsərlərin nailiyyətlərinin təsərrüfatlara tətbiq 
olunmasına da nəzarət edirdi. Xüsusilə, Azərbaycan meşələrinin yaxşılaşdırılması naminə 
gördüyü  işlər  daha  çox  idi.  Bütövlükdə Azərbaycanın,  xüsusilə Abşeron  yarımadasının 
yaşıllaşdırılmasını da həll edilməsi vacib olan ekoloji problemlərdən hesab edirdi. 
O, təbiətin dərdinə əlac etməyi, qanunla qorumağı elmi əsaslarla öyrənməyi və təsərrü-
fatların ekoloji baxımdan idarə olunmasını vaxtında açıqlamışdı. Dahi alim ekoloji təhsi-
li və tərbiyəni yüksək qiymətləndirmişdi. Qiymətli meşə sahələrinin təbiət abidələri kimi 
sənədləşdirilməsi  işlərinə  rəhbərlik  edərək  1982-ci  iln  mart  ayında  dövlət  səviyyəsində 
pasportlaşdırılaraq ciddi mühafizəyə verilməsini təşkil etmişdi.


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə