Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə14/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   99

33
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Meşə sektorunun ekolojİ probleMlərİ-
nİn həllİ yolları
Azərbaycanda meşələrin mühafizəsi məsələləri xüsusi diqqət mərkəzindədir. Məlumdur 
ki, keçid dövrünün iqtisadi problemləri, hərbi münaqişə, qaçqın və köçkünlərin təbiətə, o 
cümlədən meşələrə artmış təzyiqi nəticəsində meşələrin həm sahəsi azalmış, həm də keyfi-
yyəti aşağı düşməkdədir. Keçid dövrünün doğurduğu problemlərdən biri də yerlərdə enerji 
qıtlığının əmələ gəlməsi olmuşdur. Kənd rayonlarında yanacaq və qaz çatışmazlığı da meşə 
sahələrinin ilbəil azalmasına gətirib çıxarmışdır.
Respublikamızın kənd rayonlarının qaz və digər yanacaq növləri ilə təmin olunmasın-
da yaranmış çətin liklər əsas yanacaq növü kimi odundan istifadə edilməsinə gətirib çıx-
armışdır. Xatırladaq ki, keçmiş dövrlərdə Rusiyadan hər il 1,2-1,5 mln. m
3
 odun, 200-250 
min ton daş kömürün gətirilməsi demək olar ki, dayandırılmışdır. Bu da, öz növbəsində 
meşələrimizə olan təzyiqin xeyli artmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, düzən 
meşələrimizin sahələrinin az və doluluğunun aşağı olması üzündən bu ərazilərdə böyük 
həcmdə meşəqırma işlərinin aparılması mümkün deyildir. Dağ meşələrinin əksər hissəsi 
yüksək maillikli dağ yamaclarında yerləşir və burada meşəqırma işlərinin aparılması həmin 
sahələri eroziya təhlükəsi altında qoya bilər.
Erməni işğalçıları tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində xeyli ərazilərim-
iz işğala məruz qalmışdır. Burada yerləşən meşələrimizə xüsusilə də dağ meşələrimizə cid-
di ziyan vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində işğal altında qalmış 261 min ha 
meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin 
kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır (www.eco.gov.
az).
Dünya iqlimində baş verən və canlı aləmə zərər gətirə bilən dəyişmələr bizim ölkəmizdən 
yan keçməmişdir. Bu, son bir neçə il yay aylarında baş verən dəhşətli istilərdə, payız, qış 
aylarında  isə  havaların  qeyri-sabit  keçməsində  özünü  büruzə  vermişdir.  Yay  aylarında 
Araz çayının quruması, Kür çayının səviyyəsinin 2-3 m, Mingəçevir, Şəmkir və Yenikənd 
su  hövzələrində  suyun  səviyyəsinin  son  dərəcə  aşağı  düşməsi  nəticəsində  Mingəçevir 
gölündən və Araz çayından suvarma kanallarına su ötürülməsi, demək olar ki, minimuma 
çatmışdır. Bunun nəticəsində də suvarılan regionlarda kənd təsərrüfatı bitkilərindən normal 
məhsul alınması çətinləşmişdir. Yayın həddindən artıq isti və quraqlıq keçməsi ilə əlaqədar 
baş verən meşə yanğınları nəticəsində təbii bitki örtünə xeyli zərər vurulmuşdur.
Bütün  bunlar  qlobal  miqyasda  istiləşmə  prossesinin  getməsilə  əlaqələndirilir.  Dünya 
ölkələrində iqlimin qeyri-sabit keçməsi isə, o ölkənin yerli şəraitindən, ekoloji durumun-
dan və buna olan münasibətdən asılıdır. Ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilən 
amillərdən təbii sərvətlərin insafsızcasına istifadə edilməsi, hər adambaşına hesablanmış 
normadan  qat-qat  çox  istifadə,  atmosferə  zəhərləmə  effektli  qazların  buraxılması  və  s. 
nəticə etibarilə yaşadığımız planetin uzun müddətli perspektivliyini şübhə altına almışdır. 


34
GİRİŞ
Hazırda respublikamızın bütün təbii zonalarında meşə örtüyünün antropogen dəyişilmə-
si  və  bitki  qurşaq larının  qarışması  müşahidə  olunur.  Bununla  əlaqədar  geniş  ərazilərdə 
yüksək məhsuldar meşə sahələri zəif torpaq qoruyucu əhəmiyyət daşıyan az məhsuldar bit-
ki qruplaşmaları ilə əvəz olunur, qiymətli ağac və kol növlərinin sıradan çıxması hallarına 
tez-tez rast gəlinir. Bunun nəticəsində dağ yamaclarında eroziya prosesi güclənir, kserofit, 
bozqır və yarımsəhra formasiyalarının “hücumu” başlanır, dağlıq ərazilərin və çayların su 
rejimi kəskin pisləşir.
Təbii şəraitdə antropogen amillər biomüxtəlifliyə təsir etməklə hətta landşaftın quru-
luşuna belə öz mənfi təsirini göstərə bilir. Xüsusilə texniki tərəqqinin inkişafı müxtəlif təsir 
mənbələri olmaqla meşələrin azalmasına, dövriyyəsinin pozulmasına, eroziyaların yaran-
masına və nəhayət, normal iqlim şəraitinin kontinentallaşmasına gətirib çıxardır. Qeyri-nor-
mal  keçən  iqlim  şəraiti  təbiətə  misilsiz  ziyan  vurmaqla  nəticələnir. Yerüstü  təbii  şərtlər 
içərisində  ən  çox  qiymətli  olan  meşələrin  azalmasına  səbəb  olur. Təəssüf  hissi  ilə  qeyd 
edilməlidir  ki,  2011-ci  ilin  noyabr  ayında  hələ  Lənkəran  iqtisadi  rayonunun  ərazisində, 
meşələrdə vegetasiya prosesi başa çatmamış, yəni ağac və kol cinsləri yarpaqlarını tök-
məmiş Talış dağlarına yağan güclü qar (50-80 sm) təbii fəlakət yaratmaqla qiymətli şabalıd 
yarpaq, palıd, fıstıq və digər ağac - kol cinslərinin yerə yıxılmasına və əyilməsinə səbəb 
olmuşdur. Belə arzuolunmaz vəziyyətin formalaşması dünya üzrə qlobal iqlim şəraitinin 
dəyişməsini göstərir. Bu halın müşahidə olunduğu meşə sahələrində relyefindən və maililik 
dərəcəsindən asılı olmayaraq, həmin seyrəlmiş ərazilərdə təbii bərpaya kömək məqsədi ilə 
ağac və kol cinslərini toxumla artırmaqla mühafizəsini təmin etmək məqsədə müvafiq olar.
Araşdırmalar göstərir ki, Azərbaycanın müxtəlif regionlarında, harada mal-qara otarıl-
ması davam et dirilirsə, orada meşənin müasir yuxarı sərhəddi geri çəkilməkdə davam edir. 
Insan fəaliyyəti dayandırılan sahələrdə isə meşə öz keçmiş sərhəddini tapmağa cəhd göstərsə 
də, bu proses çox yerdə olduqca ləng gedir. Meşənin çəmən bitkisinə “qalib gəlməsi” üçün 
uzunmüddətli kəskin mübarizə tələb olunur. Bu prosesi ancaq insan öz zəkası və əməyi ilə 
təbiətin həyatına fəal qarışmaqla tezləşdirməyə qadirdir. Bu cəhətdən vacib məsələlərdən 
biri süni meşələrin salınmasıdır.
Meşələrin qanunsuz qırılmasının qarşısı vaxtında alınmazsa, respublikamız ağır ekoloji 
fəlakətlər, eroziya proseslərinin genişlənməsi, bozqır ərazilərin artması, dağlıq ərazilərdə 
sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala 
bilər. Odur ki, meşə təsərrüfatının problemləri və həlli sahəsində əsas istiqamətlərdə bir sıra 
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
Bununla  əlaqədar,  respublikamızın  meşə  örtüyünün,  xüsusən  də  dağ  meşələrinin  tə-
bii-tarixi baxımdan öyrənil məsi, onun bərpası və artırılmasından ötrü kompleks tədbirlər 
sisteminin həyata keçirilməsi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət lər Nazirliyi tərəfindən bu istiqa-
mətdə son illərdə xeyli məqsədyönlü işlər görülmüşdür. Ekologiya və Təbii Sərvətlər Na-
zirliyinin tabeli qurumları tərəfindən təkcə 2010-cu il - “Ekologiya ili” ərzində 10550 ha 


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə