Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə12/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   99

29
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
2.  Arid meşələrinin mühafizəsi və bərpası üçün tədbirlərin görülməsi. Bundan ötrü:
ç.  Vaxtilə  respublikamızın  dağətəyi  zonasında  geniş  ərazilər  tutan  arid  tipli 
meşələr hazırda çox kiçik sahələrdə qalmışdır. Insanın uzun müddət intensiv 
təsərrüfat  fəaliyyəti  nəticəsində  bu  meşələr  kol  qrupları-şib lək lərlə  əvəz 
olunmuşdur. Mövcud arid meşələrinin qalıqlarının qorunub saxlan masından 
ötrü aşağıdakı qoruq və yasaq lıqların yaradılması tövsiyə olunur: Çilgil çay 
ardıc yasaqlığı, Laçın arid meşəsi qoru ğu, Laçın qoruğunun Başarat filialı, 
Beynəli  arid  meşəsi  yasaqlığı,  Qobustan  ardıclığı,  Quruçay  şabalıdyarpaq 
palıd yasaqlığı;
d.  Arid meşələrinin mühafizəsində və bərpa sında mövcud qoruqların ərazilərinin 
geniş ləndirilməsinin də böyük əhəmiyyəti vardır Bu ərazilər aşağıdakılardır: 
Türyançay qoru ğu, Türyançayin Qanıx filialı, Qabarri Eldar şamı meşəliyi, 
Zəyəmçay şam meşəliyi və s.;
 3.  Düzən  meşələrin  mühafizəsi  və  bərpası  məqsədilə  kompleks  tədbirlərin  həyata 
keçirilməsi, o cümlədən:
e.  Imkan  daxilində  (yer  quruluşu  layihələrinə  əsasən)  Kür  çayı  boyu  hər  iki 
sahildə  270  m  enində  qoruq  zolağı  ayrılmalı  və  orada  bütün  fəaliyyətlər 
(meşənin  qırılması,  mal-qara  otarılması  və  s.)  qadağan  edilməli,  tuqay 
meşələrinin bərpası üçün meşəsalma işləri həyata keçirilməlidir;
ə.  Qanıx-Həftəran  vadisi,  Samur-Dəvəçi  və  Lənkəran  ovalığı  meşələrinin 
fraqmenti  şəklində  qalmış  sahələri  ciddi  mühafizəyə  götürməli,  onların 
genişləndirilməsi üçün tədbirlər, o cümlədən qoruq elan edilməli, meşəsalma 
işləri və s. görülməlidir.
Beləliklə, respublikamızın əvəzsiz sərvəti olan meşə fondunun qorunması və bərpası 
konkret tədbirlər sistemindən ibarət olsa da, ondan istifadənin ekoetik problemlərinin həlli 
ciddi addımların atılmasını tələb edir. (Q.Məmmədov, M.Xəlilov, 2004).  
azərbaycanda Meşəçİlİyİn
İnkİşaf tarİxİ
XX  əsrin  əvvəllərinə  qədər  ölkənin  ərazisində  olan  meşələr  mülkədarlar  arasında 
bölüşdürülmüşdü. Lənkəran zonasının 70 min ha-dan artıq qiymətli meşə örtüyü sahibkarlara 
məxsus idi. Astara meşələri tacirlər vasitəsilə satın alınaraq sistemsiz olaraq qiymətli ağac 
növlərinin kəsilib satılmasına şərait yaranmışdı. Inqilabdan əvvəlki dövrdə Astarada böyük 
meşə  ərazisi  qrafinya  İqnatyeva  tərəfindən  satın  alınaraq  buradakı  şabalıdyarpaq  palıd 
ağaclarının oduncağı sənaye məqsədləri üçün tədarük edilib, xaricə ixrac olunurdu. 
Balakən rayonunda 20 min hektarlıq dağ meşələri knyaz Demidov tərəfindən icarəyə 
götürülmüşdü. Gədəbəy rayonunda meşə massivlərində almanlar tərəfindən mis yataqları 
çıxarılırdı. Laçın rayonunun meşələrində fransız konsessionerləri tərəfindən kəsilən palıd 
ağaclarının  çəhrayımtıl  oduncağından  palıd  tıxaclar  hazırlanıb  şərabçılıq  sənayesi  üçün 
Marsel şəhərinə göndərilirdi. 


30
GİRİŞ
1950-cu  ildə  yaradılmış Azərbaycan  Meşə Təsərrüfatı  İnstitutunun  elmi  nailiyyətləri 
uğurla meşəçilikdə tətbiq olunaraq tarlaqoruyucu meşə sahələri genişləndirildi. Institutun 
tövsiyyələrinə əsasən təbii meşələrdə fıs tıq, vələs, dəmir ağacı, yunan qozu, kahad qovağı, 
şaba lıd, söyüd bitkilərinə aqrotexniki qulluq zamanı bu nailiy yətlər geniş tətbiq olunurdu. 
Institutun istehsalata təklifi əsasında çöl şəraitində cərgəarası 2,2-2,5 m olmaqla 35-
45  sm  dərinlikdə  toxma carların  əkilməsi  üsulu  müsbət  nəticələr  verdi.  Bərdə  meşəçilik 
təsərrüfatında və Azərbaycan Meşə Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun dendrarisində 
bu  üsul  böyük  uğurla  tətbiq  olundu.  700  ha  sahədə  həmin  üsulla  əkilmiş  bitkilərin 
uyğunlaşması 2-3 illik ağaclarda 90% təşkil etdi.
1959-cu  ildə  İnstitut  Bakı  şəhərindən  Bərdəyə  köçü rüldü.  1992-ci  ildə  isə  yenidən 
Abşeron  rayonuna  qayta rıldı.  1953-cü  ildə  bəzi  təsərrüfat  orqanlarının  yaradılması  ilə 
əlaqədar Azərbaycan Meşə Təsərrüfatı Nazirliyi respublikanın Kənd Təsərrüfatı Nazirliyi ilə 
birləşdirildi. Nazirliyin tərkibində Meşə Təsərrüfatı və Tarlaqoruyucu Meşə Əkinləri İdarəsi 
yaradıldı. Meşə təsərrüfatı idarələri tərəfindən ölkədə meşəçiliyin inkişafı genişləndirildi. 
1950-ci ildən başlayaraq meşə əkinlərinin sahəsi artırıldı (cədvəl 1).
Cədvəl 1
Azərbaycanda meşə əkinlərinin sahəsi
1920-ci ilə qədər
1920-1947-ci 
illərdə
1947-1949-cu 
illərdə
1950-1959-cu illərdə
1960-2000-ci 
illərdə
100 ha
1641,0 ha
5048,0 ha
24244 ha
94755 ha
Əgər  1950-ci  ilə  qədər  meşə  sahəsi  7  min  ha  idisə,  1980-1959-cu  illərdə  24244  ha, 
2000-ci ildə 94755 ha çatdırılmışdı. Meşələrin bərpası üzrə geniş tədbirlərin görülməsi ilə 
yanaşı, meşəçilik təsərrüfatlarının fəaliy yəti genişləndirilmişdi. Həmin dövrdə meşələrin 
təsər rüfat əhəmiyyətinə görə qruplaşdırılması həyata keçirilirdi.1951-2000-ci illər ərzində 
respublikanın  bütün  meşə  təsərrüfatlarında  meşəquruluşu  işləri  və  meşə  təsər rüfatının 
təşkilinə dair təşkilati-təsərrüfat planları hazırlanmışdı. Dağlarda gedən eroziya proseslərinə 
təsir edən amillərin öyrənilməsi məqsədilə Böyük Qafqaz dağlarında meşə sahələri tədqiq 
olunmuş  və  eroziyaya  məruz  qalmış  torpaqların  kateqoriyaları  təyin  edilmişdi.  Torpaq 
eroziyasına qarşı tədbirlər həyata keçirilmişdi.
Yüksək dağlıq otlaq zonaları üçün eroziya proses lərinin otarılan mal-qaradan asılılığını 
göstərən  inkişaf  şkalası  tərtib  edilmişdi.  Əsas  ağac  və  kol  cinslərinin  kök  sisteminin 
eroziyanın qarşısnın alınmasında rolu öyrənilmişdi.
Lənkəran zonasının meşələrində nadir dəmirağacı və şabalıdyarpaq palıdın tökülmüş 
yarpaqlarında və ağac qabığında müxtəlif elementlərin tərkibinin öyrənilməsi göstərir ki, 
qarışıq  olmayan  meşələrdə  ağacların  tökül müş  yarpaqlarında  azot  və  fosforun  miqdarı 
qarı şıq  meşələrdəkindən  çoxdur.  Birinci  səviyyəli  yaş  mərhə ləsində  olan  bitkilərin  quru 
yarpaqlarında azot və fosfor digər yaşlı bitkilərə nisbətən çox, kalium isə nisbətən azdır.
Bu  qayda  üzrə  elmi-tədqiqat  işləri  AMEA  Botanika  İnstitutu,  Azərbaycan  Kənd 
Təsərrüfatı  Akademiyası,  BDU,  ETSN-nin  Meşələrin  İnkişafı  Departamenti  tərəfindən 
davam etdirilir. Bu tədqiqatlar zamanı meşənin tipləri, təbii meşəbərpası, ağac cinslərinin 


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə