Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyinin 1078 №li 12. 06. 2012-ci IL tarixli əmri ilə təsdiq edilmişdir


AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI



Yüklə 19,01 Kb.
Pdf görüntüsü
səhifə6/99
tarix18.04.2018
ölçüsü19,01 Kb.
#39334
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   99

15
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
əlaqədar idi. Şəhərin icra orqanlar seçim qarşısında qaldılar. Belə ki, ya yeni sutəmizləyici 
qurğular tikib onların saxlanmasına külli miqdarda vəsait xərcləmək, ya da su anbarları və 
çayların  yaxınlığındakı  meşə  sahələrinin  mühafizə  funksiyalarını  artırmaq  lazım  gəlirdi. 
Nəticədə həmin ərazidə 142 min ha ərazi dövlət tərəfindən satın alındı. 15 illik proqram 
əsasında yerli icmalarla əməkdaşlıq şəraitində əhalinin ekoloji maarifləndirilməsi vasitəsilə 
və  normativləri  dəqiq ləşdirməklə  təbiəti  mühafizənin  tələblərinə  riayət  olun ması  həyata 
keçirildi. 
Çay  kənarında  olan  meşələrin  alınmasına,  yolların  kənarında  yağış  sularının  axması 
üçün xüsusi arxların və əlavə kanalizasiya xətlərinin çəkilişinə sərf olunan vəsait yeni su 
təmizləyici  qurğuların  inşasından  daha  ucuz  başa  gəldi.  Eyni  zamanda  çox  əhəmiyyətli 
təbiət əraziləri qorunub saxlandı. Bu misal göstərir ki, düşünülmüş və davamlı idarəolunma 
nəticəsində meşə ekosistemlərini qorumaqla yanaşı dövlət büdcəsindən müəyyən miqdarda 
vəsaitə qənaət etmək mümkündür.
Digər bir misalı nəzərdən keçirək. Çin alimlərinin hesablamalarına görə 1980-cı illərin 
sonuna qədər Çində meşələrin ümumi sahəsi 300 mln. ha azalmışdır. Meşələrin qırılması 
ölkənin şimal və şimal-şərq hissəsində iqlimin quraqlıqla əvəz olunmasına səbəb olmuşdur. 
Illik  atmosfer  çöküntüləri  614  mld.kv.m  azalmış,  çaylar  dayazlaşmış, torpağın  eroziyası 
nəticəsində qida maddələri itirilmiş, su hövzələrinin bataqlıqlaşması, sellərin sayı artmış, 31 
mln ha torpaq sahəsi səhralaşmışdır. Çinin sənaye kateqoriyalı meşələrinin yoxşullaşması 
oduncaq istehsalının 200 milyon kub metr azalmasına səbəb olmuşdur. Meşə örtü yünün 
deqradasiyası nəticəsində iqtisadi zərər 1992-ci ildə 245 milyard yuana çatmışdır (≈29 mlrd 
ABŞ dolları). 
1990-cı illərin əvvəllərində Çin hökuməti həmin ərazilərdə meşələrin qırılmasını qadağan 
etdi. Eyni zamanda meşələrin bərpası üçün nəhəng miqyaslı təd birlər həyata keçirildi. Meşə 
sənayesi üçün tələb olunan xammal digər ölkələrdən ixrac olunmağa başlandı.
Bütün  bu  hadisələr  meşələrdən  istifadə  prosesinin  tamamilə  yeni  bir  səviyyəyə  - 
meşələrin davamlı idarə edilməsinə keçid almasına imkan yaratdı. Tropik meşə lərin itirilməsi 
təhlükəsinin  ictimaiyyət  tərəfindən  dərk  olunması  meşələrə  münasibətin  dəyişdirilməsi 
üçün küt l əvi hərəkata başlanğıc verdi. 
Hazırda  inkişaf  etmiş  ölkələrdə  meşə  artıq  oduncaq  mənbəyi  kimi  deyil,  daha  çox 
təbiətdə istirahət və təbii landşaft elementi kimi qəbul edilir. Oduncaqdan istifadənin xeyli 
azalması da buna imkan yaradır. 
“davaMlı İnkİşaf” anlayışının Meydana 
çıxMası
Təbii ehtiyatların istifadəsini tənzimləmək üçün son 100 il ərzində bir çox təşəbbüslər 
həyata keçirilmişdir. Lakin uzun müddət ərzində bir təbii ehtiyatın tükənməsi qlobal ekoloji 
böhran kimi qəbul edilmirdi. Keçən əsrin sonlarında sənaye sahələrinin gur inkişafı, urban-


16
GİRİŞ
izasiyanın miqyası, kənd təsərrüfatının intensivləşdirilməsi ətraf mühitin çirkləndirilməsi-
ni  xeyli  artırdı.  Bu  dövrdə  ictimai  şüurun  ekologiyalaşdırılması  prosesi  başlandı. Artıq 
insanlar başa düşürdülər ki, gəlir əldə etmək və maddi tələbatın ödənilməsinə yönəlmiş 
cəmiyyətdə insanların davamlı rifahını təmin etmək mümkün deyildir. Ümumiyyətlə, bütün 
planetimizdə meşəsizləşmə prosesi davam edir. Təqribi hesablamalara görə, insanlar yeraltı 
yanacaqdan istifadə etdiyi dövr ərzində (yəni 1850-1980-cı illər) dünya meşələrinin sahəsi 
15% azalmışdır.
FAO-nun məlumatına görə hər il 114 min m
3
 meşə sahəsi qırılır və ya yandırılır. Ən 
çox tropik meşələr məhv edilir. Bu meşələr yerin ən məhsuldar meşələri olub ümumi fi-
tokütlənin 40%-ni, bütün dünya meşələrinin məhsuldarlığının 58%-ni təşkil edir (şəkil 2).
(1000 ha)
İtkil r
Artım
Cüzi d yişiklikl r
(artım v  itkil r)
Şəkil 2
Müxtəlif ölkələrdə meşə sahələrinin illik dəyişməsi
(2005-2010-cu illər)
Müəllif: E.P
.Kuzmiçev


17
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
Meşələrin  məhv  edilməsi  üzvü  maddələrin  miqdarının  azalmasına  bilavasitə  təsir 
göstərir, bitki tərəfindən kar bon qazının udulması mənbəyi yoxa çıxır, enerji, su döv ranı 
və əsas biogen elementlərin qlobal biokimyəvi spektri dəyişir. Həmçinin, ərazinin meşəsi-
zləşdirilməsi lokal, regional və qlobal səviyyədə iqlim şəraitini dəyiş dirir, bitki örtüyünün 
və heyvanat aləminin bioloji müx təlifliyi yoxsullaşır. Bununla da biosferin sabitliyi pozu-
lur, daşqınlar, sellər, su və külək eroziyasının dağıdıcı təsiri və səhralaşma prosesi güclənir.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (İUSN) 1963-cü ildə ictimaiyyətin diqqətini tükən-
məkdə olan növlərə cəlb etmək üçün Beynəlxalq “Qırmızı Kitab”ı nəşr et dirdi. Bu vaxta 
qədər insan üçün “faydalı” olan ayrı-ayrı növlərin qorunması başlıca vəzifə hesab edilirdi. 
1972-ci ildə Stokholm şəhərində keçirilən BMT-nin insan və ətraf mühit problemlərinə həsr 
olunmuş  beynəlxalq  konfransında  çox  mühüm  bir  deklarasiya  qəbul  edildi.  Bu  sənəddə 
dünya ölkələrinin sosial-iqtisadi inkişafında baş verən böhranlar təbii ehtiyatların tükənmə-
si ilə əla qələndirildi və ilk dəfə “bioloji müxtəliflik” anlayışı gündəmə daxil oldu.
Həmin dövrdə ekologiya elminin inkişafı bioloji müxtəlifliyin tükənməsinə görə insan-
ların məsuliyyət daşıdığını aşkara çıxardı. Toxunulmamış təbii meşələrin misilsiz dəyərli 
sərvət olması, bəzilərinin fikrincə “zərərli” hesab edilən bioloji növlərin (ağacoyan hə şə-
ratlar, göbələklər, bitki ilə qidalanan həşəratlar və s.) meşələrin həyatında xüsusi əhəmi-
yyətə malik olduğu qəbul edildi.
1980-cı ildə İUSN, UNESKO, UNEP, WWF, FAO təşkilatlarının birgə təşəbbüsü ilə 
irəli  sürülən  “davamlı  inki şaf”  (sustainable  development)  anla yışı  təbiəti  mühafizənin 
dünya strate giyasına daxil oldu. Strategiyada “davamlı inkişaf” və “insanların təla batının 
ödənilməsi, həyatın keyfiy yətinin yaxşılaşdırılması üçün insan və maliyyə ehtiyatlarıın 
istifadəsi,  biosferin  dəyişdirilməsi”  kimi  müəyyən  edildi.  1987-ci  ildə  BMT-nin  ətraf 
mühit və inkişaf üzrə konsepsiyasının “Bizim ümumi gələcəyimiz” adlı məru zəsində bu 
anlayışa siyasi qiymət verildi. Davamlı inkişaf-gələcək nəsil  lərin təbii sərvətlərdən isti-
fadə imkan larını qoruyub saxlamaq şərti ilə indiki nəsillərin gündəlik həyati tələbat larının 
ödənilməsi demək dir. (“Davamlı” sözü ingilis dilində daha çox “uzunmüddətli, fasiləsiz 
” mənasını verir). Bu sənəddə iqtisadi inkişaf problemləri kəskinləşməkdə olan qlobal 
ekoloji böhranla əlaqələndirildi və bəşəriyyətin gələcək inkişafı üçün sosial ədalətsizliyin 
başlıca maneə olduğu elan edildi. Qeyd olundu ki, bəşəriyyətin getdikcə çoxalan tələbat-
ları, tam dağılmaq təhlükəsi altında olan biosferin bu tələbatı təmin etmək imkanlarından 
qat-qat artıqdır. İnkişafın bu cür davam etməsi gələcək nəsillərin marağını,onların mühüm 
həyatı tələblərinin yerinə yetirilməsini, həm də ümumilikdə, bütün bəşəriyyətin mövcud-
luğunu təhlükə qarşısında qoyur.
Bu göstəricilərin əsasında yaradılan davamlı inkişaf paradiqması ətraf mühit, cəmiyyət və 
iqtisadiyyatı üzvü surətdə əlaqələndirir. Bu paradiqmaya əsaslanan inkişaf modelinin mərkəz-
ində insan dursa da, olaraq iqtisadiyyatın intensiv və tarazlaşdırılmış inkişafı, ətraf mühitin 
məsuliyyətli idarə olunması əsas məqsəd kimi qəbul edilir. Davamlı inkişafın əsas tərkib hissə-
si iqtisadi, ekoloji və sosial davamlılıqdır. Bu sahələrin hər biri eyni dərəcədə əhəmiyyətlidir. 


Yüklə 19,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə