Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə15/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   99

35
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
qarşı cəmi 10696 ha sahədə meşəbərpa, o cümlədən 3500 ha-ya qarşı 3521 ha sahədə meşə 
əkini və səpini, 7175 ha sahədə isə təbii bərpaya kömək tədbirləri aparılmışdır. 138352 kq 
toxum tədarük edilmişdir. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən meşələrin bərpa olunması və yeni 
meşələrin salınması ilə yanaşı, meşələrin qorunub mühafizə olunması işi diqqət mərkəzində 
olmuşdur. Hal-hazırda meşələrin qorunub mühafizə olunması ilə 1300 nəfər meşə mühafizə 
işçisi  məşğul  olur  ki,  onlar  meşələrin  qorunub  mühafizə  olunması  vəziyyətinə  operativ 
nəzarəti həyata keçirirlər. Nazirliyin tabeliyində olan qurumlarının həyata keçirdikləri təsirli 
tədbirlərin nəticəsində özbaşına (qanunsuz) meşə qırıntılarının həcminin ilbəil azalmasına 
nail olunmuşdur. Belə ki, 2003-cü ildə Respublikamızın meşələrində qanunsuz qırıntıların 
həcmi 49 min m³ olmuşdursa, 2010-cu ilin yekununa görə bu rəqəm 31% azalaraq 34,9 min 
m³ olmuşdur. 2010-cu il ərzində protokollaşdırılmış qanunsuz qırıntılara görə 374 nəfər meşə 
mühafizə işçisi barəsində müxtəlif intizam tənbehi tədbirləri həyata keçirilmişdir. Təqsirkar-
lar barəsində qanuna müvafiq tədbir görülməsi üçün 72748 manat məbləğində 295 iş hüquq 
mühafizə  orqanlarına  göndərilmişdir. Yanğın  əleyhinə  vaxtaşırı  profilaktik  və  qabaqlayıcı 
tədbirlərin  aparılması  nəticəsində  meşə  yanğınlarının  qarşısı  alın mış,  2010-cu  il  ərzində, 
ümumilikdə 49,97 ha meşə fondu ərazisində yanğın hadisəsi baş vermiş, lakin həmin yanğın 
hadisələri operativ qaydada ləğv edildiyindən, meşə fonduna ciddi ziyan dəyməmişdir.
Meşələrin qorunub mühafizə edilməsi və yeni meşə sahələrin salınması istiqamətində 
işlər intensiv olaraq davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına 
əsasən, respublikanın az meşəli və meşəsi olmayan aran rayonlarında meşəbərpa və qoruyu-
cu meşə zolaqlarının həcmini bir neçə dəfə artırmaq nəzərdə tutulur. Bu istiqamətdə Kür 
və Araz çayları vadisində yerləşən Tuqay meşələrinin bərpa olunması üçün böyük miqyaslı 
işlər həyata keçirilməsi planlaşdırılır.
Respublikamızda dərə-yarğanlarda və Xəzər sahili qum  luqlarda xüsusi layihələr əsasın-
da yaşıllaşdırma iş ləri nin aparılması üçün də tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
Dağlıq  ərazilərdə  su  eroziyasının  qarşısını  almaq  üçün  geniş  sahələrdə  qoruyucu  meşə-
liklərin salın ması, eləcə də iri dağ çaylarının hövzələrində meşə bərpa, aqromeliorativ və 
hidromeliorativ kompleks tədbir lər aparılır.
Şoran və təkrar şoranlaşmaya məruz qalmış torpaqların yuyulması və bu ərazilərdə torpaq 
və iqlim şəraitinə uyğun ağac cinslərindən ibarət meliorativ əhəmiyyətli meşə zolaqlarının 
salınması gələcəkdə istifadədən çıxmış xeyli torpaq sahələrini kənd təsəttüfatı dövriyyəsinə 
qaytarmağa imkan verər. Dövlət meşə fondu torpaqları ilə yanaşı iri sənaye müəssisələri 
ətrafında böyük sahələrdə yaşıllıqların salınması da vacib istiqamətlərdən biridir.
Azərbaycan Respublikasının Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq 
edilmiş “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 
(2004-2008-ci  illər),  15  sentyabr  2008-ci  il  tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş  “2008-


36
GİRİŞ
2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf 
Dövlət Proqramı” və 28 iyun 2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “2008-2015-ci 
illərdə Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət 
Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına (2011-2015-ci illər) (maddə 3.3.1) 
uyğun olaraq əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə davamlı iqtisadi artımın və 
makroiqtisadi sabitliyin təmin olunması, yoxsulluğun səviyyəsinin daha da azaldılması ilə 
yanaşı meşə ehtiyatlarının davamlı idarə olunması, respublikada meşə salınması və bər-
pası işlərinin genişləndirilməsi, meşə sahələrinin ümumi torpaq sahələrinə olan nisbətinin 
12,5%-ə çatdırılması, yolkənarı ərazinin və atmosfer havasının qorunması, eləcə də nəqli-
yyatın  hərəkətindən  yaranan  səs-küyün  azaldılması  məqsədilə  yolqoruyucu  yaşıllıqların 
salınması istiqamətində qarşıya qoyulan strateji məqsədlərə nail olmaq üçün bir sıra təd-
birlər həyata keçirilir (cədvəl 2).
Cədvəl 2
Meşə fondu və meşə bitkiləri ilə örtülü torpaqların ümumi sahəsi
Meşələrin İnkişafı Departamentinin müəssisələri üzrə
Sıra 
sayı
Müəssisənin adı
Meşə fondu torpaqlarının
ümumi sahəsi (ha)
Meşə bitkiləri ilə örtülü torpaqlar
cəmi
o cümlədən, meşə əkinləri
1
Astara MMBM
19510
18373
719
2
Ağdaş MMBM
7468,61
2712,21
267,6
3
Ağcabədi MMBM
7208
3878,9
2954
4
Ağstafa MMBM
3682
2422
703,4
5
Balakən MMBM
12553
9030
439
6
Beyləqan MMBM
9082
4678
1829
7
Bərdə MMBM
8893
5796,7
1386
8
Qazax MMBM
6163
5420
1251
9
Qax MMBM
30965
27457,6
1065,6
10
Quba MMBM
32047
29547
954
11
Qusar MMBM
22500
21649
904
12
Qəbələ MMBM
33792,6
24027,9
702
13
Daşkəsən MMBM
26290
23830
359
14
Şabran MMBM
25934,2
20762,7
2185,4
15
Cəlilabad MMBM
17238
15651
1821
16
Cəngi RMSM
2289
-
-


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə