Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə11/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   99

27
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR

Rütubətli subtropik düzən meşələr (Lənkəran ovalığı)

Yarımrütubətli subtropik düzən meşələri(Qanıx-Həftəran vadisi);

Dəniz iqlimi şəraitində düzən meşələr(Samur-Dəvəçi ovalığı);

Quru isti iqlim şəraitində düzən meşələr (Kür-Araz düzənliyi);

Tuqay meşələri (Kürqırağı zona).
Rütubətli subtropik meşələrdə relikt növlər üstünlük təşkil edir, burada meşə altında 
həmişəyaşıl kol növləri də bitir (Hirkan bigəvəri, budaqlı danaya), yarımrütubətli subtropik 
meşələrdə  relikt  növlərdən  qanadyarpaq  yalanqoz,  fıstıq  (bəzi  yerlərdə),  dəmirağac  (bir 
yerdə), şabalıdyarpaq palıd (İsmayıllı qoruğunda), quru isti iqlimli düzən meşəsində isə 
üçüncü dövrün relikt saqqız ağacına rast gəlinir.
Bütün  düzən  meşələrində  meşəaltı  kollar  yaxşı  inkişaf  etmişdir,  seyrəlmiş  meşə 
sahələrində isə kol növlərinə daha çox rast gəlinir.
Akademik A.A.Qrossheym  (1929,  1932)  göstərirdi  ki,  insanların  son  dərəcə  sürətlə 
artan  kənd  təsərrüfatı  fəaliyyəti  nəticəsində  tuqay  meşələri  tamamilə  yoxa  çıxa  bilər. 
Buna görə də o, dəfələrlə tuqay meşələri qoruqlarının təşkil olunması fikrini irəli sürürdü. 
A.Qrossheym 70 il bundan öncə yaxşı vəziyyətdə olan tuqay meşəsini Xəzər dənizindən 
Kür  çayı  boyu  təxminən  100  km  yuxarıda  köhnə  Zubovka  kəndi  (indiki  Şirvan  şəhəri) 
yaxınlığında və ondan yuxarı ərazilərdə təsvir edirdi. H,Ə.Əliyev və M.Y.Xəlilovun (1976) 
apardıqları tədqiqatlar göstərdi ki, indiki Şirvan şəhəri yanında Kür çayı sahilində yalnız bir 
neçə ədəd qurumaqda olan qovaq ağacı qalmışdır.
Xatırladaq ki, tuqay meşələrinin əsas sahəsi hələ 1920-ci ilə qədər əkin sahələri əldə 
etmək məqsədilə qırılıb məhv edilmişdir. Yaxın keçmişdə 20 min ha Samux meşəsi adı ilə 
məşhur olan tuqay meşəsi Mingəçevir dənizinin altında qalmışdır. 10 min ha-a qədər tuqay 
meşəsi Şəmkir və Yenikənd su anbarlarının yaradılması məqsədilə qrırlıb məhv edilmişdir.
Belə  vəziyyəti  Kür  qırağında  az  da  olsa  qalmış  tuqay  meşələri  qalıqlarının  lazımi 
səviyyədə qorunmasının və orada yeni meşəliklərin salınmasının vacibliyini daha da artırır. 
Təəssüf  ki,  tuqay  meşələrinin  adda-budda  qalan  kiçik  sahələri  də  insanların  təsərrüfat 
fəaliyyəti  nəticəsində  yoxa  çıxır.  Son  illər  Kürboyu  tuqay  meşələrinin  qırılma  sürəti 
daha da artır. Ağdaş, Bərdə, Ağcabədi və Saatlı rayonlarında meşələrin vəziyyəti daha da 
acınacaqlıdır. Burada tuqay meşələri başdan-çaşa qışlaqlara çevrilmişdir. Hər il Kürboyu 
meşə  təsərrüfatları  ərazilərində  qoyun  və  qaramal  sürüləri  otarılır.  Bunun  nəticəsində 
təbii və sünu salınmış meşələr seyrəlir, kolluqlara çevrilir, qoruyucu funksiyası zəifləyir 
və gələcək nəsli kəsilir. Kürqırağında bu səbəbdən qovaq və söyüd meşələrinin yerində 
6 min ha-dan çox yulğun kolları əmələ gəlib. Digər tərəfdən meşə ilə örtülü olmayan 
100  hektarlarla  sahədə  illər  boyu  qanunsuz  olaraq  kənd  təsərrüfatı  bitkiləri  becərilir. 
Ağdaş, Bərdə, Beyləqan, Sabirabad, Saatlı və Ağcabədi rayonlarında belə hallara daha 
çox  rast  gəlinir.  Kürqırağında  meşəsi  yox  edilən  sahələrin  çoxunda  qamış,  cil  bitir  və 
bataqlıqlaşma müşahidə olunur. Yevlax və Sabirabad rayonlarında meşənin yerinə əkilmiş 
kənd  təsərrüfatı  bitkiləri  düzgün  suvarılmadığından  sahələr  şorlaşır  və  ya  bataqlığa 
çevrilir.


28
GİRİŞ
Kür çayı sahillərində olan meşə sahələrinin eni Ağsatafa və Ağdaş meşə təsərrüfatlarının 
bəzi yerində 4-6 km-ə çatır. Əgər meşənin enini çayın hər iki sahi lində 0,5-1,0 km qəbul 
etsək, hazırda Kür qırağında mövcud olan, 18 min ha meşə ilə örtülü sahə yalnız 90-100 
km məsafədə uzanır. Halbuki, Kürün uzunluğu respublikamızın ərazisində 900 km-ə çatır. 
Deməli, Kür boyunda 700-800 km-dən artıq sahə meşəsiz qalmışdır.
Göründüyü  kimi,  Azərbaycan  meşələrinin  vəziy yəti,  son  illər  bir  sıra  tədbirlərin,  o 
cümlədən  meşəsalma  işlərinin  aparılmasına  baxmayaraq,  hələ  də  acınacaqlı  olmaqla 
qalmaqdadır. Ona görə də biosferin çox əhəmiyyətli və əvəzsiz tərkib hissəsi olan meşə bio-
geosenozlarının qorunması və artırılmasından ötrü res pub likamızda daha ciddi tədbirlərin 
görülməsi tələb olunur.
Meşə ehtiyatlarımızdan istifadənin ekoetik prob lemləri geniş aspekti (hüquqi, inzibati, 
təsərrüfat, iqtisadi, estetik, mühafizə, bərpa və s.) əhatə etsə də, burada hazırki mərhələdə 
əsas diqqət mövcud meşələrin mühafizəsinə və bərpa işlərinə yönəldilməlidir. Şübhəsiz ki, 
meşələrin mühafizəsi problemində hüquqi, inzibati və təsərrüfat və s. xarakterli tədbirlər də 
nəzərdə tutulur. Məsələn, meşələrin qırılmasına görə inzibati cəzaların kəskinləşdirilməsi 
(hüquqi), ağac emalı sexlərinin dayandırılması (təsərrüfat), xaricdən gələn ağac və ağac 
məmulatlarından  tutulan  vergilərin  azaldılması  (iqtisadi)  və  s.  Meşələrimizin  bərpasının 
elmi-nəzəri  və  praktiki  əsaslarının  işlənməsi  sahəsində  respublikamızda  kifayət  qədər 
təcrübə  vardır.  Ona  görə  də  bu  məsələlərin  bir  qədər  yeni  baxışla,  meşələrin  ekoetik 
problemlərinin geniş aspekti fonunda nəzərdən keçirilməsinə böyük ehtiyac vardır. Bunlar 
aşağıdakılardır (Q.S.Məmmədov, M.Y.Xəlilov, 2002):
1.  Dağ meşələrinin təbii-tarixi arealının və struk turunun bərpası. Bundan ötrü:
a.  Dağ meşələrinin yuxarı sərhəddini bərpa etmək məqsədilə hər şeydən əvvəl 
meşənin müasir sərhəddindən yuxarıda 100-200 m enində qoruyucu zolaq 
ayrılmalı,  orada  mal-qara  otarılması  qəti  qadağan  edilməlidir;  eroziyaya 
uğramış,  cənuba  baxan  dik  yamaclarda  belə,  “bufer”  zolaqları  daha  enli 
götürülüb, meşənin iqlim sərhəddinə çatdırılmalıdır;
b.  Dağ  meşələrində  təbii  meşələrin  (fıstıq,  fıstıq-vələs,  palıd  və  s.  qarışıqlı) 
bərpasına  şərait  yaratmaq  üçün  xüsusi  meşəçilik  tədbirləri  həyata 
keçirilməlidir. Meşə əkini işləri ən mühüm tədbir hesab edilməlidir: sanitar 
və s. xarakterli qırma işləri qarışmış meşələrin ləğvinə, əvəzində təbii-tarixi 
strukturlu və kserofit meşələrin bərpasına xidmət etməlidir;
c.  Yaşayış məntəqələri yaxınlığında, yol qırağı zolaqlarda, meşələrin başdan-
başa qırıldığı yerlərdə, yuyulmuş daşlı yamaclarda əsasən adi şama və ardıca, 
nisbətən  az  yuyulmuş  yamaclarda  tozağacına,  quş  armuduna  yük sək  dağ 
ağcaqayınına üstünlük verilməlidir. Kiçik Qafqazın Naxçıvan ərazisində və 
Talışın Zuvand zonasında iqlim şəraitinin quraqlığı nəzərə alınaraq yuxarı 
meşə qur şağında əsas ağac cinsi şərq palıdı və müx təlif ardıc növləri hesab 
edilməlidir.  Burada  keyfiyyətli  meşəliklər  salmaq  üçün  ondan  aşağıda 
yerləşən zonalarda yetişdirilən ting lərdən istifadə etmək düzgün deyildir. Bu 
məqsədlə yuxarı meşə zonasının öz tingliyi olmalıdır.


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə