211
AZƏRBAYCAN MEŞƏLƏRİNİN DAVAMLI İDARƏ EDİLMƏSİNİN ƏSASLARI.
BİOEKOLOJİ TƏLƏBLƏR
məhsullarının satışı üzrə operatorların vəzifələri barədə Reqlamenti təsdiq etmişdir. Bu
yeni qanun meşə sektorunda qanunsuz fəaliyyətə görə məsuliyyəti sərtləşdirməklə Avropa
bazarlarını qeyri-qanuni yolla tədarük edilmiş ağac məhsullarından azad etməyə yönəld-
ilmişdir. Avropa İttifaqının qanunvericilik aktının 3 mart 2013-cü ildən etibarən qüvvəyə
minməsi nəzərdə tutulmuşdur. Bu hüquqi sənədə riayət olunması Avropa iqtisadi məkanın-
da olan bütün ölkələr üçün məcburidir.
Avropa İttifaqına daxil olan ölkələr dünya üzrə meşə və meşə məhsullarının ən böyuk
istehlakçılarıdır. Avropa İttifaqına idxal edilən qanunsuz meşə məh sul larının ümumi həcmi
16 mln m3 miqdarında qiymətləndirilərək bütün ölkələrdən gətirilən məhsulu 20%-ni təşkil
edir. Aİ qanunsuz gətirilən oduncağın həcmini azaltma üçün FLEG(T) fəaliyyət planını
tətbiq edir. Ekomarkalanma sertifikatlaşdırma sistemi Avropa İttifaqının əsas 8 həlledi-
ci şərtlərindən biri dir. Könüllü meşə sertifikatlaşdırılmasından əlavə FLEG (T) lisenzi-
yalaşdırılması, oduncağın ixracı üzrə qanunvericiliyi və “yaşıl” dövlət tədarükləri tətbiq
edilə cəkdir. “Yaşıl” dövlət tədarükləri hər şeydən əvvəl inşaat, mebel və kağız sənayesində
tətbiq olunacaqdır.
Avropa İttifaqının Reqlamentinə görə ixrac edın ölkələr ilk dəfə bazara çıxarılan məh-
sulların leqallığını təmin etməlidirlər. Bu zaman məhsul ixrac edən hər bir ölkə öz sistemini
tənzimləməli və monitorinq təşkilatı tərəfindən tətbiqini təmin etməlidir. Avropa İttifaqına
daxil olan ölkələrə göndərilən məhsulları müşayət edən sənədlərdə aşağıdakı məlumatlar
əks etdirilməlidir:
məhsulun tipi və ticarət adı
göstərilməklə təsviri;
məhsulun hazırlanmasında oduncağından isti fadə edilmiş ağac cinslərinin ticarət
və elmi adları;
tədarük edilən vilayətlər və ərazilər daxil olmaqla oduncağın mənşəyi olan ölkələr;
kəmiyyət
göstəriciləri;
oduncağı göndərənin adı və ünvanı;
qanuniliyi təsdiq edən sənədlər (ixrac edən ölkənin qanunvericiliyinə uyğun
olaraq).
Reqlamentin “məcburi vicdanlılıq” sistemi təhcizat sistemindən qeyri-qanuni oduncaq
məhsullarının çıxarıl ması tədbirlərini və mümkün risklərin qiymətləndirilməsini əks et-
dirməlidir. Könüllü sertifikatlaşdırma sistemi bu baxımdan ciddi üstünlüyə malikdir.
Avropa İttifaqının Reqlamentinə uyğun olaraq aşağı dakı hallarda tədarük edilmiş və
ixrac olunmuş oduncaq qanunsuz hesab edilir:
hüquqi əsası olmadan və ya xüsusi ayrılmış
meşə sahəsindən kənarda;
oduncaq tədarükünün haqqı və vergilərin ödə nilməsi normaları pozulduqda;
təbiəti mühafizə və meşə
qanunvericiliyi pozul duqda;
meşədən istifadədə üçüncü tərəfin hüquqları pozulduqda (az saylı yerli əhali);
ticarət qaydaları və gömrük qanunvericiliyi pozulduqda.
212
v FƏSİL
Avropa İttifaqının hər bir ölkəsi Reqlamentin tələb lərini yerinə
yetirmək üçün bir və ya
bir neçə səlahiyətli orqan təyin etməlidir. Avropa Komissiyası tərəfindən oduncağın qanuni
olmasının monitorinqini keçirən xüsusi monitorinq təşkilatları təyin ediləcək və bu təşkilat-
ların siyahısı Avropa İttifaqının xüsusi dərgisində dərc olunacaqdır.
Bir çox ölkələrdə artıq belə qanunvericilik təşəb büs ləri həyata keçirilmişdir. 1990-
cı ildə ABŞ-da Leysi qanunu (Lasey Act) qəbul edilmişdir. Senator Con Leysinin adını
daşıyan bu qanun qaçaqmalçılığa qarşı mübarizə məqsədi daşıyırdı. 2008-ci ilin may ayın-
da qanuna düzəlişlər edilərək yabanı bitki növləri və bütün meşə məhsulları buraya daxil
edildi. Leysi qanuna qəbul edilmiş bu əlavələr bitki mənşəli məhsullarla ticarət edən ölkələr
üşün istənilən bitki mənşəli məhsulların mənşəyi və növlərinin deklarasiyasının məcburuli-
yini təsdiq edir. Səhih olmayan deklarasiyaya görə böyük məbləğdə cərimə (250-500 min
dollar) və ya həbs cəzası tətbiq olunur. ABŞ-da yeni qanunvericiliyin qəbul edilməsinin
əsas səbəbi meşələrin qırılmasının qarşısının alınması və qanunsuz məhsullardan satış ba-
zarlarının müdafiəsi idi. Bu qanunun icrasına nəzarət ABŞ-ın gömrük və sərhəd xidmətinə,
vəhşi təbiətin və balıqların mühafizəsi xidmətinə tapşırılmışdır.
Məhsulun mənşəyinə nəzarət və milli qanunvericiliyə müvafiq olması məsələləri yaxın
gələcəkdə meşə sektoru nun əsas standartlarına çevriləcəkdir. Avropa İttifaqının qanunveri-
cilik aktı meşə və meşə məhsullarını ixrac edən ölkələrin bu məhsulların qanuniliyinə daha
ciddi diqqət göstərmələrini tələb edir. 2010-cu ildə Çin, bir qədər əv vəl isə Yaponiya bu
ölkələr sırasına daxil olmuşdur.
Sənaye təyinatlı meşələrə malik olan bir sıra döv lət lərdə qanunsuz oduncaq tədarükünün
qarşısının alın masına yönəldilmiş qanunvericilik tədbirləri son nəticədə meşə sektorun-
da hüquq tətbiqinin və meşələrin davamlı idarə edilməsinin daha da təkmilləşdirilməsi
məqsədilə həyata keçirilir. Qoruyucu kateqoriyalı meşələrdə təbii sərvətlərin davamlı is-
tifadəsi cəmiyyətin bütün maraqlı tərəflərinin bu sahəyə daha məsuliyyətli yanaşmasını və
birgə səyini tələb edir.
Meşələrin sahəsi azaldıqca, planetin həyatında bu əvəzedilməz təbii resursun əhəmiyyə-
ti və onun yaşamaq hüququ daha aydın nəzərə çarpır. Ağac və kolların sayı tükəndikcə, on-
ların bərpasına və qorunmasına sərf olunan səylər də bir o qədər artır. İnsanların meşənin
qeyri-oduncaq ehtiyatlarına və rekreasiyaya tələbatı artdıqca, meşələrin çoxməqsədli da-
vamlı idarə edilməsinə olan tələbat da artır. Müxtəlif təbii xüsusiyyətlərinə görə fərqlənən
meşələrin taleyi antropogen təsir altında dəyişməni düzgün qiymətləndirə bilən və baş verə
biləcək hadisələri öncədən proqnozlaşdırmağı bacaran mütəxəssislərin həyat təcrübəsindən
daha çox asılıdır. Buna görə də meşəçilik ixtisasına yiyələnən hər bir vətəndaş meşələrin
gələcək taleyinə laqeyd qalmayaraq, dərin biliklərə və bacarıqlara yiyələnməklə, meşə eko-
sistemlərinin sabit və davamlı inkişafının qorunması naminə bu bilikləri gündəlik həyat
fəaliyyətində tətbiq etməyi bacarmalıdır.